Bəlkə də - Mehriban Zəki (Sabir Rüstəmxanlı)
HTML-код
- Опубликовано: 21 ноя 2024
- Bəlkə də dünyada mən yoxam artıq,
Qarışıb payıza uçub getmişəm.
Sahibsiz adımdır ortada qalan,
Özümsə xəlvətcə köçüb getmişəm.
----------------------------------------
Bəlkə sən adda adam da yaşamır,
Özündən yadigar qoyub bu səsi,
Verdiyi əzabı unutdurmağa,
Beş-on söz eşidib sevgi əvəzi.
----------------------------------------
Bəlkə də bu elə bir aldanışdır,
Bəlkə gördüyüm də yuxudur elə.
Çoxdan itirdiyim nəğmələrimi,
Tale başqasına oxutdu elə.
----------------------------------------
Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək yandıran nədir?
Yoxsansa, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?
Sevgi şeirləri - Mehriban Zəkinin ifasında
ruclips.net/video/wik0udHPvGY/видео.html
Sevgi şeirləri - Mehriban Zəki (Ramiz Rövşən)
ruclips.net/video/7MaaTFw28-0/видео.html
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
ruclips.net/video/qyEDlZTfoXU/видео.html
Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı öz səsi ilə
ruclips.net/video/cXN2DyqCE8M/видео.html
Sevgi şeirləri(#1) - Vahid Əziz
ruclips.net/video/hzQ2NGIcs94/видео.html