Dəyərli Söhbətgah izləyiciləri! 💚💙 Rəyləriniz və xoş sözləriniz üçün təşəkkür edirəm! Buraxılışdan özünüz üçün nələrsə götürə bildizsə,bu məni sevindirir. Sizə həmişə özgüvənli və özdəyəri yüksək olmağı arzu edirəm💫😌🫂
Balaca idim atamı qucaqlamaq üçün bəhanə axtarırdım, bir dəfə qonşuda kimsə rəhmətə getdi guya ondan çox təsirlənib qorxmuş kimi etdim , gedib atamı qucaqlamaq üçün, məni itələdi ki, "başın xarab olub ? yeri get özünü gic kimi aparma"... Indi böyümüşük atam yaşlanib bizdən ötrü çox darıxır , tez-tez ona zəng elemeyimizi , diqqət göstərməyinizi istəyir. Amma icimnen gəlmir özümü məcbur edirəm diqqət göstərmək üçün. Ve ancaq borcum olan şeyləri edirəm. Sevgi başqa hissdir...
Əvvəla, söhbət(ümumən belə maarifləndirici kontent) üçün təşəkkürlər. İkincisi, xahiş edirəm, müsahiblərdən problemin həlli üçün də fikirlər soruşulsun. Bəzi podkastlarda problem haqqımda danışılsa da, həllinə səthi toxunulur yaxud heç toxunulmur. Və bir də ki, podkastlar apple podkasta bir az tez yüklənsə çox yaxşı olar. Təşəkkürlər.
@@rustamrustamzade7575 Eynən, qatılıram sizə. Əli bəy, demək olar ki, hər dəfə müsahiblərə dinləyicilərin ürəyindən keçən sualları ünvanlayır və əksərən sual cavabsız qalır yaxud çox uzaq yolla suala toxunulur.
Təşəkkürlər əziyyətiniz və yeni bölüm üçün. From my point of view: “Insun” dan gələn xarici qonaqlar hər şeyi danışır, yeni məlumat verir və fikir formalaşdırır, yerli qonaq gələndə isə ya nəyisə gizlədir demir, ya ümumi və boş danışır, yadaki kvalifikasiyaları elə bu qədərdir. İlker Çağlayan, Sinan Canan, Talha Sağlıklı ilə müqayisədə bu bölümdə zərrə qədər bir məlumat, ideya, fikir yoxdur. Eləcədə Pərvin xanımın Theta Hralingle bagli butaxılışı kimi. Turalnan Əlinin misalları, fikirləri olmasa 10 cu dəqiqədən sonrası baxılmaz belə bölümlər. Söhbətgaha dərin Hörmətlə…
Özgüvənli olan insan hər şeyi bacara bilən insan deyil, əksinə, qarşısına çıxan çətinliklərə, uğursuzluqlara rəğmən bunların öhdəsindən gələ biləcəyinə inanıb, yoluna davam edən insandır.
#söhbətgah Podcast üçün və bu cür faydalı mövzular barədə bilikli insanlarla uzun-uzun söhbətlər üçün təşəkkürlər. Təmənnasız bu söhbətləri dinləmək xalq üçün böyük bir şeydir. Bir neçə saniyədən artıq davam edən hər şeyin insanı çilədən çıxardığı bu sürətlər dövründə, oturub sizin söhbətə dayanmadan 1 saatdan çox qulaq asıram. Şişirtmirəm - hətta arxam ağrıdı oturmaqdan. Müzakirənin özündən savayı, sadəcə düzgün və səmimi ana dilimizdə söhbətlər eşitməyin özü belə dəyərli bir şeydir. Xaricdə yaşayan biri olaraq həm də buna ehtiyacım var deyə bilərəm. Təşəkkürlər!
Maraqli podcast idi tesekkur edirem, ama raziyamki bezi movzulara sethi toxunulur , bu ve ya diger sebebden derine enilmir, yaxsi olardi ki, gelen qonaqlar problemin helli ile bağlı konkret çözüm onerileri deyerdi, ya da bir pasiyentden gizlilik qorunmaq şertile real case getirilerdiki onda ozguven bucur hell olundu, basa dusurem bununcun men o xanimin ve ya diger. psixoloqun qebuluna getmeliyem, ama buna maddi durumu catmayan insanlar da var, insallah. novbeti podcastlarda bu ricamizi nezere alsaz şad olaram 💚💙
İndiyə kimi Söhbətgahda qulaq asdığım müsahibələrdən mənə görə ən qarışıq, xaotik, səthi bir söhbət oldu. Mövzu mənim üçün ən maraqlı mövzulardan biri olsa da heyif ki, istədiyim kimi maraqlı söhbət alınmadı. Cavablar hamısı bir-birini təkrarladı.
Salam,maraqlı söhbət və müzakirə üçün çox sağ olun.Tural bəyin Elşad bəylə Ramazan müzakirəsinə də bax mışam.Bilik səviyyəniz və həyat baxışınız məni çox məmnun edir.Özüm məktəb psixoloquyam.Roza xanımın fikirləri mənim düşüncəmlə üst-üstə düşdüyü üçün tamamilə razı qaldım.Amma toxunduğunuz mövzulara ,məncə,tam vaxt çatmadı.Yəni bir az yarımçıq qaldı.Bir də xahiş edirəm,leksikonunuzda qeyri-ana dili sözlərinizə yer verməyin.Məsələn,keys sözu.Bunu nümunə və ya misal çəkmək ifadələri ilə əvəz etmək olarmı?
Tural bəy tarixi məlumatlar haqqında ayrıca videolar çəksə bizim üçün çox maraqlı və maarifləndirici olar. Söhbətgah xüsusilə gənclərin baxmalı olduğu kanaldır💚💙
Insanlarin coxsu ele qavrayirki öz eqosun kimise ezmekle(soyush ve ya tehqir), ve ya maddi gosterishle ede biler efsuslar olsun. Hamiya mence menevi restore lazimdir.
Özgüvənin dəqiq tərifi var psixologiyada. Özgüvən hər şeyi edə bilmək inancı deyil, edə bildiyini edə bilməkdir. Məsələn biri 100 kq ştanq qaldıra biləcəyi,buna yetərli sübutlar olduğu halda mən edə bilmərəm deyirsə, budur özgüvənsizlik. Biri həqiqətən 100 kq qaldıracaq potensiala malik deyil və bunu fərqində olaraq bunu edə bilmərəm deyirsə, bu özgüvənsizlik deyil. Bunu başqa nüanslara da aid etmək olar. Kimsə edə bilmədiyi şeyləri edərəm deyirsə, buna əsasları yoxdursa, bu isə qeyri-adekvat özünü yuxarı qiymətləndirmə sayılır. Dəqiq cavab budur.Mənə görə, sizə görə deyil bu. Özgüvən iki cür olur. Var durumsal özgüvən, var xarakteroloji özgüvən Durumsal özgüvən adından da bəlli olduğu kimi müəyyən konkret durumlarla bağlıdır. Xarakteroloji özgüvən isə xarakterə işləmiş daha xroniki problemdir. Durumsal özgüvəni nisbətən asan həll etmək olur, lakin xarakteroloji özgüvəni bir az nisbətən daha çətin həll etmək olur. Nəticə olaraq hər ikisi həll olunandır. 😊
Mən çox özgüvənsizem bir neçə dil bilirəm bacarıqların var ama mənə elə gəlir ki dünyadakı bütün insanlar məndən qat qat artıqdilar ..mən bunun öhdəsindən gələ bilmirəm
@@efotbool002yəqin uşaqlıqda valideynləriniz sizi davamlı olaraq başqa uşaqlarla müqayisə edib, onların sizdəm üstün olduğunu vurğulayıb, böyük ehtimalla kökdə bu səbəb dayanır
Hörmətli qonaq və bundan sonra gələcək qonaqlar, əsasən də qadınlar. Xahiş olunur c,ç,g,k hərflərini qarışdırmayın,doğru tələffüz edin. C əvəzinə g demək insanı daha savadlı ya bilikli etmir. Çox yorucu və qulaqdeşən
Psixoloqa ehtiyac duyuram özdə çox,xüsusilə də bu söhbəti dinlədikdən sonra təəssüf ki insan bir seansın qiymətin nəzərə alanda qalır belə ki nə edək indi?
bir gün bir psixoloqda oldum, mənə gözünü yum və ilk uşaqlıq xatirənu danış dedi, o səhnədə anam mənə fiziki şiddət göstərirdi, sonra mən çox xatırlamağa çalışdım, anamın saçımı oxşadığı səhnələri xatırlamağı, təəssüf ki yox idi ( bəlkə də olub, amma o qədər şiddət görmüşəm ki bu səhnə yoxa çıxıb) xanım burda dedi valideyinləri bağışlamalıyıq? mən öz üzərimdə çox çalışdım, amma anamı bağışlaya bilmədim, keçmir o aqresya və atam anamı müdafiə etdiyi üçün bəzən atamla da barışa bilmirəm. Bu günki həyatımda aqresiyam, səhv münasibətim, irəli addım ata bilməmək, çərvilərə salınmaq, hamısı bir ananın əsəridi, ok təşəkkür edirəm məni dünyaya gətirdiyi üçün, amma hər qadın ana olmamalıdı
Düşünürəm ki, psixoloqlarımızın söz ehtiyatlarını genişləndiməyə ehtiyacları var. Eyni söz birləşmələrini, qəlib ifadələri eşitməkdən yoruluram və qulaq asa bilmirəm.
Tural yoldaşıyla münasibətlərə aid suallar veri Əli övladıyla bağlı suallar.Burdan belə nəticəyə gəlinirki travmalarıdı bunların?????ya baş edə bilmirlər???
Salam Tural Bəy Əli Bəy Tural Bəy çox gözəl dedi bəzi adamlar işlə evlənib çərşənbədə tonqalın kənarına yığılıb işdən danışanlar vare Novruzun Tarixçəsindən yox İranda və bəzi ölkələrdə necə keçirtdiklərindən yox ancaq işdən danışanlar var İllərdir görmədiyin adamı görəndə birinci salam necəsən deyib işləyirsən sualı verən adamlar var məncə əsas işi yox yaxşı iş sahibini tapmaqdır mənə görə ayda 1000manat verib mənə dəyər verməyən müdürdənsə Elçin bugün biraz yorğun görünürsən istəsən 1-2 saat tez çıx bu gün işdən deyib 300 manat verən müdürün özüdə işidə daha yaxşıdır
Men Tural beyi dagli dusunurdum oxsayirdi ya Bakili ya da Dagli kimi gelirdi mene Deyesen ama Zaqataldandi Necenci defedi Zaqatalilar dagli kimi gelir mene oxsarliq hiss edirem
"Valideyni bağışlamasaz filan olacaq" manipulyaaiya deyil. Sadəcə insan bu deyimi günahkar uşaq tərəfi ilə eşidirsə bu manipulə olmuş olur, yetkin tərəfi ilə eşidərsə, yox.
Videonun bir hissəsində kouçların psixologiya təhsili haqqında söhbət getdi, əslində onların psixologiyanı bilməkləri gərək deyil çünki onlar psixoloji problemlerlə işləmir və işləməməlidirdə və psixoloq və ya psixoterapevtin həm də "yaşam kouçu" olması mənə görə məntiqli deyil.
Dəyərli Söhbətgah izləyiciləri! 💚💙
Rəyləriniz və xoş sözləriniz üçün təşəkkür edirəm! Buraxılışdan özünüz üçün nələrsə götürə bildizsə,bu məni sevindirir. Sizə həmişə özgüvənli və özdəyəri yüksək olmağı arzu edirəm💫😌🫂
Çoox aydin səlis danisirsiniz...mende bacarq her sey var. Amma qabaga gedemmrmm😢😢😢.. qorxuramm😢😢😢
@@Allahim419təşəkkür edirəm🙏✨
Qorxularınızla işləyin ki,onlar uğurunuzun qabağına keçə bilməsin🙏
Maraqlı söhbət üçün təşəkkür edirik. )
@@Allahim419aydın danışır amma səlist yox
Balaca idim atamı qucaqlamaq üçün bəhanə axtarırdım, bir dəfə qonşuda kimsə rəhmətə getdi guya ondan çox təsirlənib qorxmuş kimi etdim , gedib atamı qucaqlamaq üçün, məni itələdi ki, "başın xarab olub ? yeri get özünü gic kimi aparma"... Indi böyümüşük atam yaşlanib bizdən ötrü çox darıxır , tez-tez ona zəng elemeyimizi , diqqət göstərməyinizi istəyir. Amma icimnen gəlmir özümü məcbur edirəm diqqət göstərmək üçün. Ve ancaq borcum olan şeyləri edirəm. Sevgi başqa hissdir...
Tipik Azerbaycan ailəsi dramı
Eynen😢😢😢
Eyni menim anam.
Ve buda senin alt şuurunda travma kimi qalib özünuzu tam olarag tapa bilmirsiz.bunlarin üzerinde islemey lazımdı
Əvvəla, söhbət(ümumən belə maarifləndirici kontent) üçün təşəkkürlər. İkincisi, xahiş edirəm, müsahiblərdən problemin həlli üçün də fikirlər soruşulsun. Bəzi podkastlarda problem haqqımda danışılsa da, həllinə səthi toxunulur yaxud heç toxunulmur. Və bir də ki, podkastlar apple podkasta bir az tez yüklənsə çox yaxşı olar. Təşəkkürlər.
Spotify-ə də çox gec yüklənir
Ali bəy 1-2 dəfə toxundu ki, tamam bizimlə boşluqlar olub övladlarımızda olmasın deyə nə edək, cavab yarımçıq qaldı təəssüfki
@@rustamrustamzade7575 Eynən. Bəzi qonaqlar suallara çox səthi yaxud sualdankənar cavab verir.
Çoooox gözəl olardı şablon tipli prablemlərin həllilə bağlı məsləhətlər verərdiz
@@rustamrustamzade7575 Eynən, qatılıram sizə. Əli bəy, demək olar ki, hər dəfə müsahiblərə dinləyicilərin ürəyindən keçən sualları ünvanlayır və əksərən sual cavabsız qalır yaxud çox uzaq yolla suala toxunulur.
Təşəkkürlər əziyyətiniz və yeni bölüm üçün. From my point of view: “Insun” dan gələn xarici qonaqlar hər şeyi danışır, yeni məlumat verir və fikir formalaşdırır, yerli qonaq gələndə isə ya nəyisə gizlədir demir, ya ümumi və boş danışır, yadaki kvalifikasiyaları elə bu qədərdir. İlker Çağlayan, Sinan Canan, Talha Sağlıklı ilə müqayisədə bu bölümdə zərrə qədər bir məlumat, ideya, fikir yoxdur. Eləcədə Pərvin xanımın Theta Hralingle bagli butaxılışı kimi.
Turalnan Əlinin misalları, fikirləri olmasa 10 cu dəqiqədən sonrası baxılmaz belə bölümlər.
Söhbətgaha dərin Hörmətlə…
Bu cür gözəl podkast-ı bizə hədiyyə elədiyinizə görə sizə təşəkkür edirəm.
🙏✨
Hemişeki kimi ela paylaşım Roza xanım pozitiv ve bilikli biridir görünür 3de teşekkürler
Təşəkkür edirəm!🙏✨
Her sizin verlise baxanda elebil yeni bir kitab oxuyuram. Minnetdariq size. Qerara gelmisem size baxanda yanimda qeyd defteri saxlayim.🤗
Söhbətgah bildirimi =xoşbəxtçilik ✅️
“Xoşbəxtçilik” yox,xoşbəxtlik. “çi” sənət,peşə bildirən şəkilçidir
😂😂
@@abshied.mabshied.m7167 okay
Təşəkkür
Özgüvənli olan insan hər şeyi bacara bilən insan deyil, əksinə, qarşısına çıxan çətinliklərə, uğursuzluqlara rəğmən bunların öhdəsindən gələ biləcəyinə inanıb, yoluna davam edən insandır.
#söhbətgah Podcast üçün və bu cür faydalı mövzular barədə bilikli insanlarla uzun-uzun söhbətlər üçün təşəkkürlər. Təmənnasız bu söhbətləri dinləmək xalq üçün böyük bir şeydir. Bir neçə saniyədən artıq davam edən hər şeyin insanı çilədən çıxardığı bu sürətlər dövründə, oturub sizin söhbətə dayanmadan 1 saatdan çox qulaq asıram. Şişirtmirəm - hətta arxam ağrıdı oturmaqdan. Müzakirənin özündən savayı, sadəcə düzgün və səmimi ana dilimizdə söhbətlər eşitməyin özü belə dəyərli bir şeydir. Xaricdə yaşayan biri olaraq həm də buna ehtiyacım var deyə bilərəm. Təşəkkürlər!
uşaqlıqdan bəri mən də demişəm ki tək olmaq ətrafında zərərli insanların olmasından daha yaxşıdır
Kəramət Böyükçölü görmək çox xoş olardı.Tural bəylə Kəramətin müzakirələri çox maraqlı olardı
Eynən
Kəraməti çağırsalar deyəcəklər ki siyasətdən danışma ))
@@MultiMurad1 oda düzdü.
Maraqli podcast idi tesekkur edirem, ama raziyamki bezi movzulara sethi toxunulur , bu ve ya diger sebebden derine enilmir, yaxsi olardi ki, gelen qonaqlar problemin helli ile bağlı konkret çözüm onerileri deyerdi, ya da bir pasiyentden gizlilik qorunmaq şertile real case getirilerdiki onda ozguven bucur hell olundu, basa dusurem bununcun men o xanimin ve ya diger. psixoloqun qebuluna getmeliyem, ama buna maddi durumu catmayan insanlar da var, insallah. novbeti podcastlarda bu ricamizi nezere alsaz şad olaram 💚💙
Hami eyni seyi yazib.hec kim acari vermez.corek agacini baltalamaz
Bildiriş və biz burdayıq...
İndiyə kimi Söhbətgahda qulaq asdığım müsahibələrdən mənə görə ən qarışıq, xaotik, səthi bir söhbət oldu. Mövzu mənim üçün ən maraqlı mövzulardan biri olsa da heyif ki, istədiyim kimi maraqlı söhbət alınmadı. Cavablar hamısı bir-birini təkrarladı.
İzlədiyim ən gözəl bölümlərdən biridir. Tural bəyin gözəl sualları, Roza xanımın çəkdiyi misallarla məntiqli izahları, və Əli bəyin qızıl fikirləri❤️
Təşəkkür edirəm🙏✨
Azərbaycanda 4 dildə seans keçirə bilən nadir psixoterapevtlərdən biri✨ Möhtəşəmsiz💕
Çox maraqli podkast oldu. Çox sagolun. Sizin podkastkar çox kömək edir öz inkişafda ❤️
Təşəkkür edirəm!✨🙏
Öz güvəni artıran 6 vaciblər…
1.Öz baxım
2.Negativ düşüncələrdən uzağ dayanmaq
3.Olumlu davranmaq
4. Yavaş danışmaq
5.Yaxşı geyinmək
6.Dik dayanmaq
Salam,maraqlı söhbət və müzakirə üçün çox sağ olun.Tural bəyin Elşad bəylə Ramazan müzakirəsinə də bax
mışam.Bilik səviyyəniz və həyat baxışınız məni çox məmnun edir.Özüm məktəb psixoloquyam.Roza xanımın fikirləri mənim düşüncəmlə üst-üstə düşdüyü üçün tamamilə razı qaldım.Amma toxunduğunuz mövzulara ,məncə,tam vaxt çatmadı.Yəni bir az yarımçıq qaldı.Bir də xahiş edirəm,leksikonunuzda qeyri-ana dili sözlərinizə yer verməyin.Məsələn,keys sözu.Bunu nümunə və ya misal çəkmək ifadələri ilə əvəz etmək olarmı?
Adamı xoşbəxt edən həmin o bildiriş gəldi. Söhbətgah yeni video paylaşdı!
Her şey göre təşəkkürlər ❤
Salam. ÇooooxxxTeşekkürler bele maariflendirici buraxılış üçün.
Çox maraqlı podkast idi.Qonaq savadlı və məntiqli söhbət apardı,eynən sizlərdə.Təbrik edirəm.❤
Təşəkkürlər söhbətgah ❤
Mövzu əla ,qonaq seçimi əla ,aparıcılar əla💚❤💚
Tural bəy tarixi məlumatlar haqqında ayrıca videolar çəksə bizim üçün çox maraqlı və maarifləndirici olar. Söhbətgah xüsusilə gənclərin baxmalı olduğu kanaldır💚💙
Təsəkkurlər. Hər zamanki kimi cox maraqli oldu.
Allah razi olsun ❤
Təşəkkürlər möhtəşəm idi
Insanlarin coxsu ele qavrayirki öz eqosun kimise ezmekle(soyush ve ya tehqir), ve ya maddi gosterishle ede biler efsuslar olsun. Hamiya mence menevi restore lazimdir.
Özgüvənin dəqiq tərifi var psixologiyada. Özgüvən hər şeyi edə bilmək inancı deyil, edə bildiyini edə bilməkdir. Məsələn biri 100 kq ştanq qaldıra biləcəyi,buna yetərli sübutlar olduğu halda mən edə bilmərəm deyirsə, budur özgüvənsizlik. Biri həqiqətən 100 kq qaldıracaq potensiala malik deyil və bunu fərqində olaraq bunu edə bilmərəm deyirsə, bu özgüvənsizlik deyil. Bunu başqa nüanslara da aid etmək olar. Kimsə edə bilmədiyi şeyləri edərəm deyirsə, buna əsasları yoxdursa, bu isə qeyri-adekvat özünü yuxarı qiymətləndirmə sayılır. Dəqiq cavab budur.Mənə görə, sizə görə deyil bu. Özgüvən iki cür olur. Var durumsal özgüvən, var xarakteroloji özgüvən Durumsal özgüvən adından da bəlli olduğu kimi müəyyən konkret durumlarla bağlıdır. Xarakteroloji özgüvən isə xarakterə işləmiş daha xroniki problemdir. Durumsal özgüvəni nisbətən asan həll etmək olur, lakin xarakteroloji özgüvəni bir az nisbətən daha çətin həll etmək olur. Nəticə olaraq hər ikisi həll olunandır. 😊
Mən çox özgüvənsizem bir neçə dil bilirəm bacarıqların var ama mənə elə gəlir ki dünyadakı bütün insanlar məndən qat qat artıqdilar ..mən bunun öhdəsindən gələ bilmirəm
@@efotbool002yəqin uşaqlıqda valideynləriniz sizi davamlı olaraq başqa uşaqlarla müqayisə edib, onların sizdəm üstün olduğunu vurğulayıb, böyük ehtimalla kökdə bu səbəb dayanır
Dəhşətli dərəcədə çox maraqlı idi! Təşəkkür edirəm!
İlk bəyənib, comment yazan mən oluram,davamını siz gətirin.
Xəyal dünyasında yaşamaq -daydreaming və anı yaşamaq barədə podkast gəlsə əla olar✅
Ela verlish idi. Ugurlar!
Çox maraqlı və faydalı podcast idi👍
Xanım çooooox gözəldir 🥺❤️
Çox Gözəl Sohbətgah Masası Maraqlıdi ❤❤❤❤
Hörmətli qonaq və bundan sonra gələcək qonaqlar, əsasən də qadınlar. Xahiş olunur c,ç,g,k hərflərini qarışdırmayın,doğru tələffüz edin. C əvəzinə g demək insanı daha savadlı ya bilikli etmir. Çox yorucu və qulaqdeşən
Psixoloqa ehtiyac duyuram özdə çox,xüsusilə də bu söhbəti dinlədikdən sonra təəssüf ki insan bir seansın qiymətin nəzərə alanda qalır belə ki nə edək indi?
25 30 azna yaxsı psıxoloqlar var
Bircə ondan razıyam ki, özümdən narazıyam..
Chox gozel buraxilish🙏🏼
Heyatin bezi anlarında tam ozguvenli olsamda bezi movzularda ozguvensizlik, anxietyden eziyyet cekirem
Çox çpx çox ela bir söhbet idi😍
Təşəkkürlər söhbətgah ❤
Salam.Faydalı buraxılış idi 👍🏻
təşəkkürlər , əhsən 🙏🏼🫂
Bravo🌸
Özgüvən vacibdi.Bir insan hansı limana çatmaq istədiyini bilirsə onun üçün hər külək uygundu
Salam novbeti buraxilislarda Tahir Emiraslanovu da devet etmeyinizi isterdim ugurlar size👏
Təşəkkürlər söhbətgah
Sen çox ağıllısan deyil, sen bunu çox Ağıllı ( qeşeng, yaxşı) eğdin!
Minnətdaram 💙💚
Çox maraqlı idi,çox sağolun❤
Uğurlar
👍
bir gün bir psixoloqda oldum, mənə gözünü yum və ilk uşaqlıq xatirənu danış dedi, o səhnədə anam mənə fiziki şiddət göstərirdi, sonra mən çox xatırlamağa çalışdım, anamın saçımı oxşadığı səhnələri xatırlamağı, təəssüf ki yox idi ( bəlkə də olub, amma o qədər şiddət görmüşəm ki bu səhnə yoxa çıxıb) xanım burda dedi valideyinləri bağışlamalıyıq? mən öz üzərimdə çox çalışdım, amma anamı bağışlaya bilmədim, keçmir o aqresya və atam anamı müdafiə etdiyi üçün bəzən atamla da barışa bilmirəm. Bu günki həyatımda aqresiyam, səhv münasibətim, irəli addım ata bilməmək, çərvilərə salınmaq, hamısı bir ananın əsəridi, ok təşəkkür edirəm məni dünyaya gətirdiyi üçün, amma hər qadın ana olmamalıdı
çox faydalı bir video. 🖤
👍🏻👍🏻👍🏻👍🏻
Bayramınız mübarək 💙💚❤️
Xosuma geldi
Bitirdim 🎉. Sağ olun
Özünəgüvən artıq qlobal problemlərdən birinə çevrilib
Bravo
💚💙
💚🎧💙
"Grammar Azi" səhifəsi görməmiş "özgüvən"i, "özünəgüvən"lə dəyişin. :)
MeteXan nümunəsi oydaaaaa dedirtdi ❤
Gəldi sevimli bildirişim🤗🍀💚💕
video qəşəy olub bu filmi niyə izləməliyəm konsepti davamı gələcək mi?
Salam Roza xanim.Sizin sosial media hesabinizin adi nedir?
Podkastlar spotify-a daha tez yüklənsə , daha yaxşı olar 💚💙
Düşünürəm ki, psixoloqlarımızın söz ehtiyatlarını genişləndiməyə ehtiyacları var. Eyni söz birləşmələrini, qəlib ifadələri eşitməkdən yoruluram və qulaq asa bilmirəm.
Salam Əli bey cismən ordasız ruhən gəlib gedirsiz😊 məncə
👍
😊
Salam,soyadınıza görə keçid edirəm.Bəlkə siz məlumatlı olasınız.Mehin Şıxlinskaya hansı sahənin həkimidir? Hansı xəstəxanada çalışır?
👍👍👍
Azərbaycan dilində "özgüvən" sözü yoxdur. Düzgün olan "özünə güvən".
Yazıq ana 😢axı ailə anadan ibarət deyil .Ana ha ucaltsın ata gelib uşaqla lazımsız biri kimi davransa ananın etdiyi sıfır olur 35:00
Tural yoldaşıyla münasibətlərə aid suallar veri Əli övladıyla bağlı suallar.Burdan belə nəticəyə gəlinirki travmalarıdı bunların?????ya baş edə bilmirlər???
Tural bəyin uşaqlığında özümünkünü gördüm- yaquzaq😕
Bu verilişin Kəramət Böyükçölü çatışmır
Fake özgüvenli insanlar çoxdu mence.Etrafımda gördüyüm dırnagarası özgüvenli insanlardan bilirem.En Çoxda kişilerde müşahide edilir.
Raziyam, ama heyif çox halda özleri ferqinde deyil
Salam Tural Bəy Əli Bəy Tural Bəy çox gözəl dedi bəzi adamlar işlə evlənib çərşənbədə tonqalın kənarına yığılıb işdən danışanlar vare Novruzun Tarixçəsindən yox İranda və bəzi ölkələrdə necə keçirtdiklərindən yox ancaq işdən danışanlar var İllərdir görmədiyin adamı görəndə birinci salam necəsən deyib işləyirsən sualı verən adamlar var məncə əsas işi yox yaxşı iş sahibini tapmaqdır mənə görə ayda 1000manat verib mənə dəyər verməyən müdürdənsə Elçin bugün biraz yorğun görünürsən istəsən 1-2 saat tez çıx bu gün işdən deyib 300 manat verən müdürün özüdə işidə daha yaxşıdır
butun xosbextlikler eynidi amma insanlar heresi ferqli formada bedbext olurlar
Xanım psixoloqdan çox "özgüvən" sözünün etimologiyasını izah edən filoloq təəssüratı bağışladı.
💚💙-❤
Vurğulanan məqamlar ilə çox tez-tez, həm özümüzdə, həm başqalarında qarşılaşdığımızı nəzərə alsaq, çox faydalı bir söhbət olub.
Təşəkkürlər ❤️
Men Tural beyi dagli dusunurdum oxsayirdi ya Bakili ya da Dagli kimi gelirdi mene Deyesen ama Zaqataldandi Necenci defedi Zaqatalilar dagli kimi gelir mene oxsarliq hiss edirem
Əslən Qazaxlidir mence
Aygun kazimova 😅😅
Psixoloq ozu ushagligda travma alan olu deyesen hiss olunur. Qonaq daha maragli ola bilerdi!
Nizami Orucov bu sahədə daha praktik danışır
Əli bəyin dediyi Mələk xanım harada fəaliyyət göstərir?
"Valideyni bağışlamasaz filan olacaq" manipulyaaiya deyil. Sadəcə insan bu deyimi günahkar uşaq tərəfi ilə eşidirsə bu manipulə olmuş olur, yetkin tərəfi ilə eşidərsə, yox.
Noolar valdeyn yox dəə valiiiideyn..
Menşova formatı olsa da azərbaycandilli kütlə üçün yaxşı kontekstdəsiz.
Videonun bir hissəsində kouçların psixologiya təhsili haqqında söhbət getdi, əslində onların psixologiyanı bilməkləri gərək deyil çünki onlar psixoloji problemlerlə işləmir və işləməməlidirdə və psixoloq və ya psixoterapevtin həm də "yaşam kouçu" olması mənə görə məntiqli deyil.
💙🤍
Şərh bölməsini bağlayın