İlhamə Quliyeva - Sevgi Hekayəti (Lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Söz: Rafael Dadaşov
    Musiqi: Novruz Aslan
    Hazırladı: Toğrul Əhmədov
    Foto: Toğrul Əhmədov
    Durna qatarı uçub gedərsiz,
    Uzaq yerlərə səfər edərsiz,
    Nə olar aparın siz ora şikayətimi..
    Bahar gələndə geri dönərsiz,
    Sevgilim nə deyir, xəbər verərsiz,
    Söylədizmi siz ona siz sevgi hekayətimi?..
    Ayrilmaq aman necə yamandır?
    Sevgisiz həyat gülüm, yamandır,
    Dözmürəm artıq, qayıt, amandır
    Qayıt tez, nə olar, haralarda qalmısan Sən??
    Çağırıram, gəl, gəl mənim eşqimin
    Son yadigarı,
    Gəl,
    Payız gününə gətir baharı
    O uzaq yerlərdən qanad aç, uçub gəl
    Durnalarla, gəl..
    Sənsiz günəşim sönüb,
    Baxıram hey göyə...
    Quşlar geriyə dönüb,
    Sənsiz, bəs niyə?
    Eşqimlə əriyib hər gün,
    Şam kimi sönsəm,
    Ölümlə barışaram, tək səni görsəm,
    AH, SƏNİ GÖRSƏM..
    Bilmirəm harda səni izləyim
    Taqətim yoxdur artıq gözləyim,
    De, necə göndərim mən sənə məhəbbətimi?
    Bir gün dünyadan köçüb getsəm də
    Xəyalından mən üçüb getsəm də
    Durnalar söyləyər bu sevgi hekayətini..
    Ayrilmaq aman necə yamandır?
    Sevgisiz həyat gülüm, yamandır,
    Dözmürəm artıq, qayıt, amandır
    Qayıt tez, nə olar, haralarda qalmısan Sən??

Комментарии • 39