Öldürülən Peyğəmbərlər...
HTML-код
- Опубликовано: 9 фев 2025
- Quranın 9 ayəsində peyğəmbərlərin, elçilərin "öldürülmələrindən" bəhs edilir. Bütün Azərbaycan dilindəki bütün Quran tərcümələrinə müraciət etsəniz, orada peyğəmbərlərin "öldürülməsindən" bəhs edildiyinə şahid olacaqsınız. Maraqlıdır ki, bunların hamısı da İsrail oğulları ilə əlaqələndirilir.
Burada sual yaranır. Həqiqətənmi, Allah təyin etdiyi peyğəmbərlərin öldürülməsinə, göndərdiyi mesajının yarıda kəsilməsinə razı olub? Öldürülən peyğəmbərlər hansılardır?
İsa peyğəmbərin çarmıxa çəkilməsi, Yəhya peyğəmbərin başının çəkilməsi, Zəkəriyyə peyğəmbərin ortadan bölünməsi baş vermiş tarixi hadisədirmi? Quranda Allah bu barədə nə buyurur? İncillərdə bu haqda nələr yazılıb?
Dinşünas Elşad Miri bütün burada sadalananları Quranın "Ali-İmran" surəsinin 21-ci ayəsinin tərcüməsi ilə geniş izah edir. Siz də bu videodərsdən sonra bu kimi suallara cavab tapacaqsınız....