Zarat xarabalığının müəmması

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2019
  • Zarat xarabalığının müəmması
    Bu səfərimiz dumanı saymasaq çox maraqlı alındı.
    Dumandan fürsət tapıb bir neçə kard qeyd edə bildik. Duman tez -tez çəkilib gəlirdi, hava çox sakit və soyuq idi.
    Zarat kəndi, Xızının bir çox kəndləri kimi urbanizasiya nəticəsində ya iri şəhərlərə ya da vadiyə köçmüşdür. Yəni indi bildiyimiz Zarat kəndi əvvəlcə dağda olub, elə burdanda Bakının bir məhəlləsi Xızının dağdan gələn camaatından formalaşdığına görə, "Dağlı" adlanır. Yasamalda (dağ döşü) yaşadıqlarına görə yox.
    Xarabalıqda gəzdikcə qalaça tipli tikililərə rast gəldik, uzun zaman bunların tikilmə məqsədini anlamağa çalışdıq.
    Bu tikililər adətən sədd formasında olub, sadəcə bir sıra ilə düzülmüş ucu iti daşlardan ibarətdir. Sədd ya dərəyə ya da digər səddə dayanır. Buna müdafiə tikilisi demək olmur, çünkü iti ucları yuxarı baxan olsada daşlar metrdən yüksək olmur və bir sıra ilə düzülüb. Həyətyanı sahə üçündə olması şübhəlidir, çünkü evlər (çoxunluqla bir otaqlı) bir birinə yaxın və aralıdadır. Davar (kiçik buynuzlu mal qara, qoyun- quzu) saxlamaq ehtimalı daha güclüdür, amma indiki qışlaqlarda belə bu qədər böyük ağıllar (davar saxlanılan yer) tikilmir. İkinci müəmma bu səddlərin maili yamaclarda, yəni hücüma gələndən müdafiə edilmək kimi tikintisidir. Qeyd edimki, aşağıdan yuxarı rast gəldiyimiz ilk səddin önündə xəndək izi vardı.
    Bu tip tikiliyə digər xarabalıqlarda rast gəlməmişik. Demək olarki hər kənd ayrıca mədəniyyət daşıyıcıs olub. Çünkü eyni tipli kəndə (xarabalığa) rast gəlməmişik hələki. Zaratın fərqi bu səddlərdi, ikinci Keş kəndi terras (pilləvari) evlərlə, birinci Keş kəndində meyvə ağacları vardı, Zaratdan yuxarıda rast gəldiyimiz başqa xarabalıqda (gümanki Zaratın lap əvvəlki yaşayış yeri olub) evlər bizim adət etdiyimiz tikinti daşlarında çox böyük, hətta meqalitik (böyük daş) də demək olar, daşlardan tikilib. Gil daşından tikilmiş evlərdə suvaq əvəzinə adi palçıqdan istifadə olunub. Bu xarabalıqların oxşar xüsusiyyəti evlərin bütün xarabalıqlarda dağıdılıb və ya dağılımış olmasıdır və kənddə bir ev salamat qalmış sayılır. Ölçülərinə görə bu ev digərlərindən daha böyükdür yəni otaqların sayı çoxdur. Buna İkinci Zarat və İkinci Keşdə rast gəldik. Ola bilsinki bunlar məscid olub.
    Hər şey bir yana, İkinci Zaratda bir armud ağacına rast gəldik. Meyvələri noxuddan bir az böyük və qurumuş olmasına baxmayaraq çox şirin idi, yedik yedik doymadıq:)
    Belə...

Комментарии •