Şəhid gizir Mayis Səmədov -Daxili Qoşunların hərbi qulluqçusu, istehkamçı komandir

Поделиться
HTML-код
  • Опубликовано: 31 янв 2025

Комментарии • 19

  • @mrelxanyusifli
    @mrelxanyusifli  3 года назад +5

    Daxili Qoşunlarının hərbi qulluqçusu, istehkamçı gizir Səmədov Mayis Şadıbəy oğlu 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olub. Hərbi xidmətini bitirdikdən sonra bir müddət mülki peşə üzrə çalışıb. 2004-cü ilin fevralından etibarən Mayıs Daxili Qoşunların hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub.
    Mayıs Səmədov Vətən müharibəsində ön cəbhədə öz vəzifə borcunu şərəflə yerinə yetirərək, gənclərə nümunə olacaq əsl qəhrəmanlıq göstərib.
    Mayısın sonuncu döyüşü 2020-ci il oktyabrın 5-də Cəbrayıl-Füzuli rayonları istiqamətində olub. O və yeddi silahdaşı ön mövqedəki əsgərlərimizə təminat çatdırmaq üçün gedərkən yolda pusquda dayanan mənfur düşmənin mühasirəsinə düşüblər. Hərbi qulluqçumuz özünü itirmir və qəflətən baş vermiş döyüşdə onlarla erməni yaraqlısını məhv edir. Lakin qeyri-bərabər savaşda gizir Mayıs Səmədov və döyüş yoldaşları son damla qanlarınadək vuruşaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlirlər.
    Gizir Mayıs Səmədov 2020-ci il oktyabrın 6-da Xaçmaz rayonunun Qadaşoba kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.
    Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə gizir Səmədov Mayıs Şadıbəy oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

  • @arazeliyev730
    @arazeliyev730 Год назад +2

    Allah rəhmət ilesin məndə o kendenem😢😢

  • @druqdruq3673
    @druqdruq3673 3 года назад +5

    Ruhu şad olsun...Gözü arxada qalmayıb,Ruhiyyə...,sənin kimi mərd həyat yoldaşı,ağıllı övladları var şükür...

  • @xeyalmirzeyev4669
    @xeyalmirzeyev4669 3 года назад +2

    ALLAH rəhmət etsin şəhid qardaşim .səninlə bir sözmüz vardi .zoma.

  • @pervizezimov1537
    @pervizezimov1537 3 года назад +2

    Qəbirin nurla dolsun SƏHIDIM, bu gün bütün Azərbaycanin qədir bilən insanları səninlə fəxr edir. Bir qisa şanli ömür sürdün şəhidlik zirvəsinə ucaldin. ALLAH SƏNƏ rəhmət eləsin.,MAIS

  • @NurlanOmerov1990
    @NurlanOmerov1990 Год назад +1

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin Amin.

  • @royalhuseynov2218
    @royalhuseynov2218 Год назад +1

    Gozel komadir Gozel insan Allah rehmet elesin..😢

  • @tuncaybeydullayev8638
    @tuncaybeydullayev8638 3 года назад +2

    Allah rəhmət eləsin ruhu şad olsun məkanı cənnət olsun😭😭😭

  • @sevincabdullayeva5960
    @sevincabdullayeva5960 3 года назад +2

    Caaaan Rühiyyə Allah səni balalarini qorusun, Mayisin dag kimi hərbici yoldaşi var gözün arxada qalmasin((

  • @maisismael9686
    @maisismael9686 3 года назад +3

    Allah rehmet elesin mekani cennet olsun

  • @zaurmirzaliev7034
    @zaurmirzaliev7034 3 года назад +1

    Allah rehmet elesin

  • @ламия2007
    @ламия2007 3 года назад +1

    Allah rehmet etsin

  • @ВалидаКахарманова-ч8ы

    Аллах ряхмят элясин🙁

  • @fuadehmedxanov2283
    @fuadehmedxanov2283 3 года назад +2

    ALLAH REHMET ELESİN

  • @asimsuleymanov2828
    @asimsuleymanov2828 3 года назад +2

    Allah rehmet etsin