İlhamə Quliyeva - Səni Sevmək Üçün Gəldim Dünyaya (Lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • İlhamə Quliyeva - Səni Sevmək Üçün Gəldim Dünyaya (Lyrics)
    Söz: Zəlimxan Yaqub
    Musiqi: Novruz Aslan
    Hazırladı: Toğrul Əhmədov
    Çöldə çiçək oldum, çəməndə naxış,
    Şimşəkdə od oldum, buludda yağış.
    Sirli bir göz gördüm, nurlu bir baxış,
    Çevrildim çeşməyə, qarışdım çaya,
    Səni sevmək üçün gəldim dünyaya.
    Mən min il əvvəl də gələ bilərdim,
    Min ildən sonra da ölə bilərdim.
    Zamanı başqa cür hesablayardım,
    Vaxtı başqa cürə bölə bilərdim.
    Düşüb sən doğulan həftəyə, aya,
    Səni sevmək üçün gəldim dünyaya.
    Səsini eşitdim, səsdən səs aldım,
    Şaqraq gülüşündən güc, həvəs aldım.
    Sən nəfəsim oldun, mən nəfəs aldım,
    Muştuluq verdilər Günəşə, Aya,
    Səni sevmək üçün gəldim dünyaya.
    Neçə dinsizləri dinə gətirdim,
    Qorudum, sünbülü dənə gətirdim.
    Könlümdə nə varsa, sənə gətirdim,
    Mənim yollarımı kəsə bilmədi
    Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
    Səni sevmək üçün gəldim dünyaya.

Комментарии • 26