amin inşallah, şehitler tepesi boş degil. Türkiye yalnizca çanakkale savaşında 250 000 şehit verdi. Sarıkamış ta bir o kadar kursun sıkmadan, donarak şehit oldular mekanları cennet olsun 😢😢😢 bu topraklar bedava verilmedi bize. ama ermenilere bedava verildi.
@@esmiraaliyeva141 siz dediyiniz ilin payızına aiddir. Burada ''Qəlbin Payızından'' bəhs edilir. Və bu o payızdır ki onu qəlbimizdə ötüşdürə bilsək...qəlbimizə ancaq və ancaq yaz gələ bilər. Amma ötüşmür qəlbin payızı..
Mahnıdan birinci Qarabağ müharibəsindəki məğlubiyyətin acısı duyulur. Çox şükür ki, igidlərimiz bu acını ikinci Qarabağ müharibəsində unutdurdular. Eşq!
Mən belə düşünürəm ki biz uduzmamışdıq çünki müharibə rəsmi olaraq da bitməmişdi sadəcə atəşkəs imzalanmışdı ermənilər genişmiqyaslı təxribat törətdi atəşkəs bitdi, əks-hücum əməliyyatı başladı 3 il hazırlaşıb sonra da 3 ilə ələ keçirdikləri torpaqları 44 günə 10 min fərari ilə qaçaraq qaytardılar bu qədər sadə)))
O uduzan oğullar illərlə düşmənə sipər olmuşdu. Neçə neçə qəhrəmanlar can verdi. Vətəni qorumaq üçün düşmənə daha çox torpaq verməmək üçün. Əli yalın ,silahsız topsuz tüfəngsiz. Ordu yox təminat yox . İllərlə ac susuz dağlarda daşlardan mübarizə apardılar. Onlar olmasa bu günkü qələbələrimiz olmazdı. Allah ruhların şad etsin.
RUclips'də oturub rəy yazmaq asandır,götdü oğlan istəyirəm elə Birinci Qarabağ müharibəsində könüllü müharibəyə gedərdi.Mən söyüşcül insan deyiləm,ancaq sizin kimilərin konkret ermənidən fərqiniz yoxdur.Məğlubiyyət acısıymış
Sevgilisi cəbhədə olan bütün qızlarımıza demək istəyirəm ki, qəlbinizin payızı heç vaxt gəlməsin, həmişə qəlbiniz yaz-bahar, gül-çiçək olsun. Onlarla fəxr edirik. Salamat gəlsinlər!
1993-94-cü illər idi. Dayım Ağdərə tərəfdə yaralanmışdı. O vaxtlar Papanin tərəfdə köhnə Hərbi Hospital var idi. Qapısından içəri girəndə hər tərəf yaralı, ayaqsız, əlsiz, əlil arabalarında Qarabağ qaziləri ilə dolu idi. Xəstəxananın dəhlizlərində ancaq bu mahnı, və Mübariz Tağıyevin - Ulu torpaq mahnısı səslənirdi. Çox ağır günlər idi. Allah millətimizə bir daha müharibə qismət eləməsin İnşəAllah, Aamin 🙏 Bir anlıq məni o illərə apardı.
Mənimdə bəxtim qara geydi 1992 ci Ağdərə döyüşlərində. Nişanlım itgin düşdü...onsuzda bəxtsiz biriydim, o bədbəxtlik bu günə qədər məni izləyir. Allah 1 tək balamı qorusun.
13. 07. 2020. Musiqi gözəl, ifa əsrarəngiz gözəl. Mahnıya qulaq asıram, gözümdən isə yaşlar süzülür. Çünki... Gecədir, bir yay gecəsi... dəhşətli yay gecəsi. Ön cəbhədə döyüşlər gedir, şəhidlərimiz var. Dua edin əsgərlərimiz üçün. "Hər ağızda bir dua, hər duada bir amin var" deyirlər. Allah qorusun. Şəhidlər ölmür... Şəhid anaları ölür... Şəhid balaları ölür... 😔
Gözümün qabağına yaralı esgerlerim gelir.Elesi var ki,hec cüre unuda bilmirem. 19 yaşlı bir esgerim var idi.Ele bilirdim 30 yaşı var.Ölenden sonra istoreya bolezniyasına baxdım - yaş 19.İndi de gözümün qabağındadır.Çeçen Enver.Allah sene rehmet etsin.Sen bizim Qarabağımızda vuruşub,Şehid oldun.😢😢😢
Ayy Allaaahım bu mahnını axırki tapdım..Atam döyüşə gedirdi bu mahnını oxudu anidən televizorda.onda pis günləri idi Azərbaycanımın atam evdən çıxmadı geri döndü bizi qucaqladı anamın əlindən tutdu bizi qoxuladı getdi..İllədi bu mahını ağzımda zümzümə edə edə gəzidim indi tapdııııım
Çox təsirləndim! Allah 1 ci Qarabağ müharibəsində şəhid olan bütün əsgərlərimizə rəhmət etsin,sağ qalan döyüşçülərimizə can sağlığı versin! Biz sizi heç zaman unutmayacağıq! O günlər çox çətin, amma şərəfli bir dövür idi! 🥺🤲🏻🇦🇿
Şəmistan m kimilər yaddaşımızda Qarabağımızı yaşadanlardan kimilərdən biridir. Bütün mahnıları ilə ağladıq, döyüşdük, qazandıq. Şəhidlərimizi Allah rəhmət eləsin
Ey uca Rəbbim! Sən bəxş edənsən. İlk növbədə Azərbaycan xalqına hidayət bəxş et, xalqımızı bir-birinə mehriban et və tezliklə gözəl AZƏRBAYCAN-ı bütöv görək. Amin.
Allah rəhmət eləsin,tağım komandirim vardı Novruzov Mirzə Səlvər oğlu,həmişə bu manını dinləyərdi,bir də Ebru Gündeşin Araftayım mahnısını.Çox heyif,aprelin 3-ü 2016-cı ildə Ağdərə Talışkənddə biz əsgərlərinə görə şəhidlik zirvəsinə ucaldı.
Gecədir, ilahi, bir yay gecəsi Yayın axır ayı, axır həftəsi Sonra duyulacaq payız nəfəsi Belə ötüşəcək fəsilin sonu Sonra duyulacaq payız nəfəsi Belə ötüşəcək fəsilin sonu [Nəqarət] Amma ötüşmür qəlbin payızı Onun nə yayı var, nə də ki yazı Geciksin, gəlməsin qəlbin payızı Geciksin illərin dolaylarında Gecədir, ilahi, bir yay gecəsi Yanımda saatın titrək nəğməsi Yumuram gözümü, üşüdür məni Üşüdür qəlbimin payız nəfəsi Yumuram gözümü, üşüdür məni Üşüdür qəlbimin payız nəfəsi [Nəqarət] Bir azdan, bir azdan söküləcək dan Sönəcək ulduzlar, güləcək cahan Mən sənə baxacağam yenə uzaqdan Baxacağam üşüyən xəyallarımdan Gecədir, ilahi, bir yay gecəsi Tutulub ayın da məsum çöhrəsi Gözümdə tək səni arayan yollar Qəlbimdə tək səni görmək həvəsi Gözümdə tək səni arayan yollar Qəlbimdə tək səni görmək həvəsi [Nəqarət] Nə vaxtsa, nə vaxtsa bu qərib nəğməm Bürünüb payızın küləklərinə Döyəcək qəlbinin qapılarını Boylanıb illərin haraylarından
Bilmirəm niyə amma çox kövrəldim qəlbimdə dərin hüzün yarandı.Bəlkə də bu 90cı illərin şəhidlərinin səbəbindəndir.Allah hər bir şəhidimizə rəhmət etsin.Bu cümlələri yazarkən ağlamağa başladım.Kaş belə olmayaydı
Bu mahnı təzə çıxanda yeniyetmə idim sonra əsgərliyə getdim. İndi qulaq asdıqca o illəri xatırladım əsgərlik illəri yadıma düşdü nostalji hisslər. Sağol var ol Şəmistan məllim.
Videoya baxdim Gozlerimden yaş sel kimi axdi. Hal hazirda bizim balarimiz yagi duşmene qan uddurur. Allahim sen bizim esger ve zabitlerimizi qoru!!! Ya REBBIM onlari qanadlarinin altinda saxla. Inşallah tokulen şehid qanlari yerde qalmayacaq qelebe bizimdir!!!!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤15.10.2020
Gecədir, ilahi, bir yay gecəsi, yayın axır ayı, ağır nöqtəsi. Sonra duyulacaq payız nəfəsi, Belə ötüşəcək fəsilin sonu. Amma ötüşmür qəlbin payızı, Onun nə yayı var, nə də ki, yazı. Geciksin, gəlməsin, qəlbin payızı, Geciksin illərin dolaylarında, Gecədir, ilahi, bir yay gecəsi, Yandı saatın titrək nəfəsi. Yumuram gözümü, üşüdür məni, Üşüdür qəlbimin payız nəfəsi. Birazdan, birazdan söküləcək dan, sönəcək ulduzlar, güləcək cahan. Mən sənə baxacam yenə uzaqdan, Baxacam üşüyən xəyallarımdan. Gecədir, ilahi, bir yay gecəsi, Tutulub ayın da məsum çöhrəsi. Gözümdə tək səni arıyan yollar, Qəlbimdə tək səni görmək həvəsi. Nə vaxtsa, nə vaxtsa bu qərib nəğməm, Bürünüb payızın küləklərinə. Döyəcək qəlbinin qapılarını, Boylanıb illərin haraylarından.
Sözlər möhtəşəm musiqi möhtəşəm, Səs isə özlüyündə başqa bir aləmdi❤️. Viner-lerin oxumağa çalışdığı mahni,rap,mashuplar-ı dinləyib bəyənənlər bu mahnidaki hüzuru tapmayacaq təəssüf
Efir qullesinin qabaginda,turkiye limanlarinda ya da her hansi istirahet etdikkeri yerleri klipe daxil ederek lazimsiz mahnilara glamur gorkem geydirib, deyerli etmek isteyen mugenniler, baxin sozler gozel,ses bawqa cur sehirli gozel,klip sade vetenperver esl hissleri hesreti hiss etdiren sujet. Bravo baxin oyrenin 👏👏👏👏
Bu ilin payizi bize qelebe getirecek insa Allah butun sehidlerimizinde ruhu sad olacaq her birinin ruhu qarsisinda bas eyirik bu Veten onlari hec vaxt unutmuyacaq haqqinizi halal edin nur uzlu qehreman sehidlerimiz
Şəmistan Əlzamanlı səsi,kişiliyi,insanlığı...sadəcə ayaq üstə alqışlayıb Allahdan sizin üçün xeyirli ömür,xalqımız üçün əminamanlıq və hüzur diləyirəm.Var olun dahi sənətkar statusu almış insan!
Salamlar olsun Şəmistan müəllimə.mən sizə ömrüm boyu minnətdaram ki,siz bizim ürəyimizin ən dərin hisslərini öz nəgmələrinixdə tərənnüm etmisiniz.Mən Sizin bütün nəğmələri izi göz yaşlariyla dinləyirəm.Cunki ,orada qəlbin yitrəyişi,yol gözləmələri və həstər var.Mən də bu həsrətin bir parcasiyam.
28.08.2024də yayın son gecələrindən bir xatirə qalsın burda💘Gələn il düz bu vaxt bam-başqa arzularla bu mahnını dinləmək ümidi ilə,hər şey gözəl olacaq!💫
Mən uşaq idim 6/7yasinda Qarabağ müharibəsinin ənnn şiddətli dönəmi bu musiqi o zamandan yadımda qalmışdı və sadəcə uşaq yaddasi ilə bir nəqarəti yadda saxlamışdım.təsadufən bu mahnı yadıma düşdü elə bir itirdiyim ənnn qiymətli bir əşyani tapdım çox təsirləndim
Allah səni saxlası n.bəzi uliyən müğənnilər sənin səsinə qulaq asıb hec utanmırlar görəsən.Bətənpərvər,şəxsiyyətinə böyük hörmətimiz ola n Şəmistan bəy.adınızda özünüz,səsiniz kimi möhtəşəmdir.
Bu müqəddəs ay Bizi yaradan Allah Dünya sənin köməyinə ehtiyacı var sən haqqı nahaqqa vermə Şəhidlərimizə rəhmət Qalan ƏSGƏRLƏRİMİZİ qoru Yaralılara şəfa ver Hec bir ANAağlamasın İlahi 🙏🙏🙏🙏🙏🙏🙏
08.10.2020. 2016-cı ilin aprelində və bu ilin iyul ayındakı qısamüddətli döyüşlərdən sonra, bu gün artıq 12 gündür ki, 2-ci Qarabağ döyüşləri gedir. Heç olmadığımız qədər birik, bərabərik. Ürəyimizin yarısı Qarabağda, yarısı şəhidlərimizdədir. Biz qələbə çalacağıq! 🇦🇿
Şerhinizi oxuyarken ureyim titredi🙁😕 ureyimin derinliklerinde his etdiklerimi yazmisiz nedense bu sozleriniz o qeder tesirli oldu ki menim ucun hislerimi sozlerle ifade ede bilmirem 😮
Bütün hərbçilərimiz lə fəxr edirik. ALLAH bütün əsgər və hərbçilərimizi hifz etsin AMİN. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək olsun AMİN
Bu deqiqe sehidlere gore bu mahni oqeder qelbimi sxırki tamamile payiz kimi huzunlu yas icindedi baxmayaraqki Şemistanin en sevdiyim mahnisidi...Allah sehidlerimize rehmet elesin
məncə bu mahnını əsgərlikdə olanlar anlaya bilər, o günlər yadıma düşdü adamın gözləri dolur istəristəməz, qəribə hislər keçirirsən. hərbi xidmət həqiqətən də elə bir mühitdir ki görməyənlər anlamaz
Nece il bundan qabaq yazilan musiqi,sozler cox gozeldir.ele bil bugunu gorubler qabaqcadan.cox cetindir bunlari yasamaq.evveller filmlerde gorerdik. Muharibeden gelen m ektublar, sehidler, urekler bunlara cetin dozer.
@@БакыТабризАнкара ne qeder sebr elemey olar qardaş dünende gedib adımız yeniden yazdırdım vayenkomata. Xaiş eledimki adımın qarşısına bir qoy birinci meni caglrın.
Vətənpərvərlik mahnilarin mahir ifacisi Şəmistan Əlizamanlı.Allah size uzun ömür versin.Gənclərimizin vətənpərvər yetişməsində sizin mahnilarin rolu böyükdü. SİZİN mahnilarla agladiq,ümidləndik,inandiq və qazandiq
Очень приятно. Я написала без злого умысла, потому что очень много россиян пишут в комментариях нелицеприятные высказывания в адрес моей нации. Хотя вы как бакинка в 9 поколении можете подтвердить что это не так. Я горжусь своим народом, культурой, историей.
@@nigarhuseynli3727 Я поняла, что вы без злого умысла писали, но вы писали ориентировочно для россиянки, а я родилась в Баку, выросла я на нашей земле, вскрмлена нашей землей и морем, я не представляю себе жизни вне Баку!!! " Одноглазая сова по дороге в ад " - книга, которая лежит у меня на столе. Мне было 19 лет когда Шамистан пригласил моих друзей, Насибу и Самира Бададбейли выступить с ним на концерте с его песней " Лейтенант ". Да, вы правы, мы не только помидоры продаем! Помидоры продают те, кому ТАКИЕ песни поперек горла стоят, и помидоры продавать мешают. А я живу на улице Арифа Исмаилова... Этот мальчик - наш национальный герой!
Hələdə belə musiqiləri dinləyənlərə eşq olsun❤Şəmistan müəllim bir əfsanə
İl 2023 yaş 21 cox teesuf ediremki bu musiqini gec keşf etdim...
Sən Şukurlusen Bizə 2024 də çatb
Bir neçə gün əvvəl şəhid olmuş komandir Səid Rəşidzadənin Şəmistan bəyin ifasında ən sevdiyi ifa bu imiş.
Allah bütün şəhidlərimizə rəhmət eləsin ❤
Menim en cox sevdiyim mahni bunu eşidende aglayiram özumden asli deyil heyatim kino lenti kimi gelib kecir
Lqqoq9q9kzkzkz8d8l
KklplkkkjkbgggffgyA amma
amin inşallah, şehitler tepesi boş degil. Türkiye yalnizca çanakkale savaşında 250 000 şehit verdi. Sarıkamış ta bir o kadar kursun sıkmadan, donarak şehit oldular mekanları cennet olsun 😢😢😢 bu topraklar bedava verilmedi bize. ama ermenilere bedava verildi.
Amin
Amin kardeşim. Allah bütün şehitlerimizin kabrini nur, mekanını cennet eylesin. Allah hepsinden razı olsun.
İndi hamının qəlbində payızdı. İnşallah bu payızdan sonra günəşli çiçəkli yaz gələr🤲🤲🤲
A
A
Arti
Q geldi yaz
Amin
Payızdan sonra qış gəlir
@@esmiraaliyeva141 Mən bu şərhi yazanda müharibə gedirdi. O anlamda yazmışdım yaz gələr
@@esmiraaliyeva141 siz dediyiniz ilin payızına aiddir. Burada ''Qəlbin Payızından'' bəhs edilir. Və bu o payızdır ki onu qəlbimizdə ötüşdürə bilsək...qəlbimizə ancaq və ancaq yaz gələ bilər. Amma ötüşmür qəlbin payızı..
Mahnıdan birinci Qarabağ müharibəsindəki məğlubiyyətin acısı duyulur. Çox şükür ki, igidlərimiz bu acını ikinci Qarabağ müharibəsində unutdurdular. Eşq!
Uduzmaq hər bir Xalqin tarixində var . Biz təhqir olunmuşduq çox şukur papağimizi qaytardi ordumuz 💙
Mən belə düşünürəm ki biz uduzmamışdıq çünki müharibə rəsmi olaraq da bitməmişdi sadəcə atəşkəs imzalanmışdı ermənilər genişmiqyaslı təxribat törətdi atəşkəs bitdi, əks-hücum əməliyyatı başladı 3 il hazırlaşıb sonra da 3 ilə ələ keçirdikləri torpaqları 44 günə 10 min fərari ilə qaçaraq qaytardılar bu qədər sadə)))
Mahnı isə çox gözəldi sizin sözünüzə qüvvət Eşq!
O uduzan oğullar illərlə düşmənə sipər olmuşdu. Neçə neçə qəhrəmanlar can verdi. Vətəni qorumaq üçün düşmənə daha çox torpaq verməmək üçün. Əli yalın ,silahsız topsuz tüfəngsiz. Ordu yox təminat yox . İllərlə ac susuz dağlarda daşlardan mübarizə apardılar. Onlar olmasa bu günkü qələbələrimiz olmazdı. Allah ruhların şad etsin.
RUclips'də oturub rəy yazmaq asandır,götdü oğlan istəyirəm elə Birinci Qarabağ müharibəsində könüllü müharibəyə gedərdi.Mən söyüşcül insan deyiləm,ancaq sizin kimilərin konkret ermənidən fərqiniz yoxdur.Məğlubiyyət acısıymış
Bir şəhid yarının acısın çox yaxından şahid oldum😢 Antiterror səhidi Bilalov Sərxan İsmət oğlu...səhidlər qəlbimizdə bir yaradi...Allah rəhmət eləsin😢
Sevgilisi cəbhədə olan bütün qızlarımıza demək istəyirəm ki, qəlbinizin payızı heç vaxt gəlməsin, həmişə qəlbiniz yaz-bahar, gül-çiçək olsun. Onlarla fəxr edirik. Salamat gəlsinlər!
Aminn
Amin
Hələ heçbir alqışa duaya bu qədər ürəkdən Amiiiiiiiiiiiiiiiin deməmişdim ürəyim amin deyə hayqırdı Allah əsgər və zabitlərimizi qorusun
Aminnnnnnnn
Amin
1993-94-cü illər idi. Dayım Ağdərə tərəfdə yaralanmışdı. O vaxtlar Papanin tərəfdə köhnə Hərbi Hospital var idi. Qapısından içəri girəndə hər tərəf yaralı, ayaqsız, əlsiz, əlil arabalarında Qarabağ qaziləri ilə dolu idi. Xəstəxananın dəhlizlərində ancaq bu mahnı, və Mübariz Tağıyevin - Ulu torpaq mahnısı səslənirdi. Çox ağır günlər idi. Allah millətimizə bir daha müharibə qismət eləməsin İnşəAllah, Aamin 🙏 Bir anlıq məni o illərə apardı.
😢😢😢
Mənimdə bəxtim qara geydi 1992 ci Ağdərə döyüşlərində. Nişanlım itgin düşdü...onsuzda bəxtsiz biriydim, o bədbəxtlik bu günə qədər məni izləyir. Allah 1 tək balamı qorusun.
Amin!
@@gulnaragasimova4123Allah sizi qorusun.
Şəhidimiz Komandir Səid Rəşizadənin en sevdiyi mahnı...Bütün şəhidlərimizin ruhu şad olsun..🇦🇿
Amin Amin Amin
Heyif elə payızda da getdi😢 Allah hamısına rəhmət eləsin 🤲😔❤️
Canını torpaq uğrunda fəda edən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Əziz şəhidlərimizin müqəddəs ruhları haqqınızı bizə halal edin.
Allah Rəhmət Etsin
Can bacl menim ureyimden keciririb ,yaza bilmediyim sozleri yazmlsan
Amin
Amin
Hec bir uşaq,heç bir ana,heç bir qadın qəlbində payızı yaşamasın.Allah əsgərlərimizi qorusun🙏
💙❤💚
Bəleh
Amin Deyən Diləriz Var Olsun
@@gulnaraaxadova71 Salam Necəsən
Yaxşıyam Yaxşı Gunləriz Olsun İnşallah
Ne gozel dediz
13. 07. 2020. Musiqi gözəl, ifa əsrarəngiz gözəl. Mahnıya qulaq asıram, gözümdən isə yaşlar süzülür. Çünki...
Gecədir, bir yay gecəsi... dəhşətli yay gecəsi. Ön cəbhədə döyüşlər gedir, şəhidlərimiz var. Dua edin əsgərlərimiz üçün. "Hər ağızda bir dua, hər duada bir amin var" deyirlər. Allah qorusun.
Şəhidlər ölmür...
Şəhid anaları ölür...
Şəhid balaları ölür... 😔
Caaaaaan
😥😥😥
Uça Allah bütün şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizi qorusun amin 😥😥😥😔😔😔😔
ŞEHİDLER ÖLMEZDİR.
ŞEHİDE AĞLAMAZLAR
Gözümün qabağına yaralı esgerlerim gelir.Elesi var ki,hec cüre unuda bilmirem. 19 yaşlı bir esgerim var idi.Ele bilirdim 30 yaşı var.Ölenden sonra istoreya bolezniyasına baxdım - yaş 19.İndi de gözümün qabağındadır.Çeçen Enver.Allah sene rehmet etsin.Sen bizim Qarabağımızda vuruşub,Şehid oldun.😢😢😢
@@djsjaj_tesekkuredirem.xkdj447 😔
Ayy Allaaahım bu mahnını axırki tapdım..Atam döyüşə gedirdi bu mahnını oxudu anidən televizorda.onda pis günləri idi Azərbaycanımın atam evdən çıxmadı geri döndü bizi qucaqladı anamın əlindən tutdu bizi qoxuladı getdi..İllədi bu mahını ağzımda zümzümə edə edə gəzidim indi tapdııııım
🥺
😥😥😥😥gozlerimin onunde canli oxudularim ,agladim
@@MsShantal20 gozel hisslerdir
😢❤
Atanız sağdı?
Çox təsirləndim! Allah 1 ci Qarabağ müharibəsində şəhid olan bütün əsgərlərimizə rəhmət etsin,sağ qalan döyüşçülərimizə can sağlığı versin! Biz sizi heç zaman unutmayacağıq! O günlər çox çətin, amma şərəfli bir dövür idi! 🥺🤲🏻🇦🇿
Şəmistan m kimilər yaddaşımızda Qarabağımızı yaşadanlardan kimilərdən biridir. Bütün mahnıları ilə ağladıq, döyüşdük, qazandıq. Şəhidlərimizi Allah rəhmət eləsin
Aga Tukiyeden selam.Şemistan hoca guzel sozler guzel şarkı yapmis eski şarkilar bi başka
Ey uca Rəbbim! Sən bəxş edənsən. İlk növbədə Azərbaycan xalqına hidayət bəxş et, xalqımızı bir-birinə mehriban et və tezliklə gözəl AZƏRBAYCAN-ı bütöv görək. Amin.
Amin, İnşallah.
Amin insallah
Amin
AMIN EVLADIM AMIN
Amin
Allah rəhmət eləsin,tağım komandirim vardı Novruzov Mirzə Səlvər oğlu,həmişə bu manını dinləyərdi,bir də Ebru Gündeşin Araftayım mahnısını.Çox heyif,aprelin 3-ü 2016-cı ildə Ağdərə Talışkənddə biz əsgərlərinə görə şəhidlik zirvəsinə ucaldı.
Məkanı CƏNNƏT olsun! O, torpaqdan VƏTƏN yaradanlardandır.
Allah rəhmət eləsin
Məkanı cənnət olsun😔
Allah rəhmət eləsin 🤲😢
Tek kelimeyle muhteşem! Azerbaycan'a Türkiye'den selamlar!
Təşəkkürlər
Aleykum kardesim
♥️🇹🇷🇦🇿💐🌹🇵🇰
Can 🥰😍🤩❤
🇹🇷🇹🇷🇹🇷🇦🇿🇦🇿🇦🇿
Gecədir, ilahi, bir yay gecəsi
Yayın axır ayı, axır həftəsi
Sonra duyulacaq payız nəfəsi
Belə ötüşəcək fəsilin sonu
Sonra duyulacaq payız nəfəsi
Belə ötüşəcək fəsilin sonu
[Nəqarət]
Amma ötüşmür qəlbin payızı
Onun nə yayı var, nə də ki yazı
Geciksin, gəlməsin qəlbin payızı
Geciksin illərin dolaylarında
Gecədir, ilahi, bir yay gecəsi
Yanımda saatın titrək nəğməsi
Yumuram gözümü, üşüdür məni
Üşüdür qəlbimin payız nəfəsi
Yumuram gözümü, üşüdür məni
Üşüdür qəlbimin payız nəfəsi
[Nəqarət]
Bir azdan, bir azdan söküləcək dan
Sönəcək ulduzlar, güləcək cahan
Mən sənə baxacağam yenə uzaqdan
Baxacağam üşüyən xəyallarımdan
Gecədir, ilahi, bir yay gecəsi
Tutulub ayın da məsum çöhrəsi
Gözümdə tək səni arayan yollar
Qəlbimdə tək səni görmək həvəsi
Gözümdə tək səni arayan yollar
Qəlbimdə tək səni görmək həvəsi
[Nəqarət]
Nə vaxtsa, nə vaxtsa bu qərib nəğməm
Bürünüb payızın küləklərinə
Döyəcək qəlbinin qapılarını
Boylanıb illərin haraylarından
👍
@@nxyz8907 Burda da tapmısan?😄
@@elmirayunus_30 hə.)
Çox sağ olun içimdən gəldiki məndə oxuyum sizin burda mahnının sözlərini yazmağınız lap yerinə düşdü çoxxxxxxxx sağ olun ❤
@@nevermind3167 buyurun🙂
Payiz gecikdi. Allahım edilən duaları qəbul elədi. GOZEL ALLLAHİM . Şəhidlərimizin məkanı cennet OLSUN.
İGİD əsgərləri Allah qorusun
Bilmirəm niyə amma çox kövrəldim qəlbimdə dərin hüzün yarandı.Bəlkə də bu 90cı illərin şəhidlərinin səbəbindəndir.Allah hər bir şəhidimizə rəhmət etsin.Bu cümlələri yazarkən ağlamağa başladım.Kaş belə olmayaydı
Cox kovreldim .Sehidlerim. Qelbin yazlnl paylzlnl yaslya bilmiyen sehidlerim. Yeriniz mekanlnlz cennet olsun. Siz esil qehremanslnlz. Size aqlayan slzlayan ureyim qurban. Allah esgerlerimizi. Bu paylz axsaml dualarlmlzl qebul ele Allahlm. Esgerlerimuz qelebe ile sevindir. Bu mahnlnl sevinc hissleri ile dinlesinler. AMIN.
Bu mahnı təzə çıxanda yeniyetmə idim sonra əsgərliyə getdim. İndi qulaq asdıqca o illəri xatırladım əsgərlik illəri yadıma düşdü nostalji hisslər. Sağol var ol Şəmistan məllim.
Videoya baxdim Gozlerimden yaş sel kimi axdi. Hal hazirda bizim balarimiz yagi duşmene qan uddurur. Allahim sen bizim esger ve zabitlerimizi qoru!!! Ya REBBIM onlari qanadlarinin altinda saxla. Inşallah tokulen şehid qanlari yerde qalmayacaq qelebe bizimdir!!!!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤15.10.2020
Bizə QƏLƏBƏ yaraşır.
Nedensen her bu mahnini dinleyende herbiciler,muharibe yadima duwur. Soz,musiqi,ifa MOHTEWEM.
Gecədir, ilahi, bir yay gecəsi,
yayın axır ayı, ağır nöqtəsi.
Sonra duyulacaq payız nəfəsi,
Belə ötüşəcək fəsilin sonu.
Amma ötüşmür qəlbin payızı,
Onun nə yayı var, nə də ki, yazı.
Geciksin, gəlməsin, qəlbin payızı,
Geciksin illərin dolaylarında,
Gecədir, ilahi, bir yay gecəsi,
Yandı saatın titrək nəfəsi.
Yumuram gözümü, üşüdür məni,
Üşüdür qəlbimin payız nəfəsi.
Birazdan, birazdan söküləcək dan,
sönəcək ulduzlar, güləcək cahan.
Mən sənə baxacam yenə uzaqdan,
Baxacam üşüyən xəyallarımdan.
Gecədir, ilahi, bir yay gecəsi,
Tutulub ayın da məsum çöhrəsi.
Gözümdə tək səni arıyan yollar,
Qəlbimdə tək səni görmək həvəsi.
Nə vaxtsa, nə vaxtsa bu qərib nəğməm,
Bürünüb payızın küləklərinə.
Döyəcək qəlbinin qapılarını,
Boylanıb illərin haraylarından.
Mohtəshəm bir səs və video.Shəmistan Əlizamanliya təshakkurlər. Allah qorusun Azərbaycan Ordusunu və Azərbaycanlilari!
Əllərinizə saglıq,Vətənin mərd oglu
I00tıro
Gecedir,ilahi bir yay gecesi
Yayin axir ayi,agir noqtesi.
Sonra duyulacaq,payiz nefesi
Bele ötüşecek feslin sonu
😥😥😥
Ben bu şarkıyı niye bu kadar geç keşfetmişim 🇹🇷🇦🇿
Sözlər möhtəşəm musiqi möhtəşəm, Səs isə özlüyündə başqa bir aləmdi❤️. Viner-lerin oxumağa çalışdığı mahni,rap,mashuplar-ı dinləyib bəyənənlər bu mahnidaki hüzuru tapmayacaq təəssüf
Allah bütün şəhidlərimizə rəhmət eləsin ! Şəmistan bəyə də can sağlığı , səsinə qüvvət versin ! Çox duyğulandım ...
nu mahni ele bil ki bugünkü zaman ücün yazilib.cox üzülürem nakam gelinler gelir gözümün qabagina.allah size rehmet elesin igid balalar.
Cox kovrelmishem,mahniya qulaq asiram gozlerim yasharir.Allah xalqimii,esgerleri,zabitleri qorusun....Zefer yarashir ordumuza.... InshALLAH.
Uyi7uiuuutuyu77
Qalib ordunun igid əsgər və zabitlərinə eşq olsun. Yaşasın müstəqil Azərbaycan!
Gözlerim doldu esgerlik yadıma düşdü dünen gedib vayenkomattan qeydiyattan keçdim,dava olarsa çagırsınlar. Tovuza desteyik Sovetskiden.
Tovuzda Şəhid olanlara Allah rehmet elesin esgerlerimizin yanindayıq her zaman desteyik
Qadanalaram qaqam biz Tovuzlularda butun Azerbaycanmza desdekdir.
Apardilar sizi ??
İnşaAllah ki, qanla yazılan şanlı tariximizin CANLI qəhrəmanısız. Allah qorusun.
Efir qullesinin qabaginda,turkiye limanlarinda ya da her hansi istirahet etdikkeri yerleri klipe daxil ederek lazimsiz mahnilara glamur gorkem geydirib, deyerli etmek isteyen mugenniler, baxin sozler gozel,ses bawqa cur sehirli gozel,klip sade vetenperver esl hissleri hesreti hiss etdiren sujet. Bravo baxin oyrenin 👏👏👏👏
Səmimi sözlərinizə görə təşəkkür edirəm. Bu klip 1994-cü ildə çəkilib.
Çox gözəldir indi çox lazımdır a
@@sevilnovruzova2623 Təşəkkür.
Хер гулаг асанда коврелирем,герибе хисслер кечирирем,шехсен мен бу махныны оз юбилейимде регс етмек истейирем.мусиги,саделик,тебилик..хер шей вар бурда.
Vətənim tarix yazır.💙❤💚 Torpaqlarımız geri qayıdır. Allah igid əsgərlərimizi qorusun. Allahın haqqı, ədaləti var. Şükür olsun - min şükür.
Bu ilin payizi bize qelebe getirecek insa Allah butun sehidlerimizinde ruhu sad olacaq her birinin ruhu qarsisinda bas eyirik bu Veten onlari hec vaxt unutmuyacaq haqqinizi halal edin nur uzlu qehreman sehidlerimiz
Getirdi.
Şəmistan Əlzamanlı səsi,kişiliyi,insanlığı...sadəcə ayaq üstə alqışlayıb Allahdan sizin üçün xeyirli ömür,xalqımız üçün əminamanlıq və hüzur diləyirəm.Var olun dahi sənətkar statusu almış insan!
Salamlar olsun Şəmistan müəllimə.mən sizə ömrüm boyu minnətdaram ki,siz bizim ürəyimizin ən dərin hisslərini öz nəgmələrinixdə tərənnüm etmisiniz.Mən Sizin bütün nəğmələri izi göz yaşlariyla dinləyirəm.Cunki ,orada qəlbin yitrəyişi,yol gözləmələri və həstər var.Mən də bu həsrətin bir parcasiyam.
Bu Mahnı mənə Hərbi xidmətimi xatırladır Kapitan Nağıyevi.
Doğurdan da keçmir qelbin payızı..Ne çox ağrı,nisgil,hesret var dünyada..İnsanıq,dözürük yene de..
28.08.2024də yayın son gecələrindən bir xatirə qalsın burda💘Gələn il düz bu vaxt bam-başqa arzularla bu mahnını dinləmək ümidi ilə,hər şey gözəl olacaq!💫
İnşAllah gözəl qəlbli insan:) qəbul da olarsan, sevdiyinn də olar. Amin💖
Mən uşaq idim 6/7yasinda Qarabağ müharibəsinin ənnn şiddətli dönəmi bu musiqi o zamandan yadımda qalmışdı və sadəcə uşaq yaddasi ilə bir nəqarəti yadda saxlamışdım.təsadufən bu mahnı yadıma düşdü elə bir itirdiyim ənnn qiymətli bir əşyani tapdım çox təsirləndim
Hansi musiqisine qulaq assam vetenimi sevdiyimi hiss etdirir!
Allah səni saxlası n.bəzi uliyən müğənnilər sənin səsinə qulaq asıb hec utanmırlar görəsən.Bətənpərvər,şəxsiyyətinə böyük hörmətimiz ola n Şəmistan bəy.adınızda özünüz,səsiniz kimi möhtəşəmdir.
cox gozel mahnidi. herdefe dinleyende sen yadima dusursen...
Sesine,şexsiyyetine cox hörmet etdiyim bir insan.Allah sizi qorusun Şemistan muellim.Sizinle hemişe fexr etmişem.Sesiniz insanin ruhunu dinlendirir.Var olun❤
Bello val pero no entiendo la létŕra pero se ve bello
😀😀👒🎩🎓👞💄👕👖👗💼🎒👝👢👓🔰👟👞👘👘👘
Неча огулары итирдик Илахи еч вахт унудулмазлар😢
Bu müqəddəs ay Bizi yaradan Allah Dünya sənin köməyinə ehtiyacı var sən haqqı nahaqqa vermə Şəhidlərimizə rəhmət Qalan ƏSGƏRLƏRİMİZİ qoru Yaralılara şəfa ver Hec bir ANAağlamasın İlahi 🙏🙏🙏🙏🙏🙏🙏
AMİN
Amin
Necə bayram necə xoş günlər necə günlər necə geceler ..... Biz hərbiçi xanımları payızda qaldıq qalırıq alllah qorusun
2020 ikinci Qarabağ müharibəsi. QƏLƏBƏ bizimdi inşallah.
İnşallah!!!
2021 ci il.Biz qələbə qazandıq.)))
Какой же потрясающий у него голос!!!! Шам - это свеча, а Шамистан - светоч, источник света???
Наверно.
Шамистан имя автора песня и певца.
Diana wi prawi , Ego imya perewoditsa tak , istocnik swet.ili moget Strana swet .
Шамс это солнце. А Шамстан, это солнечная страна. 😊👍
@@zakhramamedova9704 Sposibo .eto nawernoe perowod s persidskogo (farsi) xotya Šäm etoge , swe'ca.
Ljubom slu'cii waš perewod lu'cše polu'caetsa .
Biz bu mahnı ilə son zəngdə iştirak edəcəyik son 2 ay😏
Necə oynayacaqsiz?
@@tuba3620 vals
10 ay keçib. Əminəm xoş və kədərli xatirə kimi qalıb bu mahnı sizdə 🥲
😢@@book-lovinggirl3352
08.10.2020.
2016-cı ilin aprelində və bu ilin iyul ayındakı qısamüddətli döyüşlərdən sonra, bu gün artıq 12 gündür ki, 2-ci Qarabağ döyüşləri gedir. Heç olmadığımız qədər birik, bərabərik. Ürəyimizin yarısı Qarabağda, yarısı şəhidlərimizdədir.
Biz qələbə çalacağıq! 🇦🇿
Ин ше Аллах
BİR GÜN XANKENDİDƏ OTURUB QÜRÜRLA YAZDİĞIN BU NOTA BAXACAQIN AĞLİMA GELMEZDİ
O gündən artıq 4 il keçib🥺🙏
Çox hörmət etdiyim Şəmistan Əlizamanlı.Səs ç8x gözəldi.Azərbaycanın Levitanı.Allah izn versə Qarabagın alınmasını Şəmistan müəllimdən eşitmək istəyərdim inşallah
Şerhinizi oxuyarken ureyim titredi🙁😕 ureyimin derinliklerinde his etdiklerimi yazmisiz nedense bu sozleriniz o qeder tesirli oldu ki menim ucun hislerimi sozlerle ifade ede bilmirem 😮
Musiqi, sozler, ifa biri birinden gozeldir. Insan dinlemekden doymur.❤
Hər gün ən azından 5- 6 dəfə qulaq asıram.Çox gözəldir.Sag olsun Şəmistan Əlizamanlı.
Şəmistan Əlizamanlıya Allah uzun ömür versin. Möhtəşəmdir hər ifası
🤝 Салам Азербайджан Аскяри 💪💪💪🇦🇿👍
Ayallah mən bu mahnını nəvaxtı axtarırdın şükür nəhayətki tapdım uşağlığmın mahnısı necə o illərə qayıdım kövrəldim 😔😔😔
Bir insanın oxuduğu hər mahnımı möhtəşəm olar?!
sizin ifaniz mene ruh verir.veten ucun sehid olmaq isteyirem.
Sizin adınız nədir? Deyə bilərsiniz?
Vətən üçün vuruş qardaş amma ölmə 🤲
Millət hələdə dinləyən neçə nəfər çıxar?
Bu mahnı cox ağrılıdır...Necə illərdən sonra yenə də göz yaşlarıyla dinlədim...Allah şəhidlərimizə rəhmət eləsin!
Какая красивая песня.
Какой завораживающий голос.
Благо ДАРЮ, именно ДАРЮ!!!
А клип о нашей молодости.
Спасибо вам.
Çox kövreldim ,necede hezin bir neqmedir ,Allah cavanlarimizi qorusun.
Bütün hərbçilərimiz lə fəxr edirik. ALLAH bütün əsgər və hərbçilərimizi hifz etsin AMİN. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək olsun AMİN
Möhtəşəm səs . Söz ,musiqi ,ifa çox gözəl bir birini tamamlayır.Çox sag olun Şəmistan müəllim,var olun. Şəhidlərimiz nur içində yatsınlar.
Möhtəşəm! Yaşasın Azərbaycanımın igid ogulları, möhtəşəm ordusu!Allah qorusun! Zəfər, Qələbə ilə sag salamat evlərinə dönsünlər!
Bir payız günündə yenidən qulaq asmaq istədim ,bir xatirə olsun mənnən, hər fəsiliniz gözəl keçsin insaAllah
Bu deqiqe sehidlere gore bu mahni oqeder qelbimi sxırki tamamile payiz kimi huzunlu yas icindedi baxmayaraqki Şemistanin en sevdiyim mahnisidi...Allah sehidlerimize rehmet elesin
Mahnidan cox reyler aglatdi😭😓
Möhtəşəm mahnıdır. İnsanın ruhunu sakitləşdirir.
Uşaqlıqdan bəri bu səslə böyümüşəm.Şəmistan Əlizamanlının səsi.Hər səhər pəncərədən eşitdiyim musiqilər...Eh uşaqlıq xatirələri
Bu nəğməyə adi qulaq asa bilmirəm,qeyri-iradi kövrəlirəm,heç özüm də bilmirəm hansı hissləri keçirirəm.
məncə bu mahnını əsgərlikdə olanlar anlaya bilər, o günlər yadıma düşdü adamın gözləri dolur istəristəməz, qəribə hislər keçirirsən. hərbi xidmət həqiqətən də elə bir mühitdir ki görməyənlər anlamaz
Illerdir bu musiqini axtarirdim usaqligimda birinci Qarabag muharibesinde oxuyurduq.
Ağır illərin mahnısı... Acı xatirələrlə dolu...
Mahnı qəlbimizin qapısını döyür 😍🇦🇿
artıq payızın ətri duyulur. Ehhh deyəcək o qədər sözüm var. Bir kəs yoxdur otursun dinləsin
Allah bütün Şəhidlərimizə rəhmət etsin taleləri Şəhid olan qadınlarımıza səbr diləyirəm💔💔💔
Ne gozel mahnı imiş. İlk defedir dinleyirem.
Nece il bundan qabaq yazilan musiqi,sozler cox gozeldir.ele bil bugunu gorubler qabaqcadan.cox cetindir bunlari yasamaq.evveller filmlerde gorerdik. Muharibeden gelen m ektublar, sehidler, urekler bunlara cetin dozer.
Allah vətən keşiyində dayanan əsgərlərimizi qorusun
Allah şəhidlərimizə rəhmət eləsin.
Gözlərim doldu. Müharibə olsun torpaqlarımızı alaq inşAllah
Инш Аллах !!!
Себир еле hер шейин вахты вар .
Россиядан АЗЕРБАЙЧАНА САЛАМЛАР !!!
@@БакыТабризАнкара ne qeder sebr elemey olar qardaş dünende gedib adımız yeniden yazdırdım vayenkomata. Xaiş eledimki adımın qarşısına bir qoy birinci meni caglrın.
Isteyin yerine yetdi muharibe gedir artiq
🥺🥺🥺🥺🥺
Arzuların çın oldugu andır
Allah esgerlerimi qorusun. Shehidlerimizin meqami uca olsun 😥
ben yeni tanidim bu sanatçı yi muhteşem birisi, sarkilarida muhteşem. Türkiye ye de sürekli gelsin bu sanatçı.
Dirilish Ertuqruldada oxuyub Shemistan muellim.
Şəmistan müəllim Allah size uzun ömür can sağlığı versin.Möhteşem ifadi sesinize,qüvvet 👍
BİZ QALİBİK! Allah qelbimize payiz qismet etmesin! QƏLBİMİZDƏ DAİMA YAZ OLSUN!❤️🇦🇿
Ruhumu sakitləşdirəcək əvəzsiz musiqi...
Şahin Musaoğluya XÜSUSİ sevgi və təşəkkürlər!!!...🌷🌷🌷Allah sizi qorusun!👐👐👐
Mohteshem mahni, ifa. Gozumun qabaqina evde ezizlerini qoyub qeden shehidlerimiz qelir.Allah shehidlerimize rehmet elesin.
beh beh beh semistanin sesi adami kovreldir 👍👍👍👍
Vətənpərvərlik mahnilarin mahir ifacisi Şəmistan Əlizamanlı.Allah size uzun ömür versin.Gənclərimizin vətənpərvər yetişməsində sizin mahnilarin rolu böyükdü. SİZİN mahnilarla agladiq,ümidləndik,inandiq və qazandiq
👍👍👍 САЛАМ АЗЕРБАЙДЖАН АСКЕРИ !!!
Aleykuma salam
Allah sizin kimi senetkarlai hemise var elesin.Soz musiqi ses hemiseki kimi cooox mohtesemdi
men birinci defedirki bu mahnini esidirem))) cox gozel ureyim param parca oldu eskerlerimizi gorerken, kimler var, kimler yox indi tesirli
Yarı yolda qalan, ürəklərdə sızlayan və həmişə aglayan ümüdlər.😰😥😢😪
Шамистан, спасибо тебе за то, что я услышала и увидела!!! За песню и за вальс!!!
Вам тожа спасибо
Как видите мы не только помидоры продаем...
@@nigarhuseynli3727 Я Бакинка в девятом поколении! Мой прапрадед, Самсон Мухин был капитаном парохода " Мехти "!!!
Очень приятно. Я написала без злого умысла, потому что очень много россиян пишут в комментариях нелицеприятные высказывания в адрес моей нации. Хотя вы как бакинка в 9 поколении можете подтвердить что это не так. Я горжусь своим народом, культурой, историей.
@@nigarhuseynli3727 Я поняла, что вы без злого умысла писали, но вы писали ориентировочно для россиянки, а я родилась в Баку, выросла я на нашей земле, вскрмлена нашей землей и морем, я не представляю себе жизни вне Баку!!! " Одноглазая сова по дороге в ад " - книга, которая лежит у меня на столе. Мне было 19 лет когда Шамистан пригласил моих друзей, Насибу и Самира Бададбейли выступить с ним на концерте с его песней " Лейтенант ". Да, вы правы, мы не только помидоры продаем! Помидоры продают те, кому ТАКИЕ песни поперек горла стоят, и помидоры продавать мешают. А я живу на улице Арифа Исмаилова... Этот мальчик - наш национальный герой!
Nese her defe qulaq asanda meni kecmise aparir bu mahni.Semistan muellim Allah size omur verirsiz