Ucar sakinləri işsizlikdən şikayətçidirlər - “Bu yaşamaq deyil” - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 29 авг 2024
  • #APATV #ucar #işsizlik #şikayət #problem #sakin #müraciət #vakansiya #iş #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Ucarda işsizliklə bağlı ciddi problem yaşanır.
    Rayon sakinlərinin əksəriyyəti işsizlikdən şikayət edirlər. Onlar deyir ki, kənddə yaşayan insanlar heç olmasa mal-qara saxlayır, əkin-biçinlə məşğul olurlar. Rayon mərkəzində olanlar isə nə əkib-becərməyə bir sahə, nə də iş tapa biləcəyi bir idarə tapa bilir. Sakinlər bildirir ki, rayon məşğulluq mərkəzinə müraciət etsələr də illərdir bir nəticə əldə edə bilməyiblər.
    Son çarəni bizə müraciət edərək məsələni ictimailəşdirməkdə görən camaat deyir ki, “gedin, iş olanda çağıracağıq” ncümləsini eşitməkdən qulağımız qubar bağlayıb.
    Ucar Rayon könüllü ictimai nəzarət təşkilatının sədri Zakir Ələkbərov da gənclərin işlə təmin olunmaması səbəbindən yaşlarının ötməyinə baxmayaraq ailə həyatı qura bilməmələri faktını təsdiqlədi.
    Məsələyə şifahi olaraq münasibət bildirən Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının Ucar rayon xidmət şöbəsinin müdiri Raul Qurbanov bildirdi ki, vakant yerlər olduqda xidmət şöbəsinə müraciət edənlərə iş təklifləri edilir. Digər suallarımızı cavabsız qoyan şöbə müdiri Agentliyin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördü.
    Odur ki, biz də Dövlət Məşğulluq Agentliyinin Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, bizə müraciət edən vətəndaşlar Ucar rayon sakini Musayev Rafiq Vaqif oğlu, Həsənov Azad Tərlan oğlu və Ədilov Anar Abdulla oğlunun müraciəti araşdırılıb:
    “Rafiq Musayev dönərxana zərfi üzrə özünüməşğulluq proqramıma müraciət edib və hazırda növbədədir. Prosedura uyğun olaraq növbəti mərhələlərə cəlb olunacaq.
    Azad Həsənovun məşğulluq sistemində qeydiyyatı tamamlanmayıb. Çünki vətəndaş məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi məşğulluq proqramının tərtib edilməsi üçün məşğulluq filialına dəvət olunsa da yaxınlaşmayıb.
    Anar Ədilov 16.08. 2023-cü il tarixdə məşğulluq imkanları qiymətləndirilərək ictimai işlər üzrə növbəyə alınıb
    Vakansiyalarla bağlı sualınıza gəldikdə işəgötürənlər tərəfindən təqdim edilən vakansiyalar müxtəlif sahələri əhatə edir və bu məlumatlar ictimai olaraq açıqdır. Müraciət edən şəxslərin ilk olaraq məşğulluq imkanları qiymətləndirilir və buna uyğun olaraq münasib işlər üzrə göndərişlər formalaşdırılır. ”- deyə, məlumatda qeyd edilir.
    Zahid Abışov, Devran Əsgərov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 67

  • @user-tp7pr5fl4q
    @user-tp7pr5fl4q 8 месяцев назад +7

    Rayon və kəndlərdə iş yerləri yaradılmalıdır ki camaat axışıb Bakiya getməsin.

  • @ElnurEhmedov-ug1we
    @ElnurEhmedov-ug1we 8 месяцев назад +11

    Bütün rayonlar beledi hami zulüm cekir

  • @ayselmmmdova5636
    @ayselmmmdova5636 8 месяцев назад +7

    Allah özü köməklərində dursun🙏

  • @azrioglu498
    @azrioglu498 8 месяцев назад +8

    Bu boyda rayonda demək olarki hamı işsizdi

  • @elcinyusifov6557
    @elcinyusifov6557 8 месяцев назад +5

    Ölkəkin hər yeri elədi, mənim sinif yoldaşlarım da subaydı, işsizliyin ucbatından 43 yaşları var.

  • @eliyevicanar2508
    @eliyevicanar2508 8 месяцев назад +3

    Ай гардашым Аллах сизе комек олсун аминь аминь

  • @Ruxsara-sl3si
    @Ruxsara-sl3si 8 месяцев назад +8

    Məşqulluq mərkəzi utanır deməyə ki səni hansı işlə təmin edim.zavod yox fabrik yox.bizim rayon həmişə belə olub olacaqda.Gələn icra başçıları sakit gəlib yeyib sakitcədə sagollsşıb gedirlər./ inciməsinlər reallıq budur/...

  • @azrioglu498
    @azrioglu498 8 месяцев назад +6

    Düz deyirlər məmur özbaşınalığı

  • @angelheaven6321
    @angelheaven6321 8 месяцев назад +4

    Ucar berbat gundedi. Vəziyyət çox pisdir. Allah komek olsun

  • @user-ww7nc1vj4d
    @user-ww7nc1vj4d 8 месяцев назад +4

    Rayonlarin hamsi beledi

  • @tomhardy9824
    @tomhardy9824 8 месяцев назад +5

    Qısaca vətındaşı səhv çıxardılar həmişəki kimi😀

  • @Escobargmail
    @Escobargmail 8 месяцев назад +4

    Duz deyirde işsizlik baş alib gedir olkede dehset

  • @sehidlerim.
    @sehidlerim. 8 месяцев назад +5

    Allah sizin həyatınızı xeyir eləsin tezliklə

  • @user-iq6pk4cm4p
    @user-iq6pk4cm4p 8 месяцев назад +2

    Хар районларда беладир. Хагигат будур.

  • @sameddinmemmedov4984
    @sameddinmemmedov4984 7 месяцев назад +1

    Dəhşətdir bu insan. ncə dolansın nə yesin uşaqına elə devlət olar

  • @user-gv2wd3bf6m
    @user-gv2wd3bf6m 8 месяцев назад +2

    Kendcinin de torpaqini menimseyibler kendcide acndan olur weherlide

  • @rahibismayilli8929
    @rahibismayilli8929 8 месяцев назад +2

    millət hansi vəziyyətə gəlib cixibki oglan deyir supurgəci də isləyərəm o olsun evimə corək pulu aparim

  • @liliyev4072
    @liliyev4072 8 месяцев назад +2

    OGUZDADA BELƏDİ

  • @Fərid_061
    @Fərid_061 8 месяцев назад +3

    ALLAH BƏLANIZI VERƏCƏK İNŞALLAH

  • @Mamedov750
    @Mamedov750 8 месяцев назад +3

    Cixin gelin rusiyaya is burdadi

  • @ramilsoltanov7847
    @ramilsoltanov7847 3 месяца назад

    Zərdab və Ucarda iş yerləri yoxdur. Elə rayonlar var ki bütün şirkət və müəssələri böyük rayonlarda inşa edirlər. İşsizlik Ucar və Zərdabda daha çox pik həddədir.

  • @qazferms526
    @qazferms526 8 месяцев назад +1

    Oların nəfsin ancaq torpaıq doyrcaqı qəbirdə neqder yesler kef Elseler axrı ölumdu Allahı Ədalət varındaı kasbda öldurcek görmişkim kasbalrı hakın yeyənlər kusacaı hamsın

  • @mikikerimov2068
    @mikikerimov2068 8 месяцев назад +2

    Men ozunde ucardanam 3000.min manat ver gor neter is var

  • @user-ww7nc1vj4d
    @user-ww7nc1vj4d 8 месяцев назад +1

    Can qardaw

  • @kamran259
    @kamran259 8 месяцев назад +1

    Mewgullug idaresi onda kime lazimdir ki?

  • @isaisaqov60
    @isaisaqov60 3 месяца назад

    İş Bakıda gəlin tikintiyə

  • @user-su9is5sr6m
    @user-su9is5sr6m 8 месяцев назад +1

    O binanın 50 milion qiyməti var

  • @ruslansuleymanov-uh7ck
    @ruslansuleymanov-uh7ck 8 месяцев назад +2

    helbetde rayon yerlerinde ishsizlik olacey, chunki ekseriyyet kochur shehere, burda ish tapib ishleyirler geriye qayidmirlar. ona gorede qalanlari eziyyet chekir chunki ish yeri achan yoxdur.

    • @ilkinmuxtarzade8384
      @ilkinmuxtarzade8384 8 месяцев назад

      hardasa bu fikirnen raziyam, sebeberden biri ola biler

  • @sbnmbykisiyeva2429
    @sbnmbykisiyeva2429 8 месяцев назад +1

    Allah yolunuzu acsin. Amma o mesgulluqa muraciet eden coxdu her kesin muraciet etdiyi ise uygun vakansiya olanda cagirirlar.

  • @ramilesgerov8005
    @ramilesgerov8005 7 месяцев назад

    Vəssalam buların işidə həll olundu

  • @user-on2hx1ne8b
    @user-on2hx1ne8b 8 месяцев назад +1

    Yalan sohbetdi is zad yoxdu men 1000 azn verdim o idareye qaz idaresine girdim 6 aydan sonra cixartdilar

  • @tubakh6391
    @tubakh6391 8 месяцев назад +1

    Desetdi heqi

  • @HdjHhd-jy7by
    @HdjHhd-jy7by 8 месяцев назад +1

    Secqilerde yene mafya bascisi ilhama ses verecek bu yaltaq qorxaq millet

  • @user-dx9si3pm5q
    @user-dx9si3pm5q 7 месяцев назад

    Дептатлар дейир ки Азарвайчанымызд вазиййат алады шарафсизлар аллах баланызы версин чох агыр вазиййатда йашайырыг ай халг)))

  • @user-qm7lm7mu5w
    @user-qm7lm7mu5w 8 месяцев назад +3

    Qaçin ordan 😂😂 millet ajinan qrilir

    • @VUSU.
      @VUSU. 8 месяцев назад +6

      Hara qacsinlar nefdi qazi pabigi olan olkede millət qirlir

  • @ffhterhh4638
    @ffhterhh4638 8 месяцев назад +1

    Yalan sozdur mewqulluq merkezinde aqahuseyn ve Raul ancaq pul alib iwe gonderiw verirper

  • @welivecompany-xs5jw
    @welivecompany-xs5jw 8 месяцев назад

    Kürdəmir məşğulluq mərkəzi baxır ucar rayonuna regional idarədi.oranın müdürü Günay bankın işçisi olub cavan xanımdı.məşğulluq sahəsindən anlayışı yoxdu indiyə qədər bankda işləyib.

  • @huseynezizli7274
    @huseynezizli7274 8 месяцев назад

    İşci axtarıram aglayda işdiyən varsa laqonda işləfə bilən daş yonan axtarılır

  • @resafresaf3908
    @resafresaf3908 8 месяцев назад +1

    Moykaya işci axtaram

    • @ravin6336
      @ravin6336 8 месяцев назад +1

      Salam Nə qədər maş verirsən
      İş saatı nə qədərdir?

    • @resafresaf3908
      @resafresaf3908 8 месяцев назад

      ​@@ravin633650/50 her wey bizden is saati hava qaralan kimi

    • @user-qp4de5dr3b
      @user-qp4de5dr3b 8 месяцев назад

      ​@@ravin6336sən hələ bi örgən gör iş haradadı moyka açan hardandı sora maaşa keçde ay avam ay cahil insan

  • @user-bg5qn6ts7v
    @user-bg5qn6ts7v 8 месяцев назад +3

    indiki genclerin coxusunu dindirirsen srazi deyir menim diplomum var niye gedib 500 manatliq isde islemeliyem veya deyir camaat niye filan qeder maas alir men de o qeder almaq isdityirem ta fikirlesmirki camaata da o maasi ilk defeden vermirler eziyyet cekmelidi dozmelidi ki yavas yavas qalxsin isinde

    • @HdjHhd-jy7by
      @HdjHhd-jy7by 8 месяцев назад

      Osduraga basmasana,is ne atdirir,diplom alib bazarda meyve terevez satanlar var,3minlik masin alib taxi isliyenler var,gune 20 manata fehlelik edenler var

  • @SevilAgayeva-lb2nj
    @SevilAgayeva-lb2nj 8 месяцев назад

    Novbeye yazilib oturub gozlemek lazım deyil axi, gerek tez tez gedib maraqlanasiz, ish versinler size Allah komek olsun

    • @mineminova2826
      @mineminova2826 8 месяцев назад +3

      Meşqulxda da iş olananda öz adamını qoyurlar

  • @ffhterhh4638
    @ffhterhh4638 8 месяцев назад

    Bu zakir ozu werefsizin biridir

  • @orxansuleymanli9091
    @orxansuleymanli9091 8 месяцев назад +1

    gencler dovlet qullugu ile imtahan verib sertifikat alib ise qebul ola bilerler ya da onlara deyildiyi kimi siralarini gozluyub vaxti catanda isle temin olunmaqlarini gozlemelidirler

    • @sakokherimli4432
      @sakokherimli4432 8 месяцев назад +1

      Vaxti catana kimi pensiyaya cixarlar

    • @hikmetrzayev40
      @hikmetrzayev40 8 месяцев назад +2

      O qədər gənc tanıyıramki dövlət qulluğundan keçib vakant yer gözləyir.

    • @HdjHhd-jy7by
      @HdjHhd-jy7by 8 месяцев назад

      10-15 il gozlemeli olacaqlar kimse olsun is yeri bosalsin

  • @user-ot1nq6gw2l
    @user-ot1nq6gw2l 8 месяцев назад

    Bu oğlanların görəsən əkib- becərmək üçün torpağı yoxdu.Yəni onlara kömək olunsa kənd təsərrüfatı çox gəlirli sahədi.

    • @TalehQocayev-ie5fo
      @TalehQocayev-ie5fo 8 месяцев назад +1

      Düzdü qardaş rayonda qohumlar var bu il pampıqdan sağlığına qismət yaxşı pul götürdü.

    • @HdjHhd-jy7by
      @HdjHhd-jy7by 8 месяцев назад

      23 sot torpaq veribler,o torpaqdan dolanmagcun gerek ora neyse ekesen

  • @user-cy1rs7oh7p
    @user-cy1rs7oh7p 8 месяцев назад +2

    Qəbələ de.de.is.yoxdu.men.10ildi.mesgullugda.qeydiyattdayam.

  • @akifeosmanqizi5480
    @akifeosmanqizi5480 8 месяцев назад

    Allah komeyız olsun cavan cavan usaxlardı burdan ıs teklıfı gelene kımı bır cayxana zadda ıslıyemesız?muracıyet elıyıb oturub gozlemıyında ozunuzde tez tez maraqlanın bırde sıze ıs teklıfı gelende srazı atkas elemıyın ıs secmıyın

  • @haciagavaliyev-ce4fn
    @haciagavaliyev-ce4fn 8 месяцев назад

    hami ne qeder dese de ki rayonda islemek cetindi men duzgun hesab elemirem bu fikri. rayonda regabet azdi deye herseye telebat var. muraciet elesinler mesqulluqa kofe aparatindan donerxana levazimatlarina qeder herseyi verirler. muraciet eleyib iserini gursunlar gerek

    • @HdjHhd-jy7by
      @HdjHhd-jy7by 8 месяцев назад

      Men muraciyet edib 3 il otub arada maraxlaniramda yaddan cixmamisamki deye,deyirler novbene cox var,10 ile catar yeqin novbem

  • @ramilquliyev6914
    @ramilquliyev6914 8 месяцев назад

    Qardash sizi novbeye dayanandan sonra chagirirlarsa ve siz getmirsizse gunah artiq sizdedi axi. Menim emioglu da berber ishleyir o da meshgulluqdan hersheyini verdiler chox yaxshi dolanir

    • @valideeliyeva8811
      @valideeliyeva8811 8 месяцев назад +1

      Cox adam irdan verilen isi beyenmir amma fakt evde oturub gun coreyine mihtac yasiyir men ele insanlari basa dusmurem