Это видео недоступно.
Сожалеем об этом.

Pul motivasiya edirmi?|| Allahverdi Bağırov

Поделиться
HTML-код
  • Опубликовано: 27 фев 2023
  • Ümumilikdə işçilərin motivasiyasından danışarkən bir məsələni xüsusi vurğulamaq lazımdır. İşçilərə gördüyü işinə uyğun olaraq və əmək bazarındakı dəyərinə əsasən əmək haqqı verilməlidir. Yəni əgər bir sahənin mütəxəssisinin əmək haqqı gördüyü işə uyğun olaraq əmək bazarındakı qiyməti 1000 AZN - dirsə və siz ona 400 AZN ödəyirsinizsə burada əlbətdə əlavə qeyri maddi motivasiyadan danışmaq doğru olmaz.
    Gəlin bunun əksinə baxaq. Həmin mütəxəssisin əmək bazarında gördüyü işin dəyəri 1000 AZN - dir, amma müəssisə ona 2 000 AZN ödəyir. Sizcə həmin işçini əlavə nələrləsə də motivasiya etməyə ehtiyac varmı?!
    Öz təcrübəmdən bölüşə bilərəm ki, dəfələrlə şirkətlərdə yüksək əmək haqqı aldığı halda işindən narazı olan və ya işini daha az əmək haqqı ilə yeni iş yerinə dəyişən mütəxəssislər ilə qarşılaşmışam. Bəzən bu, yeni iş yerində və yeni vəzifədə daha böyük perspektivlər olduğu üçün edilir. Amma bir çox hallarda isə şəxsin çalışdığı müəssisədə gözləntilərinin qarşılanmaması, verilən sözlərin tutulmaması, ədalətsizlik, iş yoldaşı və rəhbərləri ilə olan münasibətlər, gördüyü işin qiymətləndirilməməsi və s. səbəblər təşkil edir.
    Əlbətdə ki, pul hər kəs üçün önəmlidir ama hər şey demək deyil. Müəssisədə əməkdaşların digər gözləntiləri də vardır.
    Bu gün dünya sürətlə dəyişir. Yeni texnologiyaların tətbiqi və avtomatlaşdırma prosesi artdıqca əmək bazarında əl əməyi və fiziki iş tələb edən vəzifələrin sayı aşağı düşür. Daha çox məlumat (data) ilə çalışan, ağıl, bilik, yaradıcılıq tələb edən vəzifələrin sayı artır. Bu gün müəssisələrdə daha çox, belə desək “Bilik İşçiləri” ilə işləyirik, yəni beyin məhsulu ortaya qoyan şəxslərlə. Bu şəxslər bir çox hallarda öz sahələrində öz rəhbərlərindən belə daha biliklidirlər. Bu şəxsləri idarə etmək, işdə saxlamaq və motivasiyasını, performansını artırmaq üçün yalnız pul, yüksək əmək haqqı kifayət etmir. Onlar daha çox müstəqil işləmək, müəyyən qədər öz sahələri ilə bağlı qərar vermə səlahiyyətlərinə sahib olmaq, çətin tapşırıqların həlli, davamlı öyrənmək və inkişaf imkanlarının olmasını, Rəhbərləri tərəfindən lazım olan dəstəyin göstərilməsini və ünsiyyəti daha yüksək qiymətləndirirlər. Bu şəxslər yalnız pul üçün yox, yüksək nəticələr əldə etmək, yeni biliklərə sahib olmaq, yeniliklər, yeni nəaliyyətlər əldə etmək üçün çalışırlar. Bəs daha artıq pul, əmək haqqı və ya mükafatla hansı növ işləri görən şəxsləri motivasiya etmək olar?
    Bu suala isə belə cavab verərdim. Əsasən əl əməyi və fiziki işlə məşğul olan şəxsləri. Yəni daha artıq ödəməklə daha yaxşı nəticə əldə etmək olar. Amma unutmamaq lazımdır ki, bəzən səmimi bir təşəkkür, puldan daha çox dəyərə sahibdir.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Allahverdi Bağırov
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Jalə Həsənzadə
    Layihə Meneceri : Kamran Tağıyev

Комментарии • 3

  • @imranqurbanliyev4267
    @imranqurbanliyev4267 Год назад

    Videoların davamı gəlsin 👍

  • @dinl2234
    @dinl2234 Год назад

    Pul çox şeydir. Amma hər şey deyil. Həm işdə, həm də həyatda. Məsələn, mən 4 aydır işləyirəm. Qazancım var. Amma mən daha artığı üçün işləməyə başladım. Və nail oldum❤

  • @GentleTouches
    @GentleTouches Год назад +1

    Gozel Videolarin Var Amma Tez tez kanala Video atmirsan Usdune dusen Gozel Neticeler elde ede bilersen (UGURLLAR!)