Kamran M. YuniS - Həm də necə...

Поделиться
HTML-код
  • Опубликовано: 22 июн 2024
  • #kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya
    Kamran M. YuniS - Həm də nacə...
    Bəstəkar - Emin Sabitoğlu - "Qətldən yeddi gün sonra" filmindən musiqi
    Sən heç
    Günün günortasında daşlara dəyib də,
    Yıxıldınmı, həyat yollarında?
    Mən yıxıldım...
    Həm də necə.
    Sən heç
    Dolan buludların əvəzinə
    Uzun gecələrə yağım-yağım yağdınmı?
    Mən yağdım...
    Həm də necə.
    Sən heç
    Uzaqdan uzağa bir gözəlin səsinə, nəfəsinə
    Aşiq olub da
    dünya boyda sevgi yaşadınmı?
    Sən, sən, sən deyib də,
    Sən dediyinlə gecə-sabah yaşayıb, yaşlandınmı?
    Mən yaşadım...
    Həm də necə?!..
    Sən heç...
    Bax, bunusa susacam...
    Bu da qalsın Sənlə Mənim aramda...
    Sirr kimi...
    Həm də necə.
  • КиноКино

Комментарии • 25

  • @cickyags4191
    @cickyags4191 18 дней назад +4

    Sən, sən, sən deyib də,
    Sən dediyinlə gecə-sabah yaşayıb, yaşlandınmı?
    🌺🌺🌺🌺🌺👏

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 18 дней назад +4

    Həyat yolu hamar deyil. O bizi həm güldürür, həm ağladır həm də necə..

  • @mehemmed02
    @mehemmed02 18 дней назад +2

    Həm də necə....😔var olun sənətkar

  • @yeganequliyeva664
    @yeganequliyeva664 18 дней назад +2

    Bəh! Bəhhh! Axşamçağı bu nə gözəllik!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🤲

  • @user-sy1gf6md1e
    @user-sy1gf6md1e 5 дней назад +1

    Super sözünün yüksəltmək dərəcəsinə layiq bir şeir və səs❤

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 18 дней назад +4

    👍🎧

  • @vuqarali6713
    @vuqarali6713 13 дней назад +1

    Varolun.

  • @dnizdniz7523
    @dnizdniz7523 18 дней назад +3

    Axşamınız xeyir olsun.

  • @vusalemelik.8108
    @vusalemelik.8108 18 дней назад +2

    "Bu da qalsın Sənlə Mənim aramda, sirr kimi..."
    Gözəl idi,, çox... Yaxşı ki, varsız. Var olun, Kamran bəy🙏

  • @dnizdniz7523
    @dnizdniz7523 18 дней назад +4

    ...həm də necə...

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 18 дней назад +2

    Təşəkkür edirəm

  • @useruser5401
    @useruser5401 18 дней назад +2

    🙏

  • @amilallahverdiyev1049
    @amilallahverdiyev1049 17 дней назад +1

    Həmdə necə

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 17 дней назад +3

    beləcə yaşlandım...

  • @elmarammmdova882
    @elmarammmdova882 18 дней назад +2

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.

  • @lnara656
    @lnara656 18 дней назад +2

    "Həm də necə"...

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 13 дней назад +1

    Qələminizə qüvvət, əziz Ustadımız!
    Möhtəşəmdir.
    Yay günlərində ən gözəl istirahətdir musiqi və poeziya..
    Var olun, bu gözəlliyi bizə bəxş etdiyiniz üçün.

  • @sevdababayeva6225
    @sevdababayeva6225 15 дней назад +1

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nezaketletifova1118
    @nezaketletifova1118 16 дней назад +2

    Geceiz xeyir Kamran mellim

  • @behbudovamanzar
    @behbudovamanzar 18 дней назад +1

    Axşamınız xeyir olsun! Sizin bu gozəl picilti ilə dediyiniz hər seyi mən də yasadim!Sizə uzun ömürlər arzu edirəm!Xoşca qalin!Mən getdim!Sag olun! Vaxtim olanda arada bir səsinizə qulaq asacam! Sizinlə az zaman keçirtsəm də,bir ömür boyu bəs edəcək xatirələrim oldu! Allah sizi xosbəxt eləsin!🤲

  • @behbudovamanzar
    @behbudovamanzar 18 дней назад +1

    İnsan xəyallarda da xoşbəxt olarmış!Yuxularda da!Tənha dediyimiz insanlar bəs necə uzun ömür sürə bilirmişler! Öz sevdiyi gözəl bir kişidən sonra 60 il yasayan bir qadin haqda eşitdim!Nəvəsi danışdı! Qacginliqda kisinin qəbri kənddə qalib, qadin özü isə Sumqayıtda bir bağ salıb,icində butun meyvə ağacları!Və?Rayondan ərinin məzərindan torpaq gətiribler,ona vermək ucun!Qəbrinə tökmək qismət olur!Sonra da...bir də gedirlər kəndə ərinə arvadınin ölüm xəbərini catdirmaq üçün!Çox ibrət goturməli həyat hekayəsi!O qadin sevdiyi adamdan sonra 60 il necə yaşayib?Xatirəlerlə!Buna inaniram!Bir də sevgi elə seydir ki...sevdinsə, unutmaq olmur!Burada 2 gozəl,gənc oglan taniyiram!Sevdiklerini valideynləri qoymadı almaga !Və...onlar heç evlənmədiler!😞😞

  • @raulagayev1657
    @raulagayev1657 18 дней назад +2

    🙏🙏