Astaraçay üzərində körpünün təməli qoyulub

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2022
  • #APATV #Azərbaycan #İran #Astaraçay #körpü #RüstəmQasemi #ŞahinMustafayev #Naxçıvan #terminal #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022
    Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib.
    APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qaseminin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak edib. Görüş zamanı “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər müzakirə olunub. Həmçinin Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün tikintisi üzrə praktiki işlərə başlanılması və Astara Terminal Kompleksində görülən işlərin intensivləşdirilməsi barədə razılığa gəlinib. Görüşdən sonra Azərbaycan və İran nümayəndə heyətləri görülən işlərlə yerində tanışlıq məqsədilə İran İslam Respublikasının Astara şəhərinə yola düşüblər. Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi baş tutub: “Bu gün çox vacib bir gündür. Hörmətli həmkarımla birlikdə təməl qoyduq. Yeni avtomobil körpüsü inşa olunacaq. İnşallah 1 il ərzində başa çatacaq. Biz gələndə də gördük yolda çoxlu yük maşınları dayanır. Bu vəziyyət şəraitin yaxşı olmadığından belə yaranır. Biz tıxacları aradan qaldırmalıyıq. Eyni zamanda, çox böyük tələbat var. İran-Azərbaycan-Rusiya şimal-cənub nəqliyyat dəhlizinə çox böyük tələbat var. Azərbaycan Rusiya sərhədində Azərbaycan hökuməti lazımi tədbirlər görür. Oradakı sərhəd keçid məntəqələrini genişləndirir. Orada tıxacı aradan qaldırsın, burada da. Beləliklə, bizim yükdaşımaların həcmi arta bilər və artırmalıyıq.”
    Daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии •