Səməd Vurğun - Şair, nə tez qocaldın sən - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 28 май 2024
  • #kamranmyunis #kamranyunis #səmədvurğun #şeirlər
    #poeziyateatrı #cavanşirquliyev #şiirler #sevgişeirləri #poeziya
    Səməd Vurğun - Şair nə tez qocaldın sən?
    Bəstəkar - Cavanşir Quliyev - "Cavid ömrü" kino filmindən musiqi
    Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!
    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal…
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!
    Ovçuluğa meyil saldım,
    Gecə - gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə - süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?
    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!
    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm…
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim , bir də Vətən:
    -Şair, nə tez qocaldın sən!
  • КиноКино

Комментарии • 25

  • @lolaazeri3917
    @lolaazeri3917 2 месяца назад +2

    Var olun.
    DƏYƏRLİ SƏNƏTKARIMIZ 👏👏 👏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 месяца назад +2

    Bəh! Bəhhh!🌹🌹🌹🌹🌹
    Möhtəşəm! Var olun Tanrı qorusun səsinizi, ruhunuzu dəyərlimiz, sevimlimiz!!🤲

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 месяца назад +2

    Hər vaxtınız xeyir sevimli Sənətkarımız!🤲

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 2 месяца назад +3

    Hər vaxtınız xeyir dəyərli sənətkarımız

  • @mehemmed02
    @mehemmed02 2 месяца назад +2

    Çox sağ olun sənətkar ən çox sevdiyim şairin əzbər bildiyim şeirlərindən biri təşəkkürlər

  • @leylaorucova77
    @leylaorucova77 2 месяца назад +2

    Var olun dəyərli sənətkar👍👍👏👏

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 2 месяца назад +3

    👍🎧

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +1

    Salamlar!Bu şeir mənimlə yaşiddir!Allah rəhmət eləsin !Səməd Vurğun a!Siz də gözəl dediniz! Təşəkkürlər!👏👍🙏🌹💯🤲

  • @raulagayev1657
    @raulagayev1657 2 месяца назад +2

    🙏🙏

  • @zkriyyqurbanov3913
    @zkriyyqurbanov3913 2 месяца назад +2

    Mən bu şeirin tam düzgün qiraətini indi eşitdim. Təşəkkürlər.

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 2 месяца назад +1

    Təşəkkür edirəm .Möhtəşəm bir qiraət .

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 месяца назад +3

    Her vaxtınız xeyir deyerli insan

  • @cickyags4191
    @cickyags4191 2 месяца назад +2

    Bilirəm ki, deməyəcək
    Bir sevgilim, bir də Vətən:
    Şair, nə tez qocaldın sən!
    🌺🌺🌺🌺🌺👏

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 месяца назад +3

    Uca dağların başı hemişe qarl olur.
    Müdrük insanlarında saçı ağ olur.Size ağ saçlar çox gözel yaraşır

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 2 месяца назад +1

    Səsinizə qüvvət Ustadımız!
    Bəzən də yaşımız az olsa da, ruhumuz yaşlanır, qəlbimiz bir qocanın qəlbi kimi ölümü gözləyən nigarançılığa düçar olur.
    Cavan yaşda qocalmaq ömrü payıza- qışa hədiyyə etməkdir. Yaz və yay isə o ömürlərə heç gəlmir..

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 2 месяца назад +2

    AXŞAMINIZ XEYİR OLSUN

  • @sevdababayeva6225
    @sevdababayeva6225 2 месяца назад +1

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 месяца назад +1

    Şair nə tez qocaldın sən

  • @elmarammmdova882
    @elmarammmdova882 2 месяца назад +1

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.

  • @vusalemelik.8108
    @vusalemelik.8108 2 месяца назад +3

    Səsinizə, nəfəsinizə sağlıq, dəyərli Kamran bəy🙏✨️

    • @yaqutosmanli3183
      @yaqutosmanli3183 2 месяца назад +2

      Hər zamanınız hüzur içində olsun dəyərli sənətkar.

    • @yaqutosmanli3183
      @yaqutosmanli3183 2 месяца назад +2

      Dahi Səməd Vurğun
      Möhtəşəm şeir..
      Möhtəşəm ifa..
      Var olun Ustad..

  • @user-yy7wc9bt5j
    @user-yy7wc9bt5j 2 месяца назад

    Мен чох хошбехтем ки сиз варсыз ве оз гйозел сесинизле бизлери шад эдирсиз ❤

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +1

    Durrənin eşqi Səmədi ", Vurğun" !_elədi!Siz də elə ..".Saç ağardı ancaq , ürək! Alovludur əvvəlki tək!" düşünməyin!Saçın ağlıgi müdriklik əlamətidir!Hər kəsə nəsib olmayan xoşbəxtlik dir!Hələ qabaqda gör nə qəder illər var!Biz də sizin kimi elə bilirdik ki... qocalmışiq!Bütün dahilər 50 yaşdan sonra gözəl əsərlər yazıblar! Çünki həyatı görüb, başa düşüblər,sonra...Sizə uzun ömürlər arzu edirəm!Baxın, gör nə qədər yaşım var!Heç hiss etmirəm!Dünyaya yenicə gələn körpə uşaq kimiyəm!Həyat haqda mənə hər şey maraqlı gəlir!(operasiyadan sonra!) Təşəkkürlər! Səməd Vurğun özündən sonra 2 dahi şəxsiyyət də yadigar qoydu!Bu Vətən üçün! Allah rəhmət eləsin həm Səməd Vurğun a,həm Vaqif Səmədoğlu na və Yusif Səmədoğlu na!Sizə də onlar kimi sevilmək və Azərbaycanın tarixində qalmağı arzu edirəm!100 yaşayın!(Bu şeiri də özünü zə aid etdiniz,deyəsən!)🤲

  • @useruser5401
    @useruser5401 2 месяца назад +1

    🙏