Qaraqan - Orkhan Zeynallı - Okaber - Unutulanlar

Поделиться
HTML-код
  • Опубликовано: 3 июн 2022
  • Endirmə linki: l24.im/DkKhxWC
    İnstagram: / askerovvh
    Sözləri:
    Qaraqan
    Səni mən oğurladım cənnətdən
    Sən mələksən, gözlərin cəngərliklərində mən tamam azdım
    Dedim yazmıyacam bir də sevgidən mən
    Dedim yazmıyacam, yazmıyacam və sonda yazdım
    İstədim günəş olum ki, hər səhər səni görüm çıxanda
    İstədim külək olum ki, rəqs edim saçlarınla
    Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq
    Ama ki sən varsan həyatın ən çətin anlarında
    Qələmin göz yaşıyla suladığım bu bəyaz sətirlər
    Biz kimik ki, -sevgi qapısında kasıb səfillər
    Biz kimik ki, -uzun bir əsərdə bir neçə cümlə
    Biz kimik ki, -yuxarıdan baxsan bir neçə nöqtə
    Sənin baxışların danışırdı başqa dildə
    Elə bil ilk dəfəydi həyatında məni görürdün
    Bəlkə də əvvəllər baxırdın bir dost kimi
    Ama bu gün son baxışlarında məni sevirdin
    Orkhan Zeynallı
    Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (nə isə)
    Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda
    Gələcəyi üçün insan keçmişini körpüdən atır
    Bir gün ölkədən qaçıb, azmaq idi arzum
    Elə bilmə səni yaddaşdan pozmaq idi arzum
    Artıq donub əlləri, güclə dayanıb Cek
    İstəmədim batan gəmidə çalım violonçel
    Ömrü bizim ömrümüzdən uzun bəstələrim var
    Dərinlikdən qaça bilməzsən qayıqla ancaq
    Zaman tunelində ilişib qalanlara pis xəbərim var!
    Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq
    Həyat gedir dediyin anda birdən vaxt sancar
    Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan
    Dinlə bu gecə təkcə məni
    Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan
    Okaber
    Sən olsaydın, nə bu yazılar olardı,
    Nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı,
    Nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı.
    Həyatımda səndən başqa sən olsaydın, sevdiyim azadlıq,
    Nə dəmir barmaqlıq, qollarımda qandal.
    Yalvarırdım, sən qal, getmə indi, günah,
    Açılmazdı sabah.
    Həyatımda səndən başqa sən olsaydın, hətta ölüm xoş gələrdi mənə,
    Görüş yeri boş qalardı yenə, hədəfi unutsaydım
    Unudardım varlığımı, təki səni unutsaydım,
    Heç kəsi unutmazdım həyatımda səndən başqa.
    Sən bir xəyal kimi gözümdən itdin,
    Məni isə xəyalınla xəyala daldım.
    Sən bir insan kimi gəldin və getdin,
    Mən isə dünya kimi yerimdə qaldım.
    Orkhan Zeynallı
    Unudulur ilk öpüş, unudulur etiraflar
    Unudulur ilk görüş, görüş yeri və məkanlar
    Yaddan çıxmaz doğmalar deyirdik bir vaxtlar
    Unudulmuş gör nəqədər insan var ətrafda
    Unudulub titrəyən səs artıq o səs əsmir
    Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir
    Unudulur yaxşılıqlar, unudulur çox sağollar
    İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar
    Unudulur unutmaqçün atılan addımlar da
    Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da
    Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da
    İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda
    Unudulur verilən sözlər, ilk gün kimi
    Sönür gedir hisslər, solub gedən ilk gün kimi
    Və məndən heç nə gözləməyin, qələm də həmin ki deyil artıq
    Hansı mahnı, kimə yazılıb yadımda deyil artıq

Комментарии • 1,1 тыс.

  • @feridhuseynov1379
    @feridhuseynov1379 2 года назад +3

    İnanıram ki mənim kimi qayıdışı gözləyən minlərlə 90 cı illər var bizi yaxşıya doğru dəyişdiyiniz üçün təşəkkürlər

  • @LaciNMuxtarlI

    Sizi dinləyənlərin indi 33 yaşı var

  • @fridhumbtova8436
    @fridhumbtova8436 2 года назад +1

    Geri qayıtmağını gözləyən nə qədər insan var,QARAQAN...

  • @Bluueebury

    Məndə birşey yazım 2 ildi bir oğlanı sevirdim ailəmdən belə üstün idi amma etiraf etməyə qorxurdum çünki sevgilisi var idi hərdəfə onu görmək üçün məktəbə gedirdim sən demə buda məni sevirmiş.Sevgi təklifi etdi razılaşdım ama qorxurdum ki ailəm bilər qorxduğuma görə özümnən soyutmağa çalışırdım.Hər dəfə görüşəndə əlimnən gəldiyi qədər qəlbini qırırdım və hər qəlbini qıranda evə gəlib ağlayırdım.həm sevirdim həm qorxurdum.Soradan mənən soyudu və ayrılmağa qərar verdi.Və o vaxt mən çökdüm.düzdü nə qədər çalışsamda yalvarsamda bir yerdə olmadıq.Sizə gülməli gəlsədə yenədə deyim geri qayıtması üçün rituallar edirdim ama hecbirisi olmurdu geri qayıtmırdı.Və o yazması üçün çoxlu storylər atırdım hec birisinə cavab gəlmirdi.

  • @nesibhuseynov1578
    @nesibhuseynov1578 14 часов назад +3

    Bu treki dinlədiyini deyən , bir gün xeyirlisiylə, birlikdə qulaq asmaq ümidilə

  • @i.mzerrr
    @i.mzerrr Год назад +103

    Gəlin buraya bir hekayə atım. Deməli 7 il bundan qabağ bir qızla tanışmışdım adı aynur idi gözləri gördüyüm ən gözəl mənzərə idi yap-yaşıl meşə kimi adamı içinə çəkirdi itirdi adam sanki sevdim. Çox həmdə çox sevdim.2 il keçdi getdim deməyə ki səni sevirəm uşaq idim 16 yaşım olardı dedim keçib gedər amma hələdə gözləri məni məndən alırdı həm gülüşüdə gözəl idi baxmağa doya bilmirdim getdim deməyə əlimdə gül deyəcəkdim ki səni sevirəm mənə qulaq asdı amma məni sevmədiyini dedi dünyam başıma yıxıldı məgər qardaşımı sevirmiş dəli oldum mən sevirdim onu qardaşım yox hirslənib getdim ordan çox pis olmuşdum qardaşım nolduğunu soruşanda üstünə qışqırıb çıx get demişdim 1 həftə falan keçdi hələdə unuda bilməmişdim dostları ilə gördüm mənim haqqımda danışıb gülürdülər əsəbləşdim axı nə etmişdim ki məndə nə problem var idi o qədər çirkin və sevimsiz idim? Niyə məni sevmədiyini başa düşə bilmirdim. Depressiyada idim edəcəyim ən pis hərəkəti edib siqaret çəkməyə başlamışdım dostlarım artıq məni tanımırdılar çox pis halda idim bütün günü otaqda oturub mahnıya qulaq asırdım birdən atam içəri girdi siqareti gördü əsəbləşdi döydü məni amma mən heç nə his eləmədim üzümə baxdı və dedi nə olub sənə ? Gözlərim şişmiş ağlamaqdan gözümdə yaş qalmamışdı Aynur çox təsir etmişdi mənə atam ayağa durub özünə gəl o zəhrimarıda çəkmə deyib çıxdı otaqdan amma mənim heç vecimə olmamışdı mənim nə halda olduğumu soruşan yox idi 2 il keçdi qardaşım və aynur bir yerdə idilər ) aynur açılmışdı qardaşıma oda sevirmiş vecimə deyildi aynuru yadımdan çıxarmışdım amma hələdə qəlbimdə bir ağrı var idi onun nə olduğunu başa düşə bilmirdim ağrını sakitləşdirməy üçün özümə zərər verməyə başladım eləməz olaydım həyatımı sonlandırmağa çalışırdım sonra qarşıma o çıxdı yenə gözlərə vuruldum bu səfər yaşıl yox qara gözlərə qap-qara sonsuzluğ kimi adam itirdi dedim tapdım onu amma gülmürdü ona görə gülüşünü bilmirdim ona açılmağ istədim yenə rədd cavabı alıb həyatıma dəvam edəcəkdim lakin onunda məndən xoşlandığını öyrəndim şok olmuşdum hər çətinliyin üstündən gəldik karantin oldu aramıza məsafə girdi amma bu heçnəyə manə olmadı sevdik bir-birimizi evləndik artıq çox xoşbəxtik bunu deyim sizə bir insanı necə sevirsizsə elədə yadınızdan çıxarda bilərsiz bu mənim həyatım ) hamıya uğurlar

  • @aliqurbanov2863
    @aliqurbanov2863 Год назад +281

    Xəyal qurarkən dinləmək üçün mahnını açdım,mahnı o qədər gözəl gəldiki,xəyal qurmağı unutdum)

  • @azermelikov9185
    @azermelikov9185 2 года назад +403

    Spotifya əlavə olunmalıdır bu parça

  • @cursed-devil.4115
    @cursed-devil.4115 2 года назад +240

    3 dəqiqə sayəsində dünyam gözəlləşdi, dərdsiz yatdım ancaq yenə hər səhər morqda oyanacam.

  • @Imleavingtonight134
    @Imleavingtonight134 28 дней назад +3

    Bu sözümü məni və xatirələrimizi unudan ilkin bəyə gəlsin, ilkin bunu oxuyursansa səni çox sevmişəm sevirəmdə illər keçdi üstündən unutmadım səni illər keçsədə canım mənim... Ümid edirəm bir gün qayıdarsan ilkinim ilkim. səni həmişə sevən leyla.

  • @parviz.abiyev
    @parviz.abiyev Год назад +658

    Bəyənin ki, hər dəfə bildiriş gələndə gəlib dinləyim 🙂🖤 #10.03.2023

  • @mircefertagizade7340

    Deyirem bəlkədə bu rəyi bəyənəndə dunyada olmayacam ancaq yenəde bəyənin gəlib dinleyerem.🤗

  • @elcinquliyev1103
    @elcinquliyev1103 2 года назад +726

    Budur Azərbaycanımin ən gözəl yazan 3 qələmi .

  • @rusanaesedzade
    @rusanaesedzade Год назад +125

    Dinləməkdən heç vaxt bezməyəcəyim səslər💙🥺

  • @AbbaszadeHN41

    Sözləri:

  • @Wilmaaaaa.23
    @Wilmaaaaa.23 Год назад +57

    bütün ölkənin ehtiyacı olan o mix

  • @gouseynoff
    @gouseynoff 2 года назад +403

    əla alınıb, əlinizə əməyinizə sağlıq. bu üç adamı bir beat'də dinləmək qismət olmasa da, dinlətdirdiz bizə, təşəkkürlər

  • @sweet_lee
    @sweet_lee 2 года назад +62

    Sanki Qaraqan qayıtsa herşey düzelecek kimidir heyatımda😔

  • @cmsidabdullazad3707
    @cmsidabdullazad3707 2 года назад +329

    Mən Özbakistanda qaliram ama Azeri dilini supâr bilirem, maxnini cox beyendim

  • @zulyakerimli3025
    @zulyakerimli3025 2 года назад +264

    bu gün bu mahnıya qulaq asanda sabahkı imtahana hazırlaşırdım. fərqinə vardım ki , öz ixtisasıma olmayan tədbirlər yuxusuz gecələrim hamısı gələcəkdə hec bir işə və illərdi vakansiyası olmayan boş yerlərə görə görədi . Unudulur oxunan sətirlər .