Qəzəl üçün fon musiqisi.Tar ifasında

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024

Комментарии • 48

  • @elnurmusayev1811
    @elnurmusayev1811 Месяц назад +3

    Mən ölsəm, kövrəlməyin amandır,
    Olmasın ağlayan göz məzarımda.
    Bu dünya rahatlıq vermədi onsuz,
    Bəlkə rahatlıq tapdım öz məzarımda.

  • @ziyatay
    @ziyatay Год назад +24

    Sənə günəşmi deyim?!
    Görməmişəm Günəşi!
    Sənmi dolandırırsan, söylə. Çərxi-Fələyi?!
    Sənə Gülüm mü deyim?!
    Yox gül solub qurtarar.
    Sənə Havam mı deyim?!
    Bitər, evim yıxılar.
    Sənə Ürəkmi deyim?!
    Ölüm ani aparar.
    Sənə Huri deyəcəm.
    Onlar cənnətə olar.
    Bir gün cənnətə düşsəm.
    Orda məni qarşıla
    ❤❤❤

  • @vefatahirli4241
    @vefatahirli4241 Год назад +6

    Musiqi ayrı gözəl ,qəzəllər ayrı gözəl .Nə çox dolu ürəklər varmış😔

  • @Selim.32
    @Selim.32 3 месяца назад +2

    Zalımın namərdin yüzünü yedi
    Axırda çoxları sözünü yedi
    Neçə hökmdarın özünü yedi
    Sözdə dürmək kimi yediyi dünya
    Şücaət duy dərin fikirləş dərin
    Kim tutub bu ömrün təkərin
    Allahdan Allahlıq istəyənlərin
    Çox verib əlinə düdüyü dünya

  • @emrahceferov7996
    @emrahceferov7996 2 года назад +12

    Bilirsiz ki,qonaqdır evi təmiz ev edən,
    Bizim səmirsiz evə nə gələn var nə gedən,
    Dörd nəfərlik masanın bir oturacağı qalıb,
    Üç ayağı qırılıb bircə ayağı qalıb,
    Bir də masa örtüsü siqaretlə deşilmiş,
    Bu gün anladım ki,mən tək yaşayan adamın,
    Bir həftəsi bir ilmiş,beş həftəsi beş ilmiş...
    Əşi nə saat nə gün nə kalendar nə həyat,
    Boş evdə heç adicə nəfəs almağ çətindir,
    Sən evdə oturanda pulsuzluqdan ötəri,
    Millət gəzir şəhəri yaşıyıre camahat...
    O,da hansı camahat villası bağı olan,
    Mərkəzində şəhərin yeddi otağı olan,
    İki Mazeratisi səxşi uçağı olan...
    Mən də xəyallar ilə yaşayıram da guya,
    dualara sığınıb...300 manat maaşla...
    Çətin mənim səsimi kimsə eşidə duya...
    Sənə şikayətim var Tanrı məni bağışla...
    Bağışla ki,yaşayayım heç olmasa oyanda,
    Onsuz da mən doyunca gün görmədim bu yanda...

  • @nikolayAxmed
    @nikolayAxmed Год назад +6

    Yari dən salma məni,Xuda,istəmirəm
    Sari-kuyindən onu etmə cüda,istəmirəm
    Dedim eşq icra fəqirəm,mənə rəhmin gəlsin
    Dedi sultana nə layiqdi gəda,istəmirəm
    Sən mənə cövr elə,canan dilim ağzım qurusun
    İşdi bir dəfə desəm cövri-cəfa istəmirəm
    İstəyim bircə budur lütf elə xoş söz deginən
    Mən ki səndən nə məhəbbət,nə vəfa istəmirəm
    Gəl təbib aşiqi incitmə xuda xatirinə
    Çəkirəm dərdi mənə xoşdu şəfa istəmirəm
    Bəzmi eşq içrə, EY Xuda axı bir can nədiki
    Edirəm sevgili canana fəda istəmirəm
    Dilbəra mən səndən ayrı ömrü canı neylərəm
    Taci taxtı, mülkü malı, xanimanı istəmirəm
    İstərəm vəsli camalın ta qılam dərdə dəva
    Mən sənin bimarınam özgə dəvanı istəmirəm
    Min cahan yığılıb gəlsə yenə,səndən özgəsini istəmirəm
    Gəl dilbərim,dərdim var dərmanım ol,özgə dərmanı istəmirəm
    Xuda yaradıbdır insanı 2 ruh əkizi
    Özgə ruhu istəmirəm
    Bülbüllərdə nəğmə qoşar,nur camalına
    Səndən özgə camalı istəmirəm

  • @emyrov2251
    @emyrov2251 3 года назад +22

    Kaşki mən birdə bu dünyaya gələrdim təzədən
    Neynim neynəmiyim bəlkə bilərdim təzədən
    Bircə gün sübh namazinda qəza etmez idim
    Yaşayıb ömrümü mənalı surərdim təzədən
    İstəməzdim daha fəryadımi kimsə bilsin
    Gözümün yaşını xəlvətcə silərdim təzədən
    Heç zaman dövləti varın dalıyca qaçmazdım
    Allahın ruzusna şükr eliyərdim təzədən
    Həvəsi eşqi bilib ömrü fəda eyləmişəm
    Sanmiram birdə sevərdim sevilərdim təzədən
    Məni fərqləndirib Allah sözün ecazi ilə
    Çalışardim qələmimlə secilərdim təzədən
    Elvin ölsən dalınca ağlayacaqlar dediler
    Görmək üçün onu bir gün dirilərdim təzədən

    • @shahnazazimzade5974
      @shahnazazimzade5974 2 года назад +1

      Musiqi çalınır və sizin şeriniz tam musiqi ahənginə uyğun oxunur təşəkkür edirəm 😔

    • @kölgesindeyemmm
      @kölgesindeyemmm 8 месяцев назад +2

      Qələmin var olsun qardaş. Məndə yazaram, bəzi səhvlərin var amma 10 nömrə qəzəldi

    • @LerikTube
      @LerikTube 13 дней назад

      Yoxe bunu səsləndirəcəm, Elvin Əmirov oldu hə?

  • @aqilaxundov4770
    @aqilaxundov4770 6 месяцев назад +5

    Rehmetlik atamın en sevdiyi musiqi idi😢

  • @laviniaaa2413
    @laviniaaa2413 3 года назад +4

    Çox gözəl musiqidii👍

  • @НатальяСафонова-л4й

    Красивая музыка! Спасибо!

  • @РУСЛАН4567
    @РУСЛАН4567 2 месяца назад +1

    Şəhid əmim😥❤️‍🩹🥀🥀🥀

  • @emrahceferov7996
    @emrahceferov7996 2 года назад +7

    Yenə Yurdumda şəhid oldu bəla baş verdi,
    Eniş anı Helikopterlə qəza baş verdi...
    Helikopterdəki 16 nəfərdən 2 si,
    Yaralandı qalanı öldü əza baş verdi...
    Məlumat vermədilər doğru dürüst anlamadıq,
    Bilmədik ki,bilərək oldu xəta baş verdi...
    Qoyduq 14 nəfərin nəşini torpağda yenə,
    Analar ağladı hər yanda səda baş verdi...
    Yenə matəm yeli odlar diyarından keçdi,
    Vətən övladları dəfn oldu vida baş verdi...

    • @tebiet2202
      @tebiet2202 2 года назад +3

      Allah bütün Şəhidlerimize rahmet elesin

    • @adilli7032
      @adilli7032 Год назад +1

      Elza yazıb bunu?

  • @Kamedixana_880
    @Kamedixana_880 6 месяцев назад +2

    Gözlərim yaşla dolur hər axşam
    Səni gözləyirəm gözəlim
    Hələ də ümüdlə yaşayıram ki,
    Bəlkə bir gün sən gələsən
    Gəl nə olar qoyma gözlərimi həsrətdə
    Həsrətin yandırdı yaxdı məni
    Sevincim qəmə döndü
    Sən gedəndən sevgilim
    Gözlərim bir daha gülmədi
    Səndən sonra gözəlim

  • @tebiet2202
    @tebiet2202 Год назад +2

    *GÖZÜN GÖZÜ*
    Gülən gözün gözəlliyi gözəldir,
    Gülən gözü görünməyən göz görər….
    Gözün gülür, gözün gözü gülməyir,
    Gözdə gözü görünməyən göz görər….
    * * *
    Gözü gözdən gözün gözü gizlədir,
    Gözdə gözü gözün gözü gizlədir,
    Gözün gözü gözümüzdə gizlidir,
    Gizli gözü görünməyən göz görər….
    * * *
    Göygöz giryan, gözü gülməz, gülümsər,
    Gülən gözün gözü gözdən gülümsər,
    Gülməyən göz, gözə gözdən gülümsər,
    Giryan gözü görünməyən göz görər…💫

    • @LerikTube
      @LerikTube 13 дней назад

      Göz göz oxumaqdan piskolojim pozuldu 😂

  • @серыйволк-к1п
    @серыйволк-к1п 2 года назад +1

    Ne gözel...🌴💕💕🌴

  • @mehliqaeliyeva105
    @mehliqaeliyeva105 5 месяцев назад

    Ayyy Meni en yaxın insanlaŕı xatırlatdı 😢

  • @EliMahmudov-wn7ve
    @EliMahmudov-wn7ve 4 месяца назад

    Bir bilsez bu mahniyla keçmişi xatirlayib ne qeder ağladim

  • @Nik-cr5qd
    @Nik-cr5qd 3 года назад +3

    👍👍

  • @EsnadEyvazova
    @EsnadEyvazova Месяц назад

    Ne e beynim sakit olur

  • @nergizzulfuqarova
    @nergizzulfuqarova Год назад +2

    bir gozele vuruldum yolun sonunda terk etdi meni o zaman bildim bu dunyada sevmek haramdir mene

  • @tarzn6046
    @tarzn6046 2 года назад +2

    ❤️

  • @elvinmammadov6185
    @elvinmammadov6185 2 месяца назад

    Kaş ki,bizi yoğuran bir yenidən yoğura,
    Bir də düşək uşaqkən düşdüyümüz cığıra,
    Yenə yaşlı bir kişi "Dondurma var" çığıra,
    Dəli kimi oynaya,uşaq kimi bağıra...
    Bilərsənmi mənimlə ?
    Tanrı çəkdi bizə dərd cədvəli qəhqəhəylə,
    Düzəltdi gildən insan heykəli qəhqəhəylə,
    Həm sonu qəhqəhəylə,əvvəlli qəhqəhəylə,
    Üsyan edib bu dərdə bir dəli qəhqəhəylə,
    Gülərsənmi mənimlə ?
    Bəs deyincə çəkmişik bu gərdişin nazını,
    Çox verəndə çoxunu,az verəndə azını,
    Şaxta,boran vurmamış ömrümüzün yazını,
    Ümidlərlə siləndə tale yazan yazını...
    Silərsənmi mənimlə ?
    Arzular incə-incə,qəlbə vurur bəzəklər,
    Solmayaydı çiçəklər,sınmayaydı ürəklər,
    Söylə,sənə arzumu çatdıranda küləklər,
    Sən də gözəl arzular,sən də ülvi diləklər...
    Dilərsənmi mənimlə ?
    Bəlkə min il sonra bir şair sözündə gəzdim,
    Bəlkə dönüb şəbnəmə,qönçə üzündə gəzdim,
    Bəlkə dönüb sən oldum,sənin özündə gəzdim,
    Bəlkə dəli bir eşqin düşdüm izində gəzdim...
    Gələrsənmi mənimlə ?
    Son bir gecə qalanda,son açılan səhəri,
    Deyilməmiş min sözün əvəzi bir nəzəri,
    Gözdən axan son yaşı,son bir udum qəhəri,
    Son bir içim sevinci,son bir tikə kədəri...
    Bölərsənmi mənimlə ?
    Təkcə bu gündür bizim,başqa nə var sualdır,
    Dünənimiz xatirə,sabahımız xəyaldır,
    Bəlkə bu an etiraf etməyə son macaldır,
    Fərz et həyat ayrılıq,fərz et ölüm vüsaldır...
    Ölərsənmi mənimlə ?

  • @mavimai4734
    @mavimai4734 2 месяца назад

    Müziğin orijinal ismi nedir?

  • @esmermammadova
    @esmermammadova 2 года назад +3

    Salam bu musiqi sərbəst lisenziyalıdır, ya necə? Şeir üçün fon musiqisi kimi istifadə etmək olar? Musiqilərin ümumiyyətlə sərbəst lisenziyalı olub olmadığını necə bilmək olar, bilən varsa, zəhmət olmasa məlumat verə bilər?

    • @adilli7032
      @adilli7032 Год назад +1

      Xeyir məncə açıq deyil

  • @PFKNEFTCI-
    @PFKNEFTCI- 16 дней назад

    Musiqinin adi nedir?

  • @sevilmeyen_biri-67
    @sevilmeyen_biri-67 6 дней назад

    Şair gərək yazıb yaratsın belə qəzlədən.
    Bu belədir yaxşılıq düşmür insana əzəldən.
    Beş on onbeş və ya da bir nəfərdən.
    Gördünsə pislik gərək aralı qalasan.

  • @studio_X
    @studio_X Год назад +2

    Cahit Berkay git

  • @OrxanOrxan-m1z
    @OrxanOrxan-m1z 4 месяца назад

    Love Azerbajan❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️

  • @UgurMirzeyev-d6b
    @UgurMirzeyev-d6b 6 месяцев назад

    İfaçı kimdi

  • @emrahceferov7996
    @emrahceferov7996 2 года назад +4

    Mən bu dünya adlanan zülmətdə beş gün qalmaram...
    Olsa etmək imtina əlbət də beş gün qalmaram...
    Lap tutaq ölsəm dirilmək şansı alsam bir daha,
    Üstünə artırsalar müddət də beş gün qalmaram...
    Lap qayıtsam əvvələ ilk insan olsam mən yenə,
    Qovlayar Allah məni cənnətdə beş gün qalmaram...
    Ac da olsam tox da olsam bağlıyam öz yurduma,
    Hicr edib beş il yox heç qürbətdə beş gün qalmaram...
    Doqquz illik səltənət sözlərlə inşa etmişəm,
    Versə insanlar dəyər xəlvətdə beş gün qalmaram...
    Cə'fərəm hər kəs bilir meydanda çıxsam ortaya,
    Çox yoxe yəqin həmin heyyətdə beş gün qalmaram...

  • @elchinaliyevofficial
    @elchinaliyevofficial 9 месяцев назад +3

    Mahnının orijinalı:
    Moein - Atashe Del
    ruclips.net/video/lsPFTtphCP4/видео.html

    • @Azerbaijanlove
      @Azerbaijanlove 3 месяца назад

      Farsındı yəni ?

    • @PFKNEFTCI-
      @PFKNEFTCI- 16 дней назад

      Moeni cox sevirem...
      Amma mence o deyil...

    • @LerikTube
      @LerikTube 12 дней назад +2

      Çox sağol təşəkkür edirəm deyəcəkdim amma o deyil.

  • @elvinmammadov6185
    @elvinmammadov6185 2 месяца назад

    Kaş ki,bizi yoğuran bir yenidən yoğura,
    Bir də düşək uşaqkən düşdüyümüz cığıra,
    Yenə yaşlı bir kişi "Dondurma var" çığıra,
    Dəli kimi oynaya,uşaq kimi bağıra...
    Bilərsənmi mənimlə ?
    Tanrı çəkdi bizə dərd cədvəli qəhqəhəylə,
    Düzəltdi gildən insan heykəli qəhqəhəylə,
    Həm sonu qəhqəhəylə,əvvəlli qəhqəhəylə,
    Üsyan edib bu dərdə bir dəli qəhqəhəylə,
    Gülərsənmi mənimlə ?
    Bəs deyincə çəkmişik bu gərdişin nazını,
    Çox verəndə çoxunu,az verəndə azını,
    Şaxta,boran vurmamış ömrümüzün yazını,
    Ümidlərlə siləndə tale yazan yazını...
    Silərsənmi mənimlə ?
    Arzular incə-incə,qəlbə vurur bəzəklər,
    Solmayaydı çiçəklər,sınmayaydı ürəklər,
    Söylə,sənə arzumu çatdıranda küləklər,
    Sən də gözəl arzular,sən də ülvi diləklər...
    Dilərsənmi mənimlə ?
    Bəlkə min il sonra bir şair sözündə gəzdim,
    Bəlkə dönüb şəbnəmə,qönçə üzündə gəzdim,
    Bəlkə dönüb sən oldum,sənin özündə gəzdim,
    Bəlkə dəli bir eşqin düşdüm izində gəzdim...
    Gələrsənmi mənimlə ?
    Son bir gecə qalanda,son açılan səhəri,
    Deyilməmiş min sözün əvəzi bir nəzəri,
    Gözdən axan son yaşı,son bir udum qəhəri,
    Son bir içim sevinci,son bir tikə kədəri...
    Bölərsənmi mənimlə ?
    Təkcə bu gündür bizim,başqa nə var sualdır,
    Dünənimiz xatirə,sabahımız xəyaldır,
    Bəlkə bu an etiraf etməyə son macaldır,
    Fərz et həyat ayrılıq,fərz et ölüm vüsaldır...
    Ölərsənmi mənimlə ?