Qızmeydan - Altıağac keçidi

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2023
  • for English, please scroll down
    Salam əziz dostlar! Sizi, Şamaxı rayonunun Qızmeydan kəndi yaxınlarından salamlayırıq. Bura gəlmə səbəbimiz, bu kənddən Altıağac qəsəbəsinə tarixi yolun mövcudluğudur.
    Beləki, tarixən Şamaxı və Quba şəhərləri arasında iki karvan yolu olub. Hər ikisi Altıağacda sonlanmaqla biri Xilmilli digəri də Qızmeydan kəndlərindən keçirmiş.
    Xilmilli yolunu daha öncə getdiyimizə görə, növbəti keçidimizi Qızmeydandan edəcəyimizi planlamışdıq.
    Bilirsiniz ki, bizim "keçid" dediyimiz, əsasən tarixi yolları - karvan və köç yollarını nəzərdə tutaraq, bu yolları yenidən gedir, yol üstündə olan tarixi tikililər, xarabalıqlar və s. həm tarixi həm də coğrafi obyektləri araşdırırıq. Adətən bu "keçidlər" Qobustan tarixi coğrafi regionundan keçən müasir üç əsas magistral yolların arasında olan torpaq yollar boyunca planlanmış marşurutlardan ibarətdir.
    Bəhs etdiyim digər marşurut əslində bu yoldan o qədərdə uzaqda deyil. Hər ikisi də Qozluçaydan keçib Taxtayaylağa qalxır sonra Çigilçaya düşüb bu dəfə Qurudağ yüksəkliyindən keçərək Axar Baxarda Altıağaca düşür.
    Deyilənlərə görə tarixi karvan yolu olan bu yol, tezliklə üzlənəcək və magistrala çevriləcək.
    Baxmayaraqki, bəzi yerlərdə yüksəklikdən keçir, hazırkı marşurut üzrə Samur - Kürdəmir istiqamətini götürsək yolun uzunluğu təxminlə 150 km məsafə qısalır. Əlbəttə, Quba - Qəbələ marşurutu ilə də magistral tikmək olardı, lakin o yol daha yüksək dağlıqdan keçir və hələki prespektivli deyildir.
    Sözü gedən marşurut üzrə sürətli yolun olması, həm beynəlxalq həm də yerli yükdaşımalara böyük dəstək olacaq.
    Elə məhz bu səbəbdən də, bu iki yolu getməyi və öyrənməyi planlamışıq.
    Çox təəssüfki, Taxtayaylaqdan Çigilçay vadisinə düşəndən sonra, anladıqki yolu sel yuyub və hava şəraiti ilə əlaqədar olaraq səfərimizi növbəti cəhdlərimizə saxladıq.
    Bu qədər...
    Hello dear friends! We greet you from the vicinity of the village of Gizmeydan in the Shamakhi region. The reason for our being here is the existence of a historical road from this village to the settlement of Altiaghaj.
    Historically, there were two caravan routes between the cities of Shamakhi and Guba. Both passed through Altiaghaj, terminating in Hilmilli and Gizmeydan villages, respectively. Having already traveled the Hilmilli route, we planned our next passage through Gizmeydan.
    As you may know, when we refer to our "passage," we mainly explore historical routes - caravan and migration paths. We investigate historical and geographical objects such as historical buildings, ruins, and more along these routes. Typically, these "passes" are planned along dirt roads that pass through the Gobustan historical-geographical region, between by three main modern highways.
    The other route I mentioned is not far from this road. Both pass through the Gozluchay River, ascend to Takhtayaylag, then descend to the Chigilchay River, crossing Gurudagh Heights and finally reaching Altiaghaj.
    According to reports, this road, which used to be a historical caravan route, will soon be faced with improvements and be converted into a major highway. Despite passing through elevated terrain in some places, if we take the Samur-Kurdamir direction on the current route, the length of the road is estimated to be approximately 150 km shorter. Of course, it would be possible to build a highway along the Guba-Gabala route as well, but that road passes through higher mountainous terrain and is not yet considered promising.
    Having a fast road on this route will provide significant support for both international and local transportation.
    For this reason, we have planned to travel and explore these two roads.
    Unfortunately, after descending from Takhtayaylag to the Chigilchay Valley, we realized that the road had been washed away by a flood, and due to weather conditions, we postponed our journey to our next attempts.
    That's all...

Комментарии • 2