Tərtər istiqamətində 4 hərbçimiz minaya düşdü

Поделиться
HTML-код
  • Опубликовано: 8 фев 2021
  • İnstagramda bizi izlə: / monitor.baku
    Telegram kanalına abunə ol: t.me/Monitortvxeber
    Facebookda bizi izlə: / monitor-108773594248965
    Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu - Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
    Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.
    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Комментарии • 1

  • @raufqudretli4194
    @raufqudretli4194 3 года назад

    Hər bir hərbi hissəyə KAMİL DUNİYEV KİMİ OĞUL LAZIMDIR . ÇOX YAXSI İNSANDIR .