SOCAR yeni dərin dəniz özülünü istifadəyə verdi

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024
  • SOCAR-ın “Günəşli” yatağında yeni inşa edilmiş 7 nömrəli dərin dəniz özülü istismara verilib.
    Bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə SOCAR-ın həyata keçirdiyi ilk və ən dərin dəniz özülüdür. Onun layihəsini “Neftqazelmitədqiqatlayihə” İnstitutu hazırlayıb, tikintisini isə “Neftqaztikinti” tresti həyata keçirib.
    “NEFTQAZTİKİNTİ” TRESTİNİN MÜDİRİ MİRKAZIM ABBASOV: "Platformanın tikintisi 5 ilə başa gəlib. Əvvəl layihədə 12 quyunun qazılması nəzərdə tutulmuşdu. İndi isə platforma 20 quyuya hesablanıb. Platformanın ümumi metal tutumu 25 min tondur. Tikintinin dəyəri 180 milyondur, 111 milyon tikinti-quraşdırma işlərinə sərf olunub".
    Özül “Günəşli” yatağının şərqində yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılıb. Özül iki hissədən - dayaq blokundan və üst tikililərdən ibarətdir. Hasil ediləcək karbohidrogenlərin ilkin nəqli məqsədilə buradan 8 saylı özülə qədər sualtı neft və qaz kəmərləri çəkilib. Özüldə qazma işlərini yerinə yetirmək üçün 2 ədəd müasir standartlara cavab verən yeni qazma qurğusundan istifadə ediləcək.
    “SOCAR AQŞ” MMC-NİN BAŞ DİREKTORU RAMİN İSAYEV: "Günəşli yatağı bizim üçün məlum bir yataqdır. 8 ildir burada qazma işləri aparırıq. 40-dan çox quyu qazıb təhvil vermişik. 7 saylı özüldə ilkin mərhələdə 20 quyunun qazılması nəzərdə tutulub. Bir qazma qurğusunun da tikilməsi planlaşdırılır. Ən böyük sərvətimiz işçilərimizdir. Onların davamlı inkişafı üçün tədbirlər görürük".
    Ka: Neft quyularının hər birindən sutkada 100 ton neft və 15 min kubmetr səmt qazı, qaz quyularının hər birindən isə sutkada 150 min kubmetr təbii qaz və 15 ton kondensat hasil olunacaq. 1 ədəd helikopter meydançasının və 2 ədəd gəmi yanalma meydançasının quraşdırıldığı özüldə işçi personalının rahat və təhlükəsiz çalışması üçün məişət evi və 120 nəfərlik yaşayış binası inşa edilmişdir. Özül zəruri avadanlıqlarla təchiz edilib, radioəlaqə və avtomatika işləri yerinə yetirilib. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb.
    Dövlət Neft Şirkətinin prezidenti “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayıb.
    SOCAR-ın PREZİDENTİ RÖVNƏQ ABDULLAYEV: "Təhlükəsizlik məsələləri ən yüksək standartlara uyğun təmin olunub. Həm yanğınsöndürmə, həm qorunma və təxliyyə qayıqları beynəlxalq standartlara uyğundur".
    Ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Комментарии •