İblis qapıları və ya Hacıqabul Alpları

Поделиться
HTML-код
  • Опубликовано: 3 окт 2024
  • Bəzən ətrafımızda İtaliya, Çili və ya İsveçrə kimi ölkələrin dağlarının nə qədər gözəl olduğunu eşidirik. Adətən bunu, Azərbaycan təbiətini gəzməyənlər danışırlar. Hacıqabul rayonu ərazisində, Böyük və Kiçik olmaqla iki məşhur dağ silsiləsi var, onlar Hərəmi dağları adlanır. Hərəmi dağları, Ələt tirəliyinin Kür - Araz ovalığı ilə qovuşduğu ərazidə yüksəlir və ən yüksək zirvəsi Babaqum adlanır. Bundan başqa, Şahdağ adlı zirvəsi də vardır.
    Böyük Hərəminin cənub yamacında denudasiya nəticəsində qayalar səddvari şəkildə formalaşıb və nəhəng qalanın surlarına bənzəyirlər. Buna görə də, yerli camaat bu quruluşlara İblis qapıları deyir və adətən bu yerlərdən uzaq dururlar.
    Möhtəşəmliyinə və əzəmətinə görə isə bu qayalar dünyanın hər yerində rast gəlinmir. Əsrarəngiz qayalardan başqa yenə də küyək və yağışın təsirindən uzun-uzun zağa və mağaralar, pilpilələr və əlbəttəki tarixi yerlərə rast gəlmək mümkündür.
    Belə...

Комментарии • 6

  • @qurbetesgerov
    @qurbetesgerov 10 месяцев назад +1

    Salam qardaş mağarada var burda ?

    • @UzeyirMikayil
      @UzeyirMikayil  10 месяцев назад +1

      Salam, hər vaxtınız xeyir, əlbət ki vardır. Lakin, gəzib axtarmaq lazımdır.

  • @vusal_bakinec_9454
    @vusal_bakinec_9454 Год назад +1

    Salam qardaş?kordinatlar var sizdə?Həqiqətən elədir qardaş düz deyirsiz Azərbaycanda gəzməli yerləri çoxdur məndə gəzirəm yeni yerlər kəşf edirəm,gəzmədiyimiz görmədiyimiz yerlər çoxdur!

    • @UzeyirMikayil
      @UzeyirMikayil  Год назад +1

      Salam, var əlbət. Zəhmət olmazsa eyniadlı Facebook profilimə yazın, izah edərəm. Həqiqi kimliyinizi istəyəcəm amma, xahiş edirəm nəzərə alasız.

    • @vusal_bakinec_9454
      @vusal_bakinec_9454 Год назад +1

      @@UzeyirMikayil yaxşı qardaş

    • @elvinsahsuvarov9899
      @elvinsahsuvarov9899 9 месяцев назад

      Gələn səfər gələndə məni tap daha yaxşı yerləri mən bilirəm.