Rəssam Səadət Nərminin “Oyanış” adlı sərgisi təşkil olunub

Поделиться
HTML-код
  • Опубликовано: 28 авг 2024
  • "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində Yasamal Rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Qalereya ilə birgə " Oyanış " adlı vətənpərvər rəssam Səadət Nərminin sərgisi təşkil olundu. Sərgidə rəssamın müxtəlif texnikalarda 40 əsəri nümayiş olunurdu.
    Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub abidə önünə gül dəstələri qoyuldu, xatirə fotoları çəkildi. Sərgini giriş sözü ilə açan Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Azər Zeynalzadə sərgi iştirakçılarını salamlayıb rəssam Səadət Nərminin əsərlərində Azərbaycan təbiətinin gözəlliklərinin xüsusi texnika ilə yaradıldığını və tamaşaçılara təqdim olunduğunu qeyd etdi və rəssama uğurlar arzuladı. Sözü Beynəlxalq Qalereyanın Direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım çıxışında Səadət Nərminin əsərlərinin "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə gözəl bir töhfə olduğunu və rəssamın istedadı nəticəsində bir-birindən gözəl rəsm əsərlərini yaratdığını qeyd edib və tezliklə rəssamın xaricdə də ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını bildirdi.
    Sərginin layihə rəhbəri və təşkilatçısı Aygün Əzizova çıxışında bu gözəl sərgini təşkil etmək üçün hazırlaşanda Səadət Nərminin həyat və yaradıcılığı ilə tanış olduqca sənətkarın vətənpərvər , incə ruhlu, məsuliyyətli , sənətsevər , kövrək qəlbə malik olduğunu bildirdi . Səadət Nərminə ailə xoşbəxtliyi, can sağlığı sənət yollarında tükənməz uğurlar arzulayıb sözü Səadət Nərminin həyat yoldaşı Emil Hacıyevə verdi.
    Emil bəy sərgiyə gələn qonaqları salamlayıb xanımı Səadət Nərminə bir-birindən gözəl əsərləri yaratdığı və ona gözəl həyat yoldaşı, ana olduğu üçün təşəkkürünü bildirib, sənətində uğurlar arzuladı. Sərginin yüksək səviyyədə Yasamal Rayon Heydər Əliyev Mərkəzində təşkil olunduğu üçün təşkilatçılara təşəkkür etdi.
    Səadət xanımın atası Hacı Mirsəfər Fətiyev , anası Mirnisə İsgəndərova bu gün çox sevincli olduqlarını və Nərminlə fəxr etdiklərini söylədilər. Nərmin xanımın kiçik yaşlardan rəssamlığa maraq göstərdiyini bildirdilər.
    Beynəlxalq Qalereya tərəfindən diplomla təltif olunan Səadət Nərmin çıxışında sərgi iştirakçılarını salamlayıb , bu gözəl gündə onunla birlikdə sərgisinə təşrif buyuran iştirakçılara təşəkkür edib tezliklə yeni bir sərgini tamaşaçılara təqdim edəcəyini bildirdi.
    Sərgidə fəxri qonaq olaraq iştirak edən dunyaxeber.org saytının rəhbəri Dünyaxanım Əliyeva, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, ADPU-nun müəllimi Səyyar Əliyev ,rəssam - müəllim Günəş Heydərova rəssama gələcək fəaliyyətində uğurlar arzuladılar.
    Rəssamın qaynanası pianoçu Şəfaqət Hacıyeva çıxışında Nərminin bacarığının sadə rəssam olaraq yox fəaliyyətini genişləndirb "Nərmin" Tədris Mərkəzinin olmasını və müəllim olaraq fəaliyyətdə olmasını istədi, sərgiyə hədiyyə olaraq pianoda gözəl musiqi nömrələri ifa etdi.
    Sonda rəssam tortu kəsilib , xatirə fotoları çəkildi.

Комментарии • 22