Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib.

Поделиться
HTML-код
  • Опубликовано: 16 июл 2024
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.
    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
    Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların öz xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
    Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub.
    Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb.
    Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.
    Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün iki mərtəbəli yeməkxanadan ibarətdir.
    Ölkə başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub.
    Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib.
    Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.
    Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz olunmuş mərkəzlə də yaxından tanış olub.
    Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.
  • КиноКино

Комментарии • 210

  • @nizamialiyev3631
    @nizamialiyev3631 7 месяцев назад +33

    Görünməyən Qəhrəmanlarımız bu Vətəni Qarşılıqsız Sevən Vətən Övladları

  • @Mr.Realist_13
    @Mr.Realist_13 7 месяцев назад +6

    Əsl Rəhbər Əsl Başçı,. Var olsun Dövlətimiz, və onun onurğa sütunu 👉DTX 🇦🇿❤️✊️💪

  • @BlackShadow-ok1fn
    @BlackShadow-ok1fn 7 месяцев назад +8

    Bu xalq sizinle fexr edir🇦🇿🇦🇿🇦🇿

  • @tebrizmirze1054
    @tebrizmirze1054 7 месяцев назад +13

    MaşAllah Allah Təhlükəsizdiyimizi Qoruyan Hər kəsə yardım elesin Qorusun Əmin . İnsanlara Təşşəkur etməyən Allaha tam şükür etmiş olmaz . Başcımız Başda olmaqla hər kəsə etdiklərinə göre təşşəkur edirik .❤️

  • @eyvazmehdiyev6615
    @eyvazmehdiyev6615 7 месяцев назад +6

    Ewq olsun dtxye digalari bir bir denneyirler ehsen size

  • @user-qe8du4bd5i
    @user-qe8du4bd5i 7 месяцев назад +9

    Həqiqətən də çox qürur duyuram milliyyətcə bir
    ❤AZƏRBAYCANLL❤kimi,
    ❤AZƏRBAYCANIMIZIN❤
    dövlət təhlükəsizlik xidmətiylə.
    Əhsən əhsən sizlərə hamılıqca igidlərimiz.

  • @libaba3632
    @libaba3632 7 месяцев назад +6

    DTX yeni iş yeriniz xeyirli, işiniz uğurlu olsun amin

  • @kamranaliyev9782
    @kamranaliyev9782 7 месяцев назад +35

    DTX nın güclü olması dövlətimizin güclü olması deməkdir. Uğurlar arzu edirəm.

    • @ElvinAbbasov-gu9qd
      @ElvinAbbasov-gu9qd 7 месяцев назад

      Bəli.Çünki dövlət siyasətini həyata keçirən qürumdu.❤❤

    • @user-dr5cs9cl6c
      @user-dr5cs9cl6c 6 месяцев назад

      Sahil Babayev bütün çıxan işçiləri prezidentdən və dövlətdən narazı salır.buda sonunda həmin təhsilli kadrların düşüncəsində anti dövlət fikirlərin yaranmasına və onların qohum və yaxın ətrafının dövlətə inamsızlığına səbəb olur.heç kim ac qalmır və acından ölmür.amma naxirliyin kadrlar rəisi imanov heybət və ya Sumqsyıt dsmf nin müdürü Süleymanov Ceyhun kimdənsə 30 000 rüşvət alıb mərkəzi mühasibatlığa işçi düzəldib özünə sumqayıtda yeni həyat şadlıq sarayının yanındakı novostroykadan 200 000 minə ev alacaqsa bu məndə dövlətə və nazirə inamsızlıq yaradacaq və mən bu hadisəni bütün sosial şəbəkədə insanlara paylaşacam.o vaxta qədər ki o insanlar işdən çıxqrılsın və rüşvətlə aldıqları yığdıqları əlindən alınsan.çünki mənim hüquqlarım pozulub və bu insanların əli var.və bu sosial şəbəkələr xüsusi xidmət orqanları tərəfindən izlənilir
      Burda yazdığım adlar hələdə nazirlikdə yüksək vəzifə tuturlar.Süleymanov Ceyhunun vasitəçiliyi ilə səmədov elxan adlı şəxs 50 000 rüşvət verərək sumqayıt dsmf yə müdür təyin olunub.Əsas məqsəd 20 il öncə təyin olunan və geri ödənişləri olan çox sayda saxta pensiya ödənişləri haqqında məlumatlar yeni rəhbər gələcək yad insan elinə keçsə əlavə yoxlama cəlb oluna bilər idarəyə bu isə öz növbəsində milyonlarla vəsaitin o vaxt ki Dövr ərzində Ramiz Mehdiyevin Qohumu müdür baş mühasibi Ceyhun Süleymanov pensiya inspektoru Elxan Semedov və Nəriman adlı inspektorlar tərəfindən bölüşdürüldüyünü məsələnin prezidentə qədər gedib çıxmasına səbəb olacaq .öz xidməti maşını 50 AA 660 nömrəli ağ optima maşınını isə Ceyhun süleymanov şəxsi məqsədləri üçün istifadə edir.Sumqayıt dsmf də 2 müavin var hərəsi 3000 manat maaş alır.nə ehtiyac var 2 müavinə.müavinlərdən biri 25 ildi işliyir və Sumqayıtda rüşvət almadığı adam yoxdu.minlərlə şikayət olunub hələdi işdən çıxmayıb.özü əslən şamaxı rayonundandır Himalay Məmişovda Şamaxı rayonundandı.Həmin müavinin adı Ramiz dir keçmiş kənd təsərüfatı nazirinin yaxın qohumudur.adlarını qeyd etdiyim şəxslər bir neçə nəfərdən ibarət qrupdur.həmin qrupun prokurorluq və Sumqayıt xüsusi xidmət orqanlarından məlumat aldığı şəslərdə var.Qrupun rəhbəri ƏƏSMN daxili nəzarət rəisi İmanov Heybətdir.İmanov Heybətin yaxın adamı Bədəlov Firdovsi İşə pulla adam düzəltdiyinə görə İşdən qovulub.İşdən qovulan zaman onun Yerinə Süleymanov Ceyhun təyin olunub.hal-hazırda Nazirlikdə Çalışan Sleymanov Ceyhun makler ceyhun kimi tanınır.o əvvəllər Ramiz Mehdiyevin xalası oğlunun sağ əli olub büdcədən külli miqdarda saxta Pensiya düzəldərək oğurluq edib.
      Yazdıqlarımı oxuyub bəlkə yuxuda olan xüsusi xidmət orqanları hərəkətə keçər bəlkə.mən dəfələrlə bu cür məktubları aidiyyatı üzrə yazmışam amma bu insanları himayə edən İmanov Heybət və bayramova Nərmin Ernest qızı barəsində heç bir tədbor görülməyib.oxuyun və araşdırın.bu insanların son 10 illik əmək fəaliyyətini yoxlasanız görəcəksiniz ki dövlətə neçə milyonluq zərər vurulub və bu insanlar nə qədər mülklərə maşınlara və obyektlərə malikdirlər
      Şəfaflığın təmin olunması bu cür insanların ifşa olunması sizin bu il içində ğörülən ən yüksək fəaliyyətiniz olar.

  • @qasimqasimov4690
    @qasimqasimov4690 7 месяцев назад +13

    DTX nin inkişafı Dövlətimizin və xalqımızın inkişafı həmdə güvənidir. Eşq olsun cənab Pirizidentimizə var olsun vətəni dövləti canlarından artıq sevən DTX əməkdaşlarına.

  • @user-ze2hd3pr8j
    @user-ze2hd3pr8j 7 месяцев назад +5

    Tutduqları əməl və fikirləri Zirvələrə ucaldsın Onları və Vətənimizi.Allah daima Yar və Yardımcıları olsun İnşallah.

  • @kindfriend85
    @kindfriend85 7 месяцев назад +25

    Yeni inzibati binalar görünməz qəhrəmanlarımız üçün xeyirli və uğurlu olsun.🇦🇿

  • @MSamir700
    @MSamir700 7 месяцев назад +26

    Dövlətimizə, millətimizə xeyirli olsun!!! Uğurlar!

  • @ayazmmmdov9526
    @ayazmmmdov9526 7 месяцев назад +3

    Yasasin Ali Bas Komandan var olsun dovlet var olsun DTX.

  • @gencetelekom5642
    @gencetelekom5642 7 месяцев назад +3

    Yaşasın bütöv Azərbaycanımız

  • @nizamialiyev3631
    @nizamialiyev3631 7 месяцев назад +7

    Əli Dayı Allah DTX Rəisi və Şəxsi Heyətini Qorusun qürur duyuram XKX DTX İLƏ

    • @elvinmn8306
      @elvinmn8306 7 месяцев назад

      XKX-nin DTX ilə heç bir tabeçilik münasibəti yoxdur. Yəqin ki, bilirsiniz.

    • @kenanbagirov5753
      @kenanbagirov5753 7 месяцев назад

      ​@@elvinmn8306bəli qardas XKX ayridi hərbiylə bagli bir seydi kəsfiyyat orqanidi DTX nin hərbiyə aidiyyati var qartal xususi təyinatli dəstə və bilmədiklərimiz DTX nin hərbi sahəsidi allah butun ordumuzu dovlətimizi qorusun

  • @PervizBaxseliyev-ft3km
    @PervizBaxseliyev-ft3km 7 месяцев назад +3

    Can Azerbaycan DTX.Ugurlu gələcəyə doğru.

  • @user-zm6ux7hr2v
    @user-zm6ux7hr2v 7 месяцев назад +3

    Azerbaycan devletine xalqina xeirli olsun insallah Amin🤲🤲🤲

  • @talehezimov7758
    @talehezimov7758 7 месяцев назад +3

    Dovletimizin insanlarimizin Tehlukesizliyini qorumaq ucun bu cur iwler coxx vacibdir🇦🇿🇹🇷💪💪

  • @ElnurVahidzade
    @ElnurVahidzade 7 месяцев назад +6

    Allahım sizləri qorusun qardaşlarım...

  • @asiflatifov3752
    @asiflatifov3752 7 месяцев назад +6

    Hamı ğecəni yatır-amma DTX nın ğecəsi-ğündüzü yoxdu.Ona ğörə xidmət edirlər ki ,Siz ğecəni rahat yatasız.

  • @OkaMammedli
    @OkaMammedli 7 месяцев назад +1

    AZERBAYCAN VAR OLSUN ! FEXR EDIRIK DTX !

  • @rovsenabbasov2087
    @rovsenabbasov2087 7 месяцев назад +3

    Mən vətandaş olarağ səmimi yazıram cənab Əli məllimin iş gucarlığna qüsürsuz xidməti və dövlətmzə gözəl xidmət edir Yaşasın DTX işçləri

  • @user-en7zs2ic7q
    @user-en7zs2ic7q 7 месяцев назад +1

    Yaşasın Azerbaycan Prezeenti

  • @abubandit3264
    @abubandit3264 7 месяцев назад +9

    Allah xalqımızı dövlətimizi qorusun eşq olsun DTX❤

  • @Serxan-Alpan
    @Serxan-Alpan 7 месяцев назад +4

    Allah bərəkət versin
    Allah daha da güclü etsin
    Biz rahat yaşayaq deyə hər cur fədakarlıq edirsiz
    Allah qorusun sizi
    Allah daxili və xarici düşmənləri məhv etsin
    Nə yaxşı ki varsınız ❤DTX❤

  • @mahmudagayev8269
    @mahmudagayev8269 7 месяцев назад +11

    Allah Təalə bərəkət versin.
    Allah Təalə Ölkəmizin keşiyində duran bütün heyyəti qorusun.Əmin.

  • @hhq_mig29
    @hhq_mig29 7 месяцев назад +2

    Allah razı olsun👏

  • @boyukdunya5395
    @boyukdunya5395 7 месяцев назад +13

    Dövlət Təhlükəsizliyi Xidmətinin yeni tikilmiş inzibati binaları xeyirli iğurlu olsun! Başda Cənab nazir Əli Nağıyev olmaqla Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarına möhkəm cansağlığı, uzun ömür və gələcək xidmətlərində uğurlar Arzulayıram! Yaşasın Böyük AZƏRBAYCAN!!! Yaşasın Cənab Ali Baş Komandan!!! 🇦🇿🇦🇿🇦🇿

    • @INSIDER-700
      @INSIDER-700 7 месяцев назад +1

      ❤🇦🇿👍👍👍

  • @user-hd8zv6ek3g
    @user-hd8zv6ek3g 7 месяцев назад +1

    Sizlerle fexr edirik!
    Allah qorusun sizleri!

  • @mansurov.alpasa
    @mansurov.alpasa 7 месяцев назад +2

    Fex edirik.DTX İLƏ❤

  • @user-sz2tf1sb6r
    @user-sz2tf1sb6r 7 месяцев назад +1

    Allah Sizi Qorusun Sizinle Fexr Edirik ❤❤

  • @elsadeynalov8206
    @elsadeynalov8206 7 месяцев назад +2

    ALLAH qorusun sizləri DTX❤

  • @Cafarov124
    @Cafarov124 7 месяцев назад +2

    Uğurlu və xeyirli olsun

  • @user-hg6tf5sm9q
    @user-hg6tf5sm9q 7 месяцев назад +1

    Xeyirli uğurlu olsun, və Alladan diləyirəmki bu ölkəmizi sülh əminamanlıq diyarı etsin❤🎉

  • @goldenbear9448
    @goldenbear9448 7 месяцев назад +6

    Ucarin icra bahcsi yoxlama aprsa yaxsi olar qanunsuz torpaqlari alib ozu ekir

  • @usaq0
    @usaq0 7 месяцев назад +3

    Təbrik edirəm Azərbaycan respublikasının DTX-NİN görünməyən qəhrəmanlarını.

  • @eltacmursudlu7786
    @eltacmursudlu7786 7 месяцев назад +3

    Xeyirli uğurlu olsun yeni nailiyyətlərə doğru inşallah DTX

  • @munxen.09
    @munxen.09 7 месяцев назад +2

    ❤❤❤❤xeyirli ugurlu olsun✊️✊️✊️✊️

  • @dasgncfrov9392
    @dasgncfrov9392 7 месяцев назад +1

    Yaşasın bütov AZƏRBAYCAN Cumhuriyyeti 🇦🇿🇦🇿🇦🇿

  • @Azerbaijan...
    @Azerbaijan... 7 месяцев назад +7

    Allah kömək olsun millətimə! 🇦🇿❤

    • @INSIDER-700
      @INSIDER-700 7 месяцев назад +1

      🤲AMIN ALLAH❤

  • @user-ul1oc7zs7i
    @user-ul1oc7zs7i 7 месяцев назад +2

    Allah xeyir versin.uğurlar.❤❤

  • @feridhesenov4947
    @feridhesenov4947 7 месяцев назад +2

    Fexir edirik Dovletimizle

  • @sirzadqarayev1704
    @sirzadqarayev1704 7 месяцев назад +2

    Masallah Xeyirli olsun

  • @musayevzaur8763
    @musayevzaur8763 7 месяцев назад +1

    Bu cür yaradılan şəraitdə ancaq Vətənə xidmət etmək lazımdır.İnşalla bizdə də olar👍👍👍

  • @yusufqaniyev-qo6vg
    @yusufqaniyev-qo6vg 7 месяцев назад +1

    Allah razı olsun rehberden

  • @namiqorucov7310
    @namiqorucov7310 7 месяцев назад +1

    Xeyirli olsun. İşleri avand olsun

  • @sharifaliyev92
    @sharifaliyev92 7 месяцев назад +2

    DTX halaldi ✊️

  • @user-rd7bd9zr6y
    @user-rd7bd9zr6y 7 месяцев назад +1

    Cox gözəl, Allah Canab Presedenti gorusun ❤ 🙏🙏

  • @XanmemmedQuliyev7908
    @XanmemmedQuliyev7908 7 месяцев назад +2

    Xeyirli olsun insallah

  • @kerimlielvin7335
    @kerimlielvin7335 7 месяцев назад +2

    Vətənə millətə xeyirli olsun 🙏🤗

  • @bakcellgold8472
    @bakcellgold8472 7 месяцев назад +2

    Xeyirli olsun halaldı onlara

  • @user-dw5qw3qz3i
    @user-dw5qw3qz3i 2 месяца назад

    Azərbaycanımız üçün çalışan gecəli gündüzlü zəhmət çəkib dövlət təhlükəsizliyinin keşiyində duran bütün hüquq mühafizə orqanları əməkdaşlarına minnətdarıq

  • @Montenegro07
    @Montenegro07 7 месяцев назад +2

    Halal olsun, əla👍🏻

  • @fikretmusayev3868
    @fikretmusayev3868 7 месяцев назад +2

    Xeyirli uğurlu olsun

  • @elmin.oo8
    @elmin.oo8 7 месяцев назад +3

    Xeyirli ugurlu olsun 🤍🇦🇿

  • @ghoasisnevin
    @ghoasisnevin 7 месяцев назад +2

    Xeyirli uğurlu olsun inşAllah.

  • @yusifmammadov679
    @yusifmammadov679 7 месяцев назад +1

    Allah dovletimizi qorusun❤

  • @arronblacfold3180
    @arronblacfold3180 7 месяцев назад +3

    Dövlətimiz daim olsun

  • @fridmmmdli1535
    @fridmmmdli1535 7 месяцев назад +3

    DTX❤

  • @zohrabzohrab2214
    @zohrabzohrab2214 7 месяцев назад +15

    ƏLHƏMDULİLLAH.. ALLAH Dövlətimizi,Əmr sahibimizi və Dövlətimizin təhlükəsizliyini qoruyan qardaşları qorusun, daha da güclü izzətli olmağı bəxş etsin.. ƏMİN ƏMİN ƏMİN..!

  • @KARTALÖLÜM8340
    @KARTALÖLÜM8340 7 месяцев назад +1

    EŞQ OLSUN UĞURLU OLSUN AZƏRBAYCANIMIN GÖRƏN GÖZÜ VURAN ÜRƏYİ

    • @user-dr5cs9cl6c
      @user-dr5cs9cl6c 6 месяцев назад

      Sahil Babayev bütün çıxan işçiləri prezidentdən və dövlətdən narazı salır.buda sonunda həmin təhsilli kadrların düşüncəsində anti dövlət fikirlərin yaranmasına və onların qohum və yaxın ətrafının dövlətə inamsızlığına səbəb olur.heç kim ac qalmır və acından ölmür.amma naxirliyin kadrlar rəisi imanov heybət və ya Sumqsyıt dsmf nin müdürü Süleymanov Ceyhun kimdənsə 30 000 rüşvət alıb mərkəzi mühasibatlığa işçi düzəldib özünə sumqayıtda yeni həyat şadlıq sarayının yanındakı novostroykadan 200 000 minə ev alacaqsa bu məndə dövlətə və nazirə inamsızlıq yaradacaq və mən bu hadisəni bütün sosial şəbəkədə insanlara paylaşacam.o vaxta qədər ki o insanlar işdən çıxqrılsın və rüşvətlə aldıqları yığdıqları əlindən alınsan.çünki mənim hüquqlarım pozulub və bu insanların əli var.və bu sosial şəbəkələr xüsusi xidmət orqanları tərəfindən izlənilir
      Burda yazdığım adlar hələdə nazirlikdə yüksək vəzifə tuturlar.Süleymanov Ceyhunun vasitəçiliyi ilə səmədov elxan adlı şəxs 50 000 rüşvət verərək sumqayıt dsmf yə müdür təyin olunub.Əsas məqsəd 20 il öncə təyin olunan və geri ödənişləri olan çox sayda saxta pensiya ödənişləri haqqında məlumatlar yeni rəhbər gələcək yad insan elinə keçsə əlavə yoxlama cəlb oluna bilər idarəyə bu isə öz növbəsində milyonlarla vəsaitin o vaxt ki Dövr ərzində Ramiz Mehdiyevin Qohumu müdür baş mühasibi Ceyhun Süleymanov pensiya inspektoru Elxan Semedov və Nəriman adlı inspektorlar tərəfindən bölüşdürüldüyünü məsələnin prezidentə qədər gedib çıxmasına səbəb olacaq .öz xidməti maşını 50 AA 660 nömrəli ağ optima maşınını isə Ceyhun süleymanov şəxsi məqsədləri üçün istifadə edir.Sumqayıt dsmf də 2 müavin var hərəsi 3000 manat maaş alır.nə ehtiyac var 2 müavinə.müavinlərdən biri 25 ildi işliyir və Sumqayıtda rüşvət almadığı adam yoxdu.minlərlə şikayət olunub hələdi işdən çıxmayıb.özü əslən şamaxı rayonundandır Himalay Məmişovda Şamaxı rayonundandı.Həmin müavinin adı Ramiz dir keçmiş kənd təsərüfatı nazirinin yaxın qohumudur.adlarını qeyd etdiyim şəxslər bir neçə nəfərdən ibarət qrupdur.həmin qrupun prokurorluq və Sumqayıt xüsusi xidmət orqanlarından məlumat aldığı şəslərdə var.Qrupun rəhbəri ƏƏSMN daxili nəzarət rəisi İmanov Heybətdir.İmanov Heybətin yaxın adamı Bədəlov Firdovsi İşə pulla adam düzəltdiyinə görə İşdən qovulub.İşdən qovulan zaman onun Yerinə Süleymanov Ceyhun təyin olunub.hal-hazırda Nazirlikdə Çalışan Sleymanov Ceyhun makler ceyhun kimi tanınır.o əvvəllər Ramiz Mehdiyevin xalası oğlunun sağ əli olub büdcədən külli miqdarda saxta Pensiya düzəldərək oğurluq edib.
      Yazdıqlarımı oxuyub bəlkə yuxuda olan xüsusi xidmət orqanları hərəkətə keçər bəlkə.mən dəfələrlə bu cür məktubları aidiyyatı üzrə yazmışam amma bu insanları himayə edən İmanov Heybət və bayramova Nərmin Ernest qızı barəsində heç bir tədbor görülməyib.oxuyun və araşdırın.bu insanların son 10 illik əmək fəaliyyətini yoxlasanız görəcəksiniz ki dövlətə neçə milyonluq zərər vurulub və bu insanlar nə qədər mülklərə maşınlara və obyektlərə malikdirlər
      Şəfaflığın təmin olunması bu cür insanların ifşa olunması sizin bu il içində ğörülən ən yüksək fəaliyyətiniz olar.

  • @mezahirtehmezov8651
    @mezahirtehmezov8651 7 месяцев назад +1

    Dövlətimizə, millətimizə xeyirli, ugurlu olsun.🇦🇿

  • @cavidsalmanov7703
    @cavidsalmanov7703 7 месяцев назад +2

    Dövlətimiz Xeyirli olsun

  • @Aybek_Qurbanov88
    @Aybek_Qurbanov88 7 месяцев назад +7

    ALLAH MENE NESIB ETMEDI,,OVLADIMA NESIB OLSUN ❤DTX❤EMEKDASI OLMAGI,INSHALLAH🙏🙏

  • @INSIDER-700
    @INSIDER-700 7 месяцев назад +2

    ❤S U P E R🤘🏼
    ELI NAGIYEV ESIL ZABITDIR,GOZEL INSANDIR👍
    FEXR EDIREM NAZIRIMIZLE🇦🇿

  • @MahirShamilli
    @MahirShamilli 2 месяца назад

    Bir Azərbaycanlı kimi vətənimlə qürur duyuram .Yaşasın Azərbaycan

  • @ilahaaliyeva2872
    @ilahaaliyeva2872 7 месяцев назад +1

    Xeyrli ugurlu olsun Amin❤❤❤❤

  • @amilhasanov7105
    @amilhasanov7105 7 месяцев назад +1

    Masallah xeyirli olsun

  • @vusaljordan23
    @vusaljordan23 7 месяцев назад +1

    Xeyirli Uğurlu Olsun 🙏

  • @user-fj4oy9ve9r
    @user-fj4oy9ve9r 7 месяцев назад

    Çox gözəl işlər gördüklərinə görə təşəkkürlər edirəm arada Masallı Rayonunda şirkətimizə doğru düzgün baxılsaydı çox gözəl olardı

  • @qara2112
    @qara2112 7 месяцев назад +1

    Azərbaycan mənim ❤-yimdir

  • @gulyashireliyeva4066
    @gulyashireliyeva4066 7 месяцев назад +1

    Oglumun en boyuk arzusu DTX Akademiyasinda tehsil almaqdi
    Allah hamini arzusuna catdirsin

  • @user-gl8yz3jc3v
    @user-gl8yz3jc3v 7 месяцев назад +2

    Allah özü qorusun cənabı

  • @anareliheyderov401
    @anareliheyderov401 7 месяцев назад +1

    Milletiz,dövlətimiz var olsun.

  • @user-xn7wb3or7m
    @user-xn7wb3or7m 7 месяцев назад +1

    Allar qorusun.

  • @Ra-qam
    @Ra-qam 7 месяцев назад +7

    Я вами горжусь Братья! Красавцы ❤

  • @azrbaycantarixi297
    @azrbaycantarixi297 7 месяцев назад

    Xeyirli olsun

  • @vuqarbabayev4793
    @vuqarbabayev4793 7 месяцев назад +2

    Super ❤❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍

  • @hfdsdfbgdfgg9087
    @hfdsdfbgdfgg9087 7 месяцев назад +18

    Millətimizə və döblətimizə xeyirli ,uğurlu olsun.Canları sağ olsun.

  • @user-qq7uq2gq4i
    @user-qq7uq2gq4i 7 месяцев назад

    MasAllah

  • @elcinqaniyev1411
    @elcinqaniyev1411 7 месяцев назад

    Allah qorusun sizləri

  • @resulyusubov1786
    @resulyusubov1786 7 месяцев назад

    Mende isdemisem bu binada xeyirli olsun dovletmize

  • @sahilqurbanov1656
    @sahilqurbanov1656 7 месяцев назад +1

    DT X👍👍

  • @farsajtv
    @farsajtv 7 месяцев назад +1

    👏👏👍👍👍

  • @asimomer3890
    @asimomer3890 6 месяцев назад

    Sizi neqder ucalsaz bizim Fexrimsiz DTX❤

  • @ismayilli-ws
    @ismayilli-ws 7 месяцев назад +1

    👍👍👍👍

  • @ronaldobaku5495
    @ronaldobaku5495 7 месяцев назад +1

    binanın gözəlliyinə bax burda işlemek üçün böyük havasim qalxdı

  • @LCF1913
    @LCF1913 7 месяцев назад +1

    Super.

  • @xavrzizzad2887
    @xavrzizzad2887 Месяц назад +1

    👍👍👍

  • @edik3876
    @edik3876 7 месяцев назад +2

    Camaatcünde bele ish yerleri açilsa çox yaxshi olardi

    • @lorelayheine4842
      @lorelayheine4842 7 месяцев назад

      Orda isleyenler de camaatdir. Camaatin atasi, oglu anasi bacisidir. Bedniyabetinizi özünüze saxlayin

  • @user-xb5ph1pm8u
    @user-xb5ph1pm8u 7 месяцев назад +4

    Allah Azərbaycanımızı qorusun Uğurlar DTX❤

  • @mr.arslanefendiyev2391
    @mr.arslanefendiyev2391 7 месяцев назад

    Belə şərait yaradılıb. Yeməyi, içməyi, idman zalı, şəraiti... əsas odur Vətənə layiqli bir vətəndaş yetişsin.

  • @user-sc6nw8cz6c
    @user-sc6nw8cz6c 7 месяцев назад +2

    DTX tam gücü iLe dovLetin ve miLLetin tehLukesizLiyini qoruyur. Müharibə vaxtı bütün tehLukesizLik tedbirLeri goruLdu, yüksək səviyyədə . Cənab GeneraL minnətdarıq.

  • @pervineliyev3758
    @pervineliyev3758 7 месяцев назад +1

    Yaşa DTX. Fəxrimizsən. Dövlətimizin təməlinin möhkəm durmağına əsas vacib amillərdən birisiz.

  • @VUSALSALMANLI
    @VUSALSALMANLI 7 месяцев назад +1

    💙❤️💚

  • @elcinibrahimov7597
    @elcinibrahimov7597 7 месяцев назад

    Yeni inzibati bina dövlətimiz üçün uğurlu olsun

  • @efqanselimov
    @efqanselimov 7 месяцев назад +3

    👍🏻🇦🇿

  • @republicofazerbaijan6671
    @republicofazerbaijan6671 7 месяцев назад

    wow,,,this is unbelievable👏

  • @turalefendi7372
    @turalefendi7372 7 месяцев назад

    Sesiniz yukseklerden gelsin.

  • @mehetsemedov3958
    @mehetsemedov3958 7 месяцев назад

    Allah xeyir versin Cennab prezident Allah Qorusun Sizleri