Nərminə Məmmədova - sevəydin barı

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2020
  • müğənni / singer : Nərminə Məmmədova
    Musiqi / Music : Bəxtiyar Kərimov
    Sözləri / Lyrics : Hüseyn Arif (1924-1992)
    Lyrics :
    İllərlə mən sənin oduna yandım,
    Başqa birisinə meyl salmadım.
    Hər yerdə, hər zaman adını andım,
    Eşqin sualına cavab almadım.
    Gözlədim, gözlədim,
    Səndən mən cavab almadım.
    Kimdir yanındakı, tanı sən, gözəl,
    Onun nə əhdi var, nə etibarı.
    Ay məni bəyənib sevməyən gözəl,
    Məndən yaxşısını sevəydin barı.
    Sevəydin, sevəydin,
    Yaxşısını sevəydin barı.
    Gözdən uzaq olub düşmədim yada,
    Yalançı məhəbbət aldatdı səni.
    Dözülməz ağrıdır, düzü, dünyada,
    Sən yarı sevəsən, yar özgəsini…
    Nədəndir, nədəndir,
    De, sevdin sən özgəsini?
  • ВидеоклипыВидеоклипы

Комментарии • 1