Ramiz Rövşən - Özümə bir Vətən düzəldəm gərək

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Şeir: Ramiz Rövşən - Özümə bir Vətən düzəldəm gərək
    Səsləndirmə: Ramiz Rövşən
    Musiqi: Aqşin Əlizadə - Hüzn valsı
    Biraddımla'ya RUclipsda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    RAMİZ RÖVŞƏN - ÖZÜMƏ BİR VƏTƏN DÜZƏLDƏM GƏRƏK
    Özümə bir Vətən düzəldəm gərək,
    Bundan da mehriban, bundan da qəşəng.
    Qoy, onun nə nefti, nə qazı olsun,
    Nə aradan axan Arazı olsun.
    Heç Muğan düzü də olmur, olmasın,
    Xəzər dənizi də olmur, olmasın.
    Dənizə dəyməyin, yox, dəniz olsun.
    Amma bundan bir az qoy təmiz olsun.
    Onun balıqları zəhərlənməsin,
    Onun qıraqları çəpərlənməsin.
    Özümə bir Vətən düzəldəm gərək,
    Bir üzü daş olsun, bir üzü ipək
    Daş olsun pislərin başını əzsin.
    Yaxşılar qoy ipək üzündə gəzsin.
    Gəzsin çəmənləri yaşıllıqları
    Artsın gündən-günə yaxşılıqları.
    Özümə bir Vətən düzəldəm gərək,
    Qapısı ağzında iri bir köpək
    Bura pis niyyətlə gələnə hürsün,
    Bizə lap uzaqdan hürənə hürsün.
    Heç bir kəsə quyruq bulamasın qoy
    Heç bir vaxt qab dibi yalamasın qoy.
    Özümə bir Vətən düzəldəm gərək,
    O Vətən tək olsun gözəllikdə tək.
    Bütün yer üzünə sorağı düşsün.
    Onu görənlərin tamahı düşsün.
    Bu Vətən həm anam, həm balam
    Yəqin o Vətəndə qərib olmaram.
    Ramiz Rövşən:
    “... Tolstoy deyir ki, həqiqət vətəndən də ucadır. İnsan öz sevdiyindən qorxa bilməz. Əgər qorxursa, yaltaqlanırsa deməli, onu sevmir. Mən öz şeirlərimdə Vətən sözünü heç vaxt tərənnüm xətrinə işlətməmişəm. “Lal” şeirimdə dediyim kimi:
    Mənim də bəxtimə bu vətən düşüb,
    Havayı açılmır çiçəkləri də…
    Bu misralarda tərənnüm yoxdu, ağrı var. Bizim ənənəvi düşüncəmiz tərənnümə öyrəşib. Ancaq tərənnüm, ancaq tərif… Evimizi yıxan da elə budur...”
    #ramizrövşən #ozumebirvetenduzeldemgerek #huznvalsi #aqsinalizade #biraddimla #biraddimlayol

Комментарии • 12