Almaz Orucova və Nuriyyə Hüseynova - Sevəydin barı (Nanəli)

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • ATV-də yayımlanan bütün mahnıları RUclips-da izləmək üçün rəsmi kanalımıza abunə olun: bit.ly/atvmusic...
    Nanəli (05.02.2017)
    Aparıcı: Nanə Ağamalıyeva

Комментарии • 2

  • @haticeogun
    @haticeogun Год назад

    Şair: Hüseyn Arif (1924-1992)
    Bəstəkar: Bəxtiyar Kərimov
    Aparıcı: Nanə Ağamalıyeva
    Sevəydin barı
    İllərlə mən sənin oduna yandım,
    Başqa birisinə meyl salmadım.
    Hər yanda, hər zaman adını andım,
    Eşqin sualından cavab almadım.
    Gözlədim, gözlədim,
    Səndən mən cavab almadım.
    2.
    Gözdən uzaq olub, düşmədim yada.
    Yalançı məhəbbət aldatdı səni.
    Dözülməz ağrıdır, düzü, dünyada,
    Sən yarı sevəsən, yar özgəsini.
    Nədəndir, nədəndir,
    sevdin sən özgəsini?
    3.
    Kimdir yanındakı tanı sən, gözəl,
    Onun nə əhdi var, nə etibarı.
    Ay məni bəyənib, sevməyən gözəl,
    Məndən yaxşısını sevəydin barı!
    Sevəydin, sevəydın,
    Yaxşısını sevəydin barı.

  • @aytnslimova7957
    @aytnslimova7957 7 лет назад

    her iki senetkara ugurlar.ATV kanalının butun yaradıcı heyyetine salamlar.