DİQQƏT!!! Kalsium qəbulu bu cür olmalıdır? Dr.Sadiq Bəbirov

Поделиться
HTML-код
  • Опубликовано: 27 сен 2024
  • Kalsium qəbulu necə olmalıdır? Davamlı olaraq kalsium qəbulu edilərsə, hansı fəsadlar yarada bilər?
    Daha ətraflı #cerrahendokrinoloqsadiqbabirov məlumat verdi.
    Əziz izləyicilər göndərdiyiniz suallar əsasında sizə mövzular təqdim edirik.
    Suallarınızı directə və ya şərh olaraq da göndərə bilərsiniz 😇
    📍Ünvan:
    Bakı, Azərbaycan, Həsənoğlu küç., 16A
    📞 Telefonlar: (012)514 45 01;
    (012)514 45 02
    Mobil: (050) 210 23 44
    Facebook: Endokrin Merkez
    İnstaqram: endokrin.merkez
    Orqanizmdə kalsium mubadiləsi
    Bildiyimiz kimi kalsium bizim orqanizmimiz üçün vacib mikroelementlərdən biridir. Kalsiumun qanda eyni səviyyədə qorunub saxlanılmasında skelet, böyrəklər, bağırsaqlar, qalxanvari ətraf vəziləri, maqnezium və vitamin D-nin böyük rolu vardır. Normal yetkin insan gün ərzində qida ilə təqribən 1000 mg-a qədər kalsium qəbul edir. Yaş artdıqca kalsiumun qana sorulması azalır. Kalsium əsasən sümüklərimizdə depo olunur. Gün ərzində böyrəklərimizdən təqribən 10 q- a yaxın kalsium keçir, bunun da 100-300 mg-I sidiklə xaric olunur, qalan hissəsi yenidən qan cərəyanına qaytarılır. Həmçinin böyrəklərdə qalxanvari ətraf vəzinin köməyi ilə vitamin D qeyri-aktiv haldan aktiv hala gəlir.
    Orqanizmimizdə kalsium mübadiləsində əsas rol oynayan orqanlardan biri qalxanətrafı vəzilərdir. Qanda kalsiumun miqdarı azalan kimi bu vəzilərdən parathormon adlanan hormon ifraz olunur. Bu hormon bagırsaqlara təsir edərək, onlardan kalsiumun sorulmasını artırır, böyrəklərə təsir edərək sidiklə kalsiumun xaric olunmasını azaldır və sümüklərə təsir edərək qana kalsium və fosforun keçməsini artırır və beləliklə qanda kalsiumun səviyyəsinin bərpa edir. Əgər qanda kalsiumun səviyyəsi yüksəkdirsə, onda qalxanvariətraf vəzilərindən parathormonun ifraz olunması azalır.
    Müxtəlif laboratoriyalar arsında fərq olsa da , qanda kalsiumun normal miqdarı 8.5-10.5 arasındadır. İonizə olunmuş kalsium isə 1.13-1.32 arasındadır. Adətən total kalsiumun səviyyəsi qandakı albumin səviyyəsinə bağlı dəyişə bildiyindən müayinə zamanı ionizə olunmuş kalsiumun yoxlanılması məsləhətdir.
    Qan alınan zaman əgər bazu çox sıxılarsa, o da qanda kalsium miqdarına təsir edərək, yüksək göstərə bilər. Ona görə də, əgər bir dəfə yüksək nəticə alınıbsa, onda ikinci dəfə də müayinə olunmalı, artıq bu zaman da artmış olarsa, onda araşdırılması üçün endokrinoloqa müraciət olunmalıdır.
    Qandan kalsium yüksələrkən ürəkbulanma , qusma, qəbizlik, qarın ağrısı, konsentrasiya və diqqətin pozulması, yorğunluq, bitkinlik, əzələlərdə gücsüzlük, tez-tez sidiyə getmə kimi çikayətlər meydana gələ bilər.
    Bəs hansı hallar qanda kalsiumun yükslməsinə səbəb ola bilər?
    Qanda kalsiumun yüksəlməsinin 80 % hallarda səbəbi paratireoid hormonunun yüksəkliyidir. Bundan başqa psixiatriyada çox istifadə olunan litium tərkibli preparatların, mədə xorası ilə əlaqədar qələvi məhlulları həddindən çox istifadə olunması, hipertireoz (zəhərli zob), Adisson xəstəliyi, feoxramasitoma, sarkoidoz, vərəm, xronik böyrək çatışmazlığı, vitamin D çatışmazlığı, uzun müddət oraqnizmin susuz qalması, hərəkətsiz yatan xəstələr və hərəkətsizlik zamanı da qanda kalsiumun səviyyəsi yüksəlir.
    Qanda kalsiumun miqdarının azalarkən pasientlərdə qol və ayaqlarda qıcolma, uyuşma, əzələ ağrıları, dırnaq qırılması, təzyiqin yüksəlməsi, xolesterinin artması, depressiya kimi şikayətlər rast gəlinə bilər.
    Qanda kalsiumun miqdarı azaldıqda, bədən bunu normallaşdırmaq məqsədilə,sümüklərdən kalsiumu yuyaraq qana atır. Bu da gələcəkdə sümük əriməsinə (osteoporoza) gətirir.
    Bəs hansı hallarda qanda kalsiumun səviyyəsi azala bilər?
    Qalxan ətrafı vəzilərdən parathormonun az ifraz olunması zamanı, xronik böyrək çatışmazlıqları zamanı, vitamin D çatışmazlığı zamanı, qanda maqneziumun azalması, bağırsaq xəstəliklərində ( kalsiumun qana sorulmasının pozulması nəticəsində), yetərincə qida ilə kalsium qəbul etmədikdə , sidiklə həddindən artıq kalsium atıldıqda (böyrək xəstəlikləri zamanı) qanda kalsium azal bilər.
    Qanda kalsiumun normal qalması üçündüzgün qidalanmamız önəmlidir.
    Pəhrimizdə yetərincə D vitamini qəbul etmək qanda kalsiumun normal qalması üçün vacibdir. Qidamıza balıq, süd kimi vitamin D ilə zəngin yeməklərin daxil olunması, gün ərzində 15 dəqiqə gün vannası qəbul olunması vacibdir.
    Çoxlu duz yeməmək lazımdır. Beləki, həddindən artıq duz yeyənlərdə sidiklə kalsiumun atılması artır. Həmçinin böyrəkdaşı xəstəliklərinin əmələ gəlməsi riski artır.
    Həddindən artıq proteinli qidalar qəbul edənlərdə də sidiklə kalsiumun atılması artır. Ancaq proteinin az qəbul olunması da kalsiumun azalmasına səbəb ola bilər. Ona görə də yetərli miqdarda protein qəbul olunmalıdır.
    Hər məqaləmdə dediyim kimi, orqanizmimizin bizə verdiyi siqnallara qarşı diqqətli olmalıyıq, sağlam qidalanmamıza qarşı diqqətli olmalıyıq. Erkən şikayətlərimiz olduğu zaman ləngimədən mütəxəssisə müraciət etmıyiniz önəmlidir.

Комментарии • 65

  • @dr.sadiqbbirov2230
    @dr.sadiqbbirov2230  Год назад +3

    Endokrin Mərkəz
    Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A
    Tel: (012) 514 45 01; (012) 514 45 02
    Mobil: (050) 210 23 44
    Facebook: Endokrin Merkez
    İnstaqram: endokrin.merkez

  • @ruslanquliyev2910
    @ruslanquliyev2910 Год назад +3

    Siz danışanda insan mənəvi olaraq artıq sagalmış olur.mənim qızıl barmaqlı cərrahım

  • @ariftahirov3461
    @ariftahirov3461 2 года назад +3

    Uğruların bol olsun inşallah

  • @cemilmuxtasov2041
    @cemilmuxtasov2041 Год назад +1

    Allah saxlasın dokturum

  • @xatirismaylova94
    @xatirismaylova94 Год назад +8

    Allah sizi qorusun ki siz doktor menimkimi xesteleri heyata waytarirsiz 10 il bundan qabaq olumcul idim siz meni emelyat edib heyata qaytardiz coox raziya

  • @ramazanramazanl7697
    @ramazanramazanl7697 Год назад +2

    allah sizi qorusun

  • @sevdashirinova5982
    @sevdashirinova5982 5 месяцев назад

    Çox sağ olun doktor

  • @prensesasel_veikizler
    @prensesasel_veikizler Год назад +1

    Nece faydali bilgigilerdi tesekkurler🎉

  • @aliyeva8876
    @aliyeva8876 Год назад +1

    Salam,başqa həkim mənə demişdi kalsi qəbul etmə bərkidir düyünü,savadsız həkimlərin ucbatınnan sağalmırıq,Sadiq doktora çox qulaq asıram ona güvənirəm

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 25 дней назад

    cox sag olun doktor ama suyun ziyan oldugundanda deyirler bes nece edek

  • @aytanmustafayeva1092
    @aytanmustafayeva1092 2 года назад

    Allah sizi var etsin

  • @User-bk3rs
    @User-bk3rs 28 дней назад

    Axı son vaxtlar həkimlər süd içməyi şiddətlə pisləyirlər.bu yazıq camaat görən kimə inansın?çox maraqlıdır

  • @ramazanramazanl7697
    @ramazanramazanl7697 Год назад +1

    vallah sizden yoxdu cox gözel hekimsiz cox cox

  • @aygunsamilova7103
    @aygunsamilova7103 Год назад

    SALAM HEKİM ALLAH SİZE UZUN ÖMUR VERSİN İLİNİZ XEYRLİ UGURLU OLSUN .SİZDEN XAİSİM VAR ANAMİN HEMİSE BASİ AGRİYİR DEYİR ELE BİL BEYNİM DONUR NE EDE BİLEREM KALSİDEN OLAR XAİS EDİREM CAVAP YAZİN

  • @semuwresuloa642
    @semuwresuloa642 5 месяцев назад

    kalci hansi yaxssidi . tesiri firma satirlar

  • @nikimiki6965
    @nikimiki6965 Год назад

    Mənde de kalsi catmir uyuşmalarim coxdu doktor her yerimde uyusmalar var o qeder ezyət cekiremnki 😮

  • @ruqiyybabayeva5764
    @ruqiyybabayeva5764 9 месяцев назад

    Axşamınız xeyirXahiş edirəm mənə qulaq asın.Mən,Babayeva Ruqiyyə 1950- ci il.2009-cu ildə sol böyrəyimi çıxarıblar,11 ay sonra mən 180/120 təzyiqlə işemik insult keçirtdim.O vaxtdan sol ayağımın altıyanmağa başladı.İndi dəhşət ağrılar var,evdə belə əsasız gəzə bilmirəm.Aptekdə işləyən bir həkim Maqne B,bir də Xondro pro mazını məsləhət gördü.3 dekabrdan istifadə edirəm.Hələ bir dəyişiklik yoxdur.Xahiş edirəm,kömək edin.

  • @sabiretahirova9189
    @sabiretahirova9189 5 месяцев назад

    ❤❤❤❤

  • @ramazanramazanl7697
    @ramazanramazanl7697 Год назад

    yaxşiki size rasd geldim

  • @Atamani-b7n
    @Atamani-b7n 9 месяцев назад

    Калсиум❤

  • @yusubov681
    @yusubov681 2 года назад +2

    Qanda kalsium ne qeder olmalidi.

  • @GRANNY-b9m
    @GRANNY-b9m 6 месяцев назад +2

    Salam Goresen D vitaminiyle eyni anda yoxsa seher D gunorta kalsi olarmi???

    • @semuwresuloa642
      @semuwresuloa642 5 месяцев назад

      eyin gunde ardicil cunki mene yazir hekim

  • @rehileefendiyeva5834
    @rehileefendiyeva5834 Год назад

    Doktor mən şəkər xəstəsiyəm, süd icə bilərəm

  • @s.aaliyev5690
    @s.aaliyev5690 2 года назад +1

    Salalm hekim mende hasimoto zobu var mene agri verir qulagma bogazma eutiroxs ve endenormil yaziblar 15 gundu atram kecmir bogulma neynim

  • @ХураманГасанова-т9д

    Doktor duyunlu zobu olan yeniyetme kalsium qebul ede bilermi ? 05 ml olculu

  • @ferideibrahimova5908
    @ferideibrahimova5908 Год назад

    Salam doktor.Mən bu gün ilk dəfə sizi izlədim və çox məmnun oldum.Mən Naxçıvanda yaşayıram.Sizinlə düyünlərlə/yəni linfa vəzləri ilə əlaqədar/tel.əlaqə saxlayıb məsləhət ala bilərəmmi. İşlədiyiniz yerə ödəniş etməklə.Əvvəlcədən minnətdarlığımı bildirirəm

  • @ulviyyeeliyeva1827
    @ulviyyeeliyeva1827 Год назад +1

    En cox yumurta qabignda deyil?

    • @sibirdeugur
      @sibirdeugur Год назад

      Novaminde bol kalsium var rusiya istehsalidi.

    • @ВугарНасиров-ч5ф
      @ВугарНасиров-ч5ф 10 месяцев назад

      @@sibirdeugursalam,tanışlarımda bir çoxusu novamin istefade edibler,ama kime soruşsam heç kim faydasını görmüyüb axı🤷‍♂️

    • @aytenmeherremova1191
      @aytenmeherremova1191 Месяц назад

      Qətiyyen çox ziyanlıdi ən gözəli ağ kuncutdu.yumurta qabığı beyni çox yukleyir

  • @hardhacker6751
    @hardhacker6751 Год назад

    Bu hekim Harada işleyir

  • @nuranrhimova1811
    @nuranrhimova1811 3 месяца назад

    Məndə l tiroksin qəbulundan sonra üzdə səyrimələr yaranib. Ola bilərki kalsi çatişmamazliğindan olsun?

  • @scarface737
    @scarface737 Месяц назад

    salam Hekim 2013 isemik insult odum ve paralic oldum, 35 yasina qeder dik yeridim, 35 den yuxari belimi dik tuta bilmedim, belim bedenimi saxlamir. biraz kelle aca yedim belim duzeldi. yene belim eyildi. 40 yasim var mende kalcium eksikliyi ola bilermi?

  • @husuabdullayev8671
    @husuabdullayev8671 Год назад +1

    Tebii kalsium sibirski zdarovyada var

  • @sbnmkrimova3489
    @sbnmkrimova3489 Год назад +1

    Salam doktor mən duz yeyirəm həddindən çox duzun içindəki iri duzları seçib yeyirəm hə cürə əl çəkə bilmirəm çox xaiş edirəm mənə məsləhət verəsiniz necə əl çəkim duz yeməkdən cavabasaz sevinərəm öncədən minnətdaram

    • @GRANNY-b9m
      @GRANNY-b9m 6 месяцев назад

      Menim oglumun 7 yawi var oda elece duz yalayir. O gun turk hekimi dediki qaya duzu çox faydalidi bedene butun vitaminler verir yeyin dahada duz yemeyenler xeste olur deyir onnan sonra rahat oldum amma qaya duzu alim gerek ineklerede verirdilerki sud versin xestelenmesin

  • @ilyaaliyeffa4634
    @ilyaaliyeffa4634 Год назад

    Salam doktor. Məndə kalsium normadan artıqdı.Qaraciyərimdə 1 dərəcə yağlanma,insulin dirənci,əl-ayaqda ağrılar var.Heç bir dərman da qəbul etməmişəm.

  • @ramazanramazanl7697
    @ramazanramazanl7697 Год назад

    doktorum

  • @kemalecelilova1353
    @kemalecelilova1353 Год назад

    Фас

  • @kovserhediyyeler8826
    @kovserhediyyeler8826 Год назад

    Salam. Menim genetik qan laxtalanmam var. Buna gore 3 gundur qan durulawdirici mualiceye bawlamiwam. Hemen mualice doneminde onceki yarim qalan hamileliyimde diwlerimin qirilmasina gore Ca icmeye bawlamiwam. Diger icdiyim dermanlari ise evveller de icmiwem. Yeni icdiyim tekce Ca-dir. Gunduz 2-3 arasi Ca qəbul edirem, saat 4-5 arasindan tezyiqim qalxir, bawim firlanir, halsizlawiram. Gunluk rutinimde yeni olan tekce Ca-dir. O bele təsir ede biler mənə? Evveller hec vaxt icmemiwem. Ca cox zeifdi mende

  • @nailhuseynov7057
    @nailhuseynov7057 2 года назад +1

    Salam hörmətli doktor.
    Mən rayonda yaşayıram sizin məsləhətlərinizə ehtiyacım var səhhətimlə əlaqəli. Sizin vot sap nömrənizə müraciət etsəm olarmı. Çox sağ olun

    • @xumarqarayeva2763
      @xumarqarayeva2763 2 года назад

      Salam hekim topcubawovda saat neceden neceye pasiyent qebul edirsiz sizinle elaqe saxlamaq ucun nomrenizi tapa bilmedik

    • @ruslanquliyev2910
      @ruslanquliyev2910 Год назад

      Salam həkim topçubaşovda 12yə qeder qebul edir esasən .12dən 3ə qeder əməliyyatda olur çox vaxt. 3dən 5ə qeder Nərimanovda endokrin mərkəzdə qəbul edir

  • @gulnaramehdiyeva5817
    @gulnaramehdiyeva5817 Год назад

    allah sizi qorusun

  • @PərvizAlışov-b9l
    @PərvizAlışov-b9l Год назад +1

    Salam hekim bunun yararlılıq müdeti ne qederdi yəni" neçe ayda ve yaxuda ilden sora vaxdı çıxır??

  • @SeyfeddinOrucov-ny7hc
    @SeyfeddinOrucov-ny7hc Месяц назад

    Salam həkim mənim dişlərim surətli çürüyür kalsium catişmir?

  • @samirehuseynova5216
    @samirehuseynova5216 2 года назад +1

    Salam doktor məndə zob var deyə həkim kalsium yazıb hər gün kalsium tableti qebul edirəm bu halda olanda qəbul etməyin ziyanı yoxdu ki ?

    • @rashidmammadov2682
      @rashidmammadov2682 2 года назад

      salam calisin tebbi yola qaznin mende sizin kimiyem bu yola.ziyanin gordum.boyreklerim agridi yaxsi yumurta qabigi limon bal reseotin istifade edin yutubda var tebi kalsim yazin gelecey

  • @ramazanramazanl7697
    @ramazanramazanl7697 Год назад +1

    allah kömeyin olsun

  • @kemalecelilova1353
    @kemalecelilova1353 Год назад

    Чох сагол чох сагол, 👍👍👍🙏

  • @ramazanramazanl7697
    @ramazanramazanl7697 Год назад +1

    yaxşiki varsiz

  • @Useryoutube-m6j
    @Useryoutube-m6j 9 месяцев назад

    Salam. Hekim deye bilersiz suni kalsiumla tebii kalsimu nece ayırd ede bilerik? Bezen hekimlerde deyir ki kalsumların ekseriyyeti sintetikdir ve sunidir. Nece seçek ?

  • @user-uy9dc6pm7m
    @user-uy9dc6pm7m 10 месяцев назад

    Salam həkim men usaqa heç vaxt d,vitamini,kalsi vermemişem indi versem xeyir edir?

  • @NicatNicat-ln6yc
    @NicatNicat-ln6yc Год назад

    Salam Hekim menim oğlum 1 yas 6 ayliqdi inek sudu icmir ag kuncud vere bilere ne qeder vere bilerem

  • @huseynovserheddin3325
    @huseynovserheddin3325 Год назад +3

    Cox sagolun.🤲🙏👍👍Deyerli meslehetinize kore,minnetdaram.

  • @asiman999
    @asiman999 Год назад

    Ağ küncütü hardan almaq olar

    • @kontakt9963
      @kontakt9963 Год назад

      Caviz dükanlarda var. Ag künjüt

  • @zehramemmedova5856
    @zehramemmedova5856 10 месяцев назад

    Sibirin mehsullari olan d 3 ve kalsi qebul edin kim isdeyirsen yazsin mene

    • @ВугарНасиров-ч5ф
      @ВугарНасиров-ч5ф 10 месяцев назад

      salam,sibir sağlamlığın dermanlarını istifade etsem zerer verse nece olacaq?men d3k2 istifade edenden 2-3 hefte sonra sümük oynaq ağrıları başladı ve get gede çoxaldı

    • @elmeddinbabayev6501
      @elmeddinbabayev6501 7 месяцев назад

      Allah sizdən razı olsun necə də aydın səlist başa salırsız ömrünüz uzun olsun Sadiq həkim❤

    • @zehramemmedova5856
      @zehramemmedova5856 7 месяцев назад

      @@ВугарНасиров-ч5ф sizin butun problemleriniz yoxlandi sonra malice yazildi yoxsa ele oz bawina aldiz mehsullari hec vaxd ola bilmez sibir mehsulu qida elavesidi duzgun qebul edilmelidi maliceni duzgun alsaz hec bir problem yawanmazn