Gəgəli kəndində Ümumdünya Mülki Müdafiə günü tədbirləri keçirilib | 01.03.2024-cü il

Поделиться
HTML-код
  • Опубликовано: 25 авг 2024
  • Ağsu rayonu Gəgəli bələdiyyəsinin 2024-cü il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq 1 mart 2024-cü ildə Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu Folklor turizmi məkanında “Ümumdünya Mülki Müdafiə günü” tədbirləri keçirilib. Tədbirdə Gəgəli bələdiyyəsinin və müəssisələrinin işçiləri iştirak etmiş, bələdiyyənin bazasında yaradılan Mülki Müdafiə qüvvələrinin əmlak və avadanlıqlarının imkanları əməli nümayiş etdirilmiş, Mülki Müdafiə təbliğat-təşviqat nöqtəsində Mülki Müdafiə sərgiləri ilə tanış olmuşlar. Keçirilən tədbirdə iştirakçılara Mülki Müdafiənin yaranma tarixindən, onun real həyatımızda əvəz olunmaz əhəmiyyətindən, bələdiyyənin fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında gördüyü işlər barədə işçilərə ətraflı məlumat verilmişdir. Bələdiyyə sədri “Mülki Müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda mühazirə oxumuş, fövqəladə hadisələrdə işçilərin fəaliyyəti və rolundan danışmışdır.
    Tədbirin yekunu olaraq, tədbirin keçirilməsinə məsul şəxslərlə iclas keçirilmiş, tədbir zamanı qarşıya qoyulan məqsədə nail olunduğu bildirilmiş, çatışmazlıqlar göstərilmiş, növbəti ildə tədbirin daha maraqlı və praktik keçirilməsi üçün Mülki Müdafiə rəhbərliyi öz tövsiyələrini vermişdir.

Комментарии • 2

  • @mehdisamsung1798
    @mehdisamsung1798 5 месяцев назад

    Çox gözəl danışırsınız, çox xoşuma gəldi. Gəgəli kəndi savadlı müəllimləri, mütəxəssislıri ilə tanınır.

  • @mehdisamsung1798
    @mehdisamsung1798 5 месяцев назад +1

    Ərəbuşağı kənd orta məktəbində Akif müəllim, Vəliməmməd müəllim, Aratkənd kənd 8-illik məktəbində Faiq müəllim qabaqcıl müəllimlər olublar.