Sevgi nədir? | Eyni anda bir neçə nəfəri sevmək mümkündürmü? | Söhbətgah | Münasibət

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024

Комментарии • 301

  • @kamalasaleem1454
    @kamalasaleem1454 2 года назад +205

    Sevgi və Lütfizadədən söz düşmüşkən, bəlkə də, Lütfizadənin beynini Amerikaya, meyidini Azərbaycana “etibar” etməyinin səbəblərindən biri də, amerikalıların yeni fikirləri, azərbaycanlıların isə ölüləri daha çox “sevdiyini” bilməsi idi)

  • @ahukamranli_
    @ahukamranli_ 2 года назад +203

    “Biz qaranlıqda yaşayırıq,bizim ziya əksikliyimiz var. İşıq tutana,yol göstərənə ehtiyacımız var. “ bunu düşünən tək mən deyilmişəm. Sağol Ali Xayyam🌾

    • @laleqasimova9608
      @laleqasimova9608 2 года назад +3

      Sizi burda gormek ne xosh,Ahu😍

    • @kenanxelil3698
      @kenanxelil3698 2 года назад

      O insanlar çoxdur. Düzdür o işıq tutanlar yetərincə olmasa da var. Sadəcə bəzilərinin yazdıqlarını üzə çıxarmaq üçün maddiyatı, bəzilərinin başqa problemləri var.

    • @rkgkn4540
      @rkgkn4540 Год назад +1

      ​@@laleqasimova9608
      Ə
      Ə
      Əöə
      Ö

    • @rkgkn4540
      @rkgkn4540 Год назад

      ​@@laleqasimova9608
      Ə
      Ə
      Əöə
      Ö

  • @s.ahmedova6381
    @s.ahmedova6381 2 года назад +54

    Əli Xəyyam çox yaxşı dinləyicidir)) Danışanda isə çox axıcı ,rahat danışır.)

  • @sevdaisa7466
    @sevdaisa7466 2 года назад +61

    Evdə həyat yoldaşını təhqir edib,şiddət göstərən qonşum müharibə dövründə bayrağı qapıdan çıxartmadı.Allah kəssin belə vətənpərvərliyi və vətən sevgisini.
    Mövzu və söhbət üçün 💚

  • @nihatsardarov7412
    @nihatsardarov7412 2 года назад +55

    "Sevgi eyni istiqamətə baxmaqdır" bu sevgi barəsində möhtəşəm bir açıqlamadı,izahdı.

  • @turkana-va3840
    @turkana-va3840 2 года назад +27

    son 2-3 ayda ölkemize podkast medeniyyetini getirdiyiniz ve bu qeder suretli yaydiginiz uchun ayrica her birinize teshekkurler.
    Alinin fikirlerini test yayimdan beri cox yaxindan izleyirem amma Sohbetgah onu daha yaxindan kesf etmeyimize sebeb oldu❤️

  • @vefashabanova8096
    @vefashabanova8096 2 года назад +20

    Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
    Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
    Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

  • @rufanfakhrad3584
    @rufanfakhrad3584 2 года назад +32

    O qədər sevilirsizki, o qədər sevilirsizki sözlərə sığdırlmaz qədər. ♥️♥️ Bol söhbətləriniz olsun hər zaman, bizdə çayımızı kofemizi süzüb dinləyərək zövq alaq... 🔮

  • @jumuavshar
    @jumuavshar 2 года назад +4

    İnsan əməyinin bəhrəsini, garşılığını, çiçəyini görəndə daha çox sevgi yaranır gördüyü işə. Şübhəsiz ki sevgi ilə görülən heç bir iş diggətdən kənar galmır, ən azından Allah gatında. Sizə gördüyünüz işdən dolayı təşəkkürümü bildirmək istəyirəm. Arzu edirəm, daim giymətləndirilsin, dinləyən hər kəsdə Tural bəyin dediyi kimi "aaa, belə bir şey də var imiş həyatda" və s. kimi özünü sorğulama bacarığı formalaşdırsın. Açığı yeni başlamışam sizi izləməyə, ama sevərək dinləyirəm baxış açılarınızı. Çox sağ olun ki, paylaşırsınız!

  • @senubermustafayeva1457
    @senubermustafayeva1457 Год назад +3

    Uşaqlar,sizə çox təşəkkür edirəm. Siz qaranlıqlara işıq tutursunuz. Bu patkazınız mənimçün şuper oldu.

  • @gun_var_sr_beraber3378
    @gun_var_sr_beraber3378 2 года назад +7

    Her sey eladi.Maraqlidi.Amma düşünürəm ki,qadın ve kişi öz işləri ilə məşğul olsa,dalaşmağa vaxt tapmazlar.Her iki insan işlərini layiqincə yerinə yetirsə,yaxşı olar.Butun problemler bekarçılıqdan başlayır.İstenilen halda,her kişi qadını üçün,qadın da kişisi üçün mükemmel olmağa çalışmalıdır(her mövzuda)Onda her şey gözəl olar

  • @TheAbbasovv
    @TheAbbasovv 2 года назад +10

    Söhbətlərinizə doymaq olmur, belə davam edin. 👍

  • @ziyafataliyev
    @ziyafataliyev 2 года назад +9

    Bu dəfəki buraxılışınız xüsusi rahatlıq verdi.

  • @aykhanaskerov7310
    @aykhanaskerov7310 2 года назад +3

    Ali Khayyamin fikirləri chox maraqlidiye, butun gunu adam qulaq asib, nese oyrenmek istiyir

    • @vuqarahmadov5299
      @vuqarahmadov5299 2 года назад

      her defe Aliye qulaq asanda adam ele bil 5-6 kitab oxumush kimi olur

  • @aytnatakisiyeva5477
    @aytnatakisiyeva5477 2 года назад +8

    Sevgi emekdir...Sevgi eyni istiqamete baxmaqdir...Çox doğru fikirlerdir..
    Bir də o çoxxx doğrudur ki, insan 30 40 yaş arasi analiz edir heyatini , men kimem yanimdaki kimdi, men xosbextemmi

  • @raminaliyev103
    @raminaliyev103 Год назад +1

    Men sizi Amerikadan dinleyirem ve her gun 36yasimda bir seyler orgenirem sizlere tesekkur edirem.Ugurlariniz bol olsun.

  • @azerbaijan6495
    @azerbaijan6495 2 года назад +10

    Əgər iki nəfər arasında qalmisansa ikincinin seç ,əgər birincini doğurdan sevsəydin ikinci olmazdı
    (Charles Bukowski)

  • @trlanm.8651
    @trlanm.8651 2 года назад +3

    Ali şeirlərini də belə tez tez buraxsaydı, dinləyib zövq alardıq

  • @mehparememmedova788
    @mehparememmedova788 6 дней назад

    Allah'ın Əmri İlə Yaradılan Hər Şeyə Hörmət Sayqı Sevməyin Əlamətlərindən Biridi

  • @aytacfeyzullayeva7769
    @aytacfeyzullayeva7769 6 месяцев назад

    Çox maraqla dinlədim . "Sevgi eyni istiqamətdə baxmaqdır". Çox maraqlı fikirdi.

  • @fatimeimanzade7492
    @fatimeimanzade7492 2 года назад +3

    Edilən kəşflərin,ən gözəlisiniz 🕊

  • @cavadeyyubov
    @cavadeyyubov 2 года назад +5

    Hər podcastı yorulmadan dinləyirəm və bu gözəl layihə üçün təşəkkür edirəm, ümid edirəm davamı olacaq. Tural bəy sizə bir sual vermək istəyirəm, demək olar hər podcastda din, islam, inanclardan danışırsız özünüzdə inanclı ibadət əhlisiz. Amma görünən odur ki inancınızıda sorğulayırsız, ən azındam cənnət, orda nə edəcəyik və s kimi anlayışları məsxərəyə qoymağınızdan hiss olunur. Mənə inandığınız şeyə tam içdən inanmadan necə rahat olmağınız və hər mövzuda dini yanaşmalarıda necə nəzərə almağınız maraqlıdır. İnandığınız islam qısa və net nədir? Umid edirəm cavablayarsız ya burda ya gəlın podcastlarda. Uğurlar, əlasız davam edin.

    • @DrLi-qy9zu
      @DrLi-qy9zu 2 года назад

      Bir xanımın sözləri yadıma düşdü :) Deyirdi ki, "Əmin olun peyğəmbər bu dövrdə yaşasaydı yırtıq şalvarlı,qulağı sırğalı bir gənc olardı".Əsl İslam təqdim olunandan tamam başqadı əslində:) Ki,cənnət,cəhənnəm mövzusuna da aiddir bu.Mənimçün də maraqlıdı Tural bəyin inandığı İslam nədir?

    • @yusufhuseynzade3302
      @yusufhuseynzade3302 2 года назад

      .

  • @shebnem273
    @shebnem273 2 года назад +1

    Öyrənmələr və dəyişikliklər yəqin ki sonsuza qədər davam edəcək şeylərdir.Bir ifadə xoşuma gəlmişdi ,məzmunca belədi,yaradıcı insanlar azdı,həqiqətən özü yaradan.Daha çox biz başqalarından yaradıcı oluruq... Çox şeyləri böyük ehtimal yarımçıq bilirik,hər kəsdə tamamlanması fərqli gedir. Tarixdən və digər şeylərdən gətirdiyimiz arqumentlərdə belə boşluqlar olur.İster sevgi olsun ,istər başqa bir obyekt, məfhum haqqında. Mən bir qənaətə gəldim ki nə qədər bir şey öyrənsəm də,bir şeyləri bilsəm də bunlar mütləq (əminlik) olmayacaq. "Mən bir şey bilirəm o da bir şey bilmədiyimdir" Gözlə gördüyümüz,eşitdiyimiz ,toxunduğumuz şeylər belə mütləq olmur. Eşitdiklərimizde təhriflər çoxdu,ona görə vasitəli və vasitəsiz nitq var dildə.Sevgi də bəlkə sonda bileceyimiz əsas tapmacanin cavabıdır.Ehtimallarımızdan nisbi və ya yaxın doğrular çıxacaq.
    Əgər biz bir şeyi mütləq qəbul ediriksə ,deməli ona güclü bir inanc yuklemisik.

  • @renatagiyeva6404
    @renatagiyeva6404 2 года назад +1

    Fikirleriniz hem chox maraqlidi, hem de bir birinizi bele yaxsi basa dusmeyiniz sohbeti cox daha axici edir. Ali oxudugun kitablari bizle de bolusun 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @elvinahmadov6527
    @elvinahmadov6527 2 года назад

    Ilk defedir ki bir Azerbaycan kanalini bu qeder maraqla dinleyirem.
    Var olasiz!

  • @meherremsuleymanzade
    @meherremsuleymanzade 2 года назад +1

    Salam.Söhbet ve mövzulariviz çox xoşdu ve öyredicidi.
    Sevgi mence ruhun ehtiyacidi yeni herşeye olar sevgi ata ana veten işin v.s.Amma insan bir adama sevgi vermey ve ondan sevgi almaq isdeyir ve xoş vaxt kecireceyi anlasacagi ve s.Ve mence SEVGI ruhla birbaşa bağlidir.Herkese sevgiler🌍🖤

  • @Firuzahuseynzade1519
    @Firuzahuseynzade1519 2 года назад

    Düzü bu mövzu barədə müzakirənizə biraz skeptik yanaşıb bu günə ertələdim.Çox səhv etmişəm.
    Tural bəy sizin hər mövzuya aid tarixi bir məlumat verməyiniz👍🏼👏🏻👏🏻👏🏻
    Sevgidən danışıb əsasda qadın-kişi münasibətindən, sonda Vətən sevgisindən danışmanız, Lütfi-Zadə ni qeyd etməyiniz, Şuşa fatehləri sonluq məni qəhərləndirdi.
    Çox təəssüf ki, o bəhrələnmə üçün uzun və çətin yol qət edilməlidi.Bu yaxınlarda bir “ziyalı”nın Lütfi-Zadə barədə “fındıqbaş kişi” sözündən sonra…əməlli məyusluq keçirtdim.
    Həqiqətən bir birinizi çox gözəl tamamlayırsınız.Əli Xəyyam bəyin dinləmə qabiliyyəti👌🏻zövq aldım 👏🏻👏🏻👏🏻

  • @orkhan.i
    @orkhan.i 2 года назад

    Söhbətgahın ilk izlədiyim programı bu idi. Çox səmimi, gözəl alınıb, bir neçə dəfə təkrar izlədim verlişi.
    Əli Xəyyamı diqqətlə izləyirəm, bəzi məsələlərdə fikirlərini tam demir və ya fikrini gizləyir, bəlkə də cəmiyyət qınağına görə, insanlar çox fərqli fikri qəbul etməyə hazır deyil amma hər müsahibədə adama heyran qalıram və səssiz qaldığı mövzudan da fikirlərini anlayıram çünki hiss etdirir mimikaları ilə

  • @ulvirasulzade9744
    @ulvirasulzade9744 2 года назад +3

    Teşekkür edirem bele maraqlı bir kanal qurduğunuz ve maraqlı mövzulara toxunduğunuz üçün. Uğurlar arzu edirem ümidvaram ki bu kanal çox böyüyecek ve daha çox insana xitab edecek. Eyerki bu olmasa kanal böyümese sizden ricam hevesten düşmeyin izlemeye davam eden şexslerin xetrine videolara davam edin. Uğurlar birdaha!

  • @a13dullayev92
    @a13dullayev92 2 года назад +9

    Aləm adamlarsızee deyirəm. Sevgi ilə başladınız, Tosu ilə bitirdiniz. :)
    Bu arada qəhvə qabının boş olduğu bəlli olur, Tural bəy.

  • @Aybanizmammadli584
    @Aybanizmammadli584 2 года назад +3

    Bu mövzuya toxunmanızı mən də istəmişdim, təşəkkürlər💚💙

  • @alimealiyeva5864
    @alimealiyeva5864 2 года назад +4

    Sizi dinlerken o ulvini yasamamisiniz .yasayan ONU ele anladar ki yasadigi kimi .sevgi gormeden hiss ETMEKDIR HER yerde onu gormekdir toxundugu HER senyde gozu kimseni gormez .sevgi hec BIR kusur gormezden EN ideali olur .

  • @ФазильШабанов-ш6п
    @ФазильШабанов-ш6п 9 месяцев назад

    Сизин чох излейирем. Хошума гелир. Бу севги мовзусунда чох зеифсиз. Севги мутехесислери вар. Онлар яхшы билир. Севги хагда янлышларыныз чох. Бу меним субйектив фикиримдир. Инчимейин. Бойук эхтирамла. ❤

  • @agalarazimov8339
    @agalarazimov8339 2 года назад +3

    Cox sagolun

  • @muradmuradov9358
    @muradmuradov9358 2 года назад +4

    Podkastin cox gozel dizayneri var 👌

  • @muradgaribzade8368
    @muradgaribzade8368 2 года назад +1

    Cox maraqli yayim idi, sonadek dinledim, tesekkurler.

  • @xayalaomarova6509
    @xayalaomarova6509 2 года назад

    Söhbətgahla bu gün tanış oldum. Deməli, video bitəndən sonra bir xeyli qarışıq hislər keçirtdim: sevindim ki, bizim cəmiyyətdə belə insanlar var və belə gözəl proektlər yaradırlar, təəssüfləndim 41k baxışı görüb, işıqlandırılan problemlər barədə düşündüm, bu niyə baş verir və necə üstündən gələk deyə düşündüm anladım ki, hələ cəmiyyətin çox hissəsi o "qaranlıq işıqsız dünyada" olduğunun fərqində belə deyirlər, və xeyli özüm barədə də düşünmək üçün ruslar demiş "xam mal" götürdüm. Çox sağolun bu qaranlıq dünyada işiğımız olduğunuz üçün.

  • @javidansmagicworld5557
    @javidansmagicworld5557 2 года назад +2

    Təşəkkür edirəm belə insana müsbət təsir edən söhbətinize bizləri də şərik etdiyiniz üçün

  • @mushurushu8676
    @mushurushu8676 2 года назад +1

    Danışdığınız hər mövzüda işlətdiyiniz bəzi terminlərin açıqlamasını verməyinizi rica edərdim.öncədən təşəkkürlər.

  • @huseynpiriyev6699
    @huseynpiriyev6699 2 года назад +1

    Çox sağolun ki görmək istədiyimiz mövzuları təqdim edirsiz,bir xahişim olacaqdı bunnan əvəlki buraxılışda da qeyd etmişdim , hər buraxılışın sonunda mövzuya uyğun kino və film tövsiyəsi də etsəz şad olardıq , qonaqlı buraxılışlarınızda da qonağın ən sevdiyi film və kinoları eşitmək maraqlı olardı, beləcə mariflənməknən yanaşı zövqümüzdə inkişaf edərdi, nəzərə alsaz sevinərəm

  • @monk_451
    @monk_451 2 года назад +5

    Bu verlişdən o tərəfi ola bilməz sadəcə mükəmməldir bu insanların qədrin bilin. Bu arada libodanız çox yüksəkdir verlişdərə baxıb çatdıra bilmirəm😂

  • @magerram26
    @magerram26 2 года назад +1

    Salam.
    Çox Gözəl mövzulara toxunursunuz👍.
    Borclar , borc kimə vermək, necə almaq,qaytarmaq və s.barədə də danışsaq çox şad olaram

  • @ugurmusayev3722
    @ugurmusayev3722 2 года назад +3

    Çox gozel mövzular secirsiz

  • @yazgulquluyeva5471
    @yazgulquluyeva5471 Год назад

    Tural: " mən boşanmaği düşünmürəm" ,bravo !

  • @aynur6296
    @aynur6296 2 года назад

    Ne yaxsi söhbetler gedir.Tural beyi ve yoldaşı Səma xanımı da çox beyenirem.

  • @sevinccabbarova7196
    @sevinccabbarova7196 Год назад +1

    Bu fikirle razı deyilem ki müxtelif tebeqelerden olan insanların evliliyi uğurlu ola bilmez ve ya xoşbext ola biımezler . O qeder var ki… Sevgi ve uğurlu aile formulu yoxdur .

  • @eliyevstein
    @eliyevstein 2 года назад +1

    podcastınızı deezer-də də görmək istərdim, Tural bəy. möhtəşəmsiniz!

  • @arzuvazirova3935
    @arzuvazirova3935 2 года назад +1

    Podcast ucun tesekkurler

  • @andreibrahimsoy4346
    @andreibrahimsoy4346 2 года назад +3

    Xahiş edirəm podkastlarda cuzi bir məqalə yaxud kino adı çəkirsinizsə bunu aşağıda qeyd edin. Nəyinki söhbətiniz hətta dediyiniz film Dokumentar və yaxud hər hansısa film fərq etməz. Qeyd edin. Bir sözlə möhtəşəmsiz qardaşlar

  • @fridcfrova8552
    @fridcfrova8552 2 года назад +2

    Çox sağolun

  • @nezrinkerimli4258
    @nezrinkerimli4258 2 года назад

    Izledikce oyrenmek, dinledikce daha çox mariflenmek isteyir insan sizi dinledikce.. mukemmelsiniz!

  • @sadiqrzazade8508
    @sadiqrzazade8508 2 года назад +1

    Cox gözəl və mariflədirci videodur davami gəlsin inşallah

  • @elikeremabbasov
    @elikeremabbasov Год назад

    Paytaxt Şiraz yox İsfahan idi Səfəvilərdə.əla buraxlış idi təşəkkürlər👍

  • @gularaguliyeva4829
    @gularaguliyeva4829 Год назад

    Salam Cox gozel maariflendirici movzulara toxinursunuz. Cox sag olun Insan dinledikce yorulmur Movzu Lutvizadeye geldikde bundan sonra bele Lutvizadelerin sayi cox olacaq.

  • @nicatmehdiyev2595
    @nicatmehdiyev2595 2 года назад +1

    Super. Davamlı olsun👍👍👍

  • @sanan.h13
    @sanan.h13 2 года назад +3

    Hələ çox öyrənəcəklərimiz var. Təşəkkürlər hər ikinizə. Sizin işığınız həmişə dənizdəki mayak tək yansın istiqamət sizə tərəf.

  • @anarorucov9744
    @anarorucov9744 2 года назад

    Tural qızıl xırdaladı yenə!Əla,sevgini həmişə şeirdə və ya hekayələrdə tərifini görmüşdük lakin belə izah daha başqa idi,daha başla və düşüncə ilə verilmiş izah.Sevgi cinsəl istəklər çıxıldıqdan sonra yerdə qalan hisslərdir,əgər qalıbsa.

  • @gulnarhuseynzade1014
    @gulnarhuseynzade1014 Год назад

    Həmişəki kimi qızıl xırdalamısınız... Uğurlarınız bol olsun Sohbatgah komandası!

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 2 года назад

    Çox gözəl məqamlara toxundunuz. Dəyərli fikirlər səsləndirdiniz. Çox çox sağ olun

  • @HeydarMirza
    @HeydarMirza Год назад

    Çox sağ ol, Tural!

  • @suleymanmeherremov3929
    @suleymanmeherremov3929 2 года назад +1

    Salam . Çox çox ğöžəl verlişlərdi . Çox mədəni söhbətlər edirsiž .halal olsun

  • @Omaro__
    @Omaro__ Год назад

    Həqiqətən qonaqlara verilən suallar çox qəşəng olub indiyə kimi. Şablon jurnalist suallarından bezmiş biri kimi çox razıyam:)

  • @faridhajiyev5657
    @faridhajiyev5657 2 года назад

    Tosu Zəngilanski və görüşə ətirlə getmək məsələsi şok etdi məni.
    Çox gözəl mövzuya toxunmusuz. "Tanışlıq" haqda da qəşəng bir podkas olacağına ümid edirəm.

  • @sevincccc89
    @sevincccc89 Год назад

    Söhbətə indi qulaq asmaq fürsətim oldu, ilk öncə təşəkkür edirəm.
    Bəzən sual verirlər onun nəyini sevirsən axı, mənim üçün sevgi buna cavab tapmamağımdır :)
    Nə yaxşı ki, sevirik. Bu həyatı möhtəşəm xüsusiyyətlərdən biri sağlam sevgidir.

  • @Resul_Resul
    @Resul_Resul Год назад

    Patkastlarınız çox maraqlıdır. Sizə Uğurlar✌

  • @rovlanioo
    @rovlanioo Год назад

    elasiz gozel insanlar

  • @elvinmemmedov5456
    @elvinmemmedov5456 2 года назад +1

    Bu qeder gozel bir verlisi men spotifayda isteyerdim dinlemek bilmirem bu mumkun ya yox amma bir ilk olardi hem youtube hemde spotifaya yuklense çox gozel olar menim fikrimce amma bu alinar ya yox belkede bir ilk olar

  • @gulyamammadova1718
    @gulyamammadova1718 Год назад

    Allah sizi var eləsin. 💙

  • @sebnurelesgerov
    @sebnurelesgerov 2 года назад +1

    Möhtəşəm

  • @R74529
    @R74529 Год назад

    Adi bir anlaşılmazlıq üstündə ayrılan insanların belə söhbətgaha ehtiyacları var.

  • @gultekinhuseynova2127
    @gultekinhuseynova2127 Год назад

    Adların çəkdiyiniz kitablarəm siyahısın tapa bilmədim. Podkast üçün təşəkkür edirəm❤

  • @lamiyaabuzarli1605
    @lamiyaabuzarli1605 Год назад

    Belə düşüncələrin müzakirəsi üçün təşəkkürlər 🍀
    Ama bir şeylə razı deyiləm ,hər qadın zəka istəmir kişidə məsələn yalnız zəkalı qadın zəka istəyir .

  • @analimvosenug8276
    @analimvosenug8276 Год назад

    Baska dini ve dili olan xalq lar la evlenmek nece di sice yaxsi ve pis cehet leri hakda cox isterdim sizin fikri bilmek!!!

  • @nuranamammadzadeh
    @nuranamammadzadeh 2 года назад +4

    Ruhum qidalandı yenə 💚💙

  • @AAAA-nv6dj
    @AAAA-nv6dj Год назад

    Əlinin anlatdığı kimi ailə əsil ailədir. Amma bu ailəni axtarırıq tapmırıq

  • @melekmovsum
    @melekmovsum 2 года назад

    Bdu-da qısa müddət müəllimlik etmiş Hasil Abbasovla da söhbət etsəniz, həqiqətən, çox maraqlı olacaq məndən deməsi. Ayrıca çox gözəl idi sizi dinləmək)

  • @narminanasibli698
    @narminanasibli698 11 месяцев назад

    Tural beyin tezadli fikri nezerimden qachmadi. Pedofiller uzerinden fikir bildirdiz ki, insan ozunu kontrol etmelidir, Amma bir kishinin bir neche qadinla cutleshme isteyini normal olaraq anlatdi. Sadece fikir bildirmek istedim :) yanila bilerem. Umumilikde chox maragli, yeni bilgiler oyrendim. Teshekkurler !

  • @arzualiyeva6635
    @arzualiyeva6635 2 года назад

    Çox sağ olun!

  • @narminm.9903
    @narminm.9903 11 месяцев назад

    Cox isteyerdim Fuad Axundovu devet edesiz, bu mövzuda onub bedii yanasmasi da maraqli olsardi.

  • @2024culture
    @2024culture 2 года назад

    cox maraqlidi davami gelsin

  • @xezer1232
    @xezer1232 2 года назад +3

    Tural bəy çox sürətli danışır, bunun əksinə Əli Xəyyam 0.5x sürətlə :) hər bir halda möhtəşəm idi yenə də

  • @baku-sy1eg
    @baku-sy1eg 2 года назад

    Təşəkkür edirəm, özümü yenidən kəşf etdin.

  • @orxanqasimov2967
    @orxanqasimov2967 2 года назад

    komentmerin coxalmagi ureyacandi) ugurlar hemise ki kimi 👍👍

  • @avonaqeydiyyat23
    @avonaqeydiyyat23 Год назад +1

    Hər gün 1 podcastınızı izləyib bitirdikdən sonra yenidən təkrar izləmək. Hər səfərində daha yeni nəsə öyrənmək və özümdə bəzi şeyləri tərbiyə etmək yaxşıdı )). Bəyənilirsiz 👍

  • @khylonline
    @khylonline 2 года назад

    DJ Turalın səsi əntiqədir də!

  • @natavanabbasova6591
    @natavanabbasova6591 Год назад

    Sevgi ehtiyacdir. Maddi, menevi ya da emosional her hansi bir formada vuruldugun adamdan asili olmaqdir. Serhedlerini asmaqdir, özünü hemin adam vasitesile özüne sübut etmekdir. Ilahilesdirmekdir hemin adami. Ona göre de birlikde yasananda her sey bitir.

  • @novruz6342
    @novruz6342 Год назад +2

    Salam.Hər vaxtınız xeyir.
    Nəsimidən: Həq-təala Adəm oğlu özüdür
    Otuz iki həq kəlamı sözüdür
    Cümlə aləm bil ki, Allah özüdür
    Adəm ol candır ki, günəş özüdür.
    Bunu deməkdə məqsədim, Nəsiminin dinsiz olduğunu demək istəmirəm.O bizim dahi , fəlsəfi fikir tariximizin ustadır.
    "Heç kim Nəsimi sözünü xətm edə bilməz.
    Bu quş dilidir, Süleyman bilir ancaq".

  • @mammadlikamran5757
    @mammadlikamran5757 2 года назад +2

    Salam trt belgeselin filminin adını zəhmət olmasa yaza bilərsinizmi?

  • @cavidh7026
    @cavidh7026 2 года назад +1

    Sizi sevirəm. Ən çox da Tural muellimi. Çünki, Tural müəllim mənim favoritimdir.

  • @fikrethuseynov5781
    @fikrethuseynov5781 Год назад +1

    Çox sey yazmaq olar qısa yazacam duzdu danışdıqlarında heqiqet var ama sevib ayrlan insanlar daha yaxşı bilir sevgi nedi çox çetin mövzudu onu biliremki sevgi qarşısndakı insana teslim olmaqdı

  • @ismayilaliyev_93
    @ismayilaliyev_93 2 года назад

    Təşəkkürlər

  • @tural.takhmazli
    @tural.takhmazli 2 года назад +2

    👍🏻👍🏻👍🏻

  • @logikalogika9741
    @logikalogika9741 11 месяцев назад

    Sevgi yaşamağın yeganə və son şansıdır (F.Nitsşe)

  • @lebedou6955
    @lebedou6955 2 года назад

    Sevgilər sizə

  • @sevdaniyazqizi
    @sevdaniyazqizi Год назад

    Çox gözəl söhbətlərdir

  • @narmyglz
    @narmyglz 2 года назад +1

    1 saat necə bitir, insan anlamır. :)

  • @jalilnamazof19
    @jalilnamazof19 2 года назад +1

    Sevgi qarsiligi olmayan hissdir,qarsiliq olduqdan sonra sevgi öz tesirini zamanla itirir.Sevgi gosterisi hem de yoruma yasil-mavi urek deyil,cavab yazmaqdir))..

    • @jalilnamazof19
      @jalilnamazof19 2 года назад

      Dusunurem ki,yaza bilmirsen yazmada bunu . Kaş yazmamis olaydim bele bir şey)))

    • @vafavili8262
      @vafavili8262 2 года назад +1

      Cazibesi itir.Bezende qarsiligi olmuyanda sevgi bitir

  • @murvdd
    @murvdd 2 года назад +1

    TRT1 in o belgeselnin linkin paylaşa bilərsiz? Zəhmət olmasa

  • @huseynhasanzada129
    @huseynhasanzada129 2 года назад +1

    Əvvəla , həqiqətən təqdirə layiq iş görürsünüz və ümid edirəm başqaları da fərqli mövzu və konseptde azerbaycan dilində bu cür keyfiyyətli işlər görəcək. Sizdən 2 xahişim var;
    1. Qonaqların mikrofon məsələsi. Qonaqların səsi bəzən çox zəif bəzən isə çox bərk gəlir. Qonaq danışanda artırıram sonra söz sırası sizə gələndə azaldıram səsi 🤓 . Bu qonaqların mikrofona olan məsafəsi ilə əlaqdərdir. Bu dinləyiciyi az da olsa narahat edir.
    2. Seçilən mövzular çox yaxşıdır və eyni zamanda 60-90 dəqiqəyə sığışacaq mövzular deyil. Müəyyən müddət sonra bəzi mövzuların 2ci və hətta 3cü hissəsi mütləq çəkilməlidir məncə. İnanc, Sevgi, Seks.. Bunları 1 podcasta sığdırmaq mümkün deyil. İşin səmimiyyətini bizə çatdıra bilirsiniz . Bəzən o isti səmimiyyətdən Tural tamamən fərqli mövzulara keçə bilir. 😂 Ona görə təklif edərdim ki suallarınız əvvəlcədən hazırlansın və suallardan kənara çıxılmasın. Bu halda həm dinləyici mövzuya daha fokuslanmış olacaq həm də mövzuların 2ci hissəsi üçün hazırlaşanda da sizə " nə danışaq" hissəsinə köməklik edəcək.

  • @arzuguliyeva11
    @arzuguliyeva11 Год назад

    Çox yüklənmiş