İdman zalları nə vaxt açılacaq? - AÇIQLAMA

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • İdman zalları nə vaxt açılacaq? - AÇIQLAMA
    Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar uzun müddətdir fəaliyyətini dayandıran sahələrdən biri də idman zallarıdır. Vaxtaşırı yumşalmalarla müxtəlif sahələrdəki məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, idman zalları hələ də bağlı qalır. Bu isə idmançılar arasında narazılığa səbəb olub.
    İdmançılar tərəfindən “MediaPost”a daxil olan şikayətdə bildirilib ki, uzun müddət idman zallarının qapalı qalması onların məşqlərinə mane olur. İdman yarışlarında iştirak edəcək idmançılar bununla bağlı dəfələrlə Gənclər və İdman Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsinin olmadığını bildiriblər.
    “Alpman” Taekvondo Klubunun baş məşqçisi Zahid Nadirov “MediaPost”a açıqlamasında bildirib ki, idman zallarının uzun müddət bağlı qalması idmançılara təkcə fiziki yox, həm də psixoloji cəhətdən təsir göstərib. O həmçinin qeyd edib ki, zalların bağlı qalması nəticəsində məşqçilər məcbur qalıb başqa sahələrə üz tutur.
    Zahid Nadirov bildirib ki, zalların fəaliyyətinin bərpa edilməsi zəruridir. İdmançının sözlərinə görə bəzi idman növlərini evdə məşq etməklə kompensasiya etmək olur, lakin əksər idman növlərində zalda məşq vacibdir.
    İdman zalları ilə bağlı hələ də qərar verilməməsindən gileylənən taekvandoçu kiçik qruplar şəklində, sosial məsafə saxlamaqla zalların fəaliyyətinin bərpa edilməsi gərəkdiyini düşünür.
    Baş məşqçi Azərbaycanın hər zaman beynəlxalq arenalarda olimpiya oyunlarda, çempionatlarda öz sözünü deməsinə baxmayaraq bu il idmançılarımızın yüksək nəticə göstərəcəklərinə ümid etmədiyini deyib.
    Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova “MediaPost”a açıqlamasında idman zallarının açılması üçün Nazirliyin dəfələrlə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etdiyini söyləyib.
    Əziz izləyicilərimiz, MediaPost daim sizə maraqlı, faydalı, yeniliklə dolu kontent təklif edir. Bizi izləməklə, ölkədə və dünyada baş verən hadisələrdən, yeni media ənənələrindən, maraqlı məlumatlardan agah ola bilərsiniz. Birlikdə öyrənək və əylənək!
    Bizi digər sosial şəbəkələrdən izləyin
    Facebook: mediapost.tv/
    Telegram: t.me/mediapostaz
    Instagram: tv.mediapost?igshid=clz0b6vykwgx
    TikTok: vm.tiktok.com/...
    Rəsmi saytımız: mediapost.az/
    #İdmanzalları #karantinrejimi #MediaPost #Azərbaycan #xeber #xeberler #sonxeber #sonxeberler #media #idmançı #fitnessalonları

Комментарии • 46