Ucar sakinləri içməli su ilə bağlı problem yaşayır

Поделиться
HTML-код
  • Опубликовано: 16 авг 2021
  • Ucarda içməli su ilə bağlı problem yaranıb.
    APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Heydər Əliyev prospektində yerləşən 143 və 145 nömrəli yaşayış binasının sakinləri içməli su ilə bağlı çox ciddi çətinlik yaşayırlar.
    "AZƏRSU" ASC-nin 2 nömrəli regional su-kanal idarəsinin Ucar su-kanal sahəsinin rəisi Vaqif İsrafilov APA TV-nin yerli bürosuna şifahi olaraq bildirib ki,yay mövsümünün isti və quraqlıq keçməsinə baxmayaraq Ucar rayon mərkəzinin su təchizatında heç bir problem yoxdur. Mənbədən şəbəkəyə gündəlik 6,700 kubmetr su götürülür. Bu da abonent sayını nəzərə alsaq hər abonentə bir kubmetr su deməkdir. Bu səbəbdən də rayon mərkəzinə içməli suyun dayanıqlı verilişi təmin edilir. Su gəlməyən fərdi abonentlərin smart tipli sayğaclarının vəsaitinin bitməsi və yaxud da daxili şəbəkədə nasazlıqların olmasıdır.
    Sakinlər isə deyir ki, artıq bir aya yaxın müddətdir ki, su gün ərzində çox kiçik fasilələrlə verilir. Onların sözlərinə görə, gün ərzində 10-15 dəqiqə su verilir ki, bu da gündəlik tələbatı heç cürə ödəmir.
    Rayon sakinlərinin su tələbatlarını ödəmək üçün əl atdıqları vasitələr isə əlavə iş yükü və maddi xərc problemi də yaşamaları ilə nəticələnir.
    Çəkiliş apardığımız vaxt adı çəkilən binalara içməli suyun təchizatının dayandırılmasının şahidi olduq.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    #apatv #apaxeber

Комментарии • 8

  • @gulu_1757
    @gulu_1757 2 года назад +2

    Bizim kende su heç yoxdur ki

    • @Said_711
      @Said_711 2 года назад +2

      Hansı kənd? elə bizim kənddədə yoxdur,xaraba qalıb ucar

    • @gulu_1757
      @gulu_1757 2 года назад +1

      @@Said_711 ağstafa rayonun kentleri

    • @Said_711
      @Said_711 2 года назад +1

      @@gulu_1757 hə ordada su problemi var?

    • @gulu_1757
      @gulu_1757 2 года назад +1

      @@Said_711 su prablemi demiyek heç su yoxdur ki pulunla getizdiririk

    • @Said_711
      @Said_711 2 года назад +1

      @@gulu_1757 cann deyəsən orda daha pisdir vəziyyət