Kamran M. YuniS - Ölüm, işdir gəlsən...

Поделиться
HTML-код
  • Опубликовано: 15 июн 2024
  • #kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
    Kamran M. YuniS - Ölüm, İşdir gəlsən...
    Bəstəkar - Emin Sabitoğlu - "Dörd bazar günü" filmindən musiqi
    Ölüm...
    işdi gəlsən, qapını döymə!
    Mən gecə döyülən qapılardan diksinirəm.
    Işdi gəlsən...
    astaca, sakitcə, yuxu kimi gəl.
    Gəl, gir yuxuma,“Gəl gedək” de, və gedək.
    Ölüm...
    işdi gəlsən,
    astaca, barmaqlarının ucunda gəl,
    nəfəsinin üstündə gəl.
    Gəl, əl-ələ tutaq gedək.
    Gedək astaca, sakitcə.
    ...nə dil bilsin, nə dodaq.
    Gedək üzü günbatandan, gündoğana.
    Ölüm... işdi gəlsən...
    Yəni... onsuz da gələcəksən nə vaxtsa
    istəsəm də, istəməsəm də.
    Odur ki, gəlsən
    Ölüm kimi yox,
    O dünyaya doğum kimi gəl.

Комментарии • 24