Theta Healing nəyə lazımdır? | Access Bar nədir? | Pərvin Əfəndi | Söhbətgah

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 209

  • @vusalzeynalov4855
    @vusalzeynalov4855 11 месяцев назад +148

    Çox xahiş edirəm qonağa imkan verin Tural bəy. TV verlişi formatına keçmək üzrəsiz. Size hörmətim sonsuz, amma özünüz barədə çox məlumat ötürürsüz dalğadan çıxırıq😊

    • @Alkhanzade_Shahla22
      @Alkhanzade_Shahla22 11 месяцев назад +33

      Her qonaqda bele olmur.Danishigi maraqsiz ve ya fikirlerini guclu argumentlerle esaslandira bilmeyenlerde bele olur…Bu podcasta aparicilara gore baxiram shexsen men ve ozleri ile bagli verdiyi misal qonagin danishigindan daha maraqli ve melumatvericidirse Niye yox?

    • @vusalzeynalov4855
      @vusalzeynalov4855 11 месяцев назад

      Fikrinizə hörmətlə yanaşıram. İstənilən halda qonaq dinləyici olmamalıdır. Mövzu Theta Healingdirsə burdan Qəmzənin səegisinə keçid olmamalı.g​@@Alkhanzade_Shahla22

    • @eminrahimov4411
      @eminrahimov4411 11 месяцев назад +1

      Eynen

    • @senubermustafayeva1457
      @senubermustafayeva1457 11 месяцев назад +28

      Mənim həmişə dediyim budur . Əvvəllər Tural bəy və Əli bəy dinləməyi bacarırdılar. İndi isə bu balans pozulur. Əsasən də Tural bəy qonağına özünü ifadə etməyə imkan vermir.

    • @SamirBahram
      @SamirBahram 11 месяцев назад +6

      tam raziyam sizin fikrinizle

  • @arzugulieva7882
    @arzugulieva7882 11 месяцев назад +12

    Xanım öz fikrini tam gösəl ifadə edə bilir. Mən özüm bu sahəni bacardığım qədər öyrənirəm. Access barsdan tutmuş theta healingə qədər məlumatım var. Bu sahə yeni olduğuna görə bəzi insanlarda bilgisizlik ucbatından çox pis hətta deyərdim aqressiv reaksiyalara səbəb olur. Bu da normaldır. Lakin bunu bir veriliş ilə və sözü kəsilə kəsilə çatdıra bilən Pərvin xanıma təşəkkür edirəm. Bu bir ilkdir. Çəsarəti təqdirə layiqdir.

    • @elbeykz
      @elbeykz 11 месяцев назад +2

      Bazarda dəhşət çox meditasiya şəxsi inkişaf nə bilim həyat kouçu konsepti var . Baxırsan nə qədər adamdı gedib hamısı uğurun arxasıyca . Vallah bu qədər uğuru meditasiyada filan axtaracağımıza öz əməyimizdə işimizdə axtarsaq daha irəli səviyyəli ölkə olmuşduq . Dünyanın ən depressiv xalqları finlər yaponlar heç oturub belə boş-boş şeylərə vaxt ayırmırlar . Harda mənasız şeylərə baş yoran millətlər var , nə bilim hindular türklər amerikanlar ruslar , onlar belə mənasız şeylərlə özlərin xarab edirlər

  • @validcavid3805
    @validcavid3805 11 месяцев назад +37

    Bilmirəm niyə xanım mene qeyri səmimi gəldi. Yeni altı boş kankret hazır paket əzbərlənib ama dünyanın sirrini çözmuş kımı danışılır:) Bəlkə də buraxılış hansısa xaişə görə ve ya reklam xarakterli idi. Tural beyin mütəmadi müdaxilələri de düşünürəm təsadüfi deyildi. Ama maraqlı buraxılış idi. Uğurlar söhbətgah sevilirsiz❤

  • @gunelhasanova4120
    @gunelhasanova4120 11 месяцев назад +39

    Salamlar. Ilk buraxilishlarinizdan sizinleyem. Neche muddetdir ozumu saxlayirdim bu commenti yazmamaq ucun. Amma son zamanlar xususile ile de Tural beyin her cumleye mudaxileleri artiq “narahat edir”. Gelen qonaqlar elebil dinleyici qisminde gelib. Xahish edirem buna fikir verin.

    • @lallismemories9897
      @lallismemories9897 11 месяцев назад +5

      Eynen mende kecen podcastda yazdim

    • @nameashut0sh8
      @nameashut0sh8 11 месяцев назад

      Tural, qardaş, Əlini aparmaq lazımdı Meksikaya yerli şamanların yanına. Auyaska altında mistik təcrübə yaşasın M.Tayson kimi. Adam özü təbii dharma yolu ilə güc və səy göstərmək istəmir, heç olmasa sintetik yolla başa düşsün Ali varlığlı😊
      Anlayııram onun yanaşımını (Faraon kimi görsən inanım) bəs sizə o qədər auditoriya diqqət verir. Nə əkərsən onuda biçərsən🙏💚

  • @AqilAlesger
    @AqilAlesger 11 месяцев назад +7

    Buraxılışın müəyyən hissələrində fonda səslənən musiqinin söhbətlə harmoniyası terapiyada hiss etdirdi. Bunu bundan sonrakı digər buraxılışlarda da tətbiq etsəz möhtəşəm olar. Təşəkkürlər❤

  • @gulyamammadova1718
    @gulyamammadova1718 11 месяцев назад +13

    Fondakı səslərin sədaları altında Söhbətgahı dinləmək çox duyğulandırdı.🍀💚
    Sayğılar və sevgilər…

    • @Sohbatgah
      @Sohbatgah  11 месяцев назад +1

      💚💙

    • @leylaleyla1288
      @leylaleyla1288 11 месяцев назад

      Mense eksini deyerdim, musiqi söhbetden yayındırdı.(

  • @kamranaliyev6593
    @kamranaliyev6593 11 месяцев назад +14

    Güman edirəm şərhləri oxuyub bunnan sonra qonaqlara danışmağa imkan yaradarlar.

  • @aytacagayeva255
    @aytacagayeva255 11 месяцев назад +10

    Qonaq danışmağa başlıyanda gören indi harda kesecekler söhbetin deye düşünmeye başladım... qonaqlara danışmağa icazə verin

  • @azerqulubeyli
    @azerqulubeyli 11 месяцев назад +3

    Zənnimcə Tanrının varlığının ən böyük dəlili, insanın özüdür. Çünki insan orqanizmi kimi kompleks bir varlığın "Təsadüfən" yarandığını iddia etmək absurddur.

    • @kanangarayev6110
      @kanangarayev6110 11 месяцев назад +1

      Ateizm haqqında çox yanlış düşüncələriniz var. Bu təsadüf söhbətini kim ortaya atıb bilmirəm, bütün inanclı adamlar ateistlərin hər şeyin təsadüfi olduğunu iddia elədiyini düşünür.

  • @gunaynifteliyeva
    @gunaynifteliyeva 11 месяцев назад +7

    Zövglə sona qədər dinlədim👍🏼 düşünürəm bu kimi mövzular daha çox müzakirə olunsa “çık”-lar daha çox olacaq😎👍🏼Uğurlar Söhbətgah komandası 👍🏼 Minnətdaram🙌🏼🤞🏼

  • @ibrahimeliyev3814
    @ibrahimeliyev3814 11 месяцев назад +8

    Pərvin xanım çox savadlı və gözəl insandır. Uğurlar!

  • @legendcity50
    @legendcity50 11 месяцев назад +12

    Qonağı nəyə çağırmışdınız? Videonun adını dəyişib 'Münasibət" qoyardınız

  • @Uzeyirsoy
    @Uzeyirsoy 11 месяцев назад +18

    Kəramət Böyükçölü görmək istəyirik, xahiş edirəm onu dəvət edin.

  • @fidanzahidova1698
    @fidanzahidova1698 7 месяцев назад

    Çox faydalı podcast olub, əməyinizə sağlıq 💫

  • @cavansirqnbrov2139
    @cavansirqnbrov2139 11 месяцев назад +1

    Hər şey üçün çox sağolun. Maraqlı bir söhbət oldu.

  • @sakimva6
    @sakimva6 11 месяцев назад +4

    Çox gözəl mövzulara lazımı zamanlarda toxunursunuz! Təşəkkürlər!❤

  • @adsizsoyadsiz2170
    @adsizsoyadsiz2170 11 месяцев назад +3

    Cox gozel sohbete gore ve gozel movzuya gore tesekkurler. Eli beyin radio dalgalarla bagli dediyi meseleye hikir bildirmey isderdim. Radio frekansini deyisende kanal deyisir bizim radiomuzda tezliyi deyisen duyme islemese biz lazim olan kanala koklene bilmirik. Yeni inanmayan insanda hemen dalqani tuta bilmir cunki ya o dalgaya koklene bilmir. Yada sadece o kanali beyenmediyine gore onun tezliyine koklenmek isdemir. Vadim Zeland Transerfing kitabini meslehet gorerdim benzer bir movzudu. Her wey cox detali formada basa salinir.

  • @TeraneMutellibova
    @TeraneMutellibova 11 месяцев назад

    Möhtəşəm podcast oldu.TƏŞƏKKÜR EDİRƏM.Ruhum dincəldi.Elə bil bir kitab oxumuş kimi oldu

  • @alia6608
    @alia6608 11 месяцев назад

    Cox gozel izah edir Pervin xanim fikirlerini cox beyendim

  • @ZhalaBagishova
    @ZhalaBagishova 11 месяцев назад

    Son donemler bu movzular chox yayilib. Yaxshi ki aydinliq getirdiniz. Pervin xanimi cox beyendim. Savadi danishigina yansiyib. Cox maraqli buraxilis idi

  • @melahetnagizade8636
    @melahetnagizade8636 11 месяцев назад +5

    Sən o qədər gözəl işlər ortaya cixardacaqsan ki,sənə inanıram❤

    • @Sohbatgah
      @Sohbatgah  11 месяцев назад

      💚💙

    • @validcavid3805
      @validcavid3805 11 месяцев назад

      Təşəkkür edirəm mende buna inanıram. Her şey çok daha güzel olacaq

  • @vafaazizova9436
    @vafaazizova9436 11 месяцев назад +10

    Lag lagi edirsiz e Tural m . Xanim qalib sozu yarimciq imkan vermorsiz sozunu tamamlasin. Ele bir efir deyil

  • @huseynhemidli5290
    @huseynhemidli5290 11 месяцев назад +8

    İmkan verin qonağ danışsında

  • @RuslanAmraliyev441
    @RuslanAmraliyev441 11 месяцев назад

    В Москве я друзья.
    Если бы вы только знали ,на сколько учения вашего канала помогают мне тут в новой жизни.
    Закрыв Sohbetgah, вы сделаете преступление:)
    Турал,Али...вам огромная благодарность за ваши труды.
    Просто поклон вам и рукопожатие.!!!

  • @menaremagic
    @menaremagic 11 месяцев назад +2

    İlk öncə Çox xaiş edirəm. Tural bəy gəlmiş qonağa imkan yaradın bütün fikirlərini çatdıra bilsin+Əli bəy həmişə ki kimi mənasız və yersiz çıxışlarınızdan yorulmuş artıq tamamilə söhbətin mövzusu dəyişilir siz ani fikirlərinizi bildirəndə.Və ən əsası Pərvin xanım çox xaiş edirəm "türk" Türkiyədə yaşayan türklərə , yer üzündə olan türklər ancaq onlar imiş kimi danışmayın.Bizdə türküy "Azərbaycan türkü" ola bilsin bu podkətinizə gənc nəsil yeniyetmələrdə qulaq asır onlara başqa cür aşılanır bu türkçülük falan lütfən diqqət edin."Türkiyədəki türklərvə ya Türkiyəli qardaşlarımızda" diyərəkdə xitab edə bilərsiniz onlara

  • @nuranvahabova7369
    @nuranvahabova7369 11 месяцев назад +9

    Acsses elmi deyir amma elm nə dərəcə düzgündür bunu deməyə ? Bu sadəcə bir metod ola bilər .Elm demələri …

    • @arzugulieva7882
      @arzugulieva7882 11 месяцев назад

      Access üzərində elmi araşdırmalar aparılıb.Bu sadəcə bir metod olmaqdan çıxıb artıq. Başda 32 nöqtəyə toxunaraq insanın həyatında gözəl dönüşümlər etmək sadə bir metod deyil. Bunun mütləq bir elmi əsası var. Mən bu metodla tanışam. Auiləmə dostlerıma edib möhtəşəm nəticələr görmüşəm. Özüm almışam bu terapiyanı və möhtəşəm nəticə görmüşəm.

    • @nuranvahabova7369
      @nuranvahabova7369 11 месяцев назад

      @arzugulieva7882 elm nə deməkdir bilirsiniz ? Elm nəyə deyilir ?

    • @arzugulieva7882
      @arzugulieva7882 11 месяцев назад

      @@nuranvahabova7369 Təbii ki, bilirəm və sizə onu bildirmək istəyirəm ki bu metodun elmi əsasları var. Bir az araşdırın . RUclips da çox videolar var. Sizə məsləhət görürəm əgər maraqli gəlirsə onları araşdırın.İngiliscə çox materiallar var

    • @arzugulieva7882
      @arzugulieva7882 11 месяцев назад

      @@nuranvahabova7369 İllərnən müalicə alıb nəticə görmüyən insanlar acccess bars seansından sonra sağlıqlarına çatırlarsa bu elə əsl elmdir. Mən insanların anında şəfa aldıqlarının şahidi olmuşam.Bədən prosesləri accessi var ki insanların energetik olaraq blokajlarını açıq və insanlar şəfa tapır. Butun bunlar elmə əsaslanır. Sadəcə bir veriliş ilə bunu insanlara çatdırmaq qeyri mumkundur.

    • @MrQanun
      @MrQanun 10 месяцев назад

      Uydurma metodlardan biridir.

  • @darksiders2040
    @darksiders2040 11 месяцев назад +9

    Son 2 kontentinizdə qonaqlara danışmaq üçün daha az şans verirsiniz. Diqqətə alsanız sevinərəm.

  • @IlahaBeybalayeva
    @IlahaBeybalayeva 11 месяцев назад +2

    Mən Pərvin xanımın seansında olmuşam. Çox savadlı və ən əsas da dürüst insandır👍👍

  • @mynameisworld4097
    @mynameisworld4097 11 месяцев назад +1

    Pervin xanimin mohtesem enerjisi var, 1 saatliq seansda o qeder positiv enerji almisdim ki

  • @MiraliGafarli
    @MiraliGafarli 11 месяцев назад +7

    Əla!

  • @iamshafishafiyev
    @iamshafishafiyev 11 месяцев назад +7

    Gəlin, sizdən bir şey soruşum. Xanıma niyə sual verən yoxdur ki, şüur nədir? Elmi olaraq izah edə bilir şüuru? Psixika və şüur arasındakı fərq nədir? İctimai və fərdi şüur nədir? Fəlsəfədə şüur nədir? Əminəm ki, bunlara cavab tapa bilməyəcək.
    Ona görə də, bu veriliş tam psevdoelmdir. Sadəcə olaraq terminlərlə inaanları dolamaqdır. Xanımın dediyi kvant düşüncənin də bizim bildiyimiz Kvant Fizikası ilə heç bir əlaqəsi yoxdur. Yəni, bu düşüncə tərzi heç bir elmə dayanıqlı deyil.

  • @faridKamalov-l7q
    @faridKamalov-l7q 11 месяцев назад +2

    Xanimin chox elmi danishmagi adami yorur. Emotion chox azdir xanimmda.

  • @YasemenSeferzade
    @YasemenSeferzade 11 месяцев назад +2

    Salam,verlişiniz çox maraqlıdır😊
    Növbəti qonaqlar arasında uzman psixoloq Büşra Kayanı görməkdə xoş olardı.🥰

  • @anarorucov9744
    @anarorucov9744 11 месяцев назад

    47:01 bu hissədən sonra xanımın dediklləri dəhşətdir,ağladım,heyf…
    Musiqi ideyası lap yerinə düşüb 👍🏻

  • @efotbool002
    @efotbool002 11 месяцев назад +1

    Eli men sizin fikirlərinizi cox beyenirem .siz möhtəşəm siz .

  • @nuraymammadli8895
    @nuraymammadli8895 11 месяцев назад

    Həmişəki kimi möhtəşəm✨🌷 Uğurlar, Pərvin! Əminəm ki, çox gözəl uğurlara imza atacaqsan!

  • @dunyayahuzur5060
    @dunyayahuzur5060 11 месяцев назад

    Bir psixologiya fakültəsini bitirən biri kimi marağımı son zamanlar çox çəkən mövzulara toxundu Pərvin xanım💕 və çooox dəyərli aparıcılar Tural bəy 💕və Əli bəy ✌💕
    təşəkkürlər Sizlərə
    Bu arada zəkasını və içtən danışığını çox bəyəndiyim Əli bəyi kimə oxşadıram☺: Azərbaycan cizgi filmlərindən "Toral və Zəri "də mənfi rolu təmsil edən aktyor var e qədim insanları təmsil edən ,xeyli ona oxşadıram☺🤷‍♀️ 😌😌✌💕

  • @abasov043
    @abasov043 11 месяцев назад

    Həqiqətəndə cox gözəl bölem idi,mən özüm Türkiyədə təhsil alıram ata ana mövzusunda cox kövrəldim.

  • @ulviyyaaliyeva777
    @ulviyyaaliyeva777 11 месяцев назад +1

    Bu mövzuya münasibətim tam Əli bəy kimi idi👀 Yeri gəlmişkən, arxa planda musiqi olması maraqlı idi👍🏻

  • @arzumammadovansk
    @arzumammadovansk 11 месяцев назад

    Tural bey cox xahis edirem icaze verin qonaginiz da danissin. Tesekkurler❤

  • @anarnamaz
    @anarnamaz 11 месяцев назад

    Fonda gedən musiqi lap yerinə düşür söhbətgahda. Yenə də nələrsə öyrəndik. Təşəkkürlər ❤

  • @MedineSelimova
    @MedineSelimova 11 месяцев назад +3

    Sosial şəbəkə haqqında gerilim filmi olaraq İnfluencer filmini tövsiyə edərdim. Hər zaman kimi buraxılışınızı səbirsizliklə gözləyirdim davamlı olması diləyi ilə 💜

  • @audiokitab5128
    @audiokitab5128 11 месяцев назад +1

    Fon səsi qoymuyun çox xahiş edirəm

  • @zemfirayusifova3607
    @zemfirayusifova3607 11 месяцев назад

    wow, cox maraqli idi ! 🫠😍

  • @h.o.s.t.2007
    @h.o.s.t.2007 11 месяцев назад +4

    Son zamanların ən populyar mövzusu💚💙

  • @aytanbayramova6026
    @aytanbayramova6026 11 месяцев назад +3

    her zamanki kimi eslinde buraxilisi sevdim lakin xanima cox az vaxt ayrildigini musahide eledimm

  • @aysushavaqatova
    @aysushavaqatova 11 месяцев назад

    Beynimin yandığı inancımın arada qaldığı bir dönəmdə gələn bir tərəfimin inanmağa daha çox meyilli olan mövzusu

  • @herseydaxil619
    @herseydaxil619 11 месяцев назад

    QQ dan gəldik, çox bəyəndiik kanalınızı👍👍

  • @ruslanalguliyev4247
    @ruslanalguliyev4247 11 месяцев назад +7

    Bir şey sırf inanmaq üzərinə qurulubsa deməli elmi həqiqət deyil. Riyaziyyat elmini düşünün. Siz ona inansanız da, inanmasanız da bu bir elmdir və isbat olunub. Yəni insanın subyektiv düşüncəsi həmin şeyin mövcudluğunu şübhəyə salmır. Ancaq thetada göründüyü kimi, mən əgər inanmıramsa deməli heç bir keçərliliyi yoxdur. Onda bəs bunu necə elmi bir şey adlanıra bilərsiz? Çox boşluqlar var. Ümid edirəm nervoloqlar, psixoloqlar, psixiyatrlar, fiziklər bu söhbətləri çürüdəcək və insanlar tələyə düşməyəcəklər.

    • @esport8999
      @esport8999 11 месяцев назад +1

      Thetanin da elmi esaslandirmasi var. Medikler, elm adamlari bunu defelerle subut edibler. Bu barede uzun uzadi daniwa bilerik. Pervin xanim da bunu tamawacilara catdirmaga caliwmiwdir😊

    • @thehasanoov
      @thehasanoov 11 месяцев назад

      Riyaziyyata da sənin dünyanda sənin yaşadığın sosial mühitdə inanıb onu elm kimi qəbul ediblər də ;) Başqa bir qalaktikada ya da tamamilə başqa bir kainatda yaşayan varoluşlarla riyaziyyatın varlığını isbat esə bilməzsən. Çünki Sapiens olaraq sən ona inanırsan.

    • @ruslanalguliyev4247
      @ruslanalguliyev4247 11 месяцев назад

      @@thehasanoov Elmlər insanlar inanıblar deyə var olmayıb. Onlar həmişə orda olublar, sadəcə insanlar müşahidə aparıb, qanunauyğunluqları tapıb və əlaqələr qurub.
      Məsələn, qravitasiya qüvvəsi həmişə mövcud olub, ancaq Nyuton almanın yerə düşməsiylə kəşf edib onu. Yəni Nyuton ona inanıb deyə qravitasiya anlayışı ortaya çıxmayıb (Sadəcə söz olaraq mövcud olmayıb, amma mahiyətcə həmişə orda olub).

    • @ruslanalguliyev4247
      @ruslanalguliyev4247 11 месяцев назад

      @@thehasanoov Həmin yerdə bütün qanunauyğunluqlar fərqlidirsə deməli oranın da özünə məxsus elmi var. Onda riyaziyyat səhvdir demirik, deyirik ki, A qalaktikasında Riyaziyyat keçərlidir. B qalaktikasında isə X elmi.

    • @thehasanoov
      @thehasanoov 11 месяцев назад

      @@ruslanalguliyev4247 söhbət nəyinsə var olması deyil. Ona qalası olsa, əgər hal hazırda Riyaziyyat elmi varsa, və sən ondan gündəlik həyatında istifadə edirsənsə deməli onun varlığına inanırsan. Riyaziyyat elmi heç təkmilləşməyə və ya var olmaya bilərdi. Və yaxud tamilə fərqli bir elm adı altında kəşf oluna bilərdi. Nəticə də sən də həmin elmə inanmağa davam edəcəkdin. Əlbətdə Qravitasiya bu gün fizika elminin içində olsa da olmasa daim olacaq. Amma Nyuton onu “kəşf edib” elmə gətirməsəydi bizim onun varlığından xəbərimiz olmayacaqdı. Nəticədə var olan Gravitasiyaya inanmayacaqdıq.

  • @Artno0
    @Artno0 11 месяцев назад

    arxa fondaki musiqini cox sevdim hemise olsun isteyerem olaya cox gozel ciddilik qatir ve sohbete odaklanmaga komek edir

  • @Fərman.Vəliyev
    @Fərman.Vəliyev 11 месяцев назад +1

    32:42 qısa müddət üçün xüsusi hiss elətdirdi .
    bütöv potkast boyu olsa maraqlı olar

  • @kenanveli5418
    @kenanveli5418 11 месяцев назад

    Möhtəşəm işlərdən biri, möhtəşəmsiniz ))

  • @vidadimammadov5921
    @vidadimammadov5921 11 месяцев назад

    Tural bəy, daban hissənizdəki iynə batma hissi yerimə vərdişinizi korreksiya etmənizə görə ola bilər. Dolayısıyla bu diskomfort əzələ yaddaşını dəyişmək ilə əlaqəlidir.

  • @uchparalel
    @uchparalel 11 месяцев назад +7

    Gözlənilən bildiriş💚💙

  • @easypeasy9492
    @easypeasy9492 11 месяцев назад +2

    Onu bunu bilmirəm qonaq getdikdən sonra səhərə qədər bəylər bir birləri ilə zarafatlaşıblar🤣🤣🤣 BTW biz kişilər çətin ki, gedərik bura🚬

  • @birazerbaycanli8379
    @birazerbaycanli8379 11 месяцев назад +2

    Tural bey bir sey haqqinda da fikriniz olmasin da bir susun geleni dinleyek. Yersiz eqonuz dinleyeni narahat edir artiq

  • @cruisesaz
    @cruisesaz 11 месяцев назад +1

    Salam, ne geder cox ''mən-mən'' eşitdim :((

  • @sadiqquluzade3984
    @sadiqquluzade3984 11 месяцев назад +3

    Sehvlerimiz , her şeyə neqativ yanaşma onnandiki düzgun yaşamırıq. Ruh dünyaya gəlməmişdən öncə Allahnan əhd bağlıyır, dünyaya gəldikdən sora düz yaşamır.çünki unudur Allahla bagladigi ehdi və necə gəldi yaşayır

  • @nargizastilist4063
    @nargizastilist4063 11 месяцев назад +1

    Pervin mohtewemsen😍

  • @MuradagaAlisultanli
    @MuradagaAlisultanli 11 месяцев назад

    Salamlar olsun . Bu buraxilisda olan musiqilerin adlarin qeyd ederdiniz zehmet olmazsa

  • @aydanbeybalayeva8127
    @aydanbeybalayeva8127 11 месяцев назад +12

    Xanim bezi meqamlarda sadece susur ve baxir. Baxishlari ise “men sizin butun komplekslerinizi gorurem” deyir😂😂👍🏼👍🏼

  • @bayramibisov1320
    @bayramibisov1320 11 месяцев назад

    Tetta, betta və s. bu dalğalar haqqında Bernar Verberin "Altıncı Yuxu" romanında da məlumatlar var. Ümumiyyətlə, kitabda qaydalı yuxudan və onun gücü ilə nələr edə biləcəyimizə bəsh edir. Düzdür, elmi-fantastik romandır, amma Pərvin xanımı dinləyəndə o kitab ağlıma gəldi.

  • @MeremAli-w7t
    @MeremAli-w7t 11 месяцев назад

    Tural bey ozu qonagdan daha yaxshi danisir.Ona gore ozu daha cox danishsa yaxshidir

  • @leylaleyla1288
    @leylaleyla1288 11 месяцев назад +1

    Musiqi olmasın mümkünse, söhbetden yayındırır(

  • @gunayzulfi
    @gunayzulfi 11 месяцев назад +1

    45:04 çox təsirləndim.

  • @sahbazxlilli5125
    @sahbazxlilli5125 11 месяцев назад

    Xahiş edirəm microphone problemini həll edin

  • @nuriyecavadova5810
    @nuriyecavadova5810 11 месяцев назад

    Xanımın sözünü tez tez kəsirsiz e, bizə maraqlidir axı bu mövzu,imkan verin məlumatlanaq

  • @narminbadalli
    @narminbadalli 11 месяцев назад +5

    Qonağınıza imkan vermədiniz danışsın 😅❤

  • @samirahuseynova3513
    @samirahuseynova3513 11 месяцев назад

    Tesekkurler🥰

  • @HuseynGulbalayev
    @HuseynGulbalayev 11 месяцев назад +6

    Salamlar.
    Sizi başa düşürəm bu qədər işin arasında maraqlı kontent yaradırsız və bunu davamlı edirsiz.
    Sizdən bir şey xaiş edim.
    Nə olar münasibətləri əvvəlki qaydada edin,
    bilmirəm sözümü düzgün necə ifadə edim.
    Məsələn:Komfort zona mövzusu kimi daha çox düşündürücü, fəlsəfi,nisbətən daha ağır mövzular gəlsə möhtəşəm olar.
    Çox sağ olun.❤
    Biz sizə minətdarıq çünki, bizi düşündürürsünüz.

  • @aytac_elekberova
    @aytac_elekberova 11 месяцев назад

    Təşəkkür edirəm 😊

  • @vidadimammadov5921
    @vidadimammadov5921 11 месяцев назад +2

    Əli bəy, mənim tanıdığım ən inanclı insanlardan biri sizsiniz.

    • @aytnhsnzad683
      @aytnhsnzad683 11 месяцев назад

      Əli bəy inancsızdı axı

  • @Travel_to_Azerbaijan.
    @Travel_to_Azerbaijan. 9 месяцев назад

    Hər şey gözəldir, təşəkkür edirəm,amma Tural bəy sizdən xahiş edirəm ki, qonağın sözünü kəsməyin, sualı verirsiniz,qonaq tam cavablandırmamış sözünü kəsirsiniz,verdiyiniz sualın cavabı qalır yarımçıq.

  • @tauntes
    @tauntes 11 месяцев назад +1

    Psoscience movzulari maraqlidir

  • @aygunmemmedova195
    @aygunmemmedova195 11 месяцев назад

    Menimchun chox maragli movzu idi. Kash ki qonaga daha chox melumat vermeye imkan vererdiz..

  • @aytacqabulova5215
    @aytacqabulova5215 11 месяцев назад

    Lap ürəyimdən keçən sualları verdiz. Nöktə atışı. Əli bəyin yanaşması👍💚💙

  • @Agasef_Huseynov
    @Agasef_Huseynov 11 месяцев назад +1

    Uşaqlar (Tural və Əli) fonunuzu biraz işıqlandırın. Çox qaranlıq düşürsünüz fona.

  • @SaidaSüleymanova-e2w
    @SaidaSüleymanova-e2w 10 месяцев назад

    Bunlar adama xoş gəlir..amma baş allatmaqdır..vallah

  • @ashkannvafa
    @ashkannvafa 11 месяцев назад +5

    Theta healing elmi bir proses deyil.tamamilə spiritual,yəni irrasional bir prosesdir.ağılla məntiqlə düşünülə biləcək bir şey deyil.

  • @narminamanova2891
    @narminamanova2891 11 месяцев назад +1

    Mən də bu verilişi Əli kimi, inanmadim ama izlədim. 😂

  • @sdaynamazova6339
    @sdaynamazova6339 11 месяцев назад +1

    Çox sağolun Pərvinim çox möhtəşəm izah etdiniz .Sanki bir mayak oldunuz bu terapiyaya tərəddüdlə baxanlara. Uğurlarin bol olsun.Amin ❤❤❤

  • @aynuredastan2132
    @aynuredastan2132 11 месяцев назад +7

    Inancsiz Eli beyin Allah haqqi demesi lap dehsetdi ee 😂

  • @HDYConsulting
    @HDYConsulting 11 месяцев назад

    Sizi seve seve izleyirik ama dusunürem bu bolumde qonaginiza qarsi hormetsizliy etmisiniz biraz.sozunu tez tez kesib yarida saxlamaginiz ve bezen qonaginiz yoxdur kimi davranmaginiz mende qiciq yaratdi dostlar.ugurlar

  • @Sultanmmm-x2q
    @Sultanmmm-x2q 11 месяцев назад +1

    😂😂😂 Tural xanım danışır Aliyə çevrilib izah edir
    Bu ne demekdir

  • @karimbabazade836
    @karimbabazade836 11 месяцев назад +4

    İlk günlərdən sizi izləyən biri kimi buraxılışdan hiss etdiyim daha bir ödənişli/sifarişli podcast hissi. Mövzu artıq bir dəfə işlənilmişdi, 2ci dəfə sizə də marağsız idi və demək olar müsahibiniz sizə marağlı deyildi (elə şəxsən mənə də) çox sıxıcı podcast oldu sorry. Yaxşıya yaxşı pisə pis. İşin içinə marağ girən kimi dadı da duzu da səmimiyyəti də qaçır.

  • @nuriyecavadova5810
    @nuriyecavadova5810 11 месяцев назад

    Xanım deyir dünyaya ruh təkamül üçün gəlib, Azərbaycan da neqativ enerjinin olduğu məkandır,vay halımıza 😅 onun üçün bədbəxtik,bilirdim bunu...

  • @google-doodle879
    @google-doodle879 10 месяцев назад +1

    Növbədə çöpçülərdir?

  • @efqanhuseynov1824
    @efqanhuseynov1824 11 месяцев назад

    Bu mualice usulu tesdiqlenmeyib elimde ona gore tam inanmaq mumkunsuz

  • @elsadliyev8816
    @elsadliyev8816 11 месяцев назад

    Salamlar hipnoz barədə mövzularla danışsaz cox maraqlı olardı.

  • @ayazzimov7571
    @ayazzimov7571 11 месяцев назад +4

    Kvant düşüncə təlimi🤣🤣🤣

    • @Facefication
      @Facefication 11 месяцев назад +1

      Təlimçi də yəqin ki Max Planck-dır😉

    • @ayazzimov7571
      @ayazzimov7571 11 месяцев назад

      @@Facefication 😅

    • @fidybeanbird
      @fidybeanbird 11 месяцев назад +1

      Kvant fizikasını anlamayanlar necə kvant düşüncə tərzinə malik ola bilər görəsən? Bu sual düşündürdü məni də.

  • @sabisadig355
    @sabisadig355 11 месяцев назад +1

    Uşaqlıqda nənəmin “kuznetsov aplekator”unu götürüb üzərində dururdum, iradəmi sınamaq üçün😂

  • @ValiAliyev-e9k
    @ValiAliyev-e9k 11 месяцев назад

    Qaraqan kanalı yönəltdi meni

  • @seymurqulamov1204
    @seymurqulamov1204 10 месяцев назад +1

    Eli bey😂😂

  • @javidjafarov4235
    @javidjafarov4235 11 месяцев назад +1

    Əli bəy 💡

    • @Sohbatgah
      @Sohbatgah  11 месяцев назад

      💚💙

    • @rowexsaa
      @rowexsaa 11 месяцев назад +1

      Əli Bəy Candır 👑

  • @kamranqarayev1300
    @kamranqarayev1300 11 месяцев назад

    İnciməyin, ama qonğa imkan yaradın. Yaxşı suallar verin qoyun danışsınlar, biz onları eşitmək istəyirik, sizdən də yaxşı suallar gözləyirik. Mövzu ilə bağlı öz fikirləriniz, mülahizələriniz çox olur, məncə mütəxəssis danışsın. Özünüz videoya yenidən baxın əgər səbriniz çatsa. Məndən də inciməyin. Çalışıb komment yazmıram, maraqlı gəlmirsə izləmirəm digər kanalları, amma Söhbətgahı izləmək istəyirəm. Uğurlar, daha təkmil

  • @saidagayev7482
    @saidagayev7482 11 месяцев назад

    Mogteshemsiz❤❤

  • @jako_1010
    @jako_1010 11 месяцев назад

    Tural bey meshgin bashin buraxmisiz deyesen)

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 11 месяцев назад

    Xoş gəldiniz💚💙

  • @sevincyusifova8832
    @sevincyusifova8832 11 месяцев назад

    Xalanı komple bloklamaq😂😂😂mohteşemmm🤪❤️❤️❤️❤️

  • @moonlight3511
    @moonlight3511 11 месяцев назад

    İnsanları Neqativ duruma salan yaşanılan travmalardır ✅