Это видео недоступно.
Сожалеем об этом.

Rəbbimizi tanıdan surə / "Əla" surəsinin izahlı tərcüməsi - 01

Поделиться
HTML-код
  • Опубликовано: 3 апр 2023
  • ► Kanala ABUNƏ OLmağı və PAYLAŞmağı unutmayaq.
    Quranın 87-ci surəsi olan “Əla” surəsi 19 ayədən ibarətdir. Surə Rəbbimizin kimliyini tanıdır. Əsas mövzusu dünya həyatının müvəqqəti olması, axirət həyatının isə davamlı olmasıdır.
    📢 Kanala dəstək olmaq üçün "Patreon"dan istifadə edə bilərsiniz: / elshadmiri
    * Fikirlərinizi videonun altındakı şərh bölümünə yaza bilərsiniz.
    ► Elşad Mirini instagramda təqib etmək üçün: / elshadmiri
    ► Elşad Mirini facebookda izləmək üçün: / elshadmiri
    ► Elşad Mirini tiktokda seyr etmək üçün: www.tiktok.com/@elshadmiri?la...
    ► Elşad Mirini twitterdəki yazılarını oxumaq üçün: / elshadmiri

Комментарии • 69

  • @rafetilyasova8818
    @rafetilyasova8818 Год назад +25

    Sizin bir videonu belə qacirmiram şükür .... Nə yaxşı ki sizə inanan gözəl beyinlər var ,və günü gündən artır 🙏

    • @aliyevfazil
      @aliyevfazil Год назад +1

      Salam. Dinləyən, düşünən, oxuyan, ağıl edən güvənən və doğrula inanan deyərdim.🙂

  • @kamalaazizova8902
    @kamalaazizova8902 Год назад +4

    Salam. Sizi dinləyəndən sonra namaz qılmağa başlamışam. Rəbbim sizi qorusun. Minnətdaram.

  • @salehsheydayev3207
    @salehsheydayev3207 Год назад +11

    Salam Aleykum Elşad bəy. Gözəl insan, gözəl alim Allah sizdən razı olsun.Amin

  • @Hvjgchhj
    @Hvjgchhj Год назад +6

    Aleykum salam Elsad bəy size cox tesekkur edirik ki dinimizi nağıllarla deyil Allahin kelamlari ilə tanidirsiz

  • @etibaragayev1864
    @etibaragayev1864 Год назад +7

    Mashallah , cox seviyyeli izzah edirsiz . Cox sag ol , Elshad bey .

  • @raminhacyev2134
    @raminhacyev2134 Год назад +5

    Elşad bəy sizlə razıyıq cox saqol 5

  • @yazgulmovlayeva2213
    @yazgulmovlayeva2213 Год назад +5

    Allah Sizə zebin acıqlığı, can sağlığı, səbr versiiiinnnn.Allah daimi yolunuzu bədxahlardan təmizləsiiiinnnn.Yaxşı ki, Ramazan var və Siz bizi daha tez-tez yeni-yeni surələrin mükəmməl tərcümələri ilə bizi xoşbəxt edirsiz.Allah Sizə qıymasın, ailənizə və bizlərə bağışlasııııınnnnnn.Amiiinnnn

  • @ibrahimovibrahim2674
    @ibrahimovibrahim2674 Год назад +2

    ALLAH səni var eyləsin gözəl insan

  • @user-zy8mh2hn1e
    @user-zy8mh2hn1e Год назад +2

    Cox sag olun. Allah Sizden razi olsun

  • @FqanCeferov-sj6kf
    @FqanCeferov-sj6kf Год назад +4

    Salam Elşad məlim sizə çox təşəkkür edirəm siz çox zəhmət çəkirsiz inşallah Allah sizi mükafatladırar

  • @raufeliyev4184
    @raufeliyev4184 Год назад +2

    Sox sağolun qardas közel izahdi anlayanlar uçun . Allah razı olsun.

  • @yarbalanifteliyev9837
    @yarbalanifteliyev9837 Год назад +2

    Islam dininin alimi olan ELSHAD MIRIYE ALLAHLN SALAML olsun,ne yaxshl varslz. Allahshukurun yerinde sizi qorseydim xoshbext olardlm.

  • @Sabir-st6ol
    @Sabir-st6ol Год назад +5

    Salamunaleykum. Allahutala köməyiniz və kömeyimiz olsun.Amin.

    • @babamnuri
      @babamnuri Год назад

      بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
      (سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى)
      (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!] [əl-Əla 1]. Ya Peyğəmbər! Allahı nöqsan və aciz sifətlərdən, zalımların söylədiklərindən, evlilik və övlad kimi Allaha yaraşmayan şəriklikdən pak və müqəddəs tut.
      (الَّذِي خَلَقَ فَسَوَّىٰ) [O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi] [əl-Əla 2] O, bütün məxluqatını olduqca mükəmməl yaratdı. Belə ki, onlarda hər hansı bir nöqsalıq və əskiklik yoxdur.
      (هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِن دُونِهِ) [Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar.] [Loğman 11] Sonra Uca Allah bəzi sübutlarla öz qüdrətinin dəlillərini xatırladır.
      (وَالَّذِي قَدَّرَ فَهَدَىٰ) [O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək doğru yolu göstərdi]. [Əl-Əla 3] Hər şeyin keyfiyyətini və xüsusiyyətini yaratdı. Allah insanın faydalanması üçün, ona bəxş etdiyi xüsusiyyətlərlə onu doğru yola və heyvanları da otlaqlara yönəltdi. Hər bir məxluqata özünə məxsus vəzifə, iş və məqsəd təqdir etdi. Əgər sən nəbatatın xüsusiyyətlərini, metallarda olan faydaları və xüsusiyyətləri, insanların bitkilərdən əldə etdikləri faydalı dava-dərmanı və metalları əkin alətlərində, minik və təyyarələrdə istifadəsini tədqiq etsən, Uca və qüdrətli Allahın yaratmasındakı və təqdirindəki hikməti anlayarsan.
      (وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ) [O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.] [Əl-Əla 4] Heyvanların otlaması üçün otu yaradan, onu yerdən yaşıl və rayihəli çıxaran məhz Odur. Bundan sonra təzə və gözəl mənzərəsi olan otları qara çör-çöpə çevirər.
      (فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ) [Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.] [Əl-Əla 5] Bu halda belə quruyan otlar heyvanlar üçün faydalı yem olur. Hər bir şeyi təqdir edən və kamilləşdirən Allah nə qədər də pak və müqəddəsdir! Bu ayədə ağacların və əkinlərin yaşıl, rayihəli olmasından sonra məhv olması kimi, insanların da ölməsinə işarə vardır. Əzəli və əbədi olan Allah-Təala istisna olmaqla, heç bir şeyin canlılığı davam etməyəcəkdir. Allah bəzi qüdrət və vəhdaniyyət ayələrini xatırlatdıqdan sonra, peyğəmbərinə bu Qurani-Kərimi ona nazil etmə və sinəsində qoruma nemətini xatırladır. Pak və müqəddəs olan Allah belə buyurur:
      (سَنُقْرِئُكَ فَلَا تَنسَىٰإِلَّا مَا شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ) [Ya Peyğəmbər! Biz sənə Quranı oxudacağıq və sən onu əsla unutmayacaqsan. Allahın istədiyi bundan müstəsnadır. O aşkarı da, gizlini də, bilir] [Əl-Əla 6-7] Ey Mühəmməd! Biz sənə bu əzəmətli Quranı oxudacaq, Allahın dəyişdirmək və unutdurmaq istədiyi istisna olmaqla, onu sənin sinəndə, yəni qəlbində qoruyacağıq. Bu ayədə Peyğəmbərimiz (s.ə.s) ilə bağlı bir möcüzə vardır. Çünki o, anadangəlmə yazıb-oxumağı bilmirdi, lakin buna baxmayaraq Cəbrayıl (ə.s) mələyin ona oxuduqlarını unutmurdu. Hz. Peyğəmbər (s.ə.s) heç bir mütaliə və təkrarlama etmədən bu böyük kitabı əzbərləyir, daha sonra da unutmurdu. Məhz bu da onun peyğəmbərliyinin ən böyük sübutudur. Hətta ilahi vədin (Ya Peyğəmbər biz sənə Quranı oxudacağıq və sən onu əsla unutmayacaqsan) gerçəkləşməsi üçün Cəbrayıl (ə.s) ona uzun sürəni bir dəfədə oxuyar, o da bu sürəni bir daha unutmazdı. (Allahın istədiyi bundan müstəsnadır) sözünə gəldikdə, yəni, Allahın şəriətdə ləğv etdiyi və yaxud dəyişdirdiyi hökmlərdir. O sənə bunları unutduracaq. [O, aşkarı da, gizlini də bilir!] [Əl-Əla 7] Yəni, o, bəndələrin söz və əməllərində gizlətdiklərini də, aşkara çıxardıqlarını da bilir. Ona heç bir şey gizli deyildir. Sonra Allah peyğəmbərə şəriətinin cansıxıcı, çətin və məşəqqətli deyil, asan və dözülə bilən etməsi haqqında başqa bir müjdə verir. Bundan sonra belə buyurur:
      (وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ) [Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.] [Əl-Əla 8] Biz sənə şəriətlərin ən asan, ən yüngül və atan İbrahimin (ə.s) dini olan xoşgörülü bir dini müyəssər edirik. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur. “Mən xoşgörülü hənif dini ilə göndərildim”. Parlaq din, asan və xoşgörülü olandır.
      (فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ) [Əgər nəsihət vermək fayda verərsə, öyüd-nəsihət ver] [Əl-Əla9] Ey Rəsul! Nəsihətin, moizənin və xatırlatmağının fayda verməsi üçün, sənə nazil etdiyimiz Quranla insanlara öyüd-nəsihət ver. Sözə qulaq asıb, məqsədi başa düşməyən, heyvanlar dərəcəsinə enənlər üçün özünü məhv etmə. Onlara nə nəsihət, nə də xatırlatma fayda verər.
      İbn Kəsir belə demişdi: Əli ibn Əbu Talibin də dediyi kimi: “Sənin anladıb insanların dərk etmədiyi elə bir sözün yoxdur ki, o, onların bəzilərini fitnəyə salmasın” və həmçinin belə buyurmuşdur: “İnsanlarla onların başa düşdükləri səviyyədə danışın. Siz onların Allah və Rəsulun təkzib etmələrini istərdiniz?”
      (وَيَتَجَنَّبُهَا الْأَشْقَى﴾ ﴿سَيَذَّكَّرُ مَن يَخْشَىٰ) [Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Bədbəxt isə ondan qaçacaqdır.] [Əl-Əla 10-11] Quranla verilən öyüd-nəsihət qəlbi diri olan, Allahdan çəkinən və Onun əzabından qorxan insana fayda verər. Lakin Allaha inanmayan, kafir, günahkar, zəlalət və azğınlıqda həddi aşan insan bu nəsihətdən uzaq durar və bunu qəbul etməz.
      (الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ)[O, ən böyük atəşə (cəhənnəmə) atılacaq.] [Əl-Əla 12]
      (ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ) [O orada nə öləcək, nə də yaşayacaqdır] [Əl-Əla 13] O, istiliyi çox şiddətli olan yandırıcı atəşə girəcək, sonra orada ölməyəcək, əzabdan qurtulmayacaq, gözəl və təmiz həyat yaşamayacaq. Uca Allahın başqa bir ayədə buyurduğu kimi:
      (لَايُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا) [Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər] [Fatir 35]. Onlar orada bitməyən əzaba düçar olacaqdır. Səhih bir hədisdə qeyd edildiyi kimi: “Ölüm qiyamət günü qurban ediləcək. Çağıran belə çağırar: “Ey cəhənnəm əhli! Əbədiyyət var, ölüm yoxdur. Ey cənnət əhli! Əbədiyyət var ölüm yoxdur”.
      (الَّذِي يَصْلَى النَّارَالْكُبْرَىٰ) [O, ən böyük atəşə (cəhənnəmə) atılacaq.] [Əl-Əla 12] Bu ayədə cəhənnəm böyük atəş kimi səciyyələnmişdir. Buradakı məqsəd cəhənnəm atəşidir. Kiçik atəş isə bu dünyadakı atəşdir. Hz. Peyğəmbər (s.ə.s) belə demişdir: “Sizin bu dünyada yandırdığınız atəş, cəhənnəm atəşinin yetmiş hissəsindən bir hissədir”.

    • @babamnuri
      @babamnuri Год назад

      (قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ) [Günahlardan təmizlənən kimsə nicat tapacaq. O kimsə ki, Rəbbinin adını anıb namaz qılar] [əl-Əla 14-15]. Yəni, uğur qazanacaq, nicat tapacaq və istədiyinə nail olacaqdır. Nəfsini imanla təmizləyən, Rəhmana qarşı niyyətini səmimiləşdirən, Allahın cəlalını və əzəmətini xatırlayan, Rəbbinin əmrini yerinə yetirmək üçün namazlarını mütiliklə qılan Nəim cənnətinə daxil olmaq kimi böyük səadətə nail olacaqdır.
      (وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ﴾ ﴿بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا) [Lakin siz dünya həyatını üstün tutursunuz. Halbuki axirət həyatı daha xeyirli və daha qalıcıdır.] [əl-Əla 16-17]. Yəni, “Ey insanlar! Siz bu fani həyatı axirət həyatından olduqca üstün tutur, axirəti unudub dünya üçün çalışırsınız. Halbuki, axirət dünyadan daha xeyirli və əbədidir. Əgər dünya yurdu və onun məskənləri qızıldan, axirət yurdu və onun məskənləri isə taxtadan olsaydı, yenə də axirət daha fəzilətli və daha qiymətli olardı. Çünki axirət əbədi, dünya həyatı isə müvəqqəti və fanidir. Bu, tərsinə olsaydı necə olardı? Cənnət sarayları gümüş və qızıldan, içindəkilər rahat və təhlükəsiz.??? Ağıllı insan dünyanı necə axirətdən üstün tuta bilər? Abdullah ibn Məsud “Siz dünya həyatını üstün tutursunuz” ayəsini oxuyub öz dostlarından: “Dünya həyatını axirət həyatından nə üçün üstün tutduğumuzu bilirsinizmi?” - deyə soruşdu. Onlar: “Xeyr!” - deyə cavab verdilər. İbn Məsud belə dedi: “Çünki dünya həyatı ləzzəti, bağçaları, qadınları, içkiləri, təamları ilə tezləşdirilib önümüzə qoyuldu, axirət hayatı isə bizdən gizlədildi və uzaqlaşdırıldı. Məhz bu səbəbdən biz təcili olanı sevdik, gecikdirilmiş olanı tərk etdik”.
      (إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ﴾﴿ صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ) [Həqiqətən bu deyilənlər əvvəki kitablarda bildirilmişdir. İbrahimin və Musanın kitablarında] [əl-Əla 17-18]. Bu surədəki moizə və öyüd-nəsihət Hz. Musa və Hz. İbrahim peyğəmbərə nazil olan səhifələrdə də mövcuddur. Bunlar, əvvəlki dinlərin və bununla əlaqədar olan Quran ayələrinin nazil olduğu son səmavi kitabın üzərində ittifaq etdikləridir. Möminlər bunları dərindən fikirləşməli, Uca Allahın kəlamını özlərinə nəsihət olaraq qəbul etməlidirlər

  • @miraghababayev2842
    @miraghababayev2842 Год назад +5

    Vay olsun nagilbazlarin halina - onlarin nagillari alt-ust oldu...
    Elshad bey, etrafli izaha gore teshekkurler - Allah sizi gorusun Insha'Allah!!!🙏

  • @goldrose4028
    @goldrose4028 Год назад +3

    ALLAH SİZİ QORUSUN, SƏBİRSİZLİYLƏ NÖBƏTİ VİDEONU GÖZLİYİRƏM, VAR OLASIZ QARDAŞ!

  • @xalidqasmov1049
    @xalidqasmov1049 Год назад +1

    Çox gözəl izah, təşəkkürlər minnətdaram.

  • @celalrehimov7046
    @celalrehimov7046 Год назад +3

    Allah səndən razı olsun, Elşad bəy 🙏🏻

    • @minasultankazmova113
      @minasultankazmova113 Год назад +1

      Quranda en cox adi cekilen soz zikirdi.Allahi zikr etmek.haqlisiz.100 defe ve 200defe eyni sozun tekrarlanmasi zikr sayilmaz.ruhumuz , varligimiz Yaradanla olmalidi.

    • @goldrose4028
      @goldrose4028 Год назад +4

      @@minasultankazmova113 YÜZ DƏFƏ ALLAH ALLAH DEYƏN BAŞ KƏSƏNLƏRİN RUHU ALLAHLADIMI? RUHUMUZ ALLAHLA ONDA OLAR Kİ, ƏMƏLLƏRİMİZƏ FİKİR VERƏY, VAXTINDA NAMAZLARIMIZI QILAQ VƏ DİLİMİZDƏN ƏLİMİZDƏN HEC KİMƏ ZƏRƏR VERMİYƏY BƏ SAİR

  • @senannagi8847
    @senannagi8847 Год назад +1

    Allah razı olsun...

  • @BRAo-77
    @BRAo-77 Год назад +1

    Çox saqolun!

  • @rizvanquliyev6935
    @rizvanquliyev6935 Год назад +2

    👍❤️

  • @gunayseleymanova9358
    @gunayseleymanova9358 Год назад +1

    Allah razı olsun Elshad bəy....

  • @jdralyarov6565
    @jdralyarov6565 10 месяцев назад

    Əleykum Səlam. Həmişə xoş səsiniz gəlsin

  • @fikretmemmedov4178
    @fikretmemmedov4178 Год назад +2

    Çox sağolun Allah razı olsun. Çox gözəl izzah etdiz. Sizdən çox xaiş edirəm özünüz necə namaz qılırsız paylaşardız

  • @FaridaMacidova-ru7hv
    @FaridaMacidova-ru7hv 11 месяцев назад

    Allah nefesinize beteket versin,

  • @faiqseferov
    @faiqseferov Год назад +1

    Çox sağ olun gözəl izaha görə

  • @t.2521
    @t.2521 Год назад +1

    Dogru duzgun izaha gore cox sagolun Elwad beh

  • @ali_sfrov6459
    @ali_sfrov6459 Год назад

    Əhsən! Elşad Miri

  • @ruxiyakuliyeva2294
    @ruxiyakuliyeva2294 Год назад +1

    Tesbeylə zikir etmək çox düzgün ibadət növüdü

  • @babamnuri
    @babamnuri Год назад +1

    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
    (سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى)
    (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!] [əl-Əla 1]. Ya Peyğəmbər! Allahı nöqsan və aciz sifətlərdən, zalımların söylədiklərindən, evlilik və övlad kimi Allaha yaraşmayan şəriklikdən pak və müqəddəs tut.
    (الَّذِي خَلَقَ فَسَوَّىٰ) [O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi] [əl-Əla 2] O, bütün məxluqatını olduqca mükəmməl yaratdı. Belə ki, onlarda hər hansı bir nöqsalıq və əskiklik yoxdur.
    (هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِن دُونِهِ) [Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar.] [Loğman 11] Sonra Uca Allah bəzi sübutlarla öz qüdrətinin dəlillərini xatırladır.
    (وَالَّذِي قَدَّرَ فَهَدَىٰ) [O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək doğru yolu göstərdi]. [Əl-Əla 3] Hər şeyin keyfiyyətini və xüsusiyyətini yaratdı. Allah insanın faydalanması üçün, ona bəxş etdiyi xüsusiyyətlərlə onu doğru yola və heyvanları da otlaqlara yönəltdi. Hər bir məxluqata özünə məxsus vəzifə, iş və məqsəd təqdir etdi. Əgər sən nəbatatın xüsusiyyətlərini, metallarda olan faydaları və xüsusiyyətləri, insanların bitkilərdən əldə etdikləri faydalı dava-dərmanı və metalları əkin alətlərində, minik və təyyarələrdə istifadəsini tədqiq etsən, Uca və qüdrətli Allahın yaratmasındakı və təqdirindəki hikməti anlayarsan.
    (وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ) [O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.] [Əl-Əla 4] Heyvanların otlaması üçün otu yaradan, onu yerdən yaşıl və rayihəli çıxaran məhz Odur. Bundan sonra təzə və gözəl mənzərəsi olan otları qara çör-çöpə çevirər.
    (فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ) [Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.] [Əl-Əla 5] Bu halda belə quruyan otlar heyvanlar üçün faydalı yem olur. Hər bir şeyi təqdir edən və kamilləşdirən Allah nə qədər də pak və müqəddəsdir! Bu ayədə ağacların və əkinlərin yaşıl, rayihəli olmasından sonra məhv olması kimi, insanların da ölməsinə işarə vardır. Əzəli və əbədi olan Allah-Təala istisna olmaqla, heç bir şeyin canlılığı davam etməyəcəkdir. Allah bəzi qüdrət və vəhdaniyyət ayələrini xatırlatdıqdan sonra, peyğəmbərinə bu Qurani-Kərimi ona nazil etmə və sinəsində qoruma nemətini xatırladır. Pak və müqəddəs olan Allah belə buyurur:
    (سَنُقْرِئُكَ فَلَا تَنسَىٰإِلَّا مَا شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ) [Ya Peyğəmbər! Biz sənə Quranı oxudacağıq və sən onu əsla unutmayacaqsan. Allahın istədiyi bundan müstəsnadır. O aşkarı da, gizlini də, bilir] [Əl-Əla 6-7] Ey Mühəmməd! Biz sənə bu əzəmətli Quranı oxudacaq, Allahın dəyişdirmək və unutdurmaq istədiyi istisna olmaqla, onu sənin sinəndə, yəni qəlbində qoruyacağıq. Bu ayədə Peyğəmbərimiz (s.ə.s) ilə bağlı bir möcüzə vardır. Çünki o, anadangəlmə yazıb-oxumağı bilmirdi, lakin buna baxmayaraq Cəbrayıl (ə.s) mələyin ona oxuduqlarını unutmurdu. Hz. Peyğəmbər (s.ə.s) heç bir mütaliə və təkrarlama etmədən bu böyük kitabı əzbərləyir, daha sonra da unutmurdu. Məhz bu da onun peyğəmbərliyinin ən böyük sübutudur. Hətta ilahi vədin (Ya Peyğəmbər biz sənə Quranı oxudacağıq və sən onu əsla unutmayacaqsan) gerçəkləşməsi üçün Cəbrayıl (ə.s) ona uzun sürəni bir dəfədə oxuyar, o da bu sürəni bir daha unutmazdı. (Allahın istədiyi bundan müstəsnadır) sözünə gəldikdə, yəni, Allahın şəriətdə ləğv etdiyi və yaxud dəyişdirdiyi hökmlərdir. O sənə bunları unutduracaq. [O, aşkarı da, gizlini də bilir!] [Əl-Əla 7] Yəni, o, bəndələrin söz və əməllərində gizlətdiklərini də, aşkara çıxardıqlarını da bilir. Ona heç bir şey gizli deyildir. Sonra Allah peyğəmbərə şəriətinin cansıxıcı, çətin və məşəqqətli deyil, asan və dözülə bilən etməsi haqqında başqa bir müjdə verir. Bundan sonra belə buyurur:
    (وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ) [Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.] [Əl-Əla 8] Biz sənə şəriətlərin ən asan, ən yüngül və atan İbrahimin (ə.s) dini olan xoşgörülü bir dini müyəssər edirik. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur. “Mən xoşgörülü hənif dini ilə göndərildim”. Parlaq din, asan və xoşgörülü olandır.
    (فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ) [Əgər nəsihət vermək fayda verərsə, öyüd-nəsihət ver] [Əl-Əla9] Ey Rəsul! Nəsihətin, moizənin və xatırlatmağının fayda verməsi üçün, sənə nazil etdiyimiz Quranla insanlara öyüd-nəsihət ver. Sözə qulaq asıb, məqsədi başa düşməyən, heyvanlar dərəcəsinə enənlər üçün özünü məhv etmə. Onlara nə nəsihət, nə də xatırlatma fayda verər.
    İbn Kəsir belə demişdi: Əli ibn Əbu Talibin də dediyi kimi: “Sənin anladıb insanların dərk etmədiyi elə bir sözün yoxdur ki, o, onların bəzilərini fitnəyə salmasın” və həmçinin belə buyurmuşdur: “İnsanlarla onların başa düşdükləri səviyyədə danışın. Siz onların Allah və Rəsulun təkzib etmələrini istərdiniz?”
    (وَيَتَجَنَّبُهَا الْأَشْقَى﴾ ﴿سَيَذَّكَّرُ مَن يَخْشَىٰ) [Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Bədbəxt isə ondan qaçacaqdır.] [Əl-Əla 10-11] Quranla verilən öyüd-nəsihət qəlbi diri olan, Allahdan çəkinən və Onun əzabından qorxan insana fayda verər. Lakin Allaha inanmayan, kafir, günahkar, zəlalət və azğınlıqda həddi aşan insan bu nəsihətdən uzaq durar və bunu qəbul etməz.

    • @babamnuri
      @babamnuri Год назад

      (الَّذِي يَصْلَى النَّارَالْكُبْرَىٰ) [O, ən böyük atəşə (cəhənnəmə) atılacaq.] [Əl-Əla 12] Bu ayədə cəhənnəm böyük atəş kimi səciyyələnmişdir. Buradakı məqsəd cəhənnəm atəşidir. Kiçik atəş isə bu dünyadakı atəşdir. Hz. Peyğəmbər (s.ə.s) belə demişdir: “Sizin bu dünyada yandırdığınız atəş, cəhənnəm atəşinin yetmiş hissəsindən bir hissədir”.
      (قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ) [Günahlardan təmizlənən kimsə nicat tapacaq. O kimsə ki, Rəbbinin adını anıb namaz qılar] [əl-Əla 14-15]. Yəni, uğur qazanacaq, nicat tapacaq və istədiyinə nail olacaqdır. Nəfsini imanla təmizləyən, Rəhmana qarşı niyyətini səmimiləşdirən, Allahın cəlalını və əzəmətini xatırlayan, Rəbbinin əmrini yerinə yetirmək üçün namazlarını mütiliklə qılan Nəim cənnətinə daxil olmaq kimi böyük səadətə nail olacaqdır.
      (وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ﴾ ﴿بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا) [Lakin siz dünya həyatını üstün tutursunuz. Halbuki axirət həyatı daha xeyirli və daha qalıcıdır.] [əl-Əla 16-17]. Yəni, “Ey insanlar! Siz bu fani həyatı axirət həyatından olduqca üstün tutur, axirəti unudub dünya üçün çalışırsınız. Halbuki, axirət dünyadan daha xeyirli və əbədidir. Əgər dünya yurdu və onun məskənləri qızıldan, axirət yurdu və onun məskənləri isə taxtadan olsaydı, yenə də axirət daha fəzilətli və daha qiymətli olardı. Çünki axirət əbədi, dünya həyatı isə müvəqqəti və fanidir. Bu, tərsinə olsaydı necə olardı? Cənnət sarayları gümüş və qızıldan, içindəkilər rahat və təhlükəsiz.??? Ağıllı insan dünyanı necə axirətdən üstün tuta bilər? Abdullah ibn Məsud “Siz dünya həyatını üstün tutursunuz” ayəsini oxuyub öz dostlarından: “Dünya həyatını axirət həyatından nə üçün üstün tutduğumuzu bilirsinizmi?” - deyə soruşdu. Onlar: “Xeyr!” - deyə cavab verdilər. İbn Məsud belə dedi: “Çünki dünya həyatı ləzzəti, bağçaları, qadınları, içkiləri, təamları ilə tezləşdirilib önümüzə qoyuldu, axirət hayatı isə bizdən gizlədildi və uzaqlaşdırıldı. Məhz bu səbəbdən biz təcili olanı sevdik, gecikdirilmiş olanı tərk etdik”.
      (إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ﴾﴿ صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ) [Həqiqətən bu deyilənlər əvvəki kitablarda bildirilmişdir. İbrahimin və Musanın kitablarında] [əl-Əla 17-18]. Bu surədəki moizə və öyüd-nəsihət Hz. Musa və Hz. İbrahim peyğəmbərə nazil olan səhifələrdə də mövcuddur. Bunlar, əvvəlki dinlərin və bununla əlaqədar olan Quran ayələrinin nazil olduğu son səmavi kitabın üzərində ittifaq etdikləridir. Möminlər bunları dərindən fikirləşməli, Uca Allahın kəlamını özlərinə nəsihət olaraq qəbul etməlidirlər

  • @fidanhesenova623
    @fidanhesenova623 Год назад

    Sizi tanlyandan sonra namazl basa dusdum

    • @FaridaMacidova-ru7hv
      @FaridaMacidova-ru7hv 11 месяцев назад

      Beli.kor korene başa düşüdük. Beziler bu adaml qebuk etmesede, ama ağllmlzla düşünende doğru olduğunu başa düşürük,

  • @vlixancfrli1625
    @vlixancfrli1625 Год назад +2

    Salam ,ümid edirəm şərhləri analiz edirsiz ,bir neçə sualım olacaq ,quranda kişi və qadın keçirmi? Nisa qadındırmı ? Əgər qadın olduğunu düşünürsüzsə niyə quranda nisalarla yaxınlıqdan sonra qüsl almağın vacibliyi qeyd olunur ? Quranda bu gün qılınan ritual namazı çıxara bilmiriksə salatın ritual namaz olmasını necə əminliklə deyə bilirsiz?

  • @nuranagasanova7326
    @nuranagasanova7326 4 месяца назад

    Elşad bəy, xahiş edirəm , əla surəsinin qalan 14 ayəsinin tərcüməsini yerləşdirin saytda. 2023 ilin Ramazan ayında söz vermişdiz.

  • @No_name__798
    @No_name__798 11 месяцев назад +1

    Salam Elsad bey ayetul kursinin tercumesini vere bilersizmi?

  • @Tankism
    @Tankism Год назад +7

    Salam Elşad Bəy. Bu təspih məsələsində siz Allahı zikr eləməyi niyə dərman adı və ya başqa şeylərin adını zikr etməklə bir tutduz? Axı biz zikr etdikdə, bizi yaradan uca Allahı bir növ xatırlayırıq ,Onun (Allahın) adını çəkirik.. bir başqasının adını çəkmirik ki? Yəni bu məsələyə özünüzdə aydınlıq gətirin zəhmət olmasa.

    • @ElshadMiri
      @ElshadMiri  Год назад +1

      ruclips.net/video/BEHphzml_Hk/видео.html

    • @user-tx3jj4ln7w
      @user-tx3jj4ln7w Год назад +8

      Salam . Elşad burda biraz fikrini düzgün çatdırmaya biler . Müqayisəsi tam yerinə düşməyə bilər , o da bir insan olaraq səhv edə bilər . Burda yəni ,Allah deyə deyə durmaq yox , hansısa bir addımı atanda , hansısa bir sözü deyəndə , hansısa bir seçim arasında qalanda Allahı anmaq və ona xoş olanı etmək .yəni zikr xatırlamaq deməkdir , belə xatırlamaq , yoxsa fikrin dağılmış halda dilin Allah Allah deyib təsbeh çevirmək Allahı anmaq ,ərəbcə desək zikr ola bilməz

    • @Tankism
      @Tankism Год назад +1

      @@user-tx3jj4ln7w Bəli doğrudur.. Bu son linkdə dedikləri mənim zikr anlayışımla üst üstə düşdü. Bu günkü vidyoda yəqin zikr haqda əvvəl danışdığı üçün biraz qısa keçib.

    • @user-tx3jj4ln7w
      @user-tx3jj4ln7w Год назад +4

      @@Tankism Allah günahlarını bağışlasın , gözəl insandı ,niyyəti gözəldi ,

    • @babamnuri
      @babamnuri Год назад

      @@ElshadMiri , Allahın dostları möminlər, Onun düşmənləri isə kafirlərdir. Uca Allah buyurur: "Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır (şeytanlar), onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar".

  • @fidanhesenova623
    @fidanhesenova623 Год назад

    Elsad bəy salam təəsuf edirəmki sizi gec tanlmlsam

  • @aqilagayarof8438
    @aqilagayarof8438 Год назад +1

    Xahis edirem namaz haqda bir vidio cekin

  • @For_Children.2323
    @For_Children.2323 Год назад +1

    Salam Elsad bey.Niye Allah bizi yaratddi? Ve niye verdiyine gore haqq hesab isteyir?

  • @elvinibrahimovibrahimov8978
    @elvinibrahimovibrahimov8978 Год назад +4

    Salam. Bəs namazda niyə üç dəfə Sübhanə Rabbial Azim, Əla deyirsiniz? Təkrarlamağın mənası yoxdursa hər rükətdə fatihə surəsini niyə oxuyuruq?

  • @azadasadov1984
    @azadasadov1984 11 месяцев назад

    Elşad bəy, Rəhman surəsində bir ayə niyə 30 dəfə təkrar olunur? Nə lüzum var idi buna? 78 ayənin 30 u eyni cümlədir

  • @zerfekermova
    @zerfekermova Год назад

    Turk kinolarinda dayelere murebbiye deyirler.Yeni kelimeler oyrendik hemçinin

  • @humaymmmdzad2748
    @humaymmmdzad2748 Год назад +1

    Salam Elşad müəllim.
    Əstəğfurullah mən sizdən səf tutmaq niyyəti ilə bu mesajı yazmıram.Bilirəm ki,siz bizdən yaxşı bilir siz ərəb dilini,onların mənalarını.
    Siz "şəfa" sözü işlətdiz xəstəyə "şifa"deyiməlidir axı.Çünku,"şəfa" ölüm diləməkdir,"şifa"sağlamlıq dilğməkdir.

  • @nicatyusifli4470
    @nicatyusifli4470 Год назад

    Elşad qardaşım xahiş edirəm mənə *İNŞƏALLAH * ın mənasını açıqlayardız , çox xaiş edorəm

    • @huseyneliyev3053
      @huseyneliyev3053 Год назад +1

      ALLAH istese icaze verse . Allahin isteyi ile .Allahin hokmu oz elmi ile ehtiva etmisdir

  • @ruxiyakuliyeva2294
    @ruxiyakuliyeva2294 Год назад +1

    Dərmanın adını zikir eləsən kömək etməz amma Allahın adınıda zikir eləmək lazımdı . Bəzən əyər ehtiyac varsa həkimədə getmək lazımdı şəfanı verən Allahhdı amma Allah şəfanı vasitəçiylə verir həmən o vasitəçidə həkimdi

  • @salehsheydayev3207
    @salehsheydayev3207 Год назад +1

    Bəli məndə o alimlərlə razılaşa bilmirəm. Əgər cör cöp neft olursa onda dünyanın hər yerində neft cıxardı

  • @resadxalitov4222
    @resadxalitov4222 Год назад

    Məncə bu linkə bir göz atın

  • @ruxiyakuliyeva2294
    @ruxiyakuliyeva2294 Год назад

    Firoun eçvaxtı uca olmayıb . Ucalıg Tek olan Allaha məxsusdu

  • @ruxiyakuliyeva2294
    @ruxiyakuliyeva2294 Год назад

    Bismilahir Rəhmanir Rəhim cümləsinin tərcüməsi Bagışlayan Və Mehriban Allahın adıyla deməkdir rəhman rəhim Allahın adıyla demək deyil

    • @eltonveliyev
      @eltonveliyev 11 месяцев назад +2

      Yazdığınız iki cümlənində mənası eynidi. Rəhim sözünün mənası elə bağılşayan deməkdir, Rəhman sözünün mənasıda Mehriban sözünə gəlir

  • @xyxyxuxuycdkck
    @xyxyxuxuycdkck Год назад

    Bəzən doğru danışmağın da varəsl haqq yolun tutsaydın səni dahada bəlkə sevərdim şərt qoymuram ixtiyar sahibi özünsən

  • @fakhradbayramzade367
    @fakhradbayramzade367 Год назад

    Heyvanın yanıda Bismillah deyərkən heyvan anlayır, sən isə ay elşad anlamaq istəmirsən ki, istəmirsən. Yazıqlar səni halına, elşad sən əl çək bu işindən, sənin danışdlqlarının 90℅ cəfngiyatdir,