Haqqın 44 günü tamaşası | 31.03.2024-cü il

Поделиться
HTML-код
  • Опубликовано: 25 авг 2024
  • Martın 31-də Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının "Haqqın 44 günü" tamaşası oynanılıb. Tamaşa Şuşa şəhərinin 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olmasına, nümayişi isə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib. Lənkəran Dövlət Dram Teatrının heyəti əvvəlcə Gəgəli kəndinin Şəhidlər Xiyabanını ziyarət edib. Tamaşadan əvvəl Soyqırım qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli teatrın heyətini və tamaşaçıları salamlayıb. O, kənd icmasının mədəni inkişafında teatr tamaşalarının əhəmiyyətini qeyd edib. Teatrın baş rejissoru Anar Babalı tamaşanın ərsəyə gəlməsi haqqında qısa məlumat verib. Azərbaycan Respublikasının Xalq artisti, teatrın aktyoru Qabil Quliyev 31 mart soyqırımı və qurbanları haqqında çıxış edib. Daha sonra Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu, 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Haqqın 44 günü" kompozisiya-tamaşası nümayiş etdirilib. Tamaşada rolları Səyad Əliyev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev, Aysel Babazadə, Günel Abbaszadə, Vəfa Hacızadə, Teymur Hacızadə və Amil İbrahimli ifa edib. Tamaşadan sonra şəhid baş leytenant Kamran Quluzadənin atası Pərviz Quliyev, Vətən müharibəsi qazisi Mehdi Cərullayev və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Cavanşir Şeydazadə təəssüaratlarını bölüşüblər. Sonda tamaşaçıların teatrın kollektivi ilə xatirə fotosu çəkilib.

Комментарии • 4

  • @FarizKhalilli
    @FarizKhalilli 4 месяца назад +1

    Anar Babalıya tamaşaya görə minnətdarlıq edirəm.

  • @cosqun1915
    @cosqun1915 4 месяца назад

    😔

  • @fatehmikayilov6086
    @fatehmikayilov6086 4 месяца назад

    Geglinin qehraman ovladlari yeriniz cennet olsun

  • @Tocaalexofficial
    @Tocaalexofficial 2 месяца назад

    Rəqs məni məndən aldı