Müddətli əmək müqaviləsi haqqında qısa izah

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar
    Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: [58]
    a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
    b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
    c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;[59]
    ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[60]
    d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;[61]
    e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;[62]
    ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
    f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
    g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
    ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Комментарии • 8

  • @sehriyarsukurov2646
    @sehriyarsukurov2646 3 месяца назад

    Salam men 1mertebeli ev tikdirmek istiyirem ve qanunla etmek istiyirem bunun ucun heyet evinde emek muqavilesi baglamaliyam? Yeni qanunla etmeli olsam

  • @vugarbabayev767
    @vugarbabayev767 2 года назад

    Salam.E-gov azda ishciler terefinden muqavile baxma bendinde muqavileye etrafli baxish yani ish gununun sayi ve ya mezuniyet sayi bolumune nece baxmaq olar.Evvel mumkun idi ,yeni deyishiklikde ise bunu gormek olmur Nece baxa bilerik mezuniyet gunlerinin sayina?

  • @mamedovilkin4665
    @mamedovilkin4665 2 года назад

    Salam mənim əmək müqaviləm 1ayliq idi müddəti təxminən 10 gün bundan əvvəl bitib və mənə heç bir məlumat verilməyib. Hazırda mən işdən çıxa bilərəm öz istəyimlə? Yoxsa müqavilə avtomatik uzanır. Onu da qeyd edim ki mənə yalan məlumat verilib deyiblər ki sənin müqavilənin müddəti 3 aylıqdır. Xaiş edirəm zəhmət olmasa cavab verə bilərsiniz. Hal hazırda işdən çıxmaq istəyirəm deyirlər ki əmək kitabçasına davamiyyetsizlik yazacağıq. Burada mən nə etməliyəm. Ərizə ilə müraciət etmişəm çıxış üçün bildiyim qədərilə buna görə əmək kitabçasına nəsə yazmağa haqqları yoxdur.

    • @mamedovilkin4665
      @mamedovilkin4665 2 года назад

      Hətta müqavilənin bitməyi barədə də məlumat verilməyib

  • @sayyarazeynalova1967
    @sayyarazeynalova1967 3 года назад

    Əmək müqaviləsinin $4.Əmək şəraitinin şərtləri bölməsində
    4.5. işçiyə iş vaxtından artıq vaxtda istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə ________məbləğdə və ya ________qayda ilə hesablanmış Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə etmək haqqı verilir
    Bu hissədə xəttlərin yerində nə yazmaq lazımdır? Nəzərinizə çatdırım ki müqavilə MÜDDƏTSİZ müqavilədir

    • @sayyarazeynalova1967
      @sayyarazeynalova1967 3 года назад

      Əvvəlcədən təşəkkür edirəm

    • @hrclub5794
      @hrclub5794  3 года назад

      @@sayyarazeynalova1967 Sayyara xanim o hissələri silə bilərsiniz. Aşağıda necə yazılmalı olduğunu qeyd etmişik. Müddətsiz olmasının da məsələyə aidiyyatı yoxdur.
      4.5. işçiyə iş vaxtından artıq vaxtda istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə qanunvericiliklə müəyyən olunmuş məbləğdə əlavə əmək haqqı verilir.

  • @hediyyehesenova3719
    @hediyyehesenova3719 2 года назад

    Ses effektini deyişin dinləmək olmur