Əkizlər bürcünü tanıyaq! - Səbuhi Rəhimli

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • İki ziddiyyətli baxış bucağına malik olan Əkizlər bürcünün sakinləri münasibətlər sistemində daha çox səhvsiz davranırlar. Amma işlətdikləri ifadələrdə tez-tez xətaya yol verib soyuqluq yaradırlar. Buna baxmayaraq, bu bürcdən olanların üzr istəməklə araları yoxdur. Onlar nə etsələr də, mübahisə predmetinin dərinliyinə (xırdalığına) varır, qəribə də olsa, özlərinə bəraət qazandırmağa səy göstərirlər, bəzən hətta sonda haqlı da çıxırlar.
    Bu bürcdən olanlar informasiya daşıyıcısı olduqları üçün həyatda ən çox qorxduqları şey də məlumat vermə və məlumat götürmə funksiyasını davam etdirə bilməməkdir. Təcrübə göstərir ki, onlarda daima əllərini və danışma qabiliyyətini itirmə qorxusu olur.
    Əkizlərin düşüncəsi son dərəcə cəld civə kimidir Öyrənməyə açıqdır. Çox sürətli danışa və hərəkət edə bilər Yeni şeylərə adaptasiya olmaqda ustadır. Doğru danışmaq, xarici dil öyrənmək və təqlid etmək qabiliyyəti çox yüksəkdir. Zəka baxımından narahat olsa da, meymun iştahlı da ola bilər. Daha ətraflı astroloq Səbuhi Rəhimlinin təqdimatında...

Комментарии • 647