Zərdüşt belə deyirdi(Friedrich Nietzsche)Səsli kitab Son bölüm

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025
  • Fridrix Nitşe öz düşüncəsiylə bütün dünyanı özünə heyran qoymuş, ən çox oxunulan, lakin ən az başa düşülən filosoflardan biridir. Onun hər düşüncəsi özüylə birlikdə böyük müzakirə və mübahisə gətirir, insanları düşünməyə, bəzi məsələlər haqqında yenidən qərarlar verməyə və həyatı fərqli tərəflərdən kəşf etməyə sövq edir.Nitşenin hər iki babası da din xadimi idi, atası da bu siyahıya daxildir. Nitşe tez-tez təkrarlamağı sevirdi: “Bir çox hallarda oğul atasının çılpaq sirrinə çevrilir.” Ailəsində bu qədər inanclı insan olmasına baxmayaraq, dahi filosof ateist idi və bunu açıq-aydın deməkdən və yazmaqdan heç vaxt çəkinmirdi.O heç vaxt evlənməmişdi və uşaqları da yox idi. Həyatında müxtəlif qadınlar olsa da, adətən heç nə alınmırdı. Onun xüsusilə də Salome’a olan sevgisi dillər əzbəridir. Ona olan böyük sevgisi və etdiyi evlilik təklifinin rədd edilməsi qadınlarla bağlı fəlsəfəsinə də böyük təsir göstərmişdi. Lakin Nitşenin qadınlar haqqında çox düzgün formalaşdırdığı fikirləri də mövcud idi. O, çox haqlı olaraq düşünürdü ki, qadının xilası elə qadının özündən asılıdır və bu ancaq vərdiş edilmiş qadın obrazından əl çəkdiyi qalda mümkün ola bilər. Bütün bu dedikləri də, əslində feminizmin fərqli yanaşmasını bizə təqdim edir.
    "Zərdüşt belə deyirdi" əsərində Nitsşe özünə təmsilçi olaraq Zətdüştü seçir. O, bu adı, qədim İran peyğəmbəri olan Zərdüştün şərəfinə seçmişdir. Lakin Nitsşenin Zərdüştü tarixi Zərdüştün tam əksidir. O, peyğəmbər kimi dini yaymır, əskinə, ona qarşı çıxır. Əsərdəki Zərdüştə görə, insan heyvanla fövqəlinsan arasındakı ipdir. İnsanların hədəfi fövqəlinsana çevrilmək olmalıdır və bunun üçün bütün keçmiş dəyərləri, adətləri məhv etməlidir. Zərdüştün fikrincə, insanların nə tanrıya, nə Zərdüştün özünə ehtiyacı yoxdur. Onlar qanunları özləri yaratmalı və özləri-özlərini mühakimə etməlidirlər.Nitsşe "inanmağa" qarşı çıxır. Hətta öz düşüncələrini belə imtahan edən Nitsşeyə görə, inanmaq araşdırmadan qəbul etməkdir #Zərdüştbelədeyirdi #Ədəbiyyatvəİncəsənət
    Xoş dinləmələr :)

Комментарии •