Böyrəklərdə Problem Olduğunu Göstərən 4 VACİB ƏLAMƏT!

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • #demədidemə #sağlamlıq #böyrək
    Böyrəklərdə problemin 4 əlaməti
    Dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də yetkin insanların çoxu xroniki böyrək xəstəliyi olduğunu bilmədən həyatına davam edir. Böyrəklərdə problem olduğunu göstərən əlamətlər üzə çıxanda onları min bir yerə yozurlar. Özləri isə yalnız xəstəliyin kəskinləşməsi zamanı, yaxud sidikdə yüksək miqdarda protein gördükdə “böyrəyimi həkimə göstərməliyəm” fikrinə qapılırlar. Dünya üzrə, xroniki böyrək xəstələrinin yalnız 10%-i öz xəstəliyinin dərkindədir.
    Böyrək xəstəliklərinin diaqnozu tibbi müayinələr nəticəsində qoyulur. Lakin böyrəklərdə problem olduğunu göstərən əlamətlərin fərqinə varmaqla da vəziyyəti dərk etmək mümkündür. Yüksək təzyiq, şəkərli diabet, ailədə genetik olaraq böyrək çatışmazlığı varsa, yaxud yaşınız 60-ı keçibsə, ildə, ən azı, 2 dəfə böyrəklərinizi müayinə etdirmək labüddür. Üstəlik, əmin olun ki, hiss etdiyiniz bütün narahatlıqları həkimə danışmısınız. Lazım gələrsə, həkimə getməzdən qabaq hiss etdiklərinizi bir kağıza yazın.
    Xroniki böyrək xəstəliyinin işarətləri:
    1. Yorğunsunuzsa, hansısa bir işi görməyə enerjinizin qalmadığını hiss edirsinizsə, diqqətinizi toplaya bilmirsinizsə, xroniki böyrək xəstəliyiniz ola bilər. Böyrəyin işindəki kiçik bir ləngimə belə, qanda toksinlərin miqdarının artmasına səbəb olur. Bu da insanda yorğunluğa, halsızlığa, diqqət dağınıqlığına gətirib çıxarır. Böyrək xəstəliyinin yol açdığı digər bir problem isə anemiyadır.
    2. Yata bilməmək. Böyrəklər filtrizasiyanı lazımi səviyyədə yerinə yetirə bilməsə, sidiklə xaric ediləcək zərərli maddələr qanda qalmaqda davam edir. Bu da yuxuya getməyi olduqca çətinləşdirir. Xroniki böyrək xəstəliyi ilə köklük arasında əlaqə var. “Yuxu apnesi” xroniki böyrək xəstələrində daha geniş yayılıb.
    3. Dəridə quruma və qaşınma. Sağlam böyrəklərin önəmli vəzifələri çoxdur. Orqanizmdən lazımsız maddələri və artıq mayeni xaric edirlər. Qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edirlər. Sümüklərin güclü qalmasını təmin edirlər, orqanizmin mineral balansını qoruyurlar. Böyrəklər qandakı mineral və qida balansını təmin edə bilməsə, dəridə quruma və qaşınma baş qaldırır. Dəridəki bu problem xroniki böyrək xəstəliyi ilə yanaşı, mineralsız qalan oynaqların da həyəcan siqnalı sayıla bilər.
    4. Sidiyə daha tez-tez getmək. Xüsusilə, gecələr daha çox sidiyə gedirsinizə, bu, böyrək xəstəliyinin işarəti ola bilər. Böyrəklərdəki filtrlərin xəsarət alması sidiyə çıxma refleksinin artmasına yol açır. Bəzi hallarda, sidiyə tez-tez getmə kişilərdə prostat vəzinin böyüməsinin, qadınlarda isə sidik yolları infeksiyasının işarəti sayıla bilər.
    5. Sidikdə qan varsa. Sağlam böyrəklər sidik yaradır, zərərli maddələri bu sidik vasitəsilə orqanizmdən xaric edir. Amma qan hüceyrələri orqanizmdə qalır. Böyrəklərdəki filtrlər xəsarət aldıqda, qan hüceyrələri sidiyə sızır. Böyrək xəstəliyinin işarəti olmaqdan əlavə, sidikdə qan görülməsi şişlərin, böyrək daşlarının və infeksiyanın da xəbərçisi sayılır.
    6. Sidik köpüklənirsə. Xüsusilə, tualetdə sifonu iki dəfə, üç dəfə çəkməyinizi gərəkdirəcək qədər həddən artıq köpüklü sidik o deməkdir ki, sidikdə protein var. Bu protein albumin adlanır.
    7. Göz ətrafında torbalanmalar. Sidikdə protein böyrəklərdəki problemin erkən mərhələdə olduğundan xəbər verir. Göz ətrafındakı torbalanmalar isə məhz sidiyə sızan proteindən “danışır”.
    8. Ayaqlarda, topuqlarda şişkinlik. Böyrəyin fəaliyyətində ləngimə ayaqların və topuqların şişməsinə gətirib çıxarır. Əl və ayaq barmaqları kimi, uc orqanlardakı şişkinliklər ürək xəstəliklərinin, qaraciyər xəstəliklərinin, xroniki ayaq damarı xəstəliklərinin də işarətləri ola bilər.
    9. İştahsızlıq. Çox rastlanan bu hal böyrəklərin funksiyasının pozulmasına da işarədir. Böyrəklər öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, zərərli maddələr orqanizmdən xaric edilmir. Toksinlə yüklənmiş bədən isə qida qəbulundan imtina edir.
    10. Əzələlərdə spazmalar. Orqanizmin su-elektrolit balansının pozulması böyrəklərin fəaliyyətindəki ləngimələrin nəticəsi ola bilər. Məsələn; aşağı düşən kalsium səviyyəsi və nəzarətdən çıxmış fosfor əzələlərdəki spazmlara səbəb olur.
    Bir başqa məsələyə keçək: böyrəklərdəki ağrılara görə, xəstəlikləri çeşidləmək mümkündürmü? Yəni, növünə görə, ağrı böyrəkdə hansı xəstəliyin: xərçəngin, böyrək daşının və s. olduğunu bildirirmi?
    Böyrək iltihablanması necə baş verir? Əgər bakteriyalar böyrəklərə çatırsa, böyrək infeksiyalarına yol açırlar. Normal şərtlər daxilində bakteriyalar böyrəyə sidik yolu ilə, xüsusilə də, müalicə edilməyən sidik yolu infeksiyasından sonra gəlirlər. Böyrək infeksiyasının ən geniş yayılmış əlamətləri sırasında ürəkbulanma, kəskin ağrılar, sidiyə gedərkən yanma və ağrı, sidikdə qan və ya irin, pis qoxulu və ya bulanıq sidik, qusma, bel və ya qasıq nahiyəsində ağrı, titrəmə və qızdırma var. Bu simptomlarla üzləşən insanların təcili olaraq həkimə müraciət etməsi lazımdır.
  • НаукаНаука

Комментарии • 21

  • @birbaxkanal
    @birbaxkanal Год назад +7

    Allah şəfa versin. Məlumata görə sağ olun.

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Год назад +5

    Maraqlı malumatdr sağolun 👍🏻👍🏻

  • @zizseyidova8103
    @zizseyidova8103 Год назад +4

    Faydalı məlumatdır çox sağ olun

  • @musaaliyev__44
    @musaaliyev__44 Год назад +4

    Əla məlumatlar demədi demə' də

  • @lavandacicegim5574
    @lavandacicegim5574 Год назад

    Sağ olun melumatiniza göre

  • @gunaymemmedov8080
    @gunaymemmedov8080 Год назад +3

    Məndə kürəyimdə və həryerimdə qaşınma olur deyirlər sinirdir ona nə yaxşı gələr

  • @rufetagayev4006
    @rufetagayev4006 Год назад

    EŞQ OLSUN DEMƏDİ DEMƏYƏ ! HƏMİŞƏ HƏKİM MƏSLƏHƏTLƏRİ VERİRLƏR !

  • @gunes.1778
    @gunes.1778 Год назад

    Salam.sizi çox sevirəm.❤

  • @valehmehdiyev3945
    @valehmehdiyev3945 Год назад

    Ela

  • @ОдинокаяЛуна-т7ъ
    @ОдинокаяЛуна-т7ъ Год назад +6

    Menim bir problemim yakibi anemiya amma tfu tfu herşey normaldi ne ajedinna ehvalim pis olur gah deyirlər göz deymə gahda cadu mətəl qalmişam iki du ya arasinda bəzən bezirəm😒

    • @kamal6827
      @kamal6827 Год назад +3

      Sol böyrəyinə baxdır

    • @ОдинокаяЛуна-т7ъ
      @ОдинокаяЛуна-т7ъ Год назад +1

      @@kamal6827 baxanda saö sol eyni baxidirdee adam )
      Yəqin xalqin bəzi hekimleri elə baxir )))

    • @kamal6827
      @kamal6827 Год назад +3

      @@ОдинокаяЛуна-т7ъ yəni sol böyrəyə daha diqqətli baxdır

    • @aydanbayramova7096
      @aydanbayramova7096 Год назад

      Anemiya üçün qidalanmanıza,həyat tərzinizə nəzər salın,harada səhv etdiyinizi tapmağa çalışın.

    • @НЕПОВТОРИМЫЙ-ф8й
      @НЕПОВТОРИМЫЙ-ф8й Год назад

      Kul baduva rusca danış ya ümumiyyətlə danisma

  • @eyubseyidov250
    @eyubseyidov250 Год назад +1

    Əla🙂

  • @islammemmedov1288
    @islammemmedov1288 6 месяцев назад

    👍👍👍🙋‍♀️

  • @entiqeallahverdiyeva3239
    @entiqeallahverdiyeva3239 4 месяца назад

    Məndə böyrəyimdə gists var mualicə göturdum yenə ağrıyır

  • @behruzveliyev7310
    @behruzveliyev7310 Год назад +1

    Narahat olma hekimde adami keyfiyyetsiz dermanla òldùrùr indi

  • @Hsnva856
    @Hsnva856 6 месяцев назад

    🫁🥰🥰😘😍