İçəridə Qalarsa, Nə Baş Verər?- EHTİYATLI olun...

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2021
  • #Ginekoloq #Resad #DemediDeme
    Facebook: / uzm.dr.resadsultan
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: +994 51 717 55 15
    Əziz izləyicilər, bu gün yenə sizi maraqlandıran mövzu ilə qarşınızdayam. Bütün qadınlara maraqlıdır ki, menstruasiya zamanı hansı tamponlardan istifadə etməlidir?
    Vajinal tamponlar, eynilə gigiyenik pedlər kimi menstruasiya zamanı vajinal yoldan bədən xaricinə atılan qanı çəkmək məqsədiylə istifadə edilən məhsullardır. Pedlərdən fərqli olaraq qanın vajina xaricinə atılmadan əvvəl çəkilməsini təmin edərək ped istifadəsi ilə görülən və qadının ictimai həyatını çətinləşdirən faktorları ortadan qaldırar.
    Vajinal tamponlar yumşaq pambıq liflərinin silindrik bir şəkil alacaq şəkildə preslənməsi şəklində istehsal edilir.Silindirik şəkil sayəsində tampon vajina içərisinə rahatca yerləşdirilə bilər.
    Tampon aybaşı qanının bədən xaricinə çatma şansı tapa bilmədən birbaşa olaraq vajina içində əmilməsini təmin edər. Vajinal tamponlar dəyişik boy və əmmə tutumlarına sahibdirlər. Aybaşı qanamanızın şəklini və miqdarını bilməniz uyğun tamponu seçmənizi asanlaşdırar.
    Gigiyenik pedlərdən fərqli olaraq vajinal tamponlar çox əhəmiyyətli bir riski də özü ilə gətirərlər: Toksik şok sindromu.Ən əsas şey tamponu 4-8 saatdan daha çox vajinada saxlamamaqdır. İdeal olan gigiyenik ped yerinə tampon seçməmək, çox lazımlı olmadıqca istifadə etməmək və istifadə edildiyində ən çox 6 saat vajinada saxlamaqdır.
    Vajinal tamponlar yalnız aybaşı qanaması zamanı istifadə edilir. Vajinal axıntılar üçün gündəlik pet yerinə tampon istifadə etmək son dərəcə riskli bir davranış olacaq.
    Tamponun ilk dəfə istifadəsi çətin ola bilər. Buna baxmayaraq, əgər onun düzgün qoyulma qaydasını bilsəniz, hər şey siz düşündüyünüzdən də asan olar. Adi bezlərdən fərqli olaraq, tamponla siz hovuzda və dənizdə üzə bilərsiniz, qaçarsınız və ümumiyyətlə ürəyiniz nə istəsə, edə bilərsiniz. Əgər siz tamponu düzgün qoya bilsəniz, o sizə heç bir narahatçılıq verməz, onu hətta heç hiss də etməzsiniz.

Комментарии • 4

  • @nahidhacyev6434
    @nahidhacyev6434 2 года назад +2

    Salam doktor usaqliqda pis qoxu .birde agri lar olursa ne etmeli

  • @samsungapple3618
    @samsungapple3618 2 года назад +1

    Salam doktor polib varsa suni mayalanma etmek olar ?

  • @keklikmustafayeva
    @keklikmustafayeva Год назад

    Çirk ücün kotex tapun almişam amma qorxuram qoymağa