2024-cü ildə Azərbaycanı nə gözləyir? - Əjdaha ili ilə bağlı 5 PROQNOZ

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2023
  • #2024 #əjdaha #bürclər
    2024-cü il dünyanı nə gözləyir?
    Əjdaha ili ilə bağlı astroloqların qorxusu....
    1964-cü ildən bəri ilk dəfə nə baş verəcək?
    Şərq təqviminə görə, qarşıdan gələn 2024-cü il Yaşıl Taxta Əjdaha ilidir.
    Əjdaha bürclər arasında Yer və Göyün ruhunu birləşdirən yeganə mifik varlıqdır. Çində bunun ən enerjili və güclü heyvan olduğuna inanırlar.
    Səmavi İmperiyada ağac böyümə, uğur və inkişaf elementi hesab olunur. Taxta Əjdahanın enerjisi ənənəvi olaraq yaşıl rəngdədir - firavanlığı, harmoniyanı və yaxşılığa doğru dəyişməyi simvollaşdırır. 2024-cü ildə heyvanın yaşıl rəngi, eləcə də element - ağac onu son dərəcə müsbət xarakterizə edir.
    Əjdaha ili Çin təqvimində ən güclü və əlamətdar illərdən biridir. Gücü, müdrikliyi və firavanlığı simvollaşdırır. Buna görə də 2024-cü il bizə bir çox əlverişli dəyişikliklər və imkanlar vəd edir. Parlaq, sehrli və hər kəs üçün xoşbəxtlik və uğurlarla dolu olacaq.
    Bəs 2024-cü ildə bizi nə gözləyir?
    Birincisi, bu il bizə biznes inkişafı və karyera yüksəlişi üçün yeni imkanlar gətirə bilər. Əjdaha enerjisi və qətiyyəti ilə tanınır, buna görə də bizi təşəbbüskar olmağa və yeni zirvələrə çatmağa ruhlandıra bilər. Bu il aktiv şəkildə yeni imkanlar axtarmalı və risk etməkdən qorxmamalısınız. Əsas odur ki, israrlı olun!
    İkincisi, Əjdaha ili yaradıcılıq və yenilik ilidir. Əjdaha həmişə sehr və təxəyyül gücü ilə əlaqələndirilib. Ona görə də bu il yaradıcılığınızı təşviq etməli və adi haldan kənara çıxmağa çalışmalısınız. Yeni ideyalar və yanaşmalar əhəmiyyətli irəliləyişlərə və uğurlara səbəb ola bilər.
    Üçüncüsü, Əjdaha ili bizə firavanlıq vəd edir. Bu işarə firavan iqtisadiyyatı, uğurlar və bolluğu simvollaşdırır. Buna görə də, bu il biz maliyyə işlərimizdə və ümumi rifahımızda yaxşılaşma gözləyə bilərik. Lakin uğur əldə etmək üçün həm də tarazlığı qorumaq, əxlaqi-etik anlayışların əhəmiyyətini unutmamaq lazımdır.
    Bütövlükdə, Əjdaha ili tam dəyişikliklər və fürsətlər dövrü olacağını vəd edir. Məqsədlərimizə çatmaq üçün gücümüzü, cəsarətimizi və müdrikliyimizi göstərə biləcəyimiz dövrdür. Əsas odur ki, özünüzə inanın və irəli getməkdən qorxmayın, çünki Əjdaha ili bizə nəinki yeni imkanlar, həm də unudulmaz macəralar gətirəcək.
    "2024-cü il Əjdaha ilində doğulanlar üçün enerjilərinin yüksək olduğu bir dövr olacaq. Fevralın 10-dan etibarən yaşıl əjdaha ili başlayır. Bu da o deməkdir ki, əjdaha ilində doğulanlar digərlərinə nisbətən il ərzində daha enerjili, şanslı və güclü olacaqlar".
    Bu sözləri astroloq Səbuhi Rəhimli deyib.
    Onun sözlərinə görə, nücum elmi yarandığı dövrdən müasir zəmanəyə qədər bütün mənbələrdə ilin hakimi olan heyvanın həmin ildə doğulanlara daha düşərli olacağı vurğulanır: "Bu amili nəzərə alsaq, deməli 2024-cü ildə əjdahaların bəxti hamıdan çox gətirəcək. Lakin mənalı yaşayış üçün bəxt heç də həmişə əsas rol oynamır. Ağıl, uzaqgörənlik, əzmkarlıq, davranış və münasibətlər də kompleks təşkil etməlidir".
    "Əjdaha ili bu ildə doğulanların şəxsi taleyində dönüş olacaq. Yaradıcılıq potensialının genişlənməsi, yeni və səmərəli planların həyata keçməsi onların fəaliyyətinə müsbət çalarlar gətirəcək. Əjdaha 2024-cü ildə başa düşəcək ki, maraqlı həyat təkcə biznes uğurlarından deyil, həm də sevgi münasibətlərindən ibarətdir. İlin son 3 ayı istisna olmaqla onlar üçün bu il ailə qurmaq düşərli olacaq. Əjdaha ilində doğulanlar 2024-cü ildə heç nədən korluq çəkməyəcəklər",- deyə o əlavə edib.
    Məlum olduğu kimi, Cənub-Şərqi Asiya ölkələrində Yeni il Qriqorian təqvimi ilə müqayisədə bir qədər gec başlayır, bu, birbaşa səma ulduzları olan Günəş və Ayın yerləşməsindən asılıdır. Ona görə də, Şərq təqviminə əsasən, Əjdaha ili 2024-cü ilin yanvar ayının 1-də yox, fevralın 10-da başlayacaq və 2025-ci il yanvarın 28-də başa çatacaq. Bu müddət ərzində yeni təqvim ilinin günləri bir çoxlarının hətta iquanaya və ya varana bənzətdikləri bu mifik heyvanın “himayəsi” altında olacaq.
    Əjdaha daha çox vaxtilə Yer kürəsində mövcud olmuş və daha sonra kökü kəsilmiş dinozavrlara bənzəyir. Çünki Qədim Çin mifologiyasında Əjdahanın müxtəlif ölçülərdə və fərqli quruluşlara malik çoxsaylı növlərinə rast gəlinir.
    Şərq qoroskopu beş təbiət ünsürünə əsaslanır: Od, Su, Dəmir, Ağac və Torpaq. Onların hər biri müvafiq rəngləri ilə seçilir. Təqvimin tam tsikli 60 ilə bərabərdir, buna görə də, simvollar yalnız 60 ildən bir üst-üstə düşür. Daha doğrusu, bundan əvvəlki Yaşıl Əjdaha ili 1964-cü ilə təsadüf edib, növbəti dəfə isə 2084-cü ildə təkrarlanacaq.
  • НаукаНаука

Комментарии • 21

  • @yeringulagi
    @yeringulagi  5 месяцев назад +4

    Əjdaha ili ilə bağlı tam video. Kimlərə uğurlu olacaq, kimlər üçün isə riskli ildir? Əjdaha ilində anadan olanlar üçün ŞAD XƏBƏRLƏR

  • @rovwenveliyev2406
    @rovwenveliyev2406 5 месяцев назад +2

    Hər bir şeyi Allah bilir. Allah yeni ilimizi uğurlu, ruzili eləsin.

    • @yeringulagi
      @yeringulagi  5 месяцев назад

      Salam. Allah uğurlu etsin

  • @AyNurMusic
    @AyNurMusic 5 месяцев назад +2

    Nə maraqlı məlumatlardır. 😮😮😮

  • @nerminmuradova6678
    @nerminmuradova6678 5 месяцев назад +2

    Xeyirli olsun.

  • @KemrhanKerimovich-4king.
    @KemrhanKerimovich-4king. 4 месяца назад +2

    Sağol yerin bulağı.

    • @yeringulagi
      @yeringulagi  4 месяца назад

      Siz də sağolun diqqətiniz üçün

  • @RaminXalilov1978
    @RaminXalilov1978 5 месяцев назад +2

    Allaha canim feda olsun, uca Tanrim ozu bilen meslehetdir. 🤲

    • @yeringulagi
      @yeringulagi  5 месяцев назад

      Salam, Allah ilimizi uğurlu etsin

  • @qrmzzona703
    @qrmzzona703 5 месяцев назад +2

    Əjdaha ilindən kimi tanıyıramsa uğurlu olub deyir həmişə, bu il də hamıya uğurlu olsun. Allah ölkəmizi qorusun

    • @yeringulagi
      @yeringulagi  5 месяцев назад

      Salam, nə gözəl. Uğurlu olsun

  • @tnzilltifova2798
    @tnzilltifova2798 5 месяцев назад +1

    Ugurlar gətirməsini arzulayiram🤲🤲🤲💐

    • @yeringulagi
      @yeringulagi  5 месяцев назад

      Hamımıza uğurlu olsun

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 5 месяцев назад +1

    Yaxşı olar İnşallah

  • @user-fn3lo1rv8r
    @user-fn3lo1rv8r 4 месяца назад +1

    1988 əjdaha ili insəAllah dediyi kimi olar

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 5 месяцев назад +2

    Əjdaha ili çox uğurlu il kim göstərilir