Pilpilə yoxsa palçıq vulkanı?

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Əgər fikir verirsinizsə, təqdimatlarımda tez-tez keçən pilpilə sözündən istifadə edirəm.
    Bəzən soruşurlarki bəs bu sözün mənası nədir.
    Əvvəla onu deyimki, Azərbaycan dilinin də aid olduğu türk dilləri ailəsində, vulkan sözü əvəzinə yanardağ sözü işlənib. Sonradan alınma söz əsl sözü sıxışdırıb, gündəmdən salıb.
    Eyni ilə də, palçıq vulkanı sözünün yerinə, qaynaması zamanı çıxardığı səslərdən adlanaraq pilpilə sözü işlədilirmiş.
    Azərbaycanda yer bilimi formalaşarkən, bizim "tərcüməçilər" dilimizdə mövcud olan sözün əvəzinə başqa dildən hərfi tərcümə edərək palçıq vulkanı sözünü istifadə edib gündəmə gətirmişdirlər. Beləliklə, pilpilə sözü arxaizm yəni köhnəlmiş sözə çevrilmişdir və günümüz istifadədən düşmüşdür.
    Məhz elə bu məqsədlə, qəsdən palçıq vulkanı sözü yerinə pilpilə işlədərək öz sözümüzün yenidən gündəmə gəlməsinə cüzi də olsa qatqım olsun deyə çalışıram.
    Doğma dilimizdən istifadə edək, dilimizin zənginliyin qoruyaq!
    Bu qədər...

Комментарии • 2

  • @mini.ferma.
    @mini.ferma. 7 месяцев назад

    Təşəkkür gözəl insan.uğurlarınız bol olsun.işiniz avand olsun

    • @UzeyirMikayil
      @UzeyirMikayil  6 месяцев назад +1

      Çox sağolun, təşəkkür edirəm. Minnətdaram!