17 yaşında Bakı meri ilə yatdı, nazir oğluyla evləndi - İlk dəfə şalvar geyən Azərbaycanlı qadın

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2023
  • 8 il həbs yatdı, KQB-nin müstəntiqi onunla evləndiyi üçün sistemdən qovuldu, 17 yaşında Bakının meri ilə eşq yaşadı, həkimlərin səhvindən xərçəngə tutuldu, rus qəbiristanlığında basdırıldı... O, küçəyə çıxanda sürücülər qəza törədirdi, Biri var idi, Üzeyir Hacıbəyovun evində yaşayan, Bakıda ilk şalvar geyinən, nazir oğlu ilə evlənən gözəllik ikonası Nərgiz Xəlilova...
    Foto... musiqi
    Onun doğum tarixi ilə bağlı dəqiq məlumat yoxdu. Nərgizin atası Ramazan Xəlilov Tiflisdə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə "Bakinskiy raboçiy" qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira Xəlilova ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayıblar.
    Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi.
    Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. Boşanandan sonra Nərgiz ata evinə qayıdır.
    Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar.
    Sonra cütlük Moskvaya köçmək qərarına gəlir. Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır. Əvvəlcə o tək işləyir. Sonra dəstə şəklində işləməyə başlayılar və qızıl alıb xaricə satırlar. Qohumlarından heç biri Nərgizin Moskvada nə işlə məşğul olduğunu bilmir. Nərgiz onlara deyir ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur. Günlərin birində isə onlar şübhəli şəxs kimi saxlanırlar, Bakıdakı mənzillərində olan hər şeyi müsadirə olunur. Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın "Doktor Jivaqo", Anna Axmatovanın "Rekviyem", Aleksandr Soljenitsının "İlk dairədə", Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar.
    Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və səkkiz il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilir. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırır.
    KQB-inin müstəntiqi evli və iki qızı olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşiq olduğunu qeyd edir.
    Nərgiz Qerşveldin təklifinə razılıq verib ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur.
    1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. Həkimlər səhvən ona ağciyərlər soyuqlaması diaqnozunu qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etməyə başlasalar da, vəziyyəti getdikcə daha da pisləşməyə başlayır. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlanmaq üçün Gertsen adına Onkologiya İnstitutuna yerləşdirirlər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoyulur.
    Gözəl qadınların da bu həyata ödəməli bir borcu olur. Hansı qadınlar ki, zamanında gözəlliyinin səfasını görüb, mütləq fələk bu səfanın cəfasını ya əvvəl, ya sonra onlara yaşadır.
    Nərgiz də qayğıyla, dəbdəbə ilə əhatələnmiş həyatında çox ağır, həyəcanlı günlər də yaşadı. Bir qadın kimi bütün gözəlliklərə toxunsa da, bu həzzi sona qədər davam edə bilmədi. Ömrünü gözlənilmədən amansız xərçəngin caynaqlarında təslim etdi...

Комментарии • 199

  • @taksikerem9020

    ONUNLA YATDİ..BUNUNLA GEZDİ....O BİRİ İLE "EŞQ" YAŞADİ.... "BEY TERİFİ".. YAZMAQDANSA..BİRDEFELİK YAZ Kİ..... "QEHİ" ...BUNU BİR KİŞİ ELƏSƏ...XƏYANƏT SAYİLİR..."BELƏ QADİNLARA" CATANDA İSƏ "EŞQ" "SEVGİ" NƏBİLİM NƏ SAYİLİR...

  • @Jisoo_Routines_1

    Ay qardas bu nergizin vermediyi adam qalmadiki

  • @ayxanmusayev2717

    ÇOX lazımdı axı bizə bu məlumat😚Şəhidləri,qaziləri,qəhrəmanları tanıdın

  • @azturan9337

    Belələrini tanımasag yaxşıdır

  • @SahibFatima-pn1kq

    Hələ biz ilk soyunan ilə, ilk şalvar geyinən qadını fərqləndirə bilmirik. Gör nə gündəyik...😢

  • @eyvazxankisiyev7413

    Mənalı Kitab Cox Oxunar,Vərəqləri Cırılar,Axırıda Olar Cırıx!

  • @sahinzizov2389

    Əvvəla gopa basmıyın o vaxtlarda SSRİ şəhərlərinin meri olmurdu Əliş Ləmbəranski bakının baş memarı idi meri yox.

  • @untrueworlddreams1989

    Avara həyat keçirən olub siz də ölürsüz də bir düz adam haqqında bir video hazırlamağa

  • @MilaMina-ln2ns
    @MilaMina-ln2ns 7 часов назад

    1.Gözəl olunca bəxtin olsun. 2. Günahkar o, deyil ki, elə ailədə doğulub. Ailədə hər kəs iş güclə məşğul olub, tərbiyə verən olmuyub. Bəxtə baxın ki, həm gözəl olub, həm varlı -imkanlı ailədə. Azərbaycan tərbiyəsi ilə böyüməyib. Bakıya böyük yaşda gəlib. Anası da həmçinin. Yəni mentalitet tərbiyəsi görmüyüb. Ətrafı məşhur, varlı kişilərlə əhatə olunub . Həm də başlara bəla GÖZƏLLİK. Allah günahlarını bağışlasın.

  • @resadxelilov1717

    Her nece olubsa dunyasini deysib allah rehmet elesin olunun arxasinca danismaq duzgun deyil birdeki onu gorenler danisa biler onun haqqinda

  • @bozqurdturk1377

    ALLAH REHMET ETSIN ESIL MILLETE XEYRI DEYEN YSINDA DUNYADAN KOCUB.

  • @testaccount8681

    Nergiz emellu bawli heyat yawayibe

  • @ilhamagayev7434

    Ister kiwi ol ister qadin xarici qozellik tez nazara qelir her qozde bir bela var

  • @user-ez4vm2jj6y

    Qardaş sürtüklərdən danışma gözəl verlişində.Canı cəhənnəmə.Gözəl deyilmiş sadəcə ilk soyunanlardan olur

  • @ruhngizsgrova8888

    istoriyası çox zəngindir

  • @YarasaYarasa-ix4jy

    Adamın peşəsi yoxdu, ancaq məşhurdu

  • @gunamamadova1180

    Allah rəhmət eləsin. Sevginin gücü...

  • @sabirmammadov1921

    Allah ona rahmat etsin cox yaxsi insan idi incasanati yaxsi bilirdi yaxsi dosd idi ancaq ondan isdifada etdilar hayatini pozdular onun an yaxin rafiqasi ona buruncdan bas dasini qoydu sagolsun onu.Cox atasini sevirdi hayatini ona qurban Verdi.Allah ona cannatda ozu kimi gozal yer ver

  • @elsenceferov2961

    Maşalah ürəyi acq olba heckimin ürəyni qoymaybb😭😭😭

  • @axmedaxmedov1587

    Гахба олубда