Hər Gün 1 Aspirin İçsəniz - Görün Nələr Baş Verir

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • #BirBax #Azerbaycan #aspirin
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Aspirin - yəqin ki çoxlarınız bu dərmandan istifadə etmisiz. Qədimdə həkimlər müəyyən yaş həddini keçən insanlara hər gün aspirin qəbul etməyi tövsiyə edilirdi. Bəs, görəsən elm bu haqda nə deyir? Hər gün aspirin qəbul etmək nəyə faydalıdır? Zərəri varmı?
    Aspirinin əsas tərkibi olan salisil turşusu söyüd ağacının qabığından əldə edilir. Bu vasitə min illərdir qızdırmanı salmaq və ağrını kəsmək məqsədilə istifadə olunub. Hippokratın bu dərmanı revmatizm və qadınlarda doğuş sonrası qızdırma, iltihablanma zamanı istifadə etdiyi yazılı mənbələrdə qeyd olunub. Tarix boyunca bir çox həkim söyüd qabığı ekstraktını müxtəlif xəstəliklərin müalicəsində uğurla istifadə edib.
    1897-ci ildə alman kimyagər Feliks Hofman (Felix Hoffman) söyüd ağcının qabığından əldə edilən salisil turşusunu daha stabil hala gətirə blmək üçün maddəni kimyəvi emaldan keçirir. Nəticədə, asetilsalisilli turşusu əldə edir. Bu maddənin tibbdə uğurla tətbiqini görən Hoffman 1899-cu ildə asetilsalisilli turşusunu aspirin adıyla patentləşdirdi. Beləcə, hazırda “dünyanın ən çox istifadə edilən dərmanı” statusunda olan aspirin insan həyatına daxil oldu.
    Hofman salisil turşusunu asetilsalisilli turşusu halına gətirərkən fərqində olmadan dərmana qandurulducu xüsusiyyət qazandırmışdı. İllərlə aspirin istifadə edən insanlarda qanaxmaya meyillilik müşahidə edilmiş, bundan sonra müxtəlif elmi araşdırmalar aparılmış, aspirinin bu xüsusiyyəti təsdiqlənmişdir. Qızdırmanı salan və ağrını kəsən aspirini “super dərman” edən də məhz bu xüsusiyyətidir.
    Aspirin “XX əsrin ən önəmli 10 icadı” siyahısında yer alır. Onun xüsusiyyətlərini belə sıralamaq olar:
    Ağrıkəsici (analgetik);
    Qızdırmanı salan (antipiretik);
    Soyuqdəymə əleyhinə (antiinflamatuar);
    Laxtalanma əleyhinə (antitrombotik);
    Xərçəng əleyhinə (antikanserogen);
    İndi isə aspirinin qandurulducu və infarkt əleyhinə xüsusiyyətləri haqqında daha ətraflı məlumat alaq.
    Damarlarda daralmalara və tıxanıqlığa səbəb olan ateroskleroz infarktın ən birinci səbəbidir. Buna damar sərtləşməsi də deyilir. Adı üstündə: damarların elastikliyi azalır, damarların daxili divarlarında yığıntılar əmələ gəlir, divarlar aşınmağa başlayır. Daxili divarları zədələnmiş, daralmış damarlar qan hüceyrələrinin laxtalanması üçün zəmin hazırlayır. Bu hadisə ürək damarlarında baş verərsə infarkta, beyin damarlarında olarsa iflicə səbəb olur. Damar sərtləşməsindən əziyyət çəkən insanlarda qan laxtalanmasının qarşısını alan ən önəmli dərman aspirindir.
    Aterosklerozla əlaqəli ürək xəstəlikləri son illərdə “ölüm səbəbləri” siyahısında ön cərgələrdən birində qeyd olunmaqdadır. 45 yaşdan yuxarı hər bir kişi, 50 yaşından sonra hər bir qadın potensial koronar arteriya xəstəsidir. 60 yaşdan sonra ateroskleroz beyin damarlarını “işğal edir”, bu da əksərən iflicə səbəb olur. Buna görə də, tibb dünyası müəyyən yaşdan sonra hər kəsə kiçik dozada gündəlik aspirin qəbulu tövsiyə edirdi. Bu doz 81-100 mq arasındadır.
    Son illərdə aparılan elmi araşdırmalar ürək xəstəliyi olmayan, sağlam insanlarda bəribaşdan ehtiyat üçün qəbul edilən aspirinin ürək xəstəliyinin qarşısını almadığını müəyyən edib. Digər tərəfdən, aspirin istifadəsinin, xüsusilə, yüksək təzyiqdən əziyyət çəkənlərdə müxtəlif səbəblərlə yaranacaq qanaxma riskini 4% artırdığı məlum olub. Dolayısı ilə, qoruyucu dəyəri olmayan bir vasitənin qanaxma riskini 4% artırması təhlükəli sayıldı. Bu səbəblə, Amerikan Ürək Dərnəyi (American Heart Association-AHA) rəsmi tövsiyə açıqladı. Tövsiyədə deyilirdi: “Ürək xəstəliyi olmayan sağlam insanlar aspirin istifadə etməməlidir.”
    Mövzunun xülasəsini ələ alsaq, aspirin istifadə etməzdən əvvəl nələrə diqqət edilməsi gərəkdiyini belə sıralamaq olar:
    -mədə-bağırsaq traktatında heç bir problem olmadığından əmin olunmalıdır;
    -ürək-damar sistemində hər hansı narahatlıq və ya xəstəlik olmayan insanların aspirindən istifadə etmələrinə ehtiyac yoxdur;
    -ailəsində koronar arteriya xəstəliyi olan 45 yaşdan yuxarı kişilərin, 50 yaşdan yuxarı qadınların aspirin istifadə etməsi faydalı ola bilir;
    -ailədə kimsə beyin damarlarının tıxanıqlığı nəticəsində iflic keçiribsə, həmin ailənin üzvlərinin aspirin istifadə etməsi faydalı ola bilir;
    -ürək-damar xəstəliyindən əziyyət çəkənlərin aspirin və ya daha güclü qandurulduculardan istifadəsi labüddür;
    -müəyyən vaxtdan sonra şəkər xəstələrində “diabetik angiopatiya” xəstəliyi əmələ gəlir. Buna görə, şəkər xəstələrinin də qandurulducu kimi aspirindən istifadə etməsində fayda vardır;
    -ailəsində bağırsaq xərçənginə tutulan varsa, yaxud kiminsə bağırsağında “polip” yaranıbsa, həmin insanların da aspirin istifadə etməsi faydalıdır;
    Amma qeyd etməliyəm ki, bu tövsiyələr ümumidir. Aspirindən istifadə etməzdən əvvəl tibbi tarixçənizə vaqif olan həkimlə məsləhətləşsəniz, sağlamlığınızla bağlı daha düzgün qərar vermiş olarsınız.

Комментарии • 92

  • @samirquliyev780
    @samirquliyev780 Год назад +41

    Atam REHMETLİK 75il şerefle ÖMUR yaşadi ve her gun aspirin icerdi qarninda laxtalama vardi Allah bütün ölen atanlara analarimiza rehmet etsin

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Amin

    • @kama3223
      @kama3223 Год назад

      Salam ürəyimdə çapx var anadan gəlmə ürəy qapaxı blokda nəgıs darlığı var aspirin içə bilərəmi?

    • @kama3223
      @kama3223 Год назад

      ​@@birbaxkanalhəkim deyir iç soruşmadım hər gün kçməy olarmı?

    • @Nicat-h5j
      @Nicat-h5j 3 месяца назад

      Gunde nece defe

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Год назад +8

    Dəyərli məsləhətlər verdiyin üçün təşəkkür edirəm

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Год назад +8

    Maraqli videolar hazirladiginiz ucun tewekkurler, ❤

  • @LolaMemmedova-gm5kk
    @LolaMemmedova-gm5kk Месяц назад

    Cox gozel faydali paylasim

  • @saraorucova5367
    @saraorucova5367 Год назад +5

    Çox sağ ol qizim məsləhətrinə görə məlahətli səsinə görə.

  • @zizseyidova8103
    @zizseyidova8103 Год назад +4

    GÖZƏL videodur ÇOX SAĞ OLUN.

  • @rade.nuraysukurov7658
    @rade.nuraysukurov7658 Год назад +5

    Faydalı məsləhətlərinizə görə təşəkkürlər

  • @BirlikdəÖyrənəkShorts
    @BirlikdəÖyrənəkShorts Год назад +4

    Məlumata görə təşəkkür edirəm

  • @Ayla-wn4nw
    @Ayla-wn4nw Год назад +3

    Faydalı melumat verdiz teşekkürler

  • @asifesgerov3284
    @asifesgerov3284 Год назад +3

    Gozel məlumat ucuncoxlu sag olun .

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 4 месяца назад

    coxx sag olun tesekkur edirem ❤

  • @elsenquliyev1554
    @elsenquliyev1554 Год назад +1

    COX SAĞ OLUN

  • @silnmishesab1035
    @silnmishesab1035 Год назад +17

    Biz həkimə gedəndə həkimlərin çoxu pzlərinin cibi dolsun deyə firma zibilli dərmanlarını yazlrkar güya çox effektlidi deyirlər ancaq cibləri üçün işliyirlır millət həkimlərı onsuzda pul verir ona baxmayaraq tamahları çox güclüdü xalqa isə düşmənlik edirlər

    • @KARA丶Selim777
      @KARA丶Selim777 2 месяца назад

      Bizde Sibirian wellnesin qida elaveliridi çox gozel mehsullardi, ve gozel mualicelerimiz gedir isteyen mene yaza biler

  • @zibeydedasdemirova1704
    @zibeydedasdemirova1704 Год назад

    TEŞEKÜR EDİRİK

  • @esanesan691
    @esanesan691 Год назад +1

    Çox sağ olun.

  • @zizseyidova8103
    @zizseyidova8103 Год назад +2

    Əla

  • @yusifqedirli9065
    @yusifqedirli9065 Год назад

    meslehete gore tesekkurler

  • @elekberovsahin6283
    @elekberovsahin6283 Год назад +6

    Hidronefroz haqqında vidio çəksəniz sevinərəm 👍👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇😇😇👈👈👈👈👈

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Yaxşı😇

    • @elekberovsahin6283
      @elekberovsahin6283 Год назад +1

      @@birbaxkanal çox sağolun allah sizdən çoooooooox razı olsun allah ömrüzü uzun eyləsin 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷👍👍👍👍👍👍👍🥰🥰🥰😇😇😇😇😇👈👈👈👈

    • @Meri.com.
      @Meri.com. Год назад

      ​@@birbaxkanal

    • @valehrzayev9037
      @valehrzayev9037 Год назад

      Х0х9з999

  • @g.kerimova8958
    @g.kerimova8958 Год назад +1

    Məsləhətinizə görə cox sağ olun.mən metipred qəbul edirəm bilmək istərdim aspirin onu əvəz edə bilər?

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Siz sağ olun

    • @g.kerimova8958
      @g.kerimova8958 Год назад

      @MƏNİM🦋BİZNESİM🦋 55 yaşım var..Bəlı işləmək istərdim.

  • @silnmishesab1035
    @silnmishesab1035 Год назад +2

    Məsləhltinizə görə çox sağ olunda mədə və qaraciyərə əks yısiri ola bilərmi??

  • @MirsabirCavadov
    @MirsabirCavadov 5 месяцев назад

    Yuksək təzyiqi olanlara olar qəbulu?

  • @qurbanabdullayev1227
    @qurbanabdullayev1227 Год назад +2

    Bəs biççilini necə qəbul etmək olar

  • @Yashar707a
    @Yashar707a Год назад +4

    Deerəm ata babalarımız azpirinsiz necə yaşayırmışlar?
    Görünür xəstə olanda söyüd budağı çeynəyirmişlər.
    Kststi uşaq vaxtı söyüd budağının qabığını çeynəmişəm, çox acıdır.

    • @СагибаАсланова-е7щ
      @СагибаАсланова-е7щ Год назад +2

      Baba nenelerimiz saglam heyat terzi keciribler, temiz mesullardan qidalaniblar, ona gorede dermanlara eytiyac olmayib. Bu gun ne yediyimizi bilmirik, hutun xestelikler yararsiz yemeklerden emele gelir

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Год назад +2

    👍👍👍

  • @ismayilqasimov8575
    @ismayilqasimov8575 Год назад +2

    Salam bir vaxti aspirini ləğv elədilər niyə bilmədim Türk həkimidə deyir 45 yaşdan yuxarı insanlar hər gün 1 tablet atsin

  • @MikroMikro-t6y
    @MikroMikro-t6y 11 месяцев назад

    Salam. 34 yasim var. Qanimda laxtalanma var. Bunu gunde nece defe icsem komek eder? Zehmet olmasa yazardiz.birde qizimin 6 yasi var usaqda seker var. Munkundu usagada verim?

    • @birbaxkanal
      @birbaxkanal  11 месяцев назад

      Həkimdən soruşmadan qətiyyən olmaz

  • @konulkerimova411
    @konulkerimova411 5 месяцев назад

    Men her gun 1 eded kardiomaqni icirem.2 gun icmesem bas agrllarlm.olur

  • @sedayss
    @sedayss Год назад

    aspirini nece yaşlilar istifade ede biler?

  • @v.h.m7873
    @v.h.m7873 Год назад

    Əks təsiri isə ürəyə böyük zərəri var.

  • @ehedhasilov438
    @ehedhasilov438 Год назад +1

    Beyendim

  • @sunbulaliyeva8778
    @sunbulaliyeva8778 Год назад +1

    👍🌹🌹🌹

  • @behrambabazade4265
    @behrambabazade4265 Год назад +1

    ELACI

  • @esiesii82
    @esiesii82 Год назад +1

    Zehmet olmasa deyerdiz hamile qalmaq ucun hansi derimani atmaq lazimdir. Birdeki azyasli usaqlar aspirin vermek olarmi meselen 6ya 7yasli usaqlara

  • @meryemrayiz3427
    @meryemrayiz3427 Год назад

    👍👍👍👏👏👏❤

  • @eltunmamedov8551
    @eltunmamedov8551 7 месяцев назад

    Demədiz bunu aspirn kardionu səhər içirlər ya axsam

  • @Cema-cu1nk
    @Cema-cu1nk Год назад +1

    🌹🙏🤲

  • @raqifeliyev7942
    @raqifeliyev7942 Год назад +2

    Aptekden adpirin istesen deyecekler. O kefiyetsizdir firma dermanl werek gucludur

  • @rahilememmedova1447
    @rahilememmedova1447 Год назад +3

    Bunu hekim teyini zamani atmaq olar

  • @gunugunu9070
    @gunugunu9070 Год назад +1

    Qizdrma qalxanda adi aspirin olur aptekda ucuzdu alin icin dede baba aspirni dusecek qizdirma onlar firma dermanlarini satmaga adam axtarir

  • @sahinmemmedov6419
    @sahinmemmedov6419 2 месяца назад

    İngilislər Rusiyadan Aspirini alıb üç,dörd formada dərman hazırlayırlar

  • @ImameliSukurov-m2b
    @ImameliSukurov-m2b 23 дня назад

    Serh

  • @aykaazerbaycan
    @aykaazerbaycan Год назад

    Qəbul qaydasıdı izah etmədiz.

  • @heidikeller8876
    @heidikeller8876 Год назад

    Artik her ülkede Dokforlar yardim etmiyolar almanyadayim kalcalarimda sorun yasiyorum 6 sene olmus hec yardimci oluyolar korkunc acil termin isdiyorsun 4 aydan basliyor termin gelene kadar insan ölür artik her ülkede can güvenli yok

  • @medineeliyeva8367
    @medineeliyeva8367 Год назад

    asbirin usaq acirmi

    • @tlbvshr
      @tlbvshr Год назад

      Acir??? cavab verildi sizə??açirsa gundr nece dene icmek lazimdi

  • @Гулья-й8г
    @Гулья-й8г Год назад +1

    ❤🌷💋🌹💋🌷❤🌹🥰🌷💋🌹🌷🌷🌹🥰

  • @РоялБалакишиев-о8о

    Kimlere asbirin olmaz

  • @rzagmailabbasov2956
    @rzagmailabbasov2956 Год назад +4

    Aspirin bir derman kimi Cox yaxshi dermandir. Amma heyf ki, bir nece ilden sonra mede ve qara ciyerde probler emele gelir.

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Bəli. Sağlam insanlara çox içmək olmaz