"Onun bir günü"/ "One day of her life". Hürü Hacıyeva, Quşçu Ayrım, Qazax |

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2021
  • (For english scroll down)
    2016-cı ildə Azərbaycanın ucqar kəndlərini gəzib insanlarımızı, ələlxüsus qadınlarımızı və onların həyatlarını fotolentə aldığımda bir gün onların bir günlük həyatlarını lentə almaq istəyi yaranmışdı. Bu gün bu istəyimə və məsuliyyətli işi həyata keçirib "Onun bir günü" adı altında layihəyə start verirəm.
    Lahiyənin altıncı filminin qəhrəmanı #Qazax rayonu, Quşçu Ayrım kəndinin sakini Hürü Hacıyeva oldu. Çəkiliş zamanı səhhətindən əziyyət çəkirdi və Hürü xanımın çəkilişlərini aparmaq ən ağırı idi.
    Çəkilişdən bir neçə həftə sonra, 18 oktyabr tarixində Hürü xanımın həyat yoldaşı Nuru Hacıyev haqq dünyasına qovuşdu...
    P.S. Quşçu Ayrım Qazaxın sərhəd kəndidir və "Vətən" müharibəsinə qədər daim erməni güllələrinə tuş gəlirdi. 2020-ci il #08noyabr #Zəfər indən sonra kəndin atışmalara məruz qalması dayanıb.
    Xoş seyirlər.
    ***
    In 2016, when I traveled to #remote #villages of #Azerbaijan and photographed our #people, especially #women, and their lives, one day I wanted to #film their one-day lives. Today, I am carrying out this desire and responsible work and launching a #project called "One day of her life".
    The heroine of the sixth #film of the #project was Huru Hajiyeva, a resident of #GushchuAyrim village, #Gazakh region. #She was suffering from poor #health during the filming, and it was the hardest part for me.
    A few weeks after the shooting, on October 18, her husband Nuru Hajiyev passed away ...
    P.S. Gushchu Ayrim is a #border village of Gazakh and was constantly hit by Armenian bullets before the second #Karabakh war. November 8, 2020, After the #victory, the village got more silence and safe days.
    Have a nice watching.
    → Instagram: / irada_gadirova
    → Facebook: / irada.gadirova.7

Комментарии • 52

  • @Cahangir058
    @Cahangir058 2 года назад +4

    Orda xidmetde olmuşam.Salam Olsun Möhü Dayiya Çoban Vəzir Dayiya ve Bütun Qazax Ehline.

  • @samireliyev8127
    @samireliyev8127 Год назад

    ALLAH yar ve yardımcınız olsun İRADE xanim

  • @user-xy1xn5qi2i
    @user-xy1xn5qi2i Год назад +1

    Bir çəkiliş güldürür bir çəkiliş hüzünlədir. Həyat bu.Rabbim Nuru dayıya rahmətini bol etsin,qalanlarına can sağlığı,xeyirli ömürlər versin.
    İradə bacım Rabbim sizi de qorusun şərri xəta bəladan,bədnəzərdən.
    Zaman çətindi yola çıxmadan öncə Ayətəl kürsini oxuyun,yolcu duasını oxuyun. Rabbimə əmanət olun. Rabbim bütün xəstələrə acil şifalar versin,taqet,güc versin.Sağlıq hidayət içinde firavan ömür diləyirəm xalqıma.

  • @lalasafarova4740
    @lalasafarova4740 2 года назад

    Cox kövreldim(.Azdan coxdan kend heyatını tanıyıram . Allah Hürü xalaya can sağlığı versin. Evin başcısı olmadan da ,onun ucun cetin olacag. Heyatdi,ne edesen . Allah Nuru dayiya rehmet elesin🙏

  • @IMEIme-fi6rr
    @IMEIme-fi6rr 2 года назад +1

    Gözel ceklise görə twk

  • @shahinemrah619
    @shahinemrah619 2 года назад

    Salam olsun sizə Allah komek olsun qorusun amin amin amin Allah

  • @fuadhesenov2054
    @fuadhesenov2054 2 года назад +1

    Canim kəndim qurban olum torpağına... Çox sağ olun əziyyət cekmisiz var olun

  • @AmigoPKOfficial
    @AmigoPKOfficial 2 года назад

    Ruhu şad olsun. Amin

  • @aidejamalova4633
    @aidejamalova4633 2 года назад

    Allah rehmet elesin. Xanima gore cox uzuldum ((.

  • @IMEIme-fi6rr
    @IMEIme-fi6rr 2 года назад

    Zehmetkeş xanım 😍😍

  • @sevlan07
    @sevlan07 2 года назад +1

    💚💛Xeyrli olsun.Size de yene kecmish olsun.Allah rehmet elesin dayiya.Axira kimi baxmadim.Eladi her shey ,sadece pis oluram.😔

  • @gunayhuseynzade224
    @gunayhuseynzade224 2 года назад

    Necə çətindir indi xanım üçün. Allah rəhmət eləsin. Sizin də hisslərinizi başa düşürəm. Orda söhbet edib deyib güldüyünüz insanın bir neçə müddət sonra belə bir xəbərini almaq çox kədərlidir. Valideyinlere kömək edə bilmemek əzab vericidir doğrdanda

  • @ranajalilovar
    @ranajalilovar 2 года назад +1

    Video həqiqətən çox təsirlidir. Əlinizə, əməyinizə sağlıq İradə xanım!🧡 Allah Nuru dayıya da rəhmət eləsin..

  • @RenaBaki
    @RenaBaki 2 года назад +1

    Çox gözel filmdir, Huru xanıma yaxşı bir ayaqqabi lazım, ortopedik. Allah rehmet elesin Nuru kişiye, heyat dediyin çox qısa

  • @AmigoPKOfficial
    @AmigoPKOfficial 2 года назад

    Ucqar rayonları da sənədləşdirdiyiniz üçün Allah sizdən razı olsun

  • @Validaty
    @Validaty 2 года назад +1

    Hürü xalanın acı təbəssümünün ardından filmin "0"ilə başlaması təsadüfi deyildi (. Keçmiş olsun sizə də. Uğurlar

  • @taranaismailova3507
    @taranaismailova3507 2 года назад +1

    Allah Nuru dayıya rəhmət etsin, qalanlarına can sağlığı versin. Çox təsirli çəkilişdir. Adam elə istəyir ki, kənd camaatımız əziyyət çəkməsin. Bir gün bizim də Cənnət Vətənimizin hər guşəsində gözəl şəraitlər olması diləyilə sizə uğurlar 🤲👍

    • @IradaGadirova
      @IradaGadirova  2 года назад

      Amin çox sağ olun🤲

    • @elmddinkrimli3663
      @elmddinkrimli3663 2 года назад +1

      Nuru dayi rehmete gedib? Allah rehmet elesin cox gozel insan idi bize xidmet edende cox komek edib meyve siqaret herwey vererdi.

    • @IradaGadirova
      @IradaGadirova  2 года назад +1

      @@elmddinkrimli3663 lap kövrəldim😞bəli. 18 oktyabr tarixində rəhmətə getdi. Ruhu şad olsun

    • @elmddinkrimli3663
      @elmddinkrimli3663 2 года назад

      @@IradaGadirova Amin

    • @user-xy1xn5qi2i
      @user-xy1xn5qi2i Год назад

      Amin

  • @IMEIme-fi6rr
    @IMEIme-fi6rr 2 года назад

    Xahis edirem bu kenden çox reportaj alın nece cetin yaşayırlar belke imkanlı insanlar komek ederler allah qorusun

  • @amemmedova5022
    @amemmedova5022 2 года назад

    Necə də çox şeyləri dilə gətirmədən göstərən bu videodur. İzləyərkən çox kövrəldim, son saniyələrdə göz yaşımı saxlaya bilmədim. ALLAH dayıya rəhmət eləsin, anaya da can sağlığı versin.....

  • @NenelerNenesi61
    @NenelerNenesi61 2 года назад

    Keçmiş olsun , şükür ki hər şey geridə qalıb. Allah Nuru kişiyə rəhmət eləsin, yoldaşına da səbr versin. Bütün kəndlərdəki xanımların həyatı eyni dərəcədə ağırdı. Bu da onların şəraitlərinin normal olmamasındandı. Kimi bunu qəbul edib dərd etmədən həyatını xoşbəxtcəsinə yaşayır. Kimi də bu vəziyyətdən çıxmaq üçün yol axtarır. Əgər yolu düz seçirsə, xilas olur. Bu da çox nadir hallarda olur…

  • @aynurnaz1108
    @aynurnaz1108 2 года назад

    Allah amanında olun hər zaman... dəyərli insansız🥰
    hər evdən yazılsa bir kitab çıxar...

  • @anarvugarli179
    @anarvugarli179 2 года назад

    👏🏻👏🏻👏🏻👍🏻

  • @AZERBAYCAN....
    @AZERBAYCAN.... 2 года назад +1

    Excellent 🙌🏻

  • @gunelhummatova8285
    @gunelhummatova8285 2 года назад

    Allah rəhmət eləsin(((

  • @BurhanBayhan
    @BurhanBayhan 2 года назад

    Binbir zorluk ve emekle yaptığın bu çekimler çok değerli. Emeğine ve yüreğine sağlık. Nuru dayıya Allah rahmet eylesin.

  • @user-oz9jq6fg3x
    @user-oz9jq6fg3x 2 года назад

    Ureyim agridi,nece cetin sheraitde yashayirlar😔Cox arzulayiram ne vaxtsa bir ailede pis sheraitde yashamasin🤲🕊Allah senin komeyinde olsun,menim gozel balam❤️🕊🇦🇿

  • @SeydaZamanova
    @SeydaZamanova 2 месяца назад

    Salam.niyə hicaba kecmisiniz