Unudulmaz şair / Elçin Maştağalı / Əli Ədalətli təqdim edir

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2022
  • Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin. Qardaşı Şahin zərb alətləri ifaçısı idi. Qardaşı Elçinlə birlikdə el şənliklərinə gedib onu müşayiət edərdi.
    Elçin kitab oxuyub savad artırmağı çox sevərdi. Gecələri qaranlıq otaqda şam işığında oturub kitab oxuyardı. Şeir-Qəzəl yazardı. Elçin el şənliklərinə dəvət olunduğu üçün insan adlarının mənasını kitablardan öyrənərdi. Qardaşı Şahin ondan soruşanda ki, "Bunlara niyə vaxt ayırırsan?", Elçin cavab olaraq - "Çünki mən meyxanaçıyam, məndən hər bir insan dediyim sözün və çəkdiyim adların mənasını soruşa bilər" - deyərək cavab vermişdir. Elçin həm də ədəbiyyata çox nəzər salardı, meyxana sənətinin sirlərini kəşf edərdi. Bir çox şeir-qəzəl və mahnıların müəllifidir. Bu gün də Elçinin mahnılarını müğənnilər, qəzəllərini isə xanəndələr sevə-sevə ifa edirlər.
    Onun könül oxşayan avazlı səsi var idi. Meyxana meydanındakı bir-birindən mənalı meyxanaları Elçinin qısa zaman ərzində şöhrət qazanmasına səbəb oldu. Azərbaycanın müxtəlif bölgələrinə dəvətlər alaraq xalqın ürəyinə yol tapdı.
    1992-ci ildə Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilinin rəhbərliyi ilə keçirilən Respublika Meyxana Müsabiqəsində Elçin öz istedadı və mənalı meyxanaları ilə birinci yerin qalibi olur. Buna görə də Elçinə rəsmi olaraq pul mükafatı təqdim olunur.
    Elçinin ən çox tanınıb-şöhrət əldə etdiyi illər 1990-1994-cü illər olmuşdur. O dövrdə Elçinin 22-25 yaşlarında olmasına baxmayaraq Elçin dövrünün ən çox sevilən meyxana ustadlarından biri idi. Elçin Ağasəlim Çıldağ, Molla Məmməd, Nizami Rəmzi, Bayram Kürdəxanılı, Kərim, Ağamirzə, Məşədibaba, Namiq Məna, Vüqar Əbdülov və digər meyxana ustadları ilə birlikdə el şənliklərində, televiziya-radio efirlərində və konsertlərdə meyxanalar demişdir.
    Yaşadığı Maştağa kəndində onu Şair deyərək çağırardılar. Elçin meyxana sənətinin sütunlarından biri sayılır.
    #elcinmastagali #meyxan #trend

Комментарии • 423

  • @rafaelrasulov4814
    @rafaelrasulov4814 Год назад +74

    Əli sağ ol gardaş.Bu verilişləin ən üstünü oldu.Elçini heç kim yada salmamışdı.Veriliş çəkməməmişdi.Sən bunu elədin.Sağ ol!🤝

  • @eminrecebli8260
    @eminrecebli8260 Год назад +162

    Elçinlə Məşədibaba arasında mərdməzarciliq yaradanlardan biri indi öz cani ilə əlləşir, biridə hələki salamatdır. Vaxt gələcək bu dünyada olmasada axirətdə hər nəyin cavabını verəcəklər. Elçin güclü Şair idi ruhu şad olsun🤲

    • @turalabdullayev8850
      @turalabdullayev8850 Год назад +28

      Ele bicaqi vuraninda axirni gorduy

    • @seriycardinal7738
      @seriycardinal7738 Год назад +7

      @@turalabdullayev8850 bilmediyin sox shey var

    • @turalabdullayev8850
      @turalabdullayev8850 Год назад +5

      @@seriycardinal7738 sen dayi bilirsende

    • @memmedov_037
      @memmedov_037 Год назад +6

      @@turalabdullayev8850 Məşədibaba ilə Namiq Mənanın köhnə meyxanası var. Gəl qabağa qaçma qırağa dostum. Ona diqqətlə qulaq as sonra gör Elçinin ölüm səbəbi nə olub

    • @turalabdullayev8850
      @turalabdullayev8850 Год назад +2

      @@memmedov_037 ala ne meyxanayeee vurubda onu picaqnan bidene vurub ne vurub onun vurduqu picaqan olubde qulaq asmisam. Qafiyeye

  • @tofiqkazimov956
    @tofiqkazimov956 Год назад +63

    Paxıllığın,xeyanetin qurbanı olan ABŞERONUN BÜLBÜLÜ.Allah o dünyasını versin inşaAllah.Senətinin müzakireye ehtiyacı olmayan bir şair olub.Kaşki yaşasaydı.....

  • @elcinsahverdiyev6306
    @elcinsahverdiyev6306 Год назад +47

    Elçin meyxananın gəlmiş getmiş ən güclü şairi olub Allah rəhmət eləsin.Meyxananin ŞAHI👑

  • @musayev__9364
    @musayev__9364 Год назад +31

    Allah rəhmət eləsin Mənim üçün meyxanin iki Şahı var Elçin ve Aydin Xırdalanlı

  • @ismayilmemmedov6697
    @ismayilmemmedov6697 Год назад +35

    Əzizim Əli! Təşəkkür edirəm! Əziyyətin böyükdür. Çox sağ ol. Var ol. Allah səni və komandanı hər zaman müvəffəq edib uca zirvələrdə qərar versin.

  • @namiqbabayev6132
    @namiqbabayev6132 Год назад +51

    ALLAH Rəhmət eləsin Əsl Meyxana Kralı 🥀♥️

  • @turalabdullayev8850
    @turalabdullayev8850 Год назад +52

    ALLAH SENE CAN SAQLIQI VERSIN Eli Ruhu Sad Olsun Elcin "Meyxananin Briliyanti olub" Cempion oldu yediler basini Qizil Medali goturmusdu ona gore udquna bilmediler yer eledi Amma Ureylerdedi Allah rehmet elesin

    • @Uuuu-cv5rg
      @Uuuu-cv5rg Год назад +1

      Aydın necə ki çempion oldu qızıl medal. Narkotikə dadandırıb məhv etdilər. Eyni həyat

    • @servisservis5008
      @servisservis5008 Год назад

      REHMETLIK ELISLAM DAGLI 1996 CI ILDE MEYXANIN CEMPIYONU OLDU. O DA NARKOTIKDEN OLDU

    • @servisservis5008
      @servisservis5008 Год назад +1

      1992 ci ilk cempiyon Elcin Mawtagali. 1996 ci ilde Elislam Dagli. 2001 ci ilde Aydin Xirdalanli olub cempiyon. Amma her 3 de Rehmet gedib. Allah Rehmet Elasin

  • @nofelxan4568
    @nofelxan4568 Год назад +11

    Deyib bir oxlum qebire bir oxlum sibire kedir Allah her ucune rehmet elasin boyuk shayirler Meshedibabayada Elcinede ve Elcinin atasinada rehmet elasin amin!!

  • @a.a3541
    @a.a3541 Год назад +22

    Böyuk iş gördün Əli, həgigətən boyük iş. Coxsağol gardaş❤❤

  • @ruslanliyev1223
    @ruslanliyev1223 Год назад +11

    Hər kimin ki əli var Elcinnən Meşədbabanın sőz sőhbətinin dűşməsində Allah bəlasın versin.Onların ikisidə gűclű diyən olub bunların hər ikisində məhv elədilər.Olar őldű haqq dűnyasındadılar.Allah rəhmət eləsin.

  • @pervizeminli6061
    @pervizeminli6061 Год назад +42

    Həyatda 2insan üçün heyfslənirəm Biri Aydın Xırdalanlı, o biridə Elçin rəhmətlik.Allah hər ikisinin ruhun şad eləsün🤲

    • @ayazbabayev4027
      @ayazbabayev4027 Год назад +3

      Vüqarida çixartmiyaq yaddan

    • @turalvahabov2132
      @turalvahabov2132 Год назад +1

      Vüqarı da, Aydını da indiki Kəbləyilər məşhur 4lü korladı. Ən bərk ağlayanlar. Vüqarim Aydınım deyənlər.

    • @justtme1
      @justtme1 Год назад +1

      @@turalvahabov2132 burda söz Rəşada ünvanlanır?

    • @turalvahabov2132
      @turalvahabov2132 Год назад +1

      @@justtme1 Vüqar Biləcəri rəhmətlik deyirdi Elşən Xəzərə. ALLAH şeytana lənət eləsin.

  • @beko_3868
    @beko_3868 Год назад +32

    Allah rehmet elesin....Zehmeti olanlarin her birine Allah can sagligi versin.

  • @fezaililyasof8792
    @fezaililyasof8792 Год назад +19

    94 olub helede sevilir ..maraxli olan buduki onu gormeyenlerde sevir ..meselen men o vaxdi usaq olmusam indi sevirem

    • @ilqaraliyev1605
      @ilqaraliyev1605 Год назад +6

      Mende hemcinin qaqaw 1 yawim olub dunysini deyiwende ama Sagolsun Wirzad Emi onun cekdiyi vodyolar qalib elmizde Uzne baxan kimi bilinir ki nece insan olduqu 😢😢😢

  • @meharemmeherimli4933
    @meharemmeherimli4933 Год назад +26

    Biz ancaq Allah rəhmət eyləsin deyə bilərik. Başqa söhbəti Allah bilir 🥀🖤

  • @allahverdi5589
    @allahverdi5589 Год назад +15

    Sağ ol əli sən Elçini yada salsın ötən illərin ən gözəl söz deyənin şairi yad elədin çox sağ ol

  • @agamehdibedelov4735
    @agamehdibedelov4735 Год назад +10

    Abeşeron Bülbülü. Meyxananın Usdad şairi Elçin. Allah rəhmət eləsin. Unudulmaz şair. Kim bilir bəlkə sağ qalsaydı nələr nələr nələr olardı və nələr edərdi. Şükür Allahın məsləhətinə. Allah mərdiməzarın evini yıxsın. ƏLİ ƏDALƏTLİ. ÇOX GÖZƏL VERLİŞ HAZIRLADIZ. SİZƏDƏ TƏŞƏKKÜRLƏRİMİZ VAR.

  • @maismamedov9348
    @maismamedov9348 Год назад +17

    Paxilliqni ceken senet yoldawlari terefinden heyifki omur surmedi Allah rehmet elesin Elcine

  • @elminisgenderov7588
    @elminisgenderov7588 Год назад +18

    Dahi sair olub qalsaydi neler ederdi neler Allah rəhmət eləsin

  • @aqilnebiyev3311
    @aqilnebiyev3311 Год назад +75

    Ilk meyxana cempionu, Allah sene rehmet elesin

    • @sashanaghiev8774
      @sashanaghiev8774 Год назад +3

      Hansi festivalda çempion olub?

    • @turalabdullayev8850
      @turalabdullayev8850 Год назад +10

      @@sashanaghiev8774 sirkda kecirilen musaqibede " qizil medali goturub" Ruhu Sad Olsun ele ona gorede gozleri goturmedi yediler basini

    • @aqilnebiyev3311
      @aqilnebiyev3311 Год назад +6

      @@sashanaghiev8774 1992 ci.. Sirkde ilk meyxana cempionu olub.

  • @tebrizmusayev5837
    @tebrizmusayev5837 Год назад +27

    Allah rəhmət eləsin Allah səbr versin yaxınlarına dogmalarina Allah Mesedi Babayada rəhmət eləsin Mesedi Baba şair kimi yaxşı şair ola bilər Amma insan kimi heç xoşuma gelmeyib çox özün dartıb yekə yekə aparıb özünü Elçini çox nahaq vurub bəziləri deyecek Kərim Ağamirzə eləyib amma bıçağı Mesedi Baba vurub hele utanmaz utanmaz bir dəfə deyirdi necə il yatmışam adama deyərlər ne usde yatmısan ??nahagdan vurmusan kimisə?? Əslində bunu demek ayıb idi ne deyim Allah hər ikisinə rəhmət eləsin Elçinin ölümü şəxsən məni insan kimi çox yandirir

  • @dadaselekberov9597
    @dadaselekberov9597 Год назад +12

    Alla sirzada can sagligi versun.cekilisder 100%sirzadin zehmetidi.elcinede alla rehmet elesun.

    • @dadaselekberov9597
      @dadaselekberov9597 Год назад

      Bilirem mahni nizaminindi nizami diyib dagli balasiyam molla diyib bakili balasiyam.

  • @ilqarfhn.surucu.12.xelefov
    @ilqarfhn.surucu.12.xelefov Год назад +12

    Halaldı agsaqqala axırında ureynen ele dediki Ne Xoş Meneki Men Elçinle Dostlug Elemişem...Allah Rehmet Elesin...

  • @Umudbeats11
    @Umudbeats11 Год назад +18

    Elçin mənnən nişanəydi neynədüz🥀
    Allah rəhmət eləsin.İndi biri yarımcandı,biri özün yandırdı,biridə görəy axırı nolur.
    Mollaməmməd əmiyədə Allah rəhmət eləsin.

  • @anarnovruzov9479
    @anarnovruzov9479 Год назад +19

    ALLAH rəhmət eləsin gözəll Şairmizə, yeri Behişt olsun İnşəALLAH

  • @RtWeddTEexs
    @RtWeddTEexs Год назад +13

    Eli Allah sennen razi olsun,saqol ki yad eledin sairi,Allah Elcine rehmet elesin

  • @user-jd3ee8rv7h
    @user-jd3ee8rv7h Год назад +18

    Allah rəhmət eləsin Ruhu şad olsun Amin

  • @cemsiddadasov4455
    @cemsiddadasov4455 Год назад +5

    Adìm Elçin yaranmìşam eliçùn.
    Adìm dùşùb ezber Azerbaycana.ALLAH rahmat elasùn yeri behişt olsun

  • @kontakthome717
    @kontakthome717 Год назад +14

    Bir meclisde Elçine Füzuliden bir misra dediler ki cani ver canaane ki canan biler can qedrini. 2 ci misrani sen getir. Elçin de qayitdi ki : ölür, tamah tutub gözün bilmir müselman qedrini

  • @user-iv7ne7lt2z
    @user-iv7ne7lt2z Год назад +21

    ALLAH AGAMIRZE VE QARDAWI ADILIN BELASINI VERSIN. BUNU BILENLER BILIR. ALLAH ELCINE DE BABAYA DA QENI-QENI REHMET ELESIN. TEESSUFLER..........

    • @ruslanliyev1223
      @ruslanliyev1223 Год назад +6

      Bax bu sőhbəti mən eşidmişəm ki o olan hadisədə Ağamirzənin və qardaşının əli var hətdda maşında o vaxta qədər gezdiriblər ki kecinib.Coxdan eşidmîşəm bərkədə səhv eliyirəm amma təxmini belə sőhbət idi.

    • @elnuraslanov6046
      @elnuraslanov6046 Год назад +5

      Cavab verəcəylər o dünyada. İt kimi gəbərəcəylər

    • @qurbanaliyev8176
      @qurbanaliyev8176 Год назад +3

      Duzdur qaqaw haqqi edalet cixacaq... allah gec edir guc edir...

    • @user-uf9ye6vm6z
      @user-uf9ye6vm6z Год назад +1

      Be Elcini vuranda bawqa adamlar yoxuydumu aparsin balnisaya nese qaranlig bir hadisedi heckesde demir hec ayleside deqiq bilmir nece hadise baw verib

    • @memmedov_037
      @memmedov_037 Год назад +3

      Məşədibaba rəhmətlik həbsdə olanda demişdi ki Elçini öldürənlər başqa adamlardı ancaq əzabın mən çəkirəm

  • @ulviqehramanov9327
    @ulviqehramanov9327 Год назад +11

    Siz indiki dediyiniz Nömrə1 meyxanaçılardan biri idi.AllaH RəhməT EtsiN

  • @lsgrquliyev581
    @lsgrquliyev581 Год назад +25

    Kəndimin yaxşı şairi ALLAH rəhmət etsün sənə Elçin

    • @rafaelrasulov4814
      @rafaelrasulov4814 Год назад +13

      Kəndin yox,Azərbaycanın ən yaxşı meyxanaçısı idi.😪

  • @aydinaslanov9574
    @aydinaslanov9574 Год назад +7

    26 yasna qeder gor nece hormet qazanib nece senet gosderib allah rehmet elesin

  • @user-rl2yc5tr1w
    @user-rl2yc5tr1w Год назад +4

    Salam her kese men masallidanam qobuda yasayiram And olsun hergun elcine qulaq asram

  • @elsadibrahimov8264
    @elsadibrahimov8264 Год назад +9

    Allah rəhmət eləsin meyxana şahına, ruhu şad olsun.
    Hər daim adını çəkib rəhmət ilə anılacaq Elçin.

  • @dagli4814
    @dagli4814 Год назад +4

    Əli qardaşım Allah sene kömək olsun.
    Sen ilk olararaq meyxana haqqında verliş teşkil edende birinci rehmetli Elçinden başlamalı idin qardaş.
    Elçin meyxananın Kralı idi.
    Elçini baglayan olmayıb.
    Elçini gözleri gotürnedi.
    Üç ağanın eli ile ardan göturduler onu.
    Terbiyye yüksek seviyyede idi Elçinde.
    Allah rehmet elesin.

  • @mmmmmmm1642
    @mmmmmmm1642 Год назад +9

    Meyxananın bülbülü idi Elçin.. Allah rəhmət eləsin.

  • @salehmehdizad5324
    @salehmehdizad5324 Год назад +12

    Meyxana Aləminin 2 Dahi Sənətkarı var idi,onların da birini 26 Yaşda, birini də32 Yaşda Torpaqa tapşırdıq.Allah Rəhmət eləsin.

    • @sadebiri104
      @sadebiri104 11 месяцев назад

      Heqiqeten eledi Allah rehmet elesin her ikisine

  • @ferideliyev6936
    @ferideliyev6936 Год назад +10

    MeyXananin Wirin Avazli Wairi Allah Sene Rehmet Elesin Ustad!!!

  • @xatirememmedzade729
    @xatirememmedzade729 Год назад +5

    Qardaş duz deyir.halalliq almaq lazım lazımdır.Allah r.el.

  • @aqsinaliyev6941
    @aqsinaliyev6941 Год назад +6

    Təssüf ki, Meyxana şairləri Elcini adını meydanlarda çox az hallarda səsləndirir

    • @duzune.3649
      @duzune.3649 Год назад +3

      Axı Rəhmətlik paxıllığın qurbani olub.

  • @user-ee4km1hm4p
    @user-ee4km1hm4p Год назад +5

    Allah qeni qeni rəhmət elesin Elçinə heyif səndən

  • @far_fanlua_lua2729
    @far_fanlua_lua2729 Год назад +11

    Çox sagol Əli var olasan, əməyi keçən hər kəsə minnətdaram, Şirzad əmidən də müsahibə alsaydınız əla olardı!!!.,.,,.!!!!!.,.,.,.,.!!!!!

  • @Sabaell
    @Sabaell Год назад +21

    Allah rehmet elesün,meyxanın şahı idi Elçin,Allah senide var elesün Əli,uğurlarun bol olsun

  • @vuqarefendi601
    @vuqarefendi601 Год назад +5

    ALLAH rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Amin. 🥀🥀🥀🥀🥀🥀

  • @Mayak_005
    @Mayak_005 Год назад +8

    Allah rəhmət eləsin,26 yaş yaşayib ama çox iş görüb böyüy şexsiyyet!

  • @xaliqhuseynov7944
    @xaliqhuseynov7944 Год назад +4

    Allah rəhmət eləsin cox dərin bilirdi meyxananı diyilən sözə cavab verirdi hər şair belə olmur Allah o dunyasını versin

  • @mmmm-sw6nl
    @mmmm-sw6nl Год назад +10

    Allah rəhmət etsin şair sənə əli qardaş Allah köməyin olsun

  • @muradebishov3651
    @muradebishov3651 Год назад +8

    Kərimi Elçinin ahı tutdu inşAllah ağamirzədə cəzasın çəkər

  • @heydar91
    @heydar91 Год назад +22

    Əli rəhmetdiy Mirsadıgdanda verliş çekdə , onunda hörməti və əziyeti olub meyxanada

  • @memmedov_037
    @memmedov_037 Год назад +10

    Əli çox sağol bu verlişi hazırlamağına görə. Həmişə istəmişəm Elçin haqqında veriliş çəkilsin onun həyatı maraqlı gəlib mənə. Bunu əməlinə görə Allah səndən razı olsun. Rəhmətliyində ruhu şad olsun

  • @sairsozhliislamovvasif4874
    @sairsozhliislamovvasif4874 Год назад +7

    Allah rəhmet eləsin Elçini 1994 ildə fevral ayında güclü qan axmadan dünyasın dəyişib

  • @allahverdi5589
    @allahverdi5589 Год назад +11

    Allah Elçinin qardaşlarına ömür versin

  • @user-pw1cv3uw9b
    @user-pw1cv3uw9b Год назад +16

    Allah cemi sairlermize rehmet elesin

  • @hecibalasi6446
    @hecibalasi6446 Год назад +5

    ALLAH. RAZİ OLSUN SUZLERDEN COX. SAGOLUN. ELCİN REHMETDİGİ YAD ELEDUZ ALLAH. UGURLARVUZU. BOL. ELESİN COX. HEYİF. ELCİN. İTİRMİŞİK

  • @karinnoybakili3245
    @karinnoybakili3245 Год назад +10

    ALLAH RƏHMƏT ELƏSİN AMİN İNŞALLAH🤲🕋🤲🕋🤲🕋🤲🕋🤲🕋🤲🕋🤲

  • @feridnazimoglu204
    @feridnazimoglu204 Год назад +12

    💙❤💚 ALLAH Rəhmət Eləsin AMİN 💙❤💚

  • @azerceferli5007
    @azerceferli5007 Год назад +5

    Malik 👍👍👍, ay naçalnik ay naçalnik, ol mənə day day naçalnik

  • @nicatagayevecimur7907
    @nicatagayevecimur7907 Год назад +4

    Allah Elçinə qəni-qəni rəhmət eləsin .
    Sən də var olasan,Əli.

  • @sahnazmammadova8854
    @sahnazmammadova8854 Год назад +1

    heуиф чох чаван елуб аллаh реhмет елесин .руhу шад меканы ченнет олсун 😭😭😭

  • @zauralekbarov1700
    @zauralekbarov1700 Год назад +6

    ALLAH ELCNİ REHMET ETSİN. MEŞEDNDE ALLAH REHMET ETSİN. MUTQALAR İT KİMİ GEBRCEYLƏR.

  • @ELEELIZADE-df2gm
    @ELEELIZADE-df2gm 5 месяцев назад +1

    ALLAH RƏHMƏT ELƏSİN İN ŞƏ ALLAH

  • @ilqaragayev8193
    @ilqaragayev8193 Год назад +2

    Allah rəhmət eləsin ustada ELCİN meyxananın özüydi ürəyidi mən dəfələrlə məzarını ziyarət etmişəm ELCİN bötün meyxana deyənlərin .kıralıdı mənə görə qalsaydı indi meyxana belə vəziyyət almazdı ELCİN məktəbi açmaq lazımdı meştaqada heykəlini qoymaq lazımdı rəhmətliyin haqqı deyən milləti sevən şair ELCİN birdə aydın olub meyxana aləmində başqasını görmədim mən bir xiridar kimi Allah rəhmət eləsin bütün şairlərə qalanlarna çan saqlıql versin

  • @ilqarsadiqov4618
    @ilqarsadiqov4618 Год назад +7

    Allah rehmet etsin bu şairden hecvaxt olmiyacaq

  • @xeyyammemmedov8899
    @xeyyammemmedov8899 Год назад +12

    Allah Rəhmət eləsin

  • @user-zq9tu2ln8t
    @user-zq9tu2ln8t Год назад +1

    Чох йахшы шаир иди ,аллах рахмат еласин .

  • @aqilagabalayev4785
    @aqilagabalayev4785 Год назад +6

    ALLAH RƏHMƏT ELƏSİN...

  • @KerbelayiSalman
    @KerbelayiSalman Год назад +5

    Salam Ələykum
    Azərbaycanın Fəxri Meyxana Usdadı
    Elçin Maştağa Allah Rəhmət Etsin

  • @seymuryehyayev7210
    @seymuryehyayev7210 Год назад +8

    Goresen niye gozel sair ve insanliqi bir yerde cem olanlar heyatlarin tez itirirler...

  • @cemilealiyeva1218
    @cemilealiyeva1218 Год назад +5

    Allah rəhmət eləsin gözəl sənətkar

  • @elmarayvazov9596
    @elmarayvazov9596 Год назад +5

    ALLAH rəhmət eləsin bütün dünyasını dəyişənlərimizə🙏

  • @alikramhuseynov8112
    @alikramhuseynov8112 Год назад +5

    Namiq Mənaya demişdi Məşədibaba.Sən Elçinə deymə özündən danış toxunmaynan qrağ bucağa dosdum.

  • @rsaddryameyxana9694
    @rsaddryameyxana9694 Год назад +14

    Allah rəhmət eləsin ustada

  • @sairsozhliislamovvasif4874
    @sairsozhliislamovvasif4874 Год назад +3

    düz deyir Şahin qərdeşi hər şey paxılıqdan başlayıb

  • @vusaleliyev
    @vusaleliyev Год назад +8

    Allah rəhmət eləsin dahi ustada

  • @vusalxyalfannnnn6611
    @vusalxyalfannnnn6611 Год назад +5

    Allah rəhmət eləsin gözəl şair olub

  • @sadebiri104
    @sadebiri104 Год назад +2

    Cox sagol eli eziet cekmisen musahibe veren herkesden Allah razi olsun

  • @dunyaqopur..8646
    @dunyaqopur..8646 Год назад +4

    Allah rehmet elasin gozel senetkarimiza.cox heyif..

  • @user-ml2ft1hk9k
    @user-ml2ft1hk9k Год назад +3

    Аллах рахмат еласин. Аммин. Мейхана Кралы 1.

  • @user-ke3pt3ex7k
    @user-ke3pt3ex7k Год назад +3

    Аллахь гани гани рахьмат еласин!Амин!

  • @etibarmehdiyev8889
    @etibarmehdiyev8889 Год назад +8

    Texminen bilinirde kim qurdu bu plani iki gujdu şair idiler biri öldu getdi biride turmeye getdi,turmedende cixandan sora butun karyerasi batdi getdi oda onun axiri oldu.Amma Allah boyikdu gorur her şeyi☝️
    Yeqin tutan tutdu!!!Allah rehmet elesin her ikisine Amin 🙏

  • @reyhanibrahimova2598
    @reyhanibrahimova2598 Год назад +6

    Allah Elçini yaddaşlarda qalsın deyə tez çəkdi yanına. Çünki o qabiliyyət o qanacağın, o saflığın yiyəsinin başını tez pozacaqdı yanındakı paxıllar. Bəziləri hörmətsiz şəkildə öldü. Ona görədə onu belə hörmətli apardı

  • @atasmemmedov569
    @atasmemmedov569 Год назад +3

    SALAMLIYIRAM ELI QARDAWI KENDIMIZE XOW GELMISIZ.ALLAH REHMET ELESIN ELCIN QARDAWMIZA VAXTINIZ OLSA MOLLA MEHEMMEDI ELIBALA SEYYAHI.LAP IMKAN OLSA ƏLƏKBƏR WAHID HAQQINDADA SUJET HAZIRLASAN WAD OLARIG.ALLAH REHMET ELESIN UNUDULMAZ WAIRLERI

  • @rufetehmedov7676
    @rufetehmedov7676 Год назад +5

    Düz Elçin rəhmətliyin hələ gülər üz insansdiki ondan heç kim narazı qalmazdi

  • @turalvahabov2132
    @turalvahabov2132 Год назад +13

    Salam aleykum hamiya. Əli çox əziyyət çəkmisən. Ölüm səbəbini əsas Maştağa əhli bilər. Qırmızı 011 məsələsi . Əsas da orta yaşlı nəsil. Mən biləni Ağamirzə və qardaşı Adil olub. Məşədibaba ilə bizim məhəllədə Şəhriyar var idi. Ondan soruşanda demişdi ki, qan itirmədən ölüb. Maşında da Kərim də olub. Molla Məmməd deyişmədə meyxana ilə çirpir Ağamirzənin üzünə.
    Amma , bu şəxsi fikrimdir, Məşədibaba türmədən çıxandan sonra Ağamirzə və Kərimlə deməsi Məşədini də təmiz oğlan eləmir.

    • @hikmeta1993
      @hikmeta1993 Год назад +1

      Duz sohbetdi qardaw Agamirze caqqalin biridi Agaselim Kerim gilin gozu goturmurdu Elcini indi sag olsaydi meydanlar qan eleyerdi rehmetlik agaselim oldu getdi Kerimde cani ile ellewir cezasin cekir qalib agamirze men birdefe magazada iwleyende mawtagali agsaqqaldan soruwdim 80 yawi var idi dedim soruwdum bele olub hadise deyir duzdu hele bele olub o vaxt

  • @adilaxmedov3748
    @adilaxmedov3748 Год назад +1

    Allax rexmet eylesin sene boyuk sayir ustadin sozu gizildi

  • @AG-kt7fp
    @AG-kt7fp Год назад +5

    Allah rehmet elesin, Gurcusdannan salamlar

  • @user-hs3ph8lw4f
    @user-hs3ph8lw4f Год назад +3

    AllAh rahmet eylasin makanı cannat olsun

  • @1Adadov11
    @1Adadov11 Год назад +14

    Eli senin gozlerinden opurem qaqas , sen vallahi butun fkirlesdiylermi sen heyata kecirirsen bugun senin elinde imkan var edirsen mende biz izleyicikimi desdeyem sene sen heqiqeten yaxsi oglansan var ol qaqas kimi cekmek lazimdi ne etmek lazimdi hamsin edirsen hele vidoya baxmamisam ama Elcini cox isdirdim cekesen neyse baxim verlise ugurlarrr.

  • @ilqarsadiqov4618
    @ilqarsadiqov4618 Год назад +2

    Allah bu ceklişi edenlere can sagliq versin

  • @elvingasanov8716
    @elvingasanov8716 Год назад +13

    ALLAH REHMET ELESIN RUHU SAD OLSUN AMIN 🤲

  • @elcinrzayev9937
    @elcinrzayev9937 Год назад +4

    7:15
    Qırmızı 011
    O vaxtda qırmızı 011 söhbəti olub
    ALLAH RƏHMƏT ELƏSİN 🥀

  • @ilqaraliyev1605
    @ilqaraliyev1605 Год назад +5

    Elcin Mewdagali olsada Azerbaycanin fexri idi Allah ona qeni qeni rehmet elesin Sesinde ele Avaz var idi ki sintizatora ehtiyac qalmirdj heyif ondan Meyxananin Vahidden sonra ki bayraqi Elcinde idi Qalnlar hamsi onun elinden su icenler olub Kaw bu musahibeye Wirzad eminide cagirardiz cunki Elcinin kadirlarini bize Wirzad Emi catdirib Allah qeni qeni rehmet elesin ruhunua salavat zikir eder inshallah buraxilisa baxanlar

  • @ruslankhananayev9962
    @ruslankhananayev9962 Год назад +5

    Allah rehmet elesin

  • @mahir.gasimli
    @mahir.gasimli Месяц назад +1

    Pul gözlərini elə tutub ki bəzilərinin, onlar nə qanır ki, hallalıq nədir. Gəlib bir qadaşından icazə də alalar.

  • @user-sv1bl1kx3g
    @user-sv1bl1kx3g 5 месяцев назад

    Allah rahmet elasin Cox büyük savada sahib idi....Ela senetkarlar tek- tek gelir cahana...❤❤❤❤❤

  • @malikxalqov4797
    @malikxalqov4797 Год назад +4

    Allah Elçinə rəhmet eləsin. Biz tərəfdə olurlar.

  • @agamemmedhacyev9628
    @agamemmedhacyev9628 Год назад +6

    Allah rəhmət eləsin
    Həyat fani

  • @fuadrustemov7342
    @fuadrustemov7342 Год назад +13

    Sağol Eli qaqa çekib gösterilsiz. Rəhmətlik Elçinmeyxananin büllülü idi. Bütün meyxana xilidallarini Mingəçevir 45 şeherinden salamlar.

  • @sahilmustafayev.5269
    @sahilmustafayev.5269 Год назад +2

    SAGOL ELI BU QARDAS COX GOZEL MUSAHIBE VERDI