Ermənilər Bakıda sülhə çağırış etdi

Поделиться
HTML-код
  • Опубликовано: 13 ноя 2016
  • Dağlıq Qarabağ münaqişəsi ermənilərə zərərdən, nifrətdən zülmdən, ağrıdan, gözyaşlarından, qan və itgidən başqa heç nə verməyib. Bunu Bakıda Qarabağ münaqişəsində sülhə nail olmaq məqsədilə keçirilən konfransda erməni hüquq müdafiəçisi Vaan Martirosyan deyib. O yazıçı, siyasətçi Vahe Avetyanla birlikdə Ermənistan rəhbərliyini xaqlda azərbaycanlılara qarşı nifrəti qızışdırmaqda və azərbaycanlıların ictimaiyyətdə düşmən obrazını yaratmaqda ittiham edir: “Ermənistandakı gənclər, əsasən də 90-cı illərdə doğulanların bu məsələdə günahı yoxdur. Onlara uşaq yaşlarından, məktəb vaxtından öyrədirdilər ki, azərbaycanlı sənin düşmənindir. Eks prezident Koçaryanın “biz genetik olaraq bir-birimizə uyğun deyilik” fikirlər də kökündən yalandır. Biz məhz genetik cəhətdən uyğunuq”.
    Vaan Martirosyan artıq ikinci dəfədir ki, Bakıya gəlir. Hüquq müdafiəçisi vətənində rəsmi Yerevanın yürütdüyü siyasəti sərt tənqid etdiyinə görə təqiblərə məruz qalıb və 2015-ci ilin sentyabrında ailəsi ilə birlikdə Azərbaycandan siyasi sığınacaq istəyib. Vaan Martirosyan vurğulayıb ki, Ermənistan hakimiyyətində Xocalıda törədilən soyqırımın günahkarları hələ də qalır. Bundan başqa ölkə rəhbərliyi öz xalqına qarşı da soyqırım törədir: “Onlar bu konflikdən qidalanır. Əgər bu konflikt dayandırılsa, onların rejimi, avtoritar rejim o saat mövcudluğunu itirəcək. Erməni hakimiyyətinin ən kiçik yalanlarını belə bildiyim üçün deməliyəm ki, Qarabağ problemi olmasaydı, Koçaryan, Sarkisyan rejimləri, onlar özləri belə olmayacaqdı. Onlar Qarabağ probleminin sayəsində yaranıb. Onların bu əməllərini, yalanlarını və araqızışdırmaqlarını bilərək düşünürəm ki, onlara inanmaq olmaz”.
    Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistan cəmiyyətində hərbi xunta xof yaradıb. Amma Ermənistanda heç bir ağlı kəsən şəxs deyə bilməz ki, müharibə onlara xoşbəxtlik və sevinc gətirib. Vahe Avetyan isə diqqəti ona yönəldib ki, Ermənistanın kriminal hakimiyyəti Qarabağda doğulub və öz iqtidarının müdafiəsi üçün Qarabağ ermənilərindən istifadə edir: “Qarabağlılar, Ermənistanda qulluq etməyə gedir. Yerevana! Orada müxtəlif prezidentlərin qvardiyasında olaraq yürüşlərdə insanları döymək, öldürmək üçün. Onlar yerli deyil. Sizin vətəndaşları və onlara qarşı çıxanları düşmən sayırlar. Dağlıq Qarabağda xidmət göstərən erməniləri ora Ermənistan xalqı göndərmir. Onları ora kriminal ölkə rəhbərliyi göndərir. Bizim hər üç prezidentimiz mafiya başçısıdır”.
    Konfransda Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyətin verilməsi məsələsi də müzakirə olunub. Tədbirin erməni iştirakçıları Bakının kompromisə hazır olduğunu, Azərbaycanın sülhsevər mövqeyini yüksək qiymətləndiriblər. Onların fikrincə güzəşt qarşılıqlı olmalıdır.
    Vaqe Avetyan yazıçı, siyasətçi: “Azərbaycan prezidentinin Dağlıq Qarabağa geniş muxtariyyətin verilməsi ilə bağlı dediyi sözlər elə-belə deyil. Prezident əlbəttə ki, təminat da verir. Düşünürəm ki, prezidentlər belə işləyir. Plan və bu kimi işlər. Düşünürəm ki, əgər gərginlik aradan qalxsa qarabağlılar oturub layihələrə, verilən təminata baxıb hansısa razılığa gələ bilərlər. Düşünürəm ki, bu, işə yarayacaq. Sülh formatını dəstəkləmək üçün növbəti dəfə dövlət səviyyəsində ilk atdımını Azərbaycan atır. Ermənistanda heç vaxt belə olmayıb. Hələ ki orda güc yolu ilə hakimiyyəti ələ alan insanlar var, hansı ki, Xocalı qətliyamını törədiblər, artıq Ermənistanda erməni xalqına qarşı qətliam törədirlər. Dağlıq Qarabağ konfliktini süni formada 25 il dəstəkləyən, Ermənistan cəmiyyətindən bu cür faktları gizlədirlər ki, Bakının mərkəzində dövlətin hihayəsində olan erməni kilsəsi var. Azərbaycanda qanuni olaraq 38 min erməni yaşayır. Müxtəlif yerlərdə ermənilərə məxsus ibadət yerləri var”.
    Sonda konfrans iştirakçılar adından müraciət qəbul olunub. Müraciətdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Azərbaycanda 30 min erməni rahat yaşayır. Bu da onu göstərir ki, ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq, addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Комментарии •