Polip deyib keçməyin - XƏRÇƏNG riski var

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • #polip #xosxasselisis #endometrium
    MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
    Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
    Sonsuzluğun müalicəsi,süni mayalanma (EKO
    Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
    Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
    Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan
    Uşaqlıq polipi ayaqcığı olan yumru şişdir (göbələk xatırladan).
    Polip xoşxassəli şişdir. Lakin bu o demək deyil ki, polip aşkar olunduqda, müalicədən imtina etmək lazımdır. Nadir hallarda olsa da (2-3%) polip vaxt keçdikcə xərçəngə çevrilə bilər.
    Polip uşaqlığın daxili qişasında (endometriumda) və ya uşaqlıq boynu kanalın (servikal kanal) daxilində əmələ gəlir. Polip cavan qadınlarda və hətta qızlarda əmələ gələ bilər. Menopauzadan əvvəl (40-50 yaşlar arası) poliplər daha tez-tez inkişaf edir. Bu qadının orqanizmində gedən hormonal fonun dəyişilməsi ilə izah oluna bilər.
    Polipin əmələ gəlmə mexanizmi belədir: yumurtalıqların fəaliyyəti hər hansı səbəbə görə (hormonal pozulma, iltihab və s.) pozulur və bunun nəticəsində yumurtalıqlar qana daha çox miqdarda estrogen hormonları ifraz edir. Nəticədə uşaqlığın selikli qatı (endometrium) lazım olandan artıq şişir, menstruasiya zamanı endometriumun bu şişmiş sahələri tam şəkildə uşaqlıqdan çıxmır və uşaqlıqda qalır. Nəticədə bu yerdə polip əmələ gəlir.
    Bir çox hallarda polip heç bir əlamətlə özünü büruzə vermir və profilaktik müayinə və ya USM zamanı təsadüfən aşkar olunur.
    Lakin bəzən polip bu kimi simptomlar verir:
    - menstrual dövrün pozulmaları,
    - menstruasiya zamanı güclü qanaxmalar,
    - menstruasiyalar arası uşaqlıqdan ağ selikli ifrazatların olması,
    - cinsi əlaqədən sonra qanlı ifrazatlar,
    - menstruasiyalar arası qanaxmalar,
    - qarının əşağı hissəsində ağrılar (böyük ölçülü poliplərdə),
    - sonsuzluq. Polipin ölçüləri böyük olduqda, o, mayalanmış yumurta hüceyrəsinə uşaqlıq divarına yapışmağa (implantasiya) mane olur və nəticədə qadında sonsuzluq inkişaf edir.
    Polipin ölçüsü bir neçə mm-dən başlayaraq 3 sm kimi ola bilər. Əksər hallarda polipin ölçüsü 1 sm kimi olur. 1 sm-dən böyük poliplər daha təhlükəli sayılır.
    Poliplərin əmələ gəlmə səbəbi hələ ki dəqiq təyin olunmayıb. Belə hesab olunur ki, iltihablar (endometrioz, servisit və s.) və hormonal pozulmalar polipin əmələ gəlməsinin əsas səbəbləridir. Bundan əlavə abortlar, endokrin xəstəliklər, artıq çəki, irsiyyət poliplərin əmələ gəlməsinə təkan verə bilər.
    Polip konservativ və cərrahi üsulları ilə müalicə olunur. Müalicənin üsulu həkim tərəfindən fərdi şəkildə seçilir. Konservativ müalicə zamanı qadına müəyyən hormonal preparatlar təyin olunur. Lakin konservativ müalicə hər zaman lazım olan nəticə vermir. Bu halda cərrahi üsullar istifadə oluna bilər.
    Əgər sizə polipin xaric olunması (polipektomiya) təyin olunubsa, qorxmaq lazım deyil. Müasir polipektomiya üsulları qoruyucudur, əməliyyatlar adətən kəsiklərsiz aparılır, əməliyyatdan sonra bərpa dövrü daha qısa olur.
    Polipin xaric olunması əksər hallarda histeroskopik üsulu ilə həyata keçirilir. Histeroskopiya zamanı qadının uşaqlıq boşluğuna uşaqlıqdan daxil olmaqla xüsusi optik sistemlə təchiz olunmuş nazik borucuq - histeroskop yeridilir. Kompüter monitorunda uşaqlıq boşluğu aydın görünür. Həkim poliplərin yerləşməsini və sayını təyin edir və onları xaric edir. Əməliyyat zamanı yerli və ya yüngül ümumi narkoz istifadə olunur. Adətən əməliyyat menstruasiya qurtardıqdan 2-3 gün sonra təyin olunur. Bu zaman uşaqlığın selikli qişası nazik olur və nəticədə poliplər daha aydın görünür.
    Əməliyyatdan sonra polipin kiçik hissəsi laboratoriyaya histoloji analiz üçün göndərilir.
    Bəzən poliplərin xaric olunması laparoskopik üsulu ilə həyata keçirilir.

Комментарии • 240

  • @letifesadiqova9938
    @letifesadiqova9938 4 года назад +25

    Həkimkn əlinə düşəndə qaçmağa çalışır adam . Lazım olanlardan başqa lazımsız o qəfəf şehlər çıxardırlar ki, hamısıda pul tələsi . Ona görə də ilfə 1 dəfə yox 10 ildə bir dəfə gəlib çıxmırlar qadınlar . İnsaflı olun ki, bizdə sağlam olaq.

  • @cavideliyev3794
    @cavideliyev3794 5 лет назад +3

    İlk öncə çox təşəkkür bizi marifləndirirsiz.İstərdim uşaqlıq yolunda olan qaşınmalardan və oları yaradan səbəblərdən danışasız.

    • @simaaliyeva6648
      @simaaliyeva6648 4 года назад

      Salam hekim.fibromanin mualicesi varmi.xahus edirem cavablandirin

    • @tkarzumuniversitet7098
      @tkarzumuniversitet7098 4 года назад

      @@simaaliyeva6648 baci evdən cixmadan telefonla isləmək istərdiniz?

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      Mende de var elesi qawinti erozyam da var onnan ola biler

  • @medinehesenova7673
    @medinehesenova7673 Год назад +1

    Həkim mənə demişdi 6aydan bir yoxlan 1il idi yoxlanmırdım polip aşkarlandı mən 10gundü lazerlə əməlyat olmuşam həkim dediyi kimi 3aydan bir yoxlanacam

  • @erdogantoygar
    @erdogantoygar 5 лет назад +4

    Bendede polip var midemde yanma ve agri var tedavisi nedir. Alınması gereklimi hocam

  • @eleddinisgenderli2471
    @eleddinisgenderli2471 4 года назад +2

    Salam doktor .palipin əgər üzərini qalı cirk örtese bu ne demekdir .hansı formasıdır

  • @xeganiaxundov1482
    @xeganiaxundov1482 2 года назад +1

    5 yaşadı oğlan uşağı apresiya olunub solda tik bağırsaqda var idi onun qorxusu yoxdu ki

  • @user-dt6hr1be5r
    @user-dt6hr1be5r Год назад +1

    Ay xanim axi polipi yandlrmaq olmaz cunki srazu xərxəng yaradır

  • @user-hd2xv1ny1l
    @user-hd2xv1ny1l 7 месяцев назад +1

    Vay vay

  • @aytacqulyeva3240
    @aytacqulyeva3240 Год назад +1

    Salam hekim bagiliyin sizi nayranht etim mende polip var 25 mildi qanama verir mene qazinmiya gonderipler

  • @user-jq3rb6lh4q
    @user-jq3rb6lh4q Месяц назад

    3 ay öncə hekim dedi poıip var.əməliyyat gərək.3 aydan sonra getdim yox udi.yoxa çıxmışdı😊

  • @togrulqasimzade3529
    @togrulqasimzade3529 Год назад +1

    Salam hekim xais edirem cavabliyasiz sualimi. Menim seykanin agzina palip var deyirler ama hecne his etmirdim ama iki uc aydi menen cirkli su gelir arda taki aybasi olana kimi 46 yasim

  • @n.n7509
    @n.n7509 4 года назад +4

    doktor polip olaola hamile qalinmiwsa eger riski varmi?usag dunyaya gelermi ozaman?

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      Mence hecne olmaz ama palib novleri coxdu yeni mende içeri kece bilerdi tez gotduler

    • @azeriqz6216
      @azeriqz6216 3 года назад

      Mende 3 aylig hamileyem ve usglig agzinda polip var

    • @aynurhuseynova3196
      @aynurhuseynova3196 3 года назад

      @@renatpawa2505 iw oraaindadir bu priwwik kimi mende iki ildir uje orda durub hec bir ziyanda vurmur neyekelmir ne artmir Allaha cox sukur.Eger qorxulu nese olsaydi ozun coxdan biruze vererdi duzdumu?

    • @allahbendesi2334
      @allahbendesi2334 2 года назад

      @@aynurhuseynova3196 xanim sizdeki mence xirda kisdalardi mendede var bew dene ziyil kimi durur o polip deyil

  • @elqasimeliyev8340
    @elqasimeliyev8340 5 лет назад +3

    Salam Hekim sizin telefon yada iş yerinizi öyrenmek

  • @seltenetqurbanova1296
    @seltenetqurbanova1296 Год назад +1

    Men uwaqligi cixarttirdim polip qan axma verdi 15gun.canum qurtardi

    • @semacafarova8212
      @semacafarova8212 Год назад

      Xanım, harda elətdirdiniz dövlət xəstəxanasında ya özəldə? Neçə günə sağaldınız, çox ağrı olur?

    • @seltenetqurbanova1296
      @seltenetqurbanova1296 Год назад +1

      @@semacafarova8212 men Gence weherindenem.Gòygòl rayonunda super cerrah hekim var onu meslehet etdiler mene orda cixartdilar sivortaile.ama Gencrde tibb merkezinde òzelde 1200m istediler.imkan ilmadideye girmedim ora.ayin 12de kesibler.wykur uaxwiyam.1damci narahatciliq yoxdu.wykur sagaliram.

    • @semacafarova8212
      @semacafarova8212 Год назад

      @@seltenetqurbanova1296 Şükür Allaha, inşAllah ki, hər zaman sağlam olasınız 🌷

    • @seltenetqurbanova1296
      @seltenetqurbanova1296 Год назад

      @@semacafarova8212 Çox sagolun.Allah Siz hekimlerede can sagligi versin.Siz hekimler olmasaz bizi kim xilaz eder bu azarlardan

  • @qaramirzeyev5864
    @qaramirzeyev5864 2 года назад

    Salam həkim mənim uşaqlıq boynunda suluq kimi bir şey var nə ola bilər.məndə eroziya var idi

  • @huseynskrzad8589
    @huseynskrzad8589 5 лет назад +4

    Hekim mende polip dusdu.bele bir hal hec olubmu? Ay basi olanda kopub dusdu

    • @bakibak9719
      @bakibak9719 4 года назад

      @@huseynskrzad8589 ne mualicesi.etmisiz iyne derman yoxsa bitkilerlemi?

    • @huseynskrzad8589
      @huseynskrzad8589 4 года назад +1

      @@bakibak9719 men antibotik vurdudum kalsi kilkanat birde cay tikani yagi icdim

    • @islamovaterane4886
      @islamovaterane4886 4 года назад

      @@huseynskrzad8589 cay tikani yagini hansi vaxtlarda icdiz?Ayb necenci gununden icdiz?Xaiw edirem yazardizda.Saq eliniz bawima olsun.İyne sirf neye aid vurdurduz?,

    • @qarabagazerbaycandr7376
      @qarabagazerbaycandr7376 4 года назад +1

      @@islamovaterane4886 salam xanim belke hec onun etdiyi mualice size pis tesir edecek? Her mualice her adama duwmur siz en yaxwisi hekime muraciet edin Allah wefa versin

    • @islamovaterane4886
      @islamovaterane4886 4 года назад

      @@qarabagazerbaycandr7376 Va alekum selam.Beli men emelyat olmuwam inwAllah hamile qalmaq nesibim olar🙌🙏🙏🙏

  • @gulsarequliyeva489
    @gulsarequliyeva489 3 года назад

    Salam hekim menim atamin medesinde polip cixib emeliyyat deyibler amma hekim deyib tehlukeli polipdi ozu ise sekerdi

  • @gulbenizagasiyeva4505
    @gulbenizagasiyeva4505 5 лет назад +2

    Cox

  • @m.pervane3143
    @m.pervane3143 3 года назад +3

    Salam hekim mendede polip cixib.27yawim var .hekim emeliyat olmalisan deyib. Emeliyyat olsam ovladim olar?ovladm olmur.ola bilerki polip folekul boyumeyinin qarwisini alir?4cu gun emeliyatimdi.😔

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      Oktyabirda mende oldum palipden ama yene agri var

    • @lalamuxtarova7926
      @lalamuxtarova7926 3 года назад +1

      @@renatpawa2505 salam xanım. Hansı üsülla oldunuz əməliyat? Qaşıma ya histereskopiya?

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      @@lalamuxtarova7926 Salam. Men lazerle olmadim basqa wey idi kesdi cixardi tikish oldu ama lazerle tez olur. Men 1hefde yatdim balinsada

    • @lalamuxtarova7926
      @lalamuxtarova7926 3 года назад

      @@renatpawa2505 aa maraqlıdır hansı üsulla olub görəsən.Allah şəfa versin sizə.

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      @@lalamuxtarova7926 cox sag olun. Lazere benzeyen ama lazer olmayan bir aparat idi.... Bizde bilmedik nedi

  • @tehmineeliyeva1543
    @tehmineeliyeva1543 3 года назад +1

    салам 52 яашым вар мандада вар

  • @sevilseferov2629
    @sevilseferov2629 4 года назад +2

    Poliplər qız uşağında ola bilər?

  • @dilqemelizade8120
    @dilqemelizade8120 4 года назад +3

    Yungul bir sey bilmiyim xanimlar mende vardi yandirildi

    • @ulvimehdiyev732
      @ulvimehdiyev732 4 года назад

      Xanim bagislayin narahat edirem sizdede polip vardi

    • @tkarzumuniversitet7098
      @tkarzumuniversitet7098 4 года назад

      @@ulvimehdiyev732 baci evdən cixmadan telefonla işləmək istərdiniz?

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад +1

      @@ulvimehdiyev732 memde kesib götürdüler

    • @nextazercell79
      @nextazercell79 3 года назад

      @@renatpawa2505 salam hansı üsulla elediniz ve hansı hekime

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      @@nextazercell79 Salam. Men rassia da eletdirdim. Lazer kimi bir aparat idi ama lazer deyildi handirib cixardilar. Ama yenede agriyiram. Ayın 3u Martin yene gedecem yoxlanmaga

  • @mahmudibrahimov9198
    @mahmudibrahimov9198 5 лет назад +2

    Salam hekim fibro kistalar haqqinda daniwmaginizi xahiw edirem

  • @elnurabdullayrv9778
    @elnurabdullayrv9778 4 года назад

    Qida borumda 5 mili polip aşkar olub onu malicesi var

  • @user-gz2ei2yj4s
    @user-gz2ei2yj4s 4 года назад +2

    salam hekim mende 10 m di yandirma agri varidi indi mualice eleyirem bu qorxuludumu

    • @ayselmirzeyeva696
      @ayselmirzeyeva696 4 года назад

      salam xanim sizin nece yawiniz var ? uwaginiz var

    • @user-gz2ei2yj4s
      @user-gz2ei2yj4s 4 года назад +1

      @@ayselmirzeyeva696 salam 3 uwagim var

    • @ayselmirzeyeva696
      @ayselmirzeyeva696 4 года назад +1

      @@user-gz2ei2yj4s palip ola ola uwagiviz olub ? mende var 6 mm hekim uwaga qalmamgimin sebebini palip oldugunu deyir deyir emeliyat olmalidi 1 il yarimdi evliyem ne yoldawimda ne mende hec bir prablem yoxdu sadece palip deyir

    • @user-gz2ei2yj4s
      @user-gz2ei2yj4s 4 года назад +1

      @@ayselmirzeyeva696 menim 38 yawim var uwaglar boyukdu yeqinki soradan olub

    • @ayselmirzeyeva696
      @ayselmirzeyeva696 4 года назад +1

      @@user-gz2ei2yj4s cox sag olun Alllah hamimiza wefa versin Amin

  • @wirinmemmedli4311
    @wirinmemmedli4311 5 лет назад +4

    Xanim size zeng eliyirem ki iw yerizi hansi klinikada olduquzu oyrenim siz cavab vermirsiz o telfon nomresini niye qoymusuz cavab vermirsizse

  • @gunaymemedova45
    @gunaymemedova45 5 лет назад +3

    salam hekim agri veririmi

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      Agri verir de sozdumu men cox Zulum cekdm

    • @azeriqz6216
      @azeriqz6216 3 года назад

      @@renatpawa2505 emelyat olanda?

  • @yurdumqarabag5445
    @yurdumqarabag5445 2 года назад +1

    Salam hekim. Mende uşaqlıq boyunda polip vardi götürdüler ankologiyada. Hekim ancaq agrılarım kesmir aybaşı da yenede Cox gur olur yenede. Bunun səbəbi nədir yaza bilersizmi xoşxassəli cıxdı analizde

    • @ginekoloqxeyaletehmezi
      @ginekoloqxeyaletehmezi  2 года назад +1

      Salam dəyərli izləyici. Suallarınıza daha ətraflı cavab almaq üçün zəhmət olmasa qeyd olunan nömrə ilə əlaqə saxlayardınız. Əlaqə nömrəsi: 055 882 38 34, 077 312 38 34

    • @nazilealiyeva1703
      @nazilealiyeva1703 Год назад +1

      @Yurdum Qarabağ salam indi necəsiz.sağaldızmı?məndədə polip vardır 5gün olar götürüblər yenə az az qan gəlir çox qorxuram.

    • @siyahtelkerimli4397
      @siyahtelkerimli4397 Год назад +1

      ​@@nazilealiyeva1703 salam xanim sizin usaginiz oldu emelyyatdan sonra ?

    • @nazilealiyeva1703
      @nazilealiyeva1703 Год назад

      @@siyahtelkerimli4397 salam polipden sonra normal aybaşı oluram.ayrılmış xanımam.siz hələ uşağa qalmayıbsız.indi necəsiniz?

  • @gulnarhuseynova6243
    @gulnarhuseynova6243 11 месяцев назад

    Məndədə1 dənə çıxb😢

  • @scornpubg5828
    @scornpubg5828 3 года назад

    Polip nədi

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад

      Usaqliq yolunda zererli et emele gelmesiydi irag olsun rak da ola biler

  • @ruqayye1142
    @ruqayye1142 3 года назад +1

    Nece mudet sora əmələ gələ bilər Men 1 də əməliyyat olundum amma qanaxma coxdu aybawi çox oluram

    • @lemanmizezade5500
      @lemanmizezade5500 3 года назад

      Bacımdada vardı göturuldi 2aydı aybaşı olmur hekim demişdi ki 2gune aybaşı olasan olmur dermanda atdı olmur bu nedendir? Bilen varsa

  • @arzuliyeva7326
    @arzuliyeva7326 2 года назад

    İ

  • @turanenamazova9464
    @turanenamazova9464 3 года назад

    Axsaminiz xeyir məndə də yeni polip askarlanib,hec polipi yanrdan olubmu zehmət olmasa deyərdi.birdə onu deyim mən spiral goturmək istyəndə askarlandi həkim məsləhət bilmədi dedi qan axma verər

    • @renatpawa2505
      @renatpawa2505 3 года назад +1

      Polib mende götürdüm narkozla. O qorxulu weydi mütləq götürmək lazımdı.

    • @turkankazimova4393
      @turkankazimova4393 2 года назад

      @@renatpawa2505 salam.emeliyatla

    • @renatpawa2505
      @renatpawa2505 2 года назад

      @@turkankazimova4393 salam. He can emelyat la götürülür...

    • @ulvisafarli
      @ulvisafarli 2 года назад

      @@renatpawa2505 Salam bugun mendede polio cixdi niye qorxuludu? Etrafli yazin zehmet ol masallah

    • @cefermm
      @cefermm 11 месяцев назад

      @@renatpawa2505xanim qiymeti neceye idi

  • @xalidmemmedov9104
    @xalidmemmedov9104 5 лет назад +2

    Salam hekim cox sag olun melumatlariniza gore.Men kecen il endemetriozdan laparaskapik emeliyyat olmusam yene usaq isdiyrem ama 1ildi olmur.USM -den kecdim hec bir problem cixmadi

    • @aysenehmedova4079
      @aysenehmedova4079 5 лет назад

      Xalid Memmedov sizde polipden emelyat olmsz?

    • @xalidmemmedov9104
      @xalidmemmedov9104 5 лет назад

      @@aysenehmedova4079 salam,yox mende endemetrioz kisdalar vardi

    • @aysenehmedova4079
      @aysenehmedova4079 5 лет назад +2

      Xalid Memmedov İnsAllah Olar🙏🏻🙏🏻🙏🏻körpenizzz

    • @xalidmemmedov9104
      @xalidmemmedov9104 5 лет назад

      @@aysenehmedova4079 insallah.Allah hamiya komek olsun

    • @tkarzumuniversitet7098
      @tkarzumuniversitet7098 4 года назад

      @@aysenehmedova4079 salam baci evdən cixmadan telefonla işləmək istərdiniz?

  • @user-pz1rk8yv3f
    @user-pz1rk8yv3f 4 года назад

    salam xanim yazan xanmdi mende palip cixdi evledi olmasada dedki sipral qoylsun o dusecek o duzdur

  • @xalidmemmedov9104
    @xalidmemmedov9104 5 лет назад +2

    Xais edirem mene bir meslehet vererdiz.Adim Jaledi

    • @priqurbanova6662
      @priqurbanova6662 3 года назад

      Salam sirketimize aktiv xanimlar axtarilir buyurun etrafli melumat vere bilerem

  • @dinara5047
    @dinara5047 2 года назад

    Polipə görə uşaqıığımı çıxardıblar yenidən əmələ gələbilərmi .xahiş edirəm cavablandırın.

    • @allahbendesi2334
      @allahbendesi2334 2 года назад

      Yox gelmez cunki uwaqlix yoxdu harda gelesidi

    • @sefaallahverdiyeva719
      @sefaallahverdiyeva719 2 года назад

      Mendede var bir defe qasinib indi yene olurem agri aybasi pozgunlugu axinti.Siz harda emeliyyat elediz neciye

    • @syselbaxsiyeva3636
      @syselbaxsiyeva3636 2 года назад

      Nece yasiniz var

    • @syselbaxsiyeva3636
      @syselbaxsiyeva3636 2 года назад

      Nece yasiniz var

    • @valehqemli5506
      @valehqemli5506 Год назад

      10 il bundan öncə matkamda polip dedilər özum 100 qra bal ,100 qram uyudulmuş cörək otu hazirladim 10 gun hər səhır ac qarina findiq böya udum

  • @samiremusayeva1038
    @samiremusayeva1038 4 года назад

    Salam doxtur.men 2016 cl ildə palib qaslnlb.tezden emle gelib.indi Sumqayıtda ankogiyada deyirlər bu yenə qaslnmaldlr.siz nə meslehet görərsiz.sizde neceyedi gəlim sizdə dediyiniz vasitə ilə clxardaslz

    • @gunayyusubova9185
      @gunayyusubova9185 3 года назад

      Salam xanım siz nece bildiz sizde polip var bir də əlaməti sizde nə idi

    • @lamiyeeliyeva8397
      @lamiyeeliyeva8397 2 года назад

      Lazerle eletdirin. Yerini yandirirlar bir daha emele gelmir. Birde hormonlarinizi yoxladin

  • @ziyadmemedveliyev6837
    @ziyadmemedveliyev6837 5 лет назад +1

    bu əməliyyatın qiymətini bilən var ?

  • @pasafarhadoqlu6659
    @pasafarhadoqlu6659 2 года назад +1

    *Kista, polip, mioma, düyün və mastopatiyalardan əziyyət çəkənlər üçün məsləhətlər*
    Bu barədə hissə-hissə olsa da yazılarım var, indi daha geniş və bütün məsləhətləri bir yerdə yazıram. Deməli belə bir problemi olan insanlar müalicəyə başlamazdan əvvəl bədən sağlamlıqlarına fikir verməli, əvvəlcə hicama (həcəmət) etdirməli, sonra orqanizmin mühitini qələviləşdirməlidirlər. Bunu belə etmək lazımdır, təzə tərəvəz yeməkləri artırılmalı, mövsüm meyvələri bol yeyilməli, göyərtilərdən hər yeməkdə istifadə etməli, bol çiy su içilməlidir (yağış suyu olsa çox yaxşı olar), hər gün 2 saat açıq havada gəzmək lazımdır, bütün bunlarla yanaşı müalicələrə başlamaq olar. Saydığım bütün xəstəliklərin müalicələri bu günkü tibbdə fərqli fərqli olsada xalq təbabətində demək olar eyni müalicələrdir. Yaxşı olar müalicəyə başlamazdan əvvəl 2 ədəd fikus dibçəyi alıb evinizə qoyasınız və yaxşı-yaxşı qulluq edəsiniz, sonuncu mərhələdə yarpaqları bizə lazım olacaqdır.
    Məcun üçün lazım olanlar:
    Zəncəfil - 30 qram
    Ud hindi - 40 qram
    Qarazirə - 40 qram
    Novruz şaxtagülü - 30 qram
    Qoz arakəsməsi - 50 qram
    Çiçək tozu - 50 qram
    Propolis - 30 qram
    Bal - 1.5 kq
    Deməli bitkiləri kofemolkoda üyüdüb toz formasına salmaq lazımdır, bal ilə yaxşı-yaxşı qarışdırıb qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır. Xatırladım ki, bu məcundan həm kişilər, həm də qadınlar istifadə edə bilərlər. Məcun qurtarana qədər yeyilməlidir, dadından xoşlanmayanlar 1 çay qaşığını yarım stəkan ilıq suya qarışdırıb içə bilərlər.
    Ərküdə - Ərküdənin həm meyvəsindən, həm də kapsulalarından istifadə edə bilərsiniz, amma meyvələrin dəmlənilməsi daha yaxşı nəticələr verir. Ərküdə gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib yeməkdən yarım saat əvvəl içmək lazımdır. Ərküdə meyvəsindən yalnız qadınlar istifadə etməlidirlər, çünki ərküdə qadın hormonlarını normallaşdırır. Ərküdə 4 ay içilməlidir adət zamanlarında 4 gün fasilə verilməlidir.
    4 ay məcun və ərküdə ilə müalicədən sonra fikus yarpaqlarını dərin qurudun, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib için, bunu 1 ay edin. 1 aydan sonra özünüzü yoxlatdıra bilərsiniz. Xatıladım ki, fikus yarpaqlarını da yalnız qadınlar istifadə etməlidirlər.
    Fizuli hüseynov
    Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.
    Sağlam həyat
    chat.whatsapp.com/ExD57Tsrd0o3c8bflmT8Wi
    Nicat firqəsi
    chat.whatsapp.com/FSe3bLESet417cvGJDnvoh
    Buxari-Müslim
    chat.whatsapp.com/GlX8GYgSUhp2QyN7Vk7U9a