Yusif Səmədoğlu "Qətl günü" (tarixi-psixoloji)

Поделиться
HTML-код
  • Опубликовано: 24 апр 2021
  • Yusif Səmədoğlu "Qətl günü". Bəlkə də nə vaxtsa kiminsə digərinə zarafatla "kirlikir" dediyini eşitmisiz, amma nə mənaya gəldiyini, nə demək olduğunu bilmirsiniz. Sizi maraqlandıran o sualın cavabı bu kitabdadır.
    Əsərdə 3 dövr qələmə alınıb, Qacar işğalı, repressiya dövrü və müasir insanın yaşayışı.
    Taleyin kəskin dönümlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu "Qətl günü" romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.

Комментарии • 21

  • @nurayrsulovaa
    @nurayrsulovaa 3 года назад +5

    Bildirimi görəndə o qədər sevindim ki.. Elə bu əsərin təhlili lazım idi. Oxumağa vaxt edəmmirdim. Daha uzun təhlillər gözləyirik👍🏻

    • @Kitablardandanishaq
      @Kitablardandanishaq  3 года назад +3

      Çox təşəkkür edirəm. Belə bir əsəri dərin təhlil etmək hələ ki, mənim həddim deyil(sözün əsl mənasında) İnşallah o günlər də gələr ki, şah əsərləri düzgün analiz edib, "haradasa səhv etdim ya yox" düşüncəsi olmadan uzun videolar təqdim edə bilərəm.) Hələlik isə ancaq bu möhtəşəm əsəri oxumağınızı məsləhət görərək kifayətlənmək məcburiyyətindəyəm) xoş mutaliələr, fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm 🌹

    • @nurayrsulovaa
      @nurayrsulovaa 3 года назад +2

      @@Kitablardandanishaq 😊başa düşürəm sizi inşAllah istədiyiniz kimi olar 👏

    • @Kitablardandanishaq
      @Kitablardandanishaq  3 года назад

      @@nurayrsulovaa çox təşəkkür edirəm. Amin İnşallah)

  • @ruslankrmv
    @ruslankrmv 3 года назад +2

    Salam sizi bugün kəşf etdim Dan Brown ilə . Çox sevindim ki Azərbaycanda da belə youtube layihəsi var. Daha çox xarici ədəbiyyat videoları olsa sevinərəm

    • @Kitablardandanishaq
      @Kitablardandanishaq  3 года назад +1

      Çox təşəkkür edirəm. Xarici ədəbiyyatdan da gözəl kitablarım var. Videoları gələcək İnşallah. 🌹

  • @munavvermamedova2058
    @munavvermamedova2058 3 года назад +4

    Assalamu əleykum, sizə təşəkkür edirəm, digər videolarınıza da baxdım,çox maraqlı təhlilləriniz var. "Qətl günü" romani haqqında da çarxınızı ğördüm. Bir sualım var. Sizcə, Kirlikir obrazı nəyi simvolizə edir?

    • @Kitablardandanishaq
      @Kitablardandanishaq  3 года назад +2

      Salam. Mən təşəkkür edirəm 🤗
      "Qətl günü" əsərində yuxu və gerçəklik bir-birini elə əvəzləyir ki, hərdən nəyin yuxu, nəyin reallıq olduğunu qarışdırırsan. Və mən düşünürəm ki, insanı bu vəziyyətə sala biləcək tək bir şey var o da vicdandır. Kirlikirin susmuş vicdanın təmsilçisi olduğunu hesab edirəm. İnsanların yuxularına gələrək onların bilərək və ya bilməyərək etdikləri və ya göz yumduqları hərəkətləri onlara xatırladır. Bu mistik obraz insanın daxilini o qədər yaxşı tanıyır ki, insanın qəlbinin dərinliklərində bildiyi, lakin dilinə gətirə bilmədiyi həqiqətləri bir-bir işıq üzünə çıxarır. Və mən hansı prizma ilə baxsam da yenə də bu mistik obrazi vicdan adlandırmaya bilmirəm. Ola bilsin ki, bu işin peşəkarları mənim bu sözlərimi eşitsələr sadəcə olaraq gülərlər. Çox güman ki, çox fərqli yanaşmalar və daha düzgün izahlar var. Amma sadə oxucu olaraq mənim başa düşdüyüm və Kirlikirə verə biləcəyim yeganə izah bundan ibarətdir.)

    • @munavvermamedova2058
      @munavvermamedova2058 3 года назад +2

      @@Kitablardandanishaq Çox təşəkkür edirəm, cavablandirdiğiniza görə. Maraqlı fikirdir.

    • @lemanquliyeva6018
      @lemanquliyeva6018 3 года назад

      Əsər nedrn behs edir

    • @agdamqarabag5094
      @agdamqarabag5094 3 года назад +1

      @@Kitablardandanishaq Təşəkkür edirəm əvvəlcə sizə. Mən düşünürəm ki Krikir burda sadə camaatın simvoludu . Ola bilər sizcə?

    • @Kitablardandanishaq
      @Kitablardandanishaq  3 года назад

      @@agdamqarabag5094 salam. Maraqlı yanaşmadır. Niyə məhz sadə camaat?

  • @iremgultekin6625
    @iremgultekin6625 2 года назад +3

    Merhaba, Türkiyeden yazıyorum. Master öğrencisiyim ödevim olarak yusuf samedoğlunu araştıracağım ama çok fazla bilgi yok. Bana yardımcı olabilir misiniz?
    salam turkiyeden yaziram. Mən magistr tələbəsiyəm, ev tapşırığı kimi yusuf samedoğlunu araşdıracağam, amma çox məlumat yoxdur. Mənə kömək edə bilərsiniz?

    • @Kitablardandanishaq
      @Kitablardandanishaq  2 года назад

      İrem xanim, salam. +994 51 523 45 11 nömrəsinə yazın zəhmət olmasa. Bacardığımız qədər kömək olaq)

  • @anarkrimli1415
    @anarkrimli1415 2 года назад +1

    Salam, qətl günü əsəri hal-hazırda təqdimat mövzümdü amma romanı oxumağa vaxtım yoxdu. Sadəcə filmini izlədim və deyə bilərəm ki, həqiqətən möhtəşəmdi. Romanın təhlilini ətraflı biçimdə necə sizdən dinləyə bilərəm və ya oxuya?

    • @lemanaliyeva0077
      @lemanaliyeva0077 Год назад

      Salam fılmını men tapa bılmırem sız hardan baxmısız komek ede bılersız?

  • @Maschinenhersteller
    @Maschinenhersteller Год назад +1

    Bu kitabı 2 dəfə oxumuşam.Çox maraqlı kitabdır.3 obraz eyni taley

  • @gulya1
    @gulya1 3 года назад +2

    Birinci 😍çox sagolun

  • @orucovaselale4907
    @orucovaselale4907 Год назад

    Qiymət