Это видео недоступно.
Сожалеем об этом.

Ramiz Rövşən - İlan balası

Поделиться
HTML-код
  • Опубликовано: 4 авг 2024
  • Şeir: Ramiz Rövşən - İlan balası
    Səsləndirmə: Ramiz Rövşən
    Biraddımla'ya RUclipsda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    RAMİZ RÖVŞƏN - İLAN BALASI
    Böyüyüb bu körpə ilan balası,
    Gah o başa, gah bu başa sürünür.
    Sevinir udduğu havaya, suya,
    Torpağa sevinir,daşa sevinir.
    Bir sevgi həvəsi dolur canına,
    Gecələr gözünün itir yuxusu.
    Çiçəyin qoxusu, otun qoxusu,
    Küləyin nəfəsi dolur canına.
    Özündən xəbərsiz, səssiz-səmirsiz
    Zəhərə çevrilir canında hər şey.
    Bu ilan balası bir vaxt canında
    Gizlənən zəhərdən xəbər tutacaq.
    Bəlkə qarğıyacaq baxtını onda,
    Bəlkə boğazını qəhər tutacaq.
    Ağlama, ağlama, ilan balası,
    Baxtını qarğıma, ilan balası!
    Bu da bir ömürdü, dözəsən gərək,
    Beləymiş taleyin əmri, buyruğu;
    Döşünün altında - sevən bir ürək,
    Dişinin altında - zəhər tuluğu.
    Görənlər çığırar: - İlan var, ilan!..
    Qovduqca qovarlar səni dünyada.
    Hər yandan kəsilər yolun-yolağın,
    Tək bircə yol qalar sənə dünyada.
    Başından quyruğunacan,
    Zəhərli dişindən quyruğunacan
    Tək bircə yol qalar, - o yol özünsən,
    Özün öz yolunsan, ilan balası.
    Özün bu dünyada öz əzizinsən,
    Özün öz balansan, ilan balası.
    Hara qaçacaqsan göz qabağından,
    Bu zalım dünyaya neyləyəcəksən?
    Yüz yol çıxacaqsan öz qabığından,
    Özündən ayrıla bilməyəcəksən.
    Öyrən, yavaş-yavaş özünə öyrən,
    Dünyanın hər cürə üzünə öyrən.
    Barış canındakı zəhərli dərdlə,
    İyrənmə özündən, ilan balası.
    Bəlkə də, ən acı həqiqət elə
    Sənsən yer üzündə, ilan balası.
    Sənsən haqqın yolu bu yer üzündə,
    Tanrı özü seçib bu yolu bəlkə.
    Yüz cür sifətiylə, yüz cür üzüylə
    Dünya səndən keçib durulur bəlkə.
    Ramiz Rövşən:
    “Qadınların yerinin cəhənnəm olmasını deyə bilmərəm. Siz cəhənnəmlə cənnəti görmüsünüz? Bilirsiniz, hansı maraqlıdır ? Bilmirsiniz axı. Qadınlar kişinin başının tacıdır. Əgər qadınlar yeri cəhənnəmdirsə, o zaman kişilər baş əyəcəklər cəhənnəmə. Bir dəfə bir söz dedim, onu heç kəs başa düşmədi.
    Dedim ki, “Qadını biz alçaltmışıq, aşağı salmışıq. Kişi ilə qadın bərabər səviyyədə deyil. Qadın kişinin başının tacıdır. Bu, mənim ən dəqiq düşüncəmdir. Siz fikirləşin ki, bir ailədə bir kişi haqqında onu aşağılıyan söz deyilsin (dələduzdur, avaradır). Ondan qadına bir toz qədər ləkə qonmaz. Amma qadın haqqında xoşagəlməz bir söz deyilsə, kişiyə ləkə qonar.
    Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadınını elə qorumalıdır ki, ona heç vaxt toz qonmasın”.
    #ramizrövşən #ilanbalası #poeziya #biraddimla #biraddimlayol

Комментарии • 2