"Zeyvə nənə" qəbristanlığında abadlıq işləri görülür | 07.03.2024-cü il

Поделиться
HTML-код
  • Опубликовано: 25 авг 2024
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bununla yanaşı, Avropada Görməli Qəbristanlıqlar Asossiasiyası 24 may - 2 iyun tarixlərini Avropa qəbristanlıqlarını kəşf həftəsi elan etmişdir. Məlum olduğu kimi Gəgəli bələdiyyəsi 6 qəbristanlığı öz inventarına qəbul etmişdir. Bunları nəzərə alaraq Gəgəli bələdiyyəsi və bələdiyyə müəssisələri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Avropada elan olunmuş Avropa Qəbiristanlıqlarının Kəşf Həftəsinə qoşulmuşdur. Bu məqsədlə "Zeyvə nənə" qəbristanlığında abadlıq işləri görülür. 33 inventar nömrəli Molla otağı obyektində təmir işləri aparılır. Bununla yanaşı, qəbristanlığın hasarı boyunca ağaclar əkilir.

Комментарии •