Xızının boş qalan kəndləri - Bəzisində 5, bəzisində 3 ailə yaşayır - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 апр 2024
  • #APATV #Xızı #kənd #kəndlər #Bəyəhmədyurdkəndi #ev #Sakin #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
    Xızı rayonu Bakı şəhərindən çox da uzaqda yerləşmir. Həm dağlıq, həm dənizqırağı ərazilərə sahib olan bu rayonun ümumilikdə 29 kəndi var.
    Rayon ərazisində yerləşən bu kəndlərin bəzilər tamamilə boşalıb, bəzilərində isə, çox az sayda ailə yaşayır. Elə biz getdiyimiz Bəyəhmədyurd kəndi də belə kəndlərdən biridir.
    Evlərin çoxu boşdur, bəzilərində çoxdandır yaşayış olmadığı üçün uçulub dağılmaq üzrədir. Demək olar ki, kənddə yaşayanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir.
    90 yaşlı müsahiblərimiz deyirlər ki, əvvəllər Bəyəhmədyurd kəndində sakin çox olub. Camaat əkin-biçinlə məşğul olub.
    Sakinlər bildirirlər ki, vaxtı ilə kənddə 90 ev olub. Kəndin boşalmasının əsas səbəbi kimi sakinlər yaxınlıqda iş yerlərinin olmamasını və yolla bağlı çətinlikləri göstərirlər.
    Qarabulaq kəndində də sakinlərin sayı azalıb. Kənd sakini Ağasəfa Yəhyayev deyir ki, bir vaxtlar dərs dediyi şagirdlər də kənd tərk edib. Gedənlərin hamısı çörək üçün kəndi tərk ediblər.
    Bu kənd bir vaxtlar tamamilə boş qalıb. Ən sonuncu sakini də kəndi tərk edib. Amma zaman keçdikcə kəndin bəzi sakinləri geri qayıdıb və ata ocaqlarına sahib çıxıblar.
    Qarabulaq kənd məktəbinin cəmi 2 şagirdi var, çünki kənddə yaşlı nəsil üstünlük təşkil edir, gənc nəsil elm təhsil, iş arxasınca mərkəzə üz tutub.
    Təəssüf ki, haqqında danışdığımız, sakinləri ilə həmsöhbət olduğumuz bu üç kəndin icra nümayəndəlikləri kəndlərdəki hazırkı vəziyyət, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gələcək planlar və digər məsələlərlə bağlı verdiyimiz heç bir sualımızı cavablandırmadılar. Daha doğrusu deməyə bir sözləri olmadığını bildirdirlər.
    Xədicə Səxavət, Vüsal Qəmbərov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 50

  • @DilsadQurbanova-fi8dm
    @DilsadQurbanova-fi8dm 3 месяца назад +23

    Əziz nənəm, babam Allah sizə uzun, bərəkətli ömür, can sağlığı versin. Üzünüzdən nur, çöhrənizdən gülüş əskik olmasın. ❤

  • @elvinsirinov9864
    @elvinsirinov9864 3 месяца назад +35

    Bele şeyler çekin baxaq beyenek

  • @fatmaquliyeva8410
    @fatmaquliyeva8410 3 месяца назад +15

    İndi hamı hazırın naziri olub qınlarından cıxıb qınlarını bəyənmirlər hamsı şəhərli olub

  • @SMCB2014
    @SMCB2014 3 месяца назад +8

    İcra camaatı çağırsa hamıya torpaq ve şərait yaratsa dövlət əl tutub iş yerleri açsa məncə hər kəs öz torpağına gedər. Əsas iş,məktəbdir bunlar olmayan yerdə insan necə qazanc eləsin. Rayonda praduk bakıdan bahadır. Dövlət dəstək olmalıdır.

  • @Nadir322
    @Nadir322 3 месяца назад +8

    İLHAM İSDEFA VERSƏ HAMI ÖZ-YER YURDUNA QAYIDACAQ

  • @iradanuriyeva8149
    @iradanuriyeva8149 3 месяца назад +6

    Neft ölkəsinin kəndləri gör nə gundədir.Bu neftin pulu hara xərclənir?

  • @medenicemiyyet-vn5pi
    @medenicemiyyet-vn5pi 3 месяца назад +5

    Baxın belə çəklişlər çox gözəldir həm insanlarımız yenidən həvəslənər ev tikərlər.Belə çəklişlərimiz çox olsa baxıb bəyənər insanlar.

  • @zaurrustamov3673
    @zaurrustamov3673 3 месяца назад +11

    Daglilar öz kəndinizdə kənd təsərufati inkişaf etdirin.inkişafli kənd səviyyəzinə qaldirin.

    • @N.S.724
      @N.S.724 3 месяца назад +1

      🙄😑🤔

  • @sadeheyat3714
    @sadeheyat3714 3 месяца назад +5

    Men Xizida cox olmuşam Xizi cox gozel yerdi insanlarida sade semimi insanlardir

  • @user-vl3lf1fq5n
    @user-vl3lf1fq5n 3 месяца назад +9

    Валлах габаг мен кенде емим киле кеденде еле бил ченетде олурдум гапыда чан дерманы хер чур мейве теревез екирдилер 2019 да ахрынчы дефе кетмишем узун иллерден сонра еле бил бейдилер гапы бача. Гуп гуру гуруйуб кой койертини беле пула алырлар кимди кунахкар агзын ачан Илхамы кунахкар едир Илхам дейир екме бечерме евин далынданда чай ахыр су проблемиде йохду чорейи пула алырлар мен рассийада шехерин меркезинде чорек биширем екин екирем

  • @sebinezeynalova52
    @sebinezeynalova52 3 месяца назад +9

    hami qaçir Bakiya işden ötrü.

  • @fidanbaxishzada9276
    @fidanbaxishzada9276 3 месяца назад +11

    Nene babam Allah sizə can sağlığı versin boyukluyden esgiy olmuyasiz

  • @aynursadiqova827
    @aynursadiqova827 3 месяца назад +2

    Ne gozel yerler.

  • @xqanisirmmmdov5966
    @xqanisirmmmdov5966 3 месяца назад +3

    Dünən Altıağacdan gəldik. Xızı bərbad gündədir. Xızıda aptek tapa bilmədik. Dedilər, gərək Giləziyə gedəsən...

  • @hatiranasibova1594
    @hatiranasibova1594 3 месяца назад +3

    Kendilerin boş qalmağının sebebkarları kimdir?

  • @Anar_Kamal
    @Anar_Kamal 3 месяца назад +2

    Yaponlara ya almanlara o kəndləri çox yox 1 illik müddətə icarəyə verəsən cənnətə çevirərlər. Çox yox o kəndlərin yol problemi həll olunsa, təsərrüfatla məşğul olmaq istəyənlərə dəstək verilsə Bakı və Sumqayıta iş dalınca gedən cavanların hamısı da olmasa əksəriyyəti qayıdıb gəlib yaşıyar.

  • @isaisaqov60
    @isaisaqov60 3 месяца назад +3

    Su varmı bu kəntdə? Heç ağac da bitmir burda

  • @KamileKerimova
    @KamileKerimova 3 месяца назад +2

    Hami qacir shehere ,ishsizlikden

  • @LeylaAgayeva-mu9el
    @LeylaAgayeva-mu9el 3 месяца назад +8

    Nenem gil qalirdi xizida gedirdik isdirahete indi rehmete gedibler oranin maraqi yoxdu daha menim uçun😣😣

    • @zaraismailova4515
      @zaraismailova4515 3 месяца назад +4

      Allah rehmet elesin .Olmasalarda gedib evlerine ruhlarini shad eleyin.

    • @LeylaAgayeva-mu9el
      @LeylaAgayeva-mu9el 3 месяца назад

      @@zaraismailova4515 heckim qalmir orda daha bos qalib

    • @M.M.100
      @M.M.100 3 месяца назад +6

      Mutleq arada gedib qalin o xatireleri yashadin siz yashatmasaniz iller sonra hec kim yashatmayacaq, gelecekde uwaqlarinizada bunu tohve ederdiniz

    • @rovsanrovsanov1541
      @rovsanrovsanov1541 3 месяца назад +4

      Allah rəhmət eləsin,amma torpağa nəzarət elə,əldən buraxma,bunu bilki nə vaxtsa lazım olar

  • @akifenesibova3935
    @akifenesibova3935 3 месяца назад

    👍👍👍

  • @ceyhunorucov1865
    @ceyhunorucov1865 3 месяца назад +3

    Azerbaycan issizdi neinki rayon kendleriiii😢

  • @marlinivanovna2046
    @marlinivanovna2046 3 месяца назад +1

    вода, свет, газ в основном поселке, не нужно искать работу в отдельном месте, если оно есть

  • @user-pl4wt1sd1w
    @user-pl4wt1sd1w 3 месяца назад +1

    Mədə gəlim yaslylm

  • @user-vw3dc8kt2l
    @user-vw3dc8kt2l 3 месяца назад +2

    О гадар евсиз вар калиб йашасынлар

  • @aliverdiyevakif8039
    @aliverdiyevakif8039 3 месяца назад +1

    XIZININ 72 kendi olub vaxtile,ALTI-AGACDA saatla su verirler oda cay suyu,Ağdere kendinde ne qaz var nedeki yollari var,uzaqi 2 ile hemin kendlerde yasayan olmayacaq

  • @Guler29
    @Guler29 3 месяца назад +4

    Camal baba❤

    • @Guler29
      @Guler29 3 месяца назад +1

      @@LeylaAgayeva-mu9el nevesi

    • @Guler29
      @Guler29 3 месяца назад

      @@LeylaAgayeva-mu9el Şad oldum 🥰

    • @ilhamesalahova-ci2vz
      @ilhamesalahova-ci2vz 3 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sedetismaylova4193
    @sedetismaylova4193 3 месяца назад

    Sovet vaxtında rayondan Bakı şəhərinən ev almaq olmurdu. İndi hamsı Bakıya və başqa xarci ölkələrə gedib çünki kəndlərdə iş yerləri açsalar yaxşı olar.

  • @anarkarimli5441
    @anarkarimli5441 3 месяца назад

    Getdikkce butun rayonlar bele olacaq is yerleri acilmalidi bolgelerde.issizdiye gore hami bakiya qacir.bakida islesin.bolgelerde seher kimi olsa.hec kim bakiya qacmaz.

  • @user-ih5zo9oy3u
    @user-ih5zo9oy3u 3 месяца назад +1

    Hamlslna yaxwl ele oradl camaxatdan uzax olasan

  • @sedetismaylova4193
    @sedetismaylova4193 3 месяца назад

    Torpağı paylayın insanlara yaşasınlar.

  • @Caucasian_eagle
    @Caucasian_eagle 3 месяца назад

    Tatlardı ?

    • @yasarcabbarov383
      @yasarcabbarov383 3 месяца назад

      Xızıda TAT yoxdur. Dağlılar Var. Tat üçün Qubaya get

  • @simsim8920
    @simsim8920 3 месяца назад +2

    KÖÇƏRİ ETNİK MİLLƏTLƏR YAŞIYIB. AZERBAJCAN KİÇİK XALQLARI HƏR ZAMAN ÖZ QANADI ALTINDA SAXLAYIB.

    • @IradeAbdullayeva-yp4eq
      @IradeAbdullayeva-yp4eq 3 месяца назад +1

      Xızı vaxtilə Abşerona baxıb.Baki bir üzükdu qaşı Daglilardi.kocəri Etnik nedi yazanda bilin nə yazirsan

  • @user-vd2mr6er4j
    @user-vd2mr6er4j 3 месяца назад

    Жаль что выбрали главу администрации этих сел бесполезных и не к чемных лиц.
    Надо выбирать главу администрации из внутри населения, который знаком проблем и готова принять все возможные варианты решения проблемы